Məhkəmə qərarları › İş №2(103)-979/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-979/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-979/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2476/20 saylı 27.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 22.08.2012-ci il tarixli 106886-1-3408 saylı kredit müqaviləsi üzrə 8.054,32 ABŞ dolları əsas borc, 360,16 ABŞ dolları faiz borcu, 7,60 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8.422,08 (səkkiz min dörd yüz iyirmi iki dollar 08 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma “Chevrolet Malibu-minik” markalı, qara metalik rəngli, 2012-ci il buraxılışı olan **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobil (ipoteka predmetinin ilkin satış qiyməti 23500 (iyirmi üç min beş yüz) manat dəyərində qiymətləndirilməklə) yönəldilsin və açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə daiir yen qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2476/20 saylı 27.10.2020-ci il tarixli qətnaməsindən öz növbəsində İddiaçı ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin ilkin isatış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və yenidən müəyyən edilməsi xahiş edilmişdir. İşə apellyasiya şikayətinə baxılarkən İddiaçı ASC-nin səlahiyətli nümayəndəsi, Hüquq İdarəsinin rəisi tərəfindən imzalanmış ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə iddiasından imtina etdiyini, imtinanın nəticələrinin onlara aydın olduğunu və imtinanın qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümyaəndəsi ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 22.08.2012-ci il tarixli 106886-1-3408 saylı kredit müqaviləsi üzrə borcunu tam ödəmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, İddiaçı ASC-nin iddia tələblərindən imtina ərizəsi qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2020--ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin səlahiyətli nümayəndəsi, Hüquq İdarəsinin rəisi tərəfindən imzalanmış iddia tələblərindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar