Məhkəmə qərarları › İş №2(103)-978/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-978/2020

08.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X5 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-3964/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək ona mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzildən Cavabdeh1 azyaşlı övladı və əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İddiaçı tərəf cavabdehlərin cəlb olunmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, X1, X11, X2, X8 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzildən Cavabdeh1, azyaşlı övladı X3, X1, X11, X2, X8 əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki yerləşən 15 A saylı evin, 74 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış mövcuddur. Sözügedən evi atası Cavabdeh2 vaxtilə Keşlə qəsəbəsində yerləşən ata-baba evinin satışından öz payına düşən pul vəsaiti hesabına almışdır. Atası həmin evi gələcəkdə ailə qurduqdan sonra orada yaşamaq məqsədi ilə ona almışdır. Bir neçə il əvvəl atası Cavabdeh2 Cavabdeh1 ilə münasibətləri yaranmışdır. Məlumata görə hətta atasının həmin qadından övladı da dünyaya gəlmişdir. Atası ilə cavabdeh arasında yaranan münasibətdən sonra atası cavabdehə mübahisəli mənzildə yaşamağa icazə vermişdir. Lakin, bu müvəqqəti idi. Bir neçə müddət əvvəl atası qeyd edilən evi notariat kontorunda ona bağışlayıb, o da evə dair müvafiq çıxarış alıb. Cavabdeh ona edilən müraciətlərəməhəl qoymayaraq mənzildən çıxmır. Ona görə də, iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqları 1995-ci il təvəllüdlü Bədəlova Ceriyənin, 1997-ci il təvəllüdlü Bədəlov Ayazın, 1998-ci il təvəllüdlü Bədəlova Nərgizin, 2002-ci il təvəllüdlü Bədəlov Turalın və 2010-cu il təvəllüdlü Bədəlov Toğrulun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15a saylı evin, 74 saylı mənzilindən istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbinə dəyişiklik edərək Cavabdeh1 sözügedən mənzildə ailə üzvü olmaqla yaşamaq hüququnun tanınmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o həmin evə 2008-ci ildə keçmiş mülkiyyətçi (ilkin iddiaçının atası, qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən köçürülmüşdür. 2003-cü ilin əvvəllərindən Cavabdeh2 Cavabdeh1 ilə faktiki nikah münasibətlərində yaşayıblar, birgə təsərrüfat aparıblar. Cavabdeh1 istəyi ilə bu nikah rəsmiləşdirilməmişdir. Həmin nikah münasibətlərindən xx xxxxxx 2010-cu ildə tərəflərin Toğrul adlı uşaqları da doğulmuşdur. Mübahisəli mənzildə 2008-ci ilə qədər Cavabdeh2 keçmiş arvadı Səadət Cəfərova yaşamışdır. Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli icra vərəqəsi əsasında həmin mənzilin boşaldılması qət edilmişdir. İcra işlərini Cavabdeh2 etibarnamə ilə məhz Cavabdeh1 təhvil vermişdir. xx.xx.2008-ci ildə mənzil boşaldılaraq Cavabdeh1 təhfil verilmişdir. Cavabdeh1 Cavabdeh2 razılığı ilə həmin mənzilə 2008-ci ildən bəri köçürülmüş müvəqqəti qeydiyata alınmışdır. Qeydiyyat bir illik olmuş və 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə təkrar yenilənmışdir. Uşaqlar həmin mənzildə daimi qeydiyyatdadırlar. 2007-ci ildən başlayaraq həmin mənzilin bütün kommunal ödənişlərini Cavabdeh1 ödəyir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini, qarşlılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-3964/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh1 azyaşlı övladları X13, X9, X16, X12, X14 əşyaları ilə birlikdə İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı binada yerləşən 74 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 3964/2019 saylı qətnaməsindən apelyasiyası şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində iş üzrə hərtərəfli araşdırma aparılmamış, İddiaçı tərəfindən verilmiş izahat və təqdim edilmiş sənədlər əsasında qətnamə çıxarılmışdır. Hesab edir ki, məhkəmə onun təqdim etdiyim sənədlərə və izahatlara hüquqi qiymət verəməli idi. Lakin məhkəmə onun çıxışı və təqdim etdiyi sənədlər barəsində qətnamənin təsviri hissəsində qeyd aparsa da, onun həmin mənzili əsaslı təmir etməyi və on ildən artıq bir müddətdə sözügedən mənzildə ailə üzvləri ilə yaşamağını nəzərə almamışdır. Belə ki, onu və ailəsini sözügedən mənzilə oğlunun atası və sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh2 öz razılığı ilə ailə üzvü olaraq yerləşdirmişdir. O, sözügedən mənzili öz vəsaiti ilə əsaslı təmir etdikdən sonra sözügedən mənzilə köçmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, 2008-ci il tarixində mənzilin mülkiyyətçisi və qeyri-rəsmi nikahla yaşadığı (əri) Cavabdeh2 onu və övladlarını da birlikdə sözügedən mənzilə köçürüb. Qeyd edir ki, sözügedən mənzildə Cavabdeh2 ilə qeyrirəsmi nikahdan xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X13 anadan olmuşdur. Bu barədə iş materiallarına sübut kimi sənədlər təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlar barədə qətnamənin təsviri hissəsində qeydlər aparsa da, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş və ədalətsiz qətnamə çıxarmışdır. Bildirim ki, 2010-cu il tarixindən bu günə kimi sözügedən mənzildə müvəqqəti qeydiyyatla ailə üzvləri ilə birlikdə yaşayır. (İş materiallarına bu barədə sübutlar təqdim edilmişdir). Cavabdeh2 birinci inistansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində məhkəməyə cəlb edilməli idi. Çünki, bu halda məhkəmənin çıxaracağı qətnamə əsaslı və qərəzsis olardı. O, qeyri-rəsmi olsada Cavabdeh2 ilə uzun illər ailəsi ilə sözügedən mənzildə yaşamışlar. Hesab edir ki, sözügedən mənzildə on ildən artıq müddətdir ki, onun və ailə üzvlərinin istifadəsindədir. Eyni zamanda o, öz vəsaiti hesabına sözügedən mənzili əsaslı təmir etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış şifahi verdiyi vəsatətləri təmin etməmiş, prosessual hüququ normalarını və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini qəbul etməyərək, ilkin iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin və qarşılıqlı iddia üzrə cavabdehlər Cəfərov Vaqı̇f Ağa Mehdı̇ oğlu, Cavabdeh1, X9, X16 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, işdə olan sənədlərlə müəyyən olunmuşdur ki, X14 2002-ci il təvəllüdlüdür. Mülki-Prosessual Məcəllənin 49.1.-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Normanın tələbindən göründüyü kimi, məhkəmədə iddiaçı və ya cavabdeh kimi yetkinlik yaşına çatmış (18 yaşına) fiziki şəxslər çıxış edə bilərlər. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, hazırkı işdə ərizədə cavabdeh kimi qeyd edilmiş X14 yetkinlik yaşına çatmadığına görə cavabdeh statusunda ola bilməz, ona görə də, məhkəmə onu müstəqil cavabdeh kimi qəbul etmir, Cavabdeh1 ilə birlikdə yaşayan ailə üzvü kimi nəzərə alır İşdə olan seriya MH, 173144 № li Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu, 15 a № li yaşayış evinin, 74 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. İşdə olan xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 hədiyyə alan İddiaçı ünvan 1 A, mənzil 74 ünvanında yerləşən ümumi sahəsi 33.3.kv.m, yaşayış sahəsi 17.26 kv.m olan 1 otaqlı mənzili İddiaçı bağışlamışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, b, 15 a, m 74 İddiaçı mülkiyyət hüququ ilə məxsusdur. İş matertiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ İ № 373744 olan şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2010-cu ildə Cavabdeh1 doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin 07-ci ayının 27-ci günündə 34 № ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2010-cu ildə Bakı şəərində anadan olmuşdur. Atası Cavabdeh2, anası Cavabdeh1dır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan mənzil İddiaçı atası Cavabdeh2 məxsus olmuş, 2019-cu ildə Cavabdeh2 həmin mənzili bağışlama müqaviləsi ilə İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh1 2008-ci ildən əvvəlki nikahından olan övladları və Cavabdeh2lə birgə münasibətlərindən olan övladı Cəfərov Toğrulla sözügedən mənzildə yaşayır. İddiaçı mülkiyyət hüquqlarına əsaslanaraq Cavabdeh1 və övladlarının mənzildən çıxarılmasını xahiş edir xahişinin əsaslandırması kimi mülkiyyət hüquqlarını tənzimləyən maddi hüquq normalarına əsaslanır. Cavabdeh1 isə 2008-ci ildən həmin mənzildə yaşamasını, əvvəlki mülkiyyətçi ilə birgə təsərrüfat aparmasını və həmin mənzilə bəlli miqdarda vəsait xərcləməsini əks sübut kimi göstərərək özünün mənzilə yaşamaq hüququnun, başqa sözlə məhdud əşya hüququnun yaranmasını iddia edir. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etmişdir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 146.1.-ci maddəsinə əsasəndaşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi hazırkı işdə ilkin iddiaçının mübahsəli mənzilə mülkiyyət hüquqları mövcuddur. Cavabdehin isə həmin mənzillə bağlı məhdud əşya hüquqları mövcud deyildir. Çünki, daşınmaz əmlakla bağlı məhdud əşya hüququnun yaranması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlıdır. Kollegiya hesab edir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15 A saylı binada yerləşən 74 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cəfərov Fərı̇d Vaqı̇f oğlunun adına reyestrdə qeydə alındığı üçün, o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Cavabdeh1 qarşılıqlı iddiasında irəli sürdüyü–onun mübahisəli mənzilə Cavabdeh2 tərəfindən köçürülməsi, 2003-cü ilin əvvəllərindən Cavabdeh2la faktiki nikah münasibətlərində yaşamaları və birgə təsərrüfat aparmaları barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Göründüyü kimi, tərəflərin nikah münasibətlərinə əsaslanan hüquq və vəzifələrinin yaranması üçün onlar arasında rəsmi nikah mövcud olmalıdır. Hazırkı işdə isə Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmi nikah mövcud olmamışdır və o, Cavabdeh2 ailə üzvü deyildir. Digər tərəfdən, Cavabdeh2 Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ verən rəsmi (notarial) razılığının olması halı da müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. MM-nin 228.1 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5 maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh1 ilə mülkiyyətçi arasında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Deməli, Cavabdeh1 mübahisəli mənzilə nə ailə qanunvericiliyinə, nə də ki, mülki qanunvericiliyə əsaslanan hüquqları yarana bilməz. Məhkəmə Cavabdeh2lə Cavabdeh1 münasibətlərindən anadan olmuş X3 da anası ilə həmin mənzildən çıxarılması ilə bağlı qeyd etmişdir ki, Toğrulun da mübahisəli mənzildən çıxarılmasının qət edilməsi onun həmin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi kimi qəbul edilməməlidir. Həm ilkin, həm də qarşılıqlı iddialarda Toğrulun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması tələbləri irəli sürülmədiyinə görə məhkəmə bu məsələ ilə bağlı araşdırma aparmır. Təmin edilən ilkin iddia Cavabdeh1, azyaşlı övladı X3, X1, X11, X2, X8 əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması tələbidir. Məhkəmə ilkin iddianı təmin edərkən hüquqi mövqeyini onunla əsaslandırır ki, Cavabdeh1, eləcə də övladları X1, X11, X2 və X8 həmin mənzilə məhdud əşya hüquqları yoxdur. X10 münasibətdə isə məhkəmə hüquqi mövqeyini onunla əsaslandırır ki, Toğrulun 9 yaşı var və o azyaşlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, azyaşlı Toğrulun yaşayış yeri onun qanuni nümayəndəsi olan anası Cavabdeh1 yaşayış yeri olmalıdır. Göstərilənlərlə əsasən məhkəmə qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 3964/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar