Məhkəmə qərarları › İş №2(103)-9801/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9801/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9801/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi, işə bərpa və əmək haqqı” barədə tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, X12 ilə 06.08.2019-cu il tarixdə onunla bağlanılmış, ictimai işlərə cəlb etmə barədə əmək müqaviləsinə 12.03.2021-ci il tarixdə əmək məcəlləsinin 70-in ç bəndi ilə xitam verilməsi barədə cavabdeh X10 qərarının ləğv edilməsi, əmək müqaviləsinin ləğv edildiyi andan qüvvəyə minmiş hesab ediməsi, 2020-ci ilin avqust ayından bu günə kimi ödənilməmiş əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instasniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10.02.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əməkhaqqının ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxıl olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (bundan sonra - Nazirlik) baxılmışdır. 06.08.2019-cu il tarixdə İmişli rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında Cavabdeh2 MMC-də sosial işçi vəzifəsinə işə qəbul olunmuş və bağlanmış əmək müqaviləsi hazırda qüvvədədir.2020-ci ilin sentyabr ayına qədər işlədiyi Cavabdeh2 MMC tərəfindən əməkhaqqı hesablanmış və plastik kart hesabına köçürülmüşdür. Növbəti aylarda işə davamiyyət cədvəlində adı qeyd edilmədiyinə görə əməkhaqqı hesablanmamışdır. Əlavə olaraq müraciətdə qeyd edilən digər xüsusatlarla əlaqədar Nazirlikdə araşdırma aparılır və nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbir görüləcəkdir. Cavabdeh2 MMC-nin 17.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bağlanılmış əmək müqaviləsi 12.03.2021 -ci il tarixində Əmək Məcəlləsinin 70-in ç bəndi (işçi özünün əmək funksiyasını və ya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmişdir. Əlavə olaraq əməkhaqqı kartının hansı səbəbdən üçüncü şəxslərə verməyi və bununla bağlı qeyd etdiyi digər məqamlara müraciətdə aydınlıq gətirilməmişdir. Qeyd olunan məqamlarla bağlı korrupsiya faktının olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh2 MMC-nin xəbərdarlıq məktubuna əsasən, İddiaçı işə gəlməməsi və vəzifə öhdəliklərini yerinə yetirməməsi bildirilmiş və 3 iş günü ərzində əlaqə saxlamadığı və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair rəsmi sənəd təqdim etmədiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 11.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əmək haqqı mənimsənildiyi və 2 aylıq əmək haqqının (482 manatın) və 2 aylıq tabel üzrə almadığı, karta vurulmayan 482 manatın, ümumlikdə isə 964 manatın ödənilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanan şikayətdə əks etdirilmiş halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur.06 avqust 2019-cu il tarixdən “X12 MMC tərəfindən sosial işçi kimi ictimai işlərə cəlb edilmiş və hal-hazırda bağlanılmış əmək müqaviləsi qüvvədədir. Cari ilin sentyabr, oktyabr aylarında “X11 sosial işçi kimi işə çıxmadığına görə həmin aylar üzrə verilən əmək haqqı dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti İmişli regional ərazi şöbəsinin 21.12.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "X12” MMC ilə bağlanmış 06.08.2019-cu il tarixli müddətli əmək müqaviləsi əsasında İmişli Mənzil Kommunal Təsərrüfat; İstehsalat Birliyində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi İşinə təhkim olunmuşdur. Cavabdeh2 MMC-nin 15.12.2020-ci il tarixli **********7 nömrəli məktubuna və məktuba əlavə olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, ictimai işçilərin əmək haqları təhkim olunduqları icraçı qurum (imişli rayon Mənzil Kommunal Təsərrüfat; İstehsalat Birliyi) tərəfindən X12nə təqdim edilən işə davamiyyət cədvəllərinə əsasən ödəniiir. imişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən X12nə təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəilərinə əsasən 2020ci ilin iyul ayı üçün 241.25 manat, avqust ayı üçün 241.25 manat əmək haqqı hesablanmış və əmək haqqı kartına köçürülmüşdür. Lakin, cari ilin sentyabr, oktyabr və noyabr aylar; üçün təqdim edilmiş davamiyyət cədvəlində adı iş günü qeyd edilmədiyindən əmək haqqı hesablanmamışdır. İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 15.12.2020ci il tarixlı 66 saylı məktubla iddiaçıya bildirilmişdir ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylar ərzində üzürsüz səbəbdən işdə olmadığı üçün həmin aylar üzrə davamiyyət cədvəllərində adına iş günü qeyd edilməmiş, nəticədə əmək haqqı hesablanmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, X12 arasında bağlanmış əmək müqaviləsi hazırda qüvvədədir. Qeyd edilənlərə əsasən, əmək haqqı mənimslənilməsi və digər korrupsiya halları ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Həmçinin, əmək haqqı vaxtında ödənilməsi üçün onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş nizam İntizam qaydalarına və digər öhdəliklərə əməl edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti İmişli regional ərazi şöbəsinin 30.11.2020-ci il tarixli bildirişinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudalıəsı naziri cənab Sahil Babayevə ünvanlanan İmişli Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyində təmizlik işləri üzrə köməkçi işləməyi və işlədiyi aylar ərzində ona ödənilməli olan əmək haqqlarını ala bilməməyi və bununla bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı müraciəti X5 Xidmətinin İmişli Regional Ərazi şobəsı tərəfindən baxılır. Bununla əlaqədar müraciətin iştirakla ətraflı və dəqiq araşdırılması məqsədilə izahat verməyi üçün 3 (üç) gün müddətində (şəxsiyyət vəsiqəsi ilə) X5 Xidmətinin İmişli Regional Ərazi şöbəsinə (İmişli şəhər H.Aslanov küçəsi 3)dəvət olunmuşdur. 25.11.2020-ci il tarixindən 22.12.2020-ci il tarixinə kimi davamiyyətləri zəif olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlıvaxtında yerinə yetirmədikləri üçün işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə köməklik göstərilməsi barədə 15.01.2021-ci il tarixli akt.əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi 16.03.2021-ci il tarixli bildirişinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriış ləğv edilmişdir. İmişli rayonunda ictimai işlərə cəlb edilmiş 2021-ci ildə əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilməyən şəxslərin siyasınıda İddiaçı adı qeyd olunmuşdur. "X12” MMC-nin 25.01.2021-ci il tarixli xəbərdarlıq məktubu 04.02.2021-ci il tarixində imzalanaraq əldə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC 03.08.2021-ci il tarixli etiraz ərizəsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş.səh.7, 8, 9, 15, 16, 18,42,58, 52, 45, 35). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 296; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə X12 arasında 06.08.2019-cu il tarixində əmək müqaviləsi bağlanılaraq İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin nüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli Rayon İcra Hakimiyyəti, İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və X12 arasında bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərinə əsasən tənzimlənir və ictimai işçilərin əməkhaqları təhkim olunduqları icraçı qurum İmişli rayon Mənzil Kommunal Təsərrüfatı təqdim edilən işə davamiyyət cədvəllərinə (tabellərə) əsasən ödənilir. İmişli rayonu üzrə X12nə təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən iddiaçı əmək müqaviləsi bağlanıldığı tarixdən 2020-ci ilin avqust ayına qədər tam əməkhaqqı hesablanaraq bank hesabına köçürülmüşdür. 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar və fevral ayları üçün isə adına iş günü qeyd edilmədiyindən iddiaçıya əməkhaqqı hesablanmamışdır. 21-22 yanvar 2020- ci il tarixində X12 tərəfindən İmişli rayonuna təhkim edilmiş ictimai işçilərin işə davamiyyəti ilə bağlı keçirilmiş monitorinq zamanı iddiaçının işə mənfi davamiyyəti müşahidə olunmuşdur. İmişli rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının 25.11.2020-ci il tarixindən 22.12.2020-ci il tarixinədək işə mənfi davamiyyəti barədə tərtib edilmiş 15.01.2021 -ci il tarixli akt X12nə daxil olmuşdur. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq 25.01.2021 - ci il tarixində X12 tərəfindən iddiaçıya qeydiyyatda olduğu ünvana poçtla xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq icraçı qurum tərəfindən 2021-ci ilin fevral ayı üçün təqdim olunmuş davamiyyət cədvəlində işə çıxmadığı məlum olmuşdur. Bundan sonra iddiaçı ilə bağlanılmış əmək müqasinə 12.03.2021-ci il tarixində Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) bəndinə əsasən verilmiş, son haqq hesabı da ödənilmişdir. iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər, Yasamal rayon məhkəməsinin 05.08.2021-ci il tarixli 2(004)-4725/2021 qətnaməsi ləğv edilməsi və apellyasiya şikayəti təmin edilməsi, “DOST İŞ” Mərkəzinin barəsində olan əmək məcəlləsinin 70 ç bəndi ilə 12.03.2021-ci il tarixdən əmək müqaviləmə xitam verilmə barədə əmrin etibarsız hesab edilməsi, ləğv olunması, 2020-ci ilin avqust ayından xidmətə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddia tələbi Yasamal rayon məhkəməsinin hakimi Toğrul Axundovun icraatına daxil olmuş və məhkəmə qanunsuz və əsassız olaraq 05.08.2021-ci il tarixdə 2(004)-4725/2021 saylı qətnamə ilə iddia müddətini guya ötürməyini göstərərək iddia rədd edilmişdir. Halbu ki, iddia müddətini ötürməmişdir. Belə ki, iş məhkəmə mühakiməsində olarkən, 23.07.2021-ci il tarixdə hakimin ona verdiyi tövsiyyədən sonra əmək və əhalinin “DOST İŞ” Mərkəzinə eləcə də, 16 saylı regional məşğulluq mərkəzinə müraciət edərək, əmək müqaviləmə xitam verilmə barədə əmrin surətini və əmək kitabçamı ona qaytarılmasını tələb etmişdir. Bundan sonra 18.08.2021-ci il tarixdə rəsmi qaydada müraciət etdiyi orqanlar əmək müqaviləyə xitam verilmə barədə qərarın surətini və əmək kitabçası rəsmi poçt vasitəsilə ona göndərmişlər. Bunu təsdiq edən müraciət ərizə və cavabdehin ona ünvanladığı məktub, əmək kitabçası, əmrin pozulmasına dəlalət edən sənəd və həmin sənədləri ona göndərmək üçün müşayiət edici poçt zərfi vardır. Sadəcə olaraq Yasamal rayon məhkəməsinə 10.06.2021-ci ildə müraciət etməyi cavabdeh orqan tərəfindən ünvanlanan məktuba baxış keçirən vaxt həmin məktubda əmək müqaviləmin pozulmasını gördükdə lakin, cavabdeh orqandan həmin əmrin surətini və əmək kitabçası ala bilmədiyindən dərhal həmin məktub əsasında məhkəmədə iddia tələbi irəli sürdü X8 bu və ya digər kimi dolayısı yollarla əmək məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsindən statlar gətirməklə bir təqvim ayı ərzində mübahisələndirilən əmrdən şikayət etmək müddətinin olmasını və həmin müddəti itirməyi göstərmişdir. Bundan başqa həmin məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində hüququn pozulması aşkar edildiyi gün müvafiq əmrin sərəncamının qərarın, əmək kitabçasının haqq hesab sənədlərinin verildiyi həmçinin əmək müqaviləsinin bu məcəllədə nəzərdə tutulmuş şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğu gün olmasını qeyd etmişdi. Bundan başqa məhkəmə göstərmişdir ki, işə bərpa olunma üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Məhkəmənin qanunsuz qərarını onunla izah edə bilər ki, məhkəmənin birinci iclasında hakim tərəfindən tövsiyyə edilmişdir ki, əmrin surətini və əmək kitabçasını almağına dair rəsmən müraciət edir və məhkəməyə təqdim edir. O, həmin müraciəti təkrarən qeyd etdiyi kimi, 23.07.2021-ci il tarixdə hazırlıq iclasından bir gün sonra etmiş və həmin sənədləri isə 05.08.2021-ci il tarixli məktubla cənab Emil İsmayılov rəsmən göndərmişdir.Məhkəmə qanunsuz və əsassız olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin X1rşı 25 yanvar 2000-ci il tarixli qərarından stat gətirməklə həmin vəziyyətlə iddia tələbini eyniləşdirməyə çalışmışdır. Halbu ki, X7 Məhkəməsinə istinad edən hakim Banderinkonun Ukraynaya qarşı iş üzrə 17 iyun 2008-ci il tarixli qərarına istinad etməli və həmin qərarda cavabdeh orqanın prosedur hüquq normalarını pozmasından danışmaqla hüquqlarını təmin etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2 MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etirazı təqdim edərək, iddiaçının 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci il yanvar, fevral aylarında işə gəlmədiyini, 2021-ci il aprel ayında son ödənişin ediliyini, iddianın 2021-ci ilin iyun ayında verildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının davamlı olaraq işə gəlməməsi vəzifəfə funksiyalarının həyata keçirilməsinə və işəgötürənin mənafeyinin pozulmasına birbaşa dəlalət edən haldır, əməlin qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar