Məhkəmə qərarları › İş №2(103)-9782/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9782/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9782/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(007)-7550/2017 saylı, 11.09.2017-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə el adəti ilə nikaha daxil olmuş və rəsmi nikah 15.06.2014-cü il tarixdə Bakı şəhəri Nizamii rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra tərəflər arasında bir müddət normal ailə münasibətləri mövcud olmuşdur. Birgə nikahdan 10.03.2015-ci il tarixdə X2 adlı uşaqları anadan ollmuşdur. Binəqədi Rayon Məhkəməsində 2(001)-7341/17 saylı iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia qaldırılmışdır. İddiaçı Cavabdeh2 ilə ailə qurduğu gündən onun atası Yavər Allahverdiyevin adına olan və məhz yeni ailə quran həmin şəxslər üçün inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə (özbaşına tikiliyə) gəlin köçmüş və cehiz əşyalarını da ora gətirmiş, həmin evdə birgə nikahdan 10.03.2015-ci il tarixdə Məryəm Allahverdiyeva adlı uşaqları doğulmuşdur. Həmin evdə etibarlı ailə əlaqələri əsasında yalnız iddiaçı, onun əri Cavabdeh2 və uşaqları yaşamışlar. Dəfələrlə İddiaçı azyaşlı uşağı ilə birlikdə cabdehlər tərəfindən döyülüb təhqir edilərək evdən qovulmuş, sonuncu dəfə 2017-ci ilin əvvəllərində bu hal baş vermiş və İddiaçı azyaşlı uşağı ilə birlikdə bu günə qədər atası evində ağır şəraitdə yaşamaq məcburiyyətindədir. İddiaçı döyülüb təhqir edilməsinin əsas səbəbi isə o olmuşdur ki, atası onlara, yəni onun əri cavabdeh Rasif Allahverdiyev və qaynı Nain Allahverdiyevi də saxlamalı, yəni onlara maliyyə yardımı etməli imiş. Bu mümkün olmadıqda isə, İddiaçı mütəmadi olaraq həmin şəxslər tərəfindən döyülərək, şiddətə və işgəncələrə məruz qalmışdır. İddiaçı evdən qovulan zaman Cavabdeh2 ona hətta özünün və azyaşlı uşağının geyim əşyalarını, həmçinin qızıl-zinət əşyalarını götürməyə imkan verməmiş, bu gün də bütün əşyaları həmin evdədir. İddiaçınm əşyalarının, o cümlədən qızıl-zinət əşyalarının əksəriyyəti qaynı Nairn Allahverdiyev tərəfindən oğurlanaraq satılmış və ya gizlədilmişdir. İddiaçı azyaşlı usaqları ilə birlikdə digər yaşayış sahəsi yoxdur. Hazırkı ərizəyə əlavə edilən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyinin 50 saylı 26.05.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən özbaşına tikilidə qeydiyyatsız yaşayır; ailə başçısı Cavabdeh1 vergi ödəyicisi kimi qeydə alınıb, ailə üzvləri X3, həyat yoldaşı Cavabdeh2dur. Bundan başqa hazırkı ərizəyə əlavə edilən Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin Əmlak və torpaq vergisinin ödənilməsi barədə 6934 saylı 13.05.2017-ci il tarixli Tədiyyə Bildirişindən görünür ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə dair 2014-2016-cı illər üçün əmlak və torpaq vergisi vergi ödəyicisi Cavabdeh1 tərəfindən (əslində İddiaçı atası tərəfindən) ödənilmişdir və vergi borcu yoxdur. Bundan başqa hazırkı ərizəyə əlavə edilən toy mərasiminin mübahisəli evdə olan hissəsinin video diskindən görünür ki, tərəflərin toy mərasimi həmin mübahisəli evdən başlamış, cehiz alan da həmin gündən həmin evdə olmuşdur. Hesab edir ki, İddiaçı Cavabdeh2 ilə birgə nikahdan doğulmuş azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə (özbaşına tikiliyə) köçürülməlidir. Buna görə də, İddiaçı Cavabdeh2 ilə birgə nikahdan 10.03.2015-ci il tarixdə doğulmuş azyaşlı uşağı X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə Küçəsində yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(007)-7550/2017 saylı, 11.09.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Cavabdeh2 ilə birgə nikahdan 10.03.2015-ci il tarixdə anadan olmuş uşağı X3 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsindəki özbaşına tikiliyə evə köçürülməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin iş üzrə qəbul etdiyi 11.09.2017-ci il tarixli, 2(008)-7550/2017 saylı qətnaməsi aşağıda göstərəcəkləri əsaslara görə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən işə baxılıb 11.09.2017-ci il tarixli qətnamə çıxarılan zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri kobud və ciddi şəkildə pozulmuşdur. Belə ki, MPM-nin 88-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Birinci instansiya məhkəməsində işə baxılan zaman tam müəyyən və sübut olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evini hazırkı mülki iş üzrə Cavabdeh1 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etmişdir. O vaxtdan indiyə kimi də həmin evə görə o, yəni Cavabdeh1 əmlak və torpaq vergisinin ödəyicisidir. Ev 1(bir) mərtəbəli, 3(üç) yaşayış otağından, mətbəx və sanitar qovşağından ibarətdir. Fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur, özbaşına tikili hesab olunur. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd edilən fərdi yaşayış evi 2006cı ildə hazır olandan sonra həmin evdə cavabdehlər Yavər Allahveriyev, onun həyat yoldaşı, Cavabdeh2, sonuncunun qardaşı və onun ailəsi yaşamağa başlamışlar. İddiaçı ilə cavabdeh X4 15.03.2014-cü ildə rəsmi nakaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh2 ailə həyatı qurandan sonra iddiaçı cavabdehlərin və onların ailə üzvlərinin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evinə(özbaşına tikiliyə)gəlin gəlmişdir. Ondan sonra da həmin evdə 3(üç) ailə, yəni Cavabdeh2, İddiaçı, Cavabdeh1, onun həyat yoldaşı, oğlu Nain Allahverdiyev ailəsi ilə birgə yaşamışdır. İndinin özünə kimi də cavabdehlər, Cavabdeh1 həyat yoldaşı, oğlanları Nain Allahverdiyev və ailəsi bu fərdi yaşayış evində əvvəlki kimi daimi və fasiləsiz olaraq yaşayırlar. İddiaçı onlarla bu evdə 2016-cı ilin may ayına kimi yaşamışdır. Bu evdə yaşayan zaman iddiaçı ilə Cavabdeh2 birgə nikahdan bir övladları - 10.03.2015-ci ildə qızları X3 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh2 ailə münasibətləri də məhz iddiaçının təqsiri üzündən, tez-tez evdə əsassız və səbəbsiz yerə münaqişələr və söz-söhbətlər yaratması üzündən pozulmuş, pisləşmiş və gərginləşmişdir. Ailə münasibətlərimiz pozulduğuna görə 2016-cı ilin may ayında İddiaçı evi öz istəyi və arzusu ilə tərk etmiş və azyaşlı uşağını da özü ilə götürüb valideynlərinin evinə getmiş və indiyə kimi də onlarla bir yerdə yaşayır. İddiaçı heç kim evdən qovmamış və çıxarmamışdır. İddiaçının iddia ərizəsində ərə gələndən sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evində yalnız özünün, Cavabdeh2 və daha sonra dünyaya gəlmiş uşaqları Məryəm Allahverdiyeva ilə birgə yaşaması, cavabdehlər tərəfindən dəfələrlə döyülməsi və təhqir olunması, evdən qovulması, sonuncu dəfə belə bir halın 2017-ci ilin əvvəllərində baş verməsi, özünün və azyaşlı uşağının geyim əşyalarının və qızıl-zinət əşyalarının bizim evdə qalması, qızıl-zinət əşyalarının əksəriyyətinin qardaşı Nain Allahverdiyev tərəfinfən oğurlanaraq satılması və gizlədilməsi, iddiaçının azyaşlı uşağı ilə atası evində ağır şəraitdə yaşamağa məcbur olması və s. barədə yazdıqları tamamilə ağ yalan olmaqla heç bir həqiqətə uyğun deyildir. Bütün bunlar onlara qarşı şər və böhtan olmaqla bizdən qisas almaq məqsədilə yazılan və edilən hərəkətlərdir. Aparılmış məhkəmə araşdırması ilə o da müəyyən edilmişdir ki, İddiaçı mübahisəli evin inşasında,onun təmirində hər hansı bir şəkildə iştirak etməmiş, hər hansı bir məbləğdə vəsait sərf etməmişdir. Belə olan halda iddiaçının mübahisəli özbaşına tikiliyə istifadə və ya hər hansı digər hüququ yaranmamışdır. Bu kimi hüquqlar yaranmadığından, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli sahəyə köçürülməsinin hüquqi əsası yoxdur. İşə baxan birinci instansiya məhkəməsi isə məhkəmə araşdırması zamanı müəyyən edilmiş bütün yuxarıda qeyd etdiyimiz bu hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə 11.09.2017-ci il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-734/2017 saylı 31.08.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə azyaşlı qızı Məryəm Allahverdiyeva iddiaçının yanında və himayəsində saxlanılmaqla Cavabdeh2 hər ay sabit pul məbləği şəklində 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. 3(üç) yaşayış otağından ibarət olan və 3(üç) ailənin yaşadığı bir evə yer olmadığına görə iddiaçının azyaşlı uşağı ilə köçürülməsi qeyri-mümkündür. Digər tərəfdən iddiaçı ilə onların bütün ailə üzvlərinin münasibətləri bir ildən artıqdır ki, pozulmuş,aralarında ciddi ailə münaqişəsinin olması da iddiaçının azyaşlı uşağı ilə yaşadığı evə köçürülməsini qeyri-mümkün edir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin iş üzrə çıxarmış 11.09.2017-ci il tarixli,2(008)-7550/2017 saylı qətnaməsi öz mahiyyət və məzmununa görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1,180.3-cü maddələrinin tələblərinə də zidd olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin iş üzrə çıxarmış 11.09.2017-ci il tarixli,2(008)-7550/2017 saylı qətnaməsi eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 27.09.2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldızın Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi 30.11.2004-cü il tarixli qərarına, eyni zamanda “Delcout Belçikaya qarşı“ iş üzrə 17.01.1970-ci il tarixli qərarına, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarına,“X8rşı“ iş üzrə qəbul etdiyi 26.10.1984-cü il tarixli qərarına da zidd olmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehlər, onların nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti təmin olunmalı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11.09.2017-ci il tarixli, 2(008)- 7550/2017 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 3160 saylı, 26.05.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, özbaşına tikilidə qeydiyyatsız yaşayır. Ailə başçısı Cavabdeh1 vergi ödəyicisi kimi qeydə alınıb. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 30.05.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 96, mənzil 45-da qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7341 saylı, 31 avqust 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15.03.2014-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş uşaq X3 anasının yanında saxlanmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 iddiaçının xeyrinə hər ay 136,60 manat sabit məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 04.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1962-təvəllüdlü olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır. 1-ci instansiya məhkəməsində Yerli baxış zamanı məlum olmuşdur ki, iddia tələbini predmeti olan ev - Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində özbaşına tikilidir. Həmin ev 3 otaqlıdır. Cavabdehlərin ailəsi 2006-cı ildən həmin ünvanda yaşayır. İddiaçı həmin ünvana gəlin köçmüş və mübahisəli evin otaqlarının birində iddiaçıya məxsus cehiz əşyaları vardır. Beləliklə, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının iddia ərizəsindən və işin digər halları ilə müəyyən və sübut olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evini hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etmişdir.O vaxtdan indiyə kimi də həmin evə görə o, yəni Cavabdeh1 əmlak və torpaq vergisinin ödəyicisidir.Ev l(bir) mərtəbəli, 3(üç) yaşayış otağından, mətbəx və sanitar qovşağından ibarətdir.Fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur, özbaşına tikili hesab olunur.Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir.Qeyd edilən fərdi yaşayış evi 2006-cı ildə hazır olandan sonra həmin evdə cavabdehlər Yavər Allahveriyev,onun həyat yoldaşı, Cavabdeh2,sonuncunun qardaşı və onun ailəsi yaşamağa başlamışlar.İddiaçı ilə cavabdeh X4 15.03.2014-cü ildə rəsmi nakaha daxil olmaqla ailə həyatı qurmuşdur.İddiaçı ilə Cavabdeh2 ailə həyatı qurandan sonra iddiaçı cavabdehlərin və onların ailə üzvlərinin yaşadığı mübahisəli Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evinə(özbaşına tikiliyə)gəlin gəlmişdir.Ondan sonra da həmin evdə 3(üç) ailə, yəni Cavabdeh2, İddiaçı, Cavabdeh1, onun həyat yoldaşı, oğlu Nairn Allahverdiyev ailəsi ilə birgə yaşamışdır. İndinin özünə kimi də cavabdehlər,Cavabdeh1 həyat yoldaşı, oğlanları Nairn Allahverdiyev və ailəsi bu fərdi yaşayış evində əvvəlki kimi daimi və fasiləsiz olaraq yaşayırlar.İddiaçı onlarla bu evdə 2017-ci ilin əvvəlinə kimi yaşamışdır.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7341 saylı, 31 avqust 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15.03.2014-cü il tarixli nikahın pozulması qət edilmişdir. Beləliklə, tərəflər arasında hüquq münasibətləri 15.03.2014-cü ildə yaranmışdır və iddiaçı hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 tərəfindən 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etdiyi özbaşına tikiliyə gəlin köçmüşdür. Bundan sonra da mübahisəli evdə 3(üç) ailə, yəni Cavabdeh2, İddiaçı, Cavabdeh1, onun həyat yoldaşı, oğlu Nairn Allahverdiyev ailəsi ilə birgə yaşamışdır.İddiaçı onlarla həmin evdə 2017-ci ilin əvvəlinə kimi yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən : 30.4.-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən özbaşına tikili fərdi yaşayış evi hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 tərəfindən 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etməsi işin mübahisəsiz halı olduğundan və iddiaçının həmin evdə hər hansı yaxşılaşdırma aparması, Cavabdeh1 ilə birgə təsərrüfat aparması məhkəmə baxışı zamanı təsdiqini tapmadığından iddiaçının Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən özbaşına tikili fərdi yaşayış evinə köçürülmə tələbi də əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin birgə apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11.09.2017-ci il tarixli, 2(008)-7550/2017 saylı qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar