Məhkəmə qərarları › İş №2(103)-9733/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9733/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9733/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Əliheydər qızına və Cavabdeh1 qarşı “evə köçürülmə, çıxarışın etibarsız hesab edilməsi və pul tələbi barədə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2021 saylı işi üzrə 08 iyul 2021-ci il tarixli saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı onun azyaşlı övladları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə atçılıq deyilən ərazidə, 537-ci sahədə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, həmin evin tikintisinə İddiaçı tərəfindən sərf edilmiş 10000 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh2 Əliheydər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Birinci instansiya məhkəməsinin icraatı zamanı aşağıdakılar müəyyən edilmişdir ki: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 537 (180-ci Buzovna küçəsi, 91 saylı fərdi yaşayış evi) Cavabdeh2 adına 13.10.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 15.04.1999-cu il tarixli Apşeron rayon İcra Hakimiyyətinin sərəncamı ilə Cavabdeh1 Buzovna tərəvəzçilik-südçülük sovxozunda 0.02 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh1 ilə İddiaçı 25.11.2020-cu il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 14.07.2012-ci il tarixdə X4 və 09.02.2016-cı il tarixdə X5 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında olan nikah qeydi pozulmuşdur (iş.səh.83, 84, 9, 10 ) . Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2021 saylı işi üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 178.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən ifadə vermiş şahid ifadələrini isə məhkəmə iddianın təmin edilməsi üçün əsas hesab etmir. Şahidlər İfadələrində müəyyən müddət daxilində qızları olan iddiaçıya pul məbləğrini verməsini qeyd etsələrdə bunu təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını 5000 manata sataraq həmin evin təmirinə xərcləməsini bildirməsi də işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Mübahisə predmeti olan bağ sahəsi Cavabdeh2 məxsusdur, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Hazırki halda həmin mülkiyyət hüququnun rəsmiləşdirilməsiməsinə dair çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə Mülki Məcəllənin 157.8, 180.1, 1091.1, 1092.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki. Abşeron Rayon İcra Hakimiyyətinin 15.04.1999-u il tarixli 096 saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tkintisi üçün Cavabdeh1 adına 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı və Cavabdeh1 nişanlanarkən, yəni 2009-cu ilədək həmin torpaq sahəsi üzərində mübahisə predmeti olan ev inşa edilməmişdir. 2009-cu ildə həmin torpaq sahəsində iş üzrə tərəflərin gələcəkdə yaşamaları üçün həmin evin inşasına başlanmışdır. Həmin vaxt İddiaçı valideynləri X10 və anası X9 mübahisəli ev övladlarının ailə qurduqdan sonra yaşayacağı ev olduğuna görə evin tez tikilib başa çatdırılması məqsədi ilə iddiaçıya ayrı-ayrı vaxtlarda hissələrlə, ümumilikdə isə 5000 manat məbləğində pul verilmişdir, iddiaçı və cavabdeh həmin vəsaiti evin tikintisinə, o cümlədən də evin inşası üçün zəruri olan tikinti materiallarına sərf etmişlər. 2010-cu ildə İddiaçı və Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Mübahisəli fərdi yaşayış evinin tikintisi davam etdiyi üçün tərəflər ailə qurduqdan sonra bir müddət kirayədə, daha sonra isə iddiaçının atasına məxsus evdə yaşamaq məcburiyyətində qalmışlar. Mübahisəli evin tikintisi üçün pul vəsaiti çatmadığına görə, İddiaçı 2011-ci ildə özünə məxsus dəyəri təxminən 8000 manat olan qızıl-zinət əşyalarını cavabdehlə birlikdə Moskva univermağına gedərək 5000 manata satmışdır. Həmin əşyaların satışından əldə olunmuş pul vəsaiti də evin tikintisinə (pol taxtasının və dəmir reşetkalarının alınmasına və vurulmasına) sərf edilmişdir. Fərdi yaşayış evinin inşası və təmiri 2012-ci ildə başa çatmış və tərəflər yaşamaq üçün əşyaları ilə birlikdə həmin evə köçmüşlər. Sözügedən evdə tərəflərin iki azyaşlı övladları anadan olmuşdur: 14.07.2012-ci il təvəllüdlü X4 və 09.02.2016-cı il təvəllüdlü X5. Göründüyü kimi, iş üzrə tərəflər, birgə nikah dövründə Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə atçılıq adlı ərazidə o dövrdə heç bir hüquqmüəyyənedici sənədi olmayan yaşayış evini inşa etmişlər, İddiaçı atası X6 övladı olan iddiaçıya hissə-hissə verdiyi 5000 manat, İddiaçı özü isə qızıl zinyət əşyalarının satışından əldə etdiyi 5000 manat verməklə cavabdehlə birlikdə həmin evin inşasında iştirak etmidir. 13.02.2020-ci il tarixdə iddiaçı ilə cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçının başqa yaşayış yeri yoxdur və o, iki azyaşlı övladı ilə birlikdə valideynlərinin evində müvəqqəti olaraq yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh1 isə idciaçı və onun birgə övladlarını mübahisəli evə buraxmır. Sözügedən fərdi yaşayış evi isə cavabdehə qalmışdır. Həmin fərdi yaşayış evinin tikintisinə isə İddiaçı tərəfindən cəmi 10000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. işin baxılması zamanı qeyd edilən halları təsdiq etmək üçün iddiaçı tərəf evin inşasında iştirak etmiş usta X12 şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət etmişdir. Həmin şahid bir neçə dəfə məhkəməyə gəlsə də, məhkəmə iclaslarının təxirə salınması səbəbindən işə baxan hakim tərəfindən şahidin dindirilməsi mümkün olmamışdır. Çox təssüf ki, iddiaçı tərəfindən şahid kimi dindiriləcək X3 l9 virusuna tutulmuş və vəfat etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin dəlillərini təsdiq edən şahid olsa da, iddiaçıdan asılı olmayan səbəblərdən onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının öz tələbirin əsasını sübuta yetirə bilməməsindən söhbət gedə bilməz. Digər tərəfdən isə iddiaçının valideynləri məhkəmə iclasında ifadə verərək, ailəlikcə evin inşasında iddiaçıya hissə-hissə 5000 manatdan da artıq pul vəsaiti verdıkdlərini, iddiaçının anasının evi tikən usta və fəhlələrə xörək bişirdiyini və sair barədə məhkəməyə bildirmişlər. Lakin iddiaçının təqdim etdiyi bu sübutlar işə baxan məhkəməni nədənsə qane etməmişdir. Cavabdeh tərəfin dəlillərini isə heç bir sübut təqdim etmədiyi halda həqiqət kimi qəbul etmişdir. Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh, əmlakın bölünməsindən yayınmaq üçün mübahisəli evin yerləşdiyi torpaq sahəsinin, daha sonra isə inşa edilmiş evi iddiaçının məlumatı və xəbəri olmadan doğma xalası, iş üzrə digər Cavabdeh2 adına keçirtmiş, sonuncu isə həmin torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyyata aldırmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, həmin mənzili nikah dövründə əldə etdiklərini, mənzilin hər ikisinin vəsaiti hesabına təmir edildiyini, iddiaçının qızıl-zinət əşyalarını 5000 manat məbləğində sataraq evin təmirinə xərcləndiyini, bu halla bağlı ustanın şahid qismində dindirilməsi niyyətlərində olsalar da ustanın vəfat etməsi səbəbindən mümkün olmadığını, çıxarışın etibarsız hesab edilməsi və evə köçürülməni Cavabdeh2 Əliheydər qızından, pul hissəsini isə Cavabdeh1 tələb etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2 Əliheydər qızı və Cavabdeh1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 176, 238-245 228, 388-390, 560; Torpaq Məcəlləsinin 4, 65, 82, 103, 106-108; Mənzil Məcəlləsinin 30, 34, 35, 60; Ailə məcəlləsinin 32-37; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin iddianın mahiyyətinə aiddiyyəti olmayan (yalnız şəxsi mülahizələrdən ibarət olan) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi ziddiyyətli tələblərin bir hissəsi, yəni çıxarışın etibarsızlığı, müvafiq icra hakimiyyəti orqanlarının (hərəkət və hərəkətsizliyi, yaxud inzibati aktla bağlı) fəaliyyətinin mübahisələndirilməsinə aid məsələlərdir. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar aidiyyəti icraat qaydasında mübahisələndirilmədiyindən, tələbdən kənar olaraq qanuni qeydiyyatları olan şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Tələbin digər hissəsi mübahisə obyekti olan daşınmaz əmlaka olmayan istifadə hüquqları ilə, pul tələbi isə bu əmlaka sərf edilmiş maliyyə vəsaiti ilə bağlıdır. Beləliklə, iddianın qayyəsini və mülki hüquqi cəhətdən subyektiv amillərini birgə nikah dövründə əldə edilmiş əmlak hüquqlarının müdafiəsi təşkil etsədə ailə qanunvericiliyi baxımından bunu müəyyən edə biləcək hüquqi və faktiki əsaslar təsdiq edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2021 saylı işi üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar