Məhkəmə qərarları › İş №2(103)-9807/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9807/2021

16.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9807/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızına qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 cəlb edilməklə, “miras əmlak tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X3 miras qalmış hal-hazırda Cavabdeh istifadəsində olan 2010-cu il Toyota Land-Cruiser Prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobildən iddiaçılara düşən miras payların alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı “vərəsəlik hüququnun adına qeydə alınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, X3 miras qalmış Land-Cruiser Prado markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən olunması barədə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun adına qeydə alınması tələbinə dair” iddia tələbinin həcminin artırılmasına barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, mərhum X3 miras qalmış Bərdə rayonu, Nazirli kəndində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evinə və Bərdə rayonu, Nazirli kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin miras əmlaklardan pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlaklarda qarşılıqlı iddia üzrə cavabdehlərin payının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh payına əlavə edilərək onun yeganə vərəsə kimi tam hissədə pay alması hüququnun təmin edilməsini, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 26.06.2015-ci il tarixli AC509980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX9FJ3AK015389, mühərrikin nömrəsi 2TR0898699 və buraxılış ili 2010-cu il olan TOYOTA LAND-CRUİSER-PRADO MİNİK markalı **-ZJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mərhum X9 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsini, həmin avtomobilin mərhum X6 məxsus olan miras qalmış ½ hissəsinə dair qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməli və ləğv edilməlidir. İddiaçı1 mirası qəbul etmək üçün müraciət etmiş, lakin İddiaçı2 müraciət məmişdir. Vərəsəlik işində İddiaçı2 vərəsəlik şəhadətnaməsinə yazılması barədə mirası qəbul etmiş digər vərəsələrin yazılı surətdə ifadə edilmiş razılıq ərizələri mövcud deyil. Belə olan halda, miras əmlaklara dair verilən vərəsəlik şəhadətnaməsində İddiaçı2 adının yazılması qanunsuzdur. Bundan başqa, qətnamədə qeyd edilir ki, ilk iddia üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməklə, miras əmlak üzərində 1/3 hissədə hər bir ərəsəyə dair payların müəyyən edilməsini xahiş etmiş və müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Göründüyü kimi ilk iddia üzrə iki iddiaçı olduğu halda, məhkəmə adını göstərməsədə yalnız bir İddiaçı1 müraciət etdiyini qeyd etmiş, İddiaçı2 isə notariusa müraciət etməmişdir. Məhkəmə, şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində səhv nəticəyə gəldiyindən, bu əsasla da müzakirə edilən qalan hissədə qarşılıqlı iddianı təmin etməmək barədə mövqeyi yalnış olmuşdur. Hesab edirik ki, İddiaçı2 həmin miras əmlaklardan pay almaq hququ itirilmiş hesab edilməli və mirasdan İddiaçı2 verilmiş 1/3 hissə paym yarısı Cavabdeh payına əlavə edilməlidir. Məhkəmə tərəfindən yol verilən pozuntu halları aşağıdakılardan ibarətdir: həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci nstansiya məhkəməsi tərəfindən sübut olunmaması, məhkəmənin qətnamədə göstərdiyi ləlillərin işin hallarına uyğun olmaması. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizələrində və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi hissəsində belə nəticəyə gəlmişdir ki, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və etibarsız hesab edilməsi içün əsas yoxdur. Belə ki, ilk iddia üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməklə, miras əmlak üzərində 1/3 hissədə hər bir vərəsəyə dair payların müəyyən edilməsini xahiş etmiş və müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi iarədə tələb rədd edildiyindən iddia tələbi müzakirə edilən digər hissədə də əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 13 may 1983-cü il tarixli, İ-ЖО № 407366 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında 13 may 1983-cü il tarixdə nikah bağlanmış və bu barədə Rusiya Federasiyası Amur vilayəti Tında şəhər VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ilin may ayının 13 günündə 196 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qaraşova soyadı verilmişdir.(İ.vər. 13) İş materiallarında olan, 18 avqust 1983-cü il tarixli, İİ-ЖО № 299111 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü il tarixdə Rusiya Federasiyası Amur vilayəti Tında şəhərində anadan olmuşdur və bu barədə Rusiya Federasiyası Amur vilayəti Tında şəhər VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1983-cü ilin avqust ayının 18 günündə 901 № ilə qeyd edilmişdir. X1 və anası X7r.(İ.vər. 13) İş materiallarında olan, 09 oktyabr 2020-ci il tarixli, AZ-İİ № 104863 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24.09.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdur və bu barədə Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin oktyabr ayının 07 günündə 1050 № ilə qeyd edilmişdir.(İ.vər. 15) İş materiallarında olan, 10 avqust 2020-ci il tarixli, AZ-İİ № 094126 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30.07.2020-ci il tarixdə Bərdə rayonunda ölmüşdur və bu barədə Bərdə rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin avqust ayının 10 günündə 460 № ilə qeyd edilmişdir.(İ.vər. 16) İş materiallarında olan, Bakı şəhəri 17 saylı notariat ofisində X4 adına açılmış vərəsəlik işinin təsdiq olunmuş surətinə əlavə edilmiş 2V-105 №-li, 16 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 09.08.2016 tarixdə X6 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evidən, torpaq sahəsi tərəfindən 09.08.2016 tarixdə X6 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanılmışdır.(İ.vər. 181) Həmin vərəsəlik işinə əlavə edilmiş 27 aprel 2021-ci il tarixli, 2V-116 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 X4 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 09.08.2016 tarixdə X6 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evindən və DƏDRX tərəfindən 09.08.2016 tarixdə X6 verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən ibarətdir. Miras əmlakın 1/3 hissəsinə 2V- 105 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.(İ.vər. 182) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X9 24.09.2020-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri arvadı Cavabdeh, uşaqları İddiaçı1 və İddiaçı2dur. Miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evidən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən və Toyota Land-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 27 aprel 2021-ci il tarixli, 2V-116 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsələrin ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 165.6 kv/m olan fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsinə hər bir vərəsənin 1/3 hissədə payı, 2V171 nömrəli 08 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə vərəsə Cavabdeh Toyota Land-Cruiser Prado minik markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tam payı tanınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan etməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 sentyabr 2000-ci iltarixli 167 saylı qərarının 96-cı bəndində də göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzusuna uyğun olaraq verilir. Vərəsələrdən birinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər vərəsələri mirasın qalan hisəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun “Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri” adlanan 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Qeyd edilən qanunda vərəsəlik hüququ haqqında şəhadətnamənin vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilməsi, əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamənin altı aydan tez də verilə bilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar miras əmlaka dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bununla da artıq iddia müddətini ötürməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, X3 miras qalmış Bərdə rayonu, Nazirli kəndində yerləşən ümumi sahəsi 165.6 kv.m olan fərdi yaşayış evindən və Bərdə rayonu, Nazirli kəndində yerləşən ümumi sahəsi 0.4 ha olan torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 irs alması barədə Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-116 № ilə qeyd edilmiş 27 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən etibarsız hesab edilməsi üçün əsasların olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində məhkəmənin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində səhv nəticəyə gəldiyindən, müzakirə edilən qalan hissədə qarşılıqlı iddianı təmin etməmək barədə mövqeyinin yalnış olduğunu qeyd etsə də, bu halı əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar