Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9802/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı, 02 avqust 2021-ci il tarixli qərardadından X2 nümayəndəsi qismində X3 tərəfindən verilmiş şikayəti mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Sabunçu rayon Məhkəməsi tərəfindən poçt vasitəsi ilə Bakı apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmış, apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Sabunçu rayon məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı 23.04.2021-ci il tarixli qərardadı ilə X2 Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı 16.10.2020ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Sabunçu rayon Məhkəməsi tərəfindən Bakı apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı 23.04.2021-ci il tarixli qərardadından X2 adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və qanunla müəyyən edilmiş qaydada sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinə baxılması ilə əlaqədar Sabunçu rayon məhkəməsinin sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt olunmuş fərdi yaşayş evindən çıxarılma və evə köçürülmə» tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılmış və Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı 02.08.2021-ci il tarixli qərardadı ilə X2 2(008)-1364/2020 saylı 23.04.2021-ci il tarixli qərardadından vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Geri qaytarılmanın əsası ondan ibarət olmuşdur ki, qəradaddan apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Həmin qərardaddan X2 nümayəndəsi qismində X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İş materiallarına isə (i.v 114; 171 və 198) X5 tərəfindən X1 adına verilmiş etibarnamənin əsli (lazımi qaydada təsdiq olunmuş surəti) deyil, surəti əlavə edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cu maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən qanunvericiliyin tələblərinə əsasən A.Ağarzayevin şikayəti nümayəndə qismində imzalaması üçün Ə.Bunyatovun vəkili və ya yaxın qohumu olmalıdır. İş materiallarında isə A.Ağarzayevə aid vəkil orderi və ya Ə.Bunyatovun yaxın qohumu olması barədə sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.3-cü maddəsinin qeyd hissəsində qohum anlayışı verilmişdir. Belə ki, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Bu səbəbdən şikayətin imza qrafasındakı imzanın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması müəyyən edilir. Buna görə də kollegiya hesab edir ki, şikayəti imzalanmamış kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı, 02 avqust 2021-ci il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1364/2020 saylı, 02 avqust 2021ci il tarixli qərardadından X2 nümayəndəsi qismində X3 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət X4 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9802/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9802/2021
16.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver