Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-975/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Rufanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(005)-3511/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2n ailə üzvü olan X12 ilə 2015-ci il tarixdə ailə qurmuş, birgə nikahdan iki övladı doğulmuş, 2020-ci il tarixdə onlar arasındakl nikaha xitam verilmişdir. 2.İddiaçı 2013-cü ildən ailə quraraq hazırda Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 17 b saylı evin, 64 saylı mənzilə köçdüyünü, 2015-ci ildə nikahını rəsmiləşdirdiyini, nikah pozulduqdan sonra isə həmin mənzildə yaşamasına icazə verilmədiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu övladları xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 17 b saylı evin, 64 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin qardaşı X12 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, rəsmi nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Xəzər Rayon Məhkəməsinin 2(003)- 1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X12 ilə aralarında olan nikah pozulmuş və uşaqlar onun yanında qalmışdır. Nikahda olan zaman mənzil digər cavabdeh keçmiş qaynanası Cavabdeh2 adına olmuşdur. Nikah zamanından bugünə kimi bütün zəruri əşyaları mübahisəli mənzildədir. Əşyalarının orada yerləşdirilməsinə və orada yaşamağa icazəni Cavabdeh2 vermişdir. X3 ilə aralarında olan nikah pozulandan sonra, Cavabdeh2 həmin mənzili onun xəbəri olmadan qızı Cavabdeh1 adına keçirmişdir. Hazırda cavabdeh onu iki azyaşlı uşağı ilə birlikdə yataq əşyaları və digər zəruri məişət əşyaları olan mənzilə daxil olub yaşamağına imkan vermir. Cavabdehin qanunsuz hərəkətlərinin ucbatından iki övladı və o, anasının mənzilində məskunlaşmışlar. Cavabdehin bütün bu hərəkətləri onun və iki övladının hüquqlarını pozur. Mənzilə mülkiyyət sənədini Cavabdeh2 2020-ci ildə almışdır. Mübahisəli mənzilə 2013-cü il tarixdən köçmüş və 2019-cu il tarixə kimi yaşayan müddətdə mənzilin mülkiyyət sənədi olmamışdır. 2020-ci ildə mənzilə sənəd almış və sonra isə digər Cavabdeh1 bağışlamışdır. Hazırda mənzil kirayədədir. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 noyabr 2023-cü il tarixli, 2(005)-3511/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Qiliyev) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İş materiallarında olan: 6.AZ-İİİ seriyalı, 794987 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 İddiaçı ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. 7.AZ-İV seriyalı, 105313 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 İddiaçı ilə birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X13 doğulmuşdur; 8.AZ-İ seriyalı, 364801 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 İddiaçı ilə nikahlarına xx.xx.2020-ci il tarixdə xitam verilmişdir; 9.Xəzər Rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X12 arasında xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2584 nömrə ilə qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, X5 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016~cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; 10.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişlər; 11.Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, İddiaçı mübahisəli mənzilə,yəni Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 17 b saylı evin, 64 saylı mənzilə istifadə hüququ mövcud deyildir, onun mübahisəli mənzilə köçürülməsi üçün hər hansı əsas yoxdur; 12.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2778/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 678/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 13.xx.xx.2011-ci il tarixli Müqaviləsinin surətindən görünür ki, “mülkiyyətçi” X10 A.M.Cümə küçəsi 17B ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 15-ci mərtəbəsindəki, ümumi sahəsi 149 kv.m olan, 3 otaqlı, 64 saylı mənzili “yeni mülkiyyətçi” Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün zəruri sənədləşmə işlərini həyata keçirir, “yeni mülkiyyətçi” Cavabdeh2 mənzili mülkiyyətinə qəbul edib kommunal və mənzilin istismarı ilə bağlı yaranan sair xərcləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir; 14.ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır;
15. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) “hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə vermişdir; 16.ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 17.Məhkəmə işin mübahisələndirilməyən halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) mülkiyyətçisidir. İddiaçı cavabdehlərin ailə üzvü olan X12 ilə 2015-ci il tarixdə ailə qurmuş və birgə nikahdan iki övladı doğulmuşdur. 18.Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı mövqeyini aşağıdakı kimi əsaslandırmışdır; 19.İddiaçı iddia ərizəsində gəlin olaraq mübahisəli mənzilə 2013-cü il tarixindən köçdüyünü bildirdiyinə görə, bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 20.Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. 21.Hazırki iş üzrə iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehlərin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsininmülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. 22.Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). 23.Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərin ailə üzvü olan X12 arasında olan nikah münasibətləri məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh-mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehlərə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. 24.Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. 25.Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə, uşaqların analarının himayəsində qalmalarını nəzərə alaraq hesab etmişdir ki, mövcud vəziyyətdə iddiaçının uşaqlarının da cavabdeh-mülkiyyətçiyə məxsus mübahisəli mənzilə köçürülməsi qeyri-mümkündür. 26.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehinlərin (mülkiyyətçinin) ailə üzvü olmadığından və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
28.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam olaraq ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, əslində hakimin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməsi məsələnin müsbət həllinə imkan verir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yazılır ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu maddənin Mənzil Məcəlləsinin 30.4-cü madddəsinin hüquqi mənası aydın şəkildə elə özündə ifadə olunur, yəni maddədə yazılır keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Niyə hakim özünün istinad etdiyi qanunun tələblərinə əməl etmədən iddiaçının və iki azyaşlı uşağının bütün yaşamaq üçün zəruri olan əşyaları olan mənzilə köçməyə imkan verən qətnamə qəbul etməmişdir? İddaçı mübahisəli mənzilə 2015-ci il tarixdən köçüb–2019-cu il tarixə kimi yaşadığı müddətdə mənzilin mülkiyyət sənədi olmamışdır. 2020-ci ildə mənzliə dair mülkiyyət sənədi almış və sonra isə digər Cavabdeh1 bağışlamışdır. Hazırda mübahisə olunan mənzil onun gəlinlik cehizləri ilə birlikdə (yorğan, döşək, uşaqların yorğan döşəkləri, uşaqların, onun yataq taxtı, divanı, mebelləri, qab-qaşığı, əl dəsmalından tutmuş insan üçün bütün zəruri əşyalar) oradadır və cavabdehlər heç bir dəyərləri qiymət verməyərək mənzili həmin əşyaları ilə birlikdə kirayə vermişlər. Onun və iki azyaşlı uşağının hüquqları pozulur. Hakim mübahisəni cavabdehlərin xeyrinə həll etmək üçün Mənzil Məcəlləsinin adını çəkir və əsaslar gətirir ki, güya qadın və iki azyaşlı uşaq yaşamaq üçün bütün zəruri əşyaları olan mənzilə köçə bilməzlər. Amma hakimin istinad etdiyi hüquq normalarında iddiaçının həmin mübahisəli mənzilə köçmək hüququnu qadağa edən heç bir norma yoxdur. Qəbul edilmiş qətnamə insanın hüquq və azadlıqlarını (qadın və iki azyaşlı uşağın) pozan bir qətnamədir, ona görə də ləğv edilməli və iddia tələbi təmin edən qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 32.Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 33.Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 27.2.On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 35.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 36.Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 37.Maddə 30.4.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu:
38. 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
39. 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 44.Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(005)-3511/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının köçürülməsini tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) mülkiyyətçisidir. İddiaçı cavabdehlərin ailə üzvü olan X12 ilə 2015-ci il tarixdə ailə qurmuş və birgə nikahdan iki övladı doğulmuşdur. 50.Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətləri İddiaçı mübahisəli mənzilə 2013cü il tarixindən köçdüyünü bildirdiyinə görə 2013-cü il tarixdə yarandığından Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki iş üzrə mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları düzgün olaraq tətbiq edilmişdir. 51.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehlərin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 52.Göründüyü kimi, iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. 53.Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 17B, 64 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 93, M15, m4) Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərin ailə üzvü olan X12 arasında olan nikah münasibətləri məhkəmə qətnaməsi ilə 2020-ci il tarixdə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyil. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh-mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehlərə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. 54.Kollegiya qeyd edir ki, uşaqların iddiaçı X2 himayəsində olmaqları nəzərə alınmaqla məhkəmə düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinin tələblərinə müqafiq sürətdə iddiaçının uşaqlarının da cavabdeh-mülkiyyətçiyə məxsus mübahisəli mənzilə köçürülməsinin hüquqi cəhətdən qeyri-mümkün olması qənaətinə gəlmişdir. 55.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehinlərin (mülkiyyətçinin) ailə üzvü olmadığından və istinad olunan normaların tələbləri baxımından özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyil. Buna görə də məhkəmə iddianın təmin edilməməsi üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. 56.Kollegiya apellyatorun Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə köçürülməli olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı mülkiyyətçinin keçmiş ailə üzvü deyildir. 57.Kollegiya həmçinin apellyatorun mənzildə uzun müddət yaşamasına görə mənzilə köçürülməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının yuxarıda qeyd olunduğu kimi mənzilə istifadə hüququ yaranmadığından, onun mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüququ da yaranmır. 58.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(005)- 3511/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov