Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-977/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundanibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı1, onun vəkili X7, cavabdehlər X1 və X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilıməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X1 yetkinlik yaşına çatmayan övladı X6 ilə birgə istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(009)-4792/16) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Əliyev-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)- 1821/17)apellyasiya şikayəti təmin olunaraq, Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər X4 və X3 xeyrinə 15000 manat tutulmaqla sonuncuların ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin məbləğ ödənildikdən sonra cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və G.Quliyev, iş № 2(102)-4022/20) kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-15/21) apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev, iş № 2(102)- 5221/21) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 8000 manat kompensasiya ilə cavabdeh oxşar şəraitli mənzildə ən azı 3-4 il kirayədə yaşaya bilər. İddiaçı tərəf Səbail rayonu, Bayıl qəsəbəsində mərkəzdən kənarda yerləşən bir otaqlı mənzilin aylıq kirayə haqqının 150- 180 manat, 2 otaqlı evlərin 180-200, 3 otaqlı evlərin 200-250 manat olması barədə "xxxx" MMC-nin arayışını təqdim etmişdir. İddiaçılar tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13cü, Mülki Məcəllənin 228.2-ci maddələrinə istinad etmişlər. Birinci instansiya məhkəməsində cavabdeh X4 iddiaya etiraz edərək göstərmişdir ki, təklif edilən kompensasiya məbləği ilə razı deyil, iddiaçılar eyni şəraitli mənzil bağışlasalar, istifadə etdiyi otağı tərk edə bilər. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin 26 oktyabr 2016-cı il tarixli arayışına əsasən ünvan 4 ünvanı və yaxın ətraf ərazidə oxşar şəraitli (normal yaşayış tələbatını ödəyən, yaşayış sahəsi 25-30 m2 ) fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı təmir vəziyyəti, təchizatı, mərtəbəsindən asılı olaraq 250-300 manat təşkil edir. Əvvəlki apellyasiya baxışlarında iddiaçılar kompensasiyanın məbləğini 15000 manata qaldırmış, cavabdehlər bu məbləği də qəbul etməmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində iddiаçılаrdan cavabdehlər X4 və X3 xeyrinə 15.000 manat tutulmaqla sonuncuların Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin məbləğ ödənildikdən sonra cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Hazırkı apellyasiya baxışında İddiaçı1 və vəkili A.Qasımlı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehlər isə apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Səbai Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından müəyyən edilir ki, mübahisə predmeti Səbail rayonu, İsrafil Məmmədov küçəsində yerləşən 40 saylı fərdi yaşayış evidir. Hüquqməyyənedici sənədlərə əsasən həmin ev 2 mərtəbəli, 5 otaqlı olmaqla 198,2 kvm ümumi (105,7 kvm yaşayış + 92,5 kvm köməkçi) sahəyə malikdir. Cavabdeh Rəhmiyyə Məmmədova iddiaçıların qardaşı Eldar Abdullayevlə 1997-ci ildə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra onlar mübahisəli evdə yaşamış, birgə nikahdan 1998-ci ildə digər cavabdeh Aytən Abdullayeva doğulmuş, 09.10.2001-ci il tarixli məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Boşandıqdan sonra Cavabdeh1 həmin vaxt azyaşlı olan hazırkı cavabdeh Aytən Abdullayeva ilə birlikdə evin birinci mərtəbəsində olan sahəsi 25,8 olan bir otağında yaşamış və hazırda da yaşamaqda davam edirlər. İşdən həmçinin görünür ki, cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqları var və bu faktı iddiaçı tərəf özü də etiraf edir. İddiaçıların tələbi 8000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədədir. Birinci instansiya məhkəməsi təklif olunan kompensasiya məbləğinin yetərli olmaması əsası ilə iddianı rədd etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra iddiaçı tərəf kompensasiyanın məbləğini artırmışdır. Hazırda kompensasiyanın məbləği 15.000 manat təşkil edir. Birinci apellyasiya baxışı zamanı 15000 manat kompensasiya məbləği istifadə hüququna xitamın əvəzi üçün yetərli sayılmış, lakin Ali Məhkəmənin Mülki Kollegiyası bununla razılaşmamış, ikinci apellyasiya baxışında isə həmin məbləğ yetərli sayılmamış, ancaq kassasiya məhkəməsi bu dəfə də apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə sonuncu qərarında ifadə olunan mövqeyə görə birinci instansiya məhkəməsi ilkin olaraq 8000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat olmamasını müəyyən edərkən işdəki arayışa istinadən kirayə haqqının 250 manat olduğu halda 3 il müddət üçün 9000 manat, kirayə haqqının 300 manat olduğu halda 4 il üçün 14400 manat olmasını əsas götürsə də, apellyasiya instansiyası sonradan təklif edilən 15000 manat kompensasiyanı adekvat məbləğ saymayarkən kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir. Kompensasiyanı bazar qiymətinə uyğun müəyyən edəndən sonra məhkəmə təklif edilən kompensasiya məbləğnin adekvat olub-olmaması nəticəsinə gələ bilər. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq yeni apellyasiya baxışı zamanı ilk növbədə bütövlükdə evin və bir otağın kirayə haqqının müəyyən olunması məqsədilə müstəqil qiymətləndiricinin rəyinin alınması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 iyun 2021-ci il tarixli hesabata əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin kirayə haqqı 550-600 manat arasında dəyişir. Həmin ərazidə oxşar şəraitli bir otağın aylıq kirayə haqqının isə 28.03.2022-ci il tarixli rəyə əsasən 250 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən həmçinin müəyyən etdi ki, cavabdehlərdən Rəhmiyyə Məmmədova 1969-cu il təvəllüdlü olmaqla hazırda xadimə işləyir, digər cavabdeh Aytən Abdullayeva isə 1998-ci il təvəllüdlü olmaqla hazırda işləmir, əlildir və müxtəlif xəstəliklərdən əziyyət çəkir. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarına əsasən hesab edir ki, istifadə hüququna xitamın əvəzi kimi təklif olunan kompensasiya məbləği cavabdehlərin hər birinə ayrılıqda təklif olunmalıdır. İddiaçılar tərəfindən cəmi 15000 manat kompensasiya təklif olunur. Cavabdehlər bu məbləği yetərli saymır və razılaşmır. Məhkəmə kollegiyası cavabdehlərin uzun müddət, 25 ilə yaxın mübahisəli evdə yaşadıqlarını, həmin evin onlar üçün daimi yaşayış yeri olduğunu, A.Abdullayevanın xəstə olmaqla işləmədiyini, Cavabdeh1 isə xadimə işləməklə 250 manat əmək haqqı aldığını nəzərə alaraq kompensasiya məbləğinin bir otağa görə 250 manatdan hesablanmaqla 4 il üçün müəyyən edilməsini məqsədəmüvafiq sayır. Bu hesabla kompensasiya məbləği cavabdehlərin hər biri üçün 12000 manat müəyyən edilməlidir. Apellyasiya baxışının gedişində İddiaçı1 yazılı ərizə ilə müraciət edərək iddiaçıların 24000 manat kompensasiya məbləğini ödəməyə razı olduqlarını bildirdi və həmin məbləğ ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdehlərdən Cavabdeh1 təxminən 29 000-30 000 manat, A.Abdullayeva isə 25 000 manat kompensasiya müqabilində istifadə hüuquna xitam verilməsinə razı olduqlarını bildirdilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hazırkı iddianın qaldırılmasında məqsədin cavabdehlərin evdən çıxarılmasına xidmət etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə istifadə hüuquna xitam verilməsi ilə yanaşı evdən çıxarılma məsələsi də həll olunmalıdır və bu, iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən cavabdehlər X2 12 000 (on iki min) manat və X5 12 000 (on iki min) manat, cəmi 24 000 (iyirmi dörd min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Həmin məbləğ ödənildikdən sonra cavabdehlər X4 və X6 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamənin cavabdehlərə kompensasiya ödənilməsi və onların evdən çıxarılmaları hissələri eyni vaxtda icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-977/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-977/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver