Məhkəmə qərarları › İş №2(103)-974/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-974/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-974/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abbas oğlunun cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evə köçürülmə və istifadə hüququnun tanınması) Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abbas oğluna qarşı iş üzrə (Açar sözlər: kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası ilə bağlı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi ev 85 ünvanda 0,1164 ha torpaq sahəsində istifadədə olan, 228,27 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 22 avqust 2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 17960 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı 17 yanvar 2013-cü il tarixdən anası Cavabdeh məxsus həmin fərdi yaşayış evində qeydiyyatdadır. Hazırda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbi ilə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun, himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, pozulmuş hüquqların bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, anasına məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatdadır və onun həmin əmlakdan istifadə hüququ vardır. İddiaçının sözügedən daşınmaz əmlakdan istifadə hüququ olsa da, o faktiki olaraq həmin hüququndan bəhrələnə bilmir. Belə ki, o, ailə həyatı qurduqdan sonra onun anası onu evdən qovmuş və evin açarını dəyişdirərək onun əmlakdan istifadə hüququnu məhdudlaşdırmışdır. Bundan sonra o, uzun müddət kirayə mənzillərdə yaşasa da hal-hazırda onun kirayə mənzildə yaşamaq imkanı yoxdur. Hazırda qeyd olunan yaşayış evindən həmin evdə qeydiyyatda olan bütün şəxslər istifadə edə bilsədə, o, öz himayəsində olan azyaşlı uşaqla birlikdə bunu həyata keçirə bilmir. Cavabdeh və digər şəxslər onun yaşayış sahəsinə daxil olmasına maneəçilik törədirlər və bununla da onun əmlakdan istifadə hüququnu məhdudlaşdırırlar. Mübahisə predmeti olan ev 20 sot torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 320 kv.m ibarət olan villadır. Yəni, onun öz övladı ilə həmin mənzildə yaşaması üçün hər bir şərait olsa da, mülkiyyətçi buna heç bir şərait yaratmır və bununla da istifadə hüquqları məhdudlaşdırılır.

4. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 500 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqların müdafiəsini təmin etmək məqsədi ilə müstəqil mütəxəsissə xərclənən 500 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına köçürülməsi və onun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi haqqında qətnamə qəbul edilməsi və tərəfindən xərclənmiş 500 manat pul və 100 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 mülkiyyət sənədinə əsasən onun mülkiyyətində olsa belə həmin fərdi yaşayış evi ona məxsus deyil. Lakin, buna baxmayaraq hazırda həmin evdə qeydiyyatda olan İddiaçı istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə hazırki qarşılıqlı iddia ərizəsilə müraciət edir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev), ilk iddianın təmin edilməsi, ilk iddia üzrə İddiaçı himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına köçürülməsi və İddiaçı həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, ilk iddia üzrə İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manatın və 100 manat dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, iş üzrə "xxxx" MMC-nin 02-81/22 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manatın ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Abşeron küçəsi 85 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilk iddia üzrə Cavabdeh oğludur və ilk iddia üzrə İddiaçı mübahisəli fərdi yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsdir. Tərəflər arasında mübahisə olana qədər iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi ünvan 1 ünvan üzrə pasport qeydiyyatında olmuşdur. Həmin yaşayış evindən onun iradəsinə zidd olaraq istifadəsinə maneə yaradılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evindən istifadə hüququ mülkiyyətçi tərəfindən pozulmuşdur və onun hüquqları bərpa edilməlidir.

9. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının, 5000 manat kompensasiya verməklə ilk iddia üzrə İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanına istifadə hüququnun itirilməsinə dair iddia tələbi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia üzrə cavabdehə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 5000 manat kompensasiya, onun davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. Belə ki, mülki mütəxəssis rəyindən göründüyü kimi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanında yerləşən fərdi yaşayış evi ilə eyni şəraitli və eyni ərazidə yaşaması üçün öxşar fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 3000 (üç min) manat təşkil edir. Beləliklə məhkəmə təklif olunan kompensassiya məbləğini işin faktiki halları ilə müqayisə edərək, təklif olan məbləğ müqabilində qarşılıqlı iddia üzrə iddiaçının əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamasının mümkünsüz olacağını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəllənin 5.3 və 30.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.3, 228.5-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 107.1, 119.1, 121.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

12. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

13. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı sözügedən evdə ümumiyyətlə heç bir zaman yaşamamışdır, çünki iddiaçı evin faktiki sahibinin başqa şəxs olduğunu bilir. Buna baxmayaraq iddiaçıya tələbinin qarşılığında kompensasiya məbləği təklif edilsə də, məhkəmə ədalətsiz olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə tərəfindən işin hərtərfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Məhkəmə tərəfindən xüsusi olaraq iddiaçının tələb etdiyi evdə yaşayıb-yaşamaması, evə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmadan, qanunvericilik normalarına formal olaraq istinad edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmeti olan evə dair istifadə hüququnun yaranma əsası formal olaraq müəyyən edilmiş, ətraflı şəkildə araşdırma aparmadan, yəni iddiaçının evdə yaşayıbyaşamaması müəyyən edilmədən çıxarılan qətnamədə iddiaçının evə istifadə hüququnun olması əsaslandırılmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

15. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X9 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

22. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

24. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

39. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı iş üzrə cavabdeh olan anası Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda yerləşən yaşayış evinə istifadə hüququnun bərpa edilməsi və həmin evə köçürülməsi barədə iddia qaldırmış, iddia tələbini onunla əsaslandırmışdır ki, həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır və onun həmin əmlakdan istifadə hüququ vardır. Lakin o, ailə həyatı qurduqdan sonra anası onu evdən qovmuş və istifadə hüququnu məhdudlaşdırmışdır. Hazırda cavabdeh həmin evdən istifadə etsə də, o, azyaşlı uşağı ilə birlikdə istifadə hüququ olan evdən istifadə edə bilmir və onun evə daxil olub yaşamasına maneçilik törədilir.

40. Cavabdeh iddia tələbi ilə bağlı verdiyi izahatında, qarşılıqlı iddia ərizəsində və qətnamədən verdiyi apelyasiya şikayətində ilkin iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi hüquqi cəhətdən onun adına qeydə alınsa da, həmin ev faktiki olaraq qardaşına məxsusdur və qardaşı ailəsi ilə birlikdə həmin evdə yaşayır. Belə ki, qardaşı Rusiya vətəndaşı olduğu üçün öz adına torpaq sahəsi ala bilmədiyinə görə, ilkin olaraq mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsini anasının adına almış və orada fərdi yaşayış evi tikilmişdir. Ev hazır olduqdan sonra 2012-ci ildə anasının adına qeydiyyata alınmışdır. Anası rəhmətə getdikdən sonra ev vərəsəlik qaydasında 2017-ci ildə onun adına qeydiyyata alınmış və hazırda da mülkiyyət sənədi onun adına olsa da, həmin evdə qardaşı ailəsi ilə birlikdə yaşayır. O, oğlu olan iddiaçı ilə həmin evdə pasport qeydiyyatında olsalar da, bir gün də olsun həmin evdə yaşamamışlar. O, oğlu ilə birlikdə qardaşının onun üçün aldığı Buzovna qəsəbəsində olan iki otaqlı evdə yaşamışlar. Sonradan iddiaçı olan oğlu instituta qəbul olub oxuduğu üçün, Buzovna qəsəbəsində olan iki otaqlı evi satmışlar və Nərimanov rayonunda yeni tikili olan binada ev almışlar və həmin evdə yaşamışlar. Lakin, ev təhvil verilmədiyi üçün pasport qeydiyyatları mübahisələndirilən evdə qalmışdır. Hazırda oğlu olan iddiaçı bir gün də olsa yaşamadığı evə köçürülməsini istəyir. Lakin o, iddiaçının mübahisələndirdiyi evə köçməsi ilə razılaşmır. Qardaşı ilə olan münasibətlərinin korlanmaması üçün o, iddiaçıya müəyyən məbləğdə kompensasiya verməyə razılaşmışdır. Hesab edir ki, iddiaçı mübahisələndirdiyi evdə bir gün də olsa yaşamayıb, qeydiyyatı formaldır və bu səbəbdən iddia əsassızdır.

41. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubu ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 vəfatından sonra Bakı şəhəri 25 saylı DNK-nın 2V-44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən daşınmaz əmlak Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

42. İş materiallarında olan, Bakı şəhəri 25 saylı DNK-nın 2V-44 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunur ki, şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 228,27 kv.m olan fərdi yaşayış evindən və 0,1164 ha torpaq sahəsindən ibarətdir və xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır.

43. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş Seriya RX (194335) № ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 daşınmaz əmlak və əmlkaın yerləşdiyi torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

44. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası, Petropavlovsk-Kamçatda doğulmuş İddiaçı xx.xx.2013-cü il tarixdən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Abşeron küçəsi ev 85 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X10, Cavabdeh, X18 Fatimə Əli, X7r.

45. İşin qeyd edilən materialları əsasında məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi ilkin olaraq 2012-ci ildən iddiaçının nənəsi X3 mülkiyyətində olmuş və iddiaçı 2013-cü ildən nənəsinin mülkiyyətində olan evə pasport qeydiyyatına alınmışdır. Sonradan iddiaçının nənəsi olan mülkiyyətçi öldüyündən, fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının anasının mülkiyyətinə keçmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçının tələbi istifadə hüququnun bərpası və mənzilə köçürülmə olduğundan, həmin tələbin hüquqi əsası kimi Mülki və Mənzil qanunvericiliyinin istifadə hüququ ilə bağlı normaları nəzərdən keçirilməlidir.

47. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

49. Qeyd edilən mülki qanunvericiliyin, həm də Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzildə yaşayanların mənzildən istifadə hüququ qanunla qorunan hüquqdur və istifadəçinin mülkiyyəçi də daxil olmaqla, istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək hüququ vardır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq mübahisələndirdiyi evdə istifadə hüququnun mövcud olmasını iddia edərək, istifadə hüququnun bərpa edilməsini və evə köçürülməsini xahiş etmiş, iddia tələbinin faktiki əsası kimi həmçinin evdə pasport qeydiyyatında olması, orada uzun müddət yaşaması və cavabdehlər tərəfindən istifadə hüququ olan evdən məcburi qaydada çıxarılmasına əsaslanmışdır.

51. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının həmin evdə pasport qeydiyyatında olsa da, bir gün də həmin evdə yaşamadığını bildirərək, iddiaya etiraz etmişdir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

53. Qeyd edilən prosessual hüquq normalarına görə iddiaçı tələbini sübut etməlidir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisələndirilən yaşayış evində istifadə hüququnun olduğunu iddia etsə də, bunu təsdiq edən öz izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində pasport qeydiyyatında olması həmin evdə istifadə hüququnun yaranmasını təsdiq edən hal kimi qəbul edilə bilməz.

55. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsində istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi əsaslı olmamışdır.

56. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, yalnız iddiaçının cavabdehin ailə üzvü olub həmin yaşayış evində pasport qeydiyyatında olmaqla, istifadə hüququnun olması barədə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

57. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində istifadə hüququnun olması müəyyən edilmədiyindən, cavabdehin apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməsini təklif edilən kompensasiya məbləğinin ədalətli olmaması ilə əsaslandırmışdır.

59. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti də əsaslı hesab etmir.

60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda, ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. Lakin hazırki işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır.

61. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaya dair hissədə qətnamə ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

62. Azərbaycan Rеspublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2,385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar