Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9763/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Ərizəçinin vəkili X3 iştirakı ilə, Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə Ərizəçi ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadından Ərizəçi şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək onun doğum yerinin Bakı şəhəri olması faktı müəyyən edilmişdir. X2 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadı ilə X1 apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermiş və barəsində olan qətnamənin Napisat Qurbanovanın heç bir marağına toxunmadığını qeyd edərək qərardadın ləğv edilib N.Qurbanovanın apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadı ilə Ərizəçi şikayəti baxılmadan geri qaytarılmışdır. Məhkəmə şikayəti geri qaytararkən ona istinad etmişdir ki, bu növ qərardadlardan şikayət verilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamış, habelə məhkəmənin bu qərardadı işin sonrakı hərəkətinə mane olmur. Ərizəçi məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin vəkili X4 şikayəti müdafiə edərək izahatında göstərdi ki, məhkəmənin mübahisələndirilən qətnaməsi Napisat Qurbanovanın hər hansı marağına toxunmadığı halda, onun apelyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını 2003-cü ildə almış, bu qətnamənin vətəndaşlıq əldə olunmasında hər hansı rolu olmamışdır. Bundan əlavə, Napisat Qurbanovanın valideynlərinin 2007-ci ildə Dağıstan Respublikasında qəsdən öldürülməsi hadisəsinə Ərizəçi hər hansı aidiyyəti sübuta yetirilməmişdir. Napisat Qurbanovanın nümayəndəsi Kamandar Nəsibov məhkəmə iclasının yeri və vaxtı barədə lazıimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinbə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, bu növ qərardadlardan şikayət verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmadığından və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olmadığından, birinci instansiya məhkəməsi Ərizəçi şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9763/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9763/2020
21.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver