Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-981/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh1 Nadir oğlunun nümayəndəsi Vəkil2 Əlyeviçin iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı Notariat Ofisinə və Cavabdeh1 Nadir oğluna (üçüncü şəxslər X17, X5, X8) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2125/2020 saylı işi üzrə 04 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənov X9 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 11 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/8 hissəsi X6, 1/8 hissəsi Həsənov X14, 1/8 hissəsi, 1/8 hissəsi X16, 4/8 hissəsi X3, 11.08.2017-ci il tarixdən 1/8 hissəsi İddiaçı mülkiyyətindədir; - Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş 09.07.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən, 23.12.2014-cü ildə vəfat etmiş Həsən-zadə Mənsur Fətulla oğlunun vərəsəsi - ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı qzı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras AC No 007124 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2010 olan “Chevrolet Aveo” minik markalı, 90XS750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə əsasən,Həsən-zadə Mənsur Fətulla oğlu 23.12.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.12.2014-cü ildə 563 No ilə qeyd edilmişdir; - Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı nümayəndəsi Vəkil1 ünvanlanmış 19.09.2020-ci il tarixli məktubuna əsasən, Cavabdeh1 12.12.2018-ci il tarixdə atası Həsənov X9 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 46 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında Həsənov X14 adına vərəsəlik işi açılmışdır (vərəsəlik işinin açılmasına əsas Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olmasıdır). Müraciət edənlərin ərizələrindən belə aydın olur ki, Həsənov X9 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair mübahisə vardır. Qeyd edilən səbəbdən İddiaçı irsi transmissiya üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil; -İş üzrə 11.02.1982-ci il tarixli vərəsəlik işindən olan sənədlərə əsasən, X10 və Həsənov Nadir Məlik-Məmməd oğlu miras qoyan X11 nəvələridir (X20 nəvələri - X10 və Həsənov Nadir Məlik-Məmməd oğlu ata xətti üzrə babalarıdır), Həsənov Məlik-Məmməd Ağa oğlu və X21 doğma qardaşdılar (iş.səh.7, 8, 19, 20, , 40, 8, 22, 28, 81-130). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, 04 dekabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Həsənov X9 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1 -ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinin İddiaçı tərəfindən tnasmissiya qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin əmlaka vərəsəlik hüquqları tanınması qət edilmişdir, qətnamə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin Həsənov Nadir Məlik oğlunun adına olan 1/8 hissəsinə dair İddiaçı adına 5-ci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. Cavabdeh1 Nadir oğlu apellyasiya şikayəti verərək, Apellyasiya şikayətini təmin edərək, Səbail rayon Məhkəməsinin e-2(009)-2125/2020 saylı 04.12.2020-ci tarixli qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi üzrə mülki iş olmuşdur. Həmin iddia ərizəsi ilə İddiaçı ı İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 04.12.1977-ci il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduğu gündən bu günə qədər ünvan 3 ünvanında qeydiyyatdadır, orada yaşamışdır və yaşamaqda davam edir. Həmin ünvana köçdüyü gündən bu günə qədər qeyd edilən ünvanda rəhmətlik qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim qeyd edilən evdə yaşamamışdır və bu gün də yaşamır. 2015ci ildə Cavabdeh1 oğlu X22 ünvan 3 ünvanına köçürülməsi ilə bağlı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-170/2015 saylı iş üzrə 19.01.2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3017/2015 saylı iş üzrə 21.05.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasnm Ali Məhkəməsinin 2(102)-4678/2015 saylı iş üzrə 05.11.2015-ci il tarixli qərarına əsasən X12 iddiası rədd edilmiş, onun və bütün ailə üzvlərinin həmin evdə yaşamadığı və onların qeydiyyatının formal xarakter daşıdığı müəyyən edilmişdir. Bundan sonra o, X22 və Cavabdeh1 ünvan 3 ünvanından qeydiyyatından çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (81 )-454/2018 nömrəli iş üzrə 17.04.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və X22 və Cavabdeh1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan X22 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə baxılan zaman Cavabdeh1 cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 müraciət edərək atası Həsənov X9 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə pay üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 isə yalnız Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evdə qeydiyyatda olması əsas götürərək onun müraciəti əsasında Həsənov X14 adına vərəsəlik işi açmışdır. Miras qoyan Həsənov X25 26.06.2006- cı il tarixdə ölmüşdür. Onun vərəsələrindən heç kim ondan miras qalmış əmlakı qəbul etməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ondan miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Yalnız onun ölümündən on iki il keçdikdən sonra aralarında yaranmış məhkəmə mübahisəsində xeyrinə qərar çıxmayacağını görən Cavabdeh1 Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin miras qoyan Həsənov X14 doğma əmisi oğlu olan əri Həsən-zadə Mənsur Fətulla oğlu Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi üvnanında yerləşən 11 nömrəli evdə fasiləsiz olaraq yaşamaqla, həmin əmlaka sahiblik, ondan istifadə və onu idarə etməklə əmisi oğlu Həsənov X9 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin əri Həsən-zadə Mənsur Fətulla oğlu faktiki olaraq qəbul etdiyi miras əmlaka dair hüquqlarını rəsmiləşdirməyə imkan tapdan ölmüşdür. O, isə ərinin qanun üzrə vərəsəsi olaraq onun faktiki qəbul etdiyi, əmisi oğlu Həsənov Həsənov X7 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsini də qəbul etmişdir. Qeyd edilən məhkəmə qətnamələri ilə Cavabdeh1 da qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Həmçinin həmin məhkəmə qətnamələri ilə qeyd edilən ünvanda rəhmətlik qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kimin yaşamadığı faktı da müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, Cavabdeh1 atası Həsənov X9 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın miras kimi qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmədiyi və faktiki olaraq mirası qəbul etmədiyi üçün Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 Həsənov X25 üçün vərəsəlik işi açması qeyri-qanuni və əsassızdır. Həmçinin Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirası faktiki qəbul etmiş şəxs kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edərək hazırki məsələnin mübahisəli olmasını əsas göstərərək məhkəməyə müraciət etməyi tövsiyyə etməsi də əsassızdır. Cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarını pozur. Buna görə də o, mirasın faktiki qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Həsənov X9 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə də göstərilən qaydada iddia tələblərinin təmin edilməsi barədə Səbail rayon Məhkəməsinin e-2(009)-2125/2020 saylı 04.12.2020-ci il tarixli qətnamə qəbul etmişdir.Qeyd edilən qətnamə 11.12.2020-ci il tarixdə poçt vasitəsilə vəkilinə təqdim edilmişdir.Belə ki, ilk növbədə qeyd edir ki, məhkəmə ona heç bir bildiriş vermədən iştirakını təmin etmədən iclas keçirmiş, faktiki olaraq onu öz hüquqlarını məhkəmədə müfaiə etməkdən məhrum etmişdir.Bu azmış kimi məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyyələrini heçə almış, faktiki olaraq 04.12.2020-ci il tarixdə məhkəmələrin iclasları təxirə salmasının mümkünlüyünü bildiyi halda tələsik qətnamə qəbul etmiş və işin hallarını araşdırmamış, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədləri əsas hesab edərək qətnamə qəbul etmişdir.Halbuki qeyd edilən iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə (bu qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) birmənalı şəkildə miras qoyanın oğlu olmağı baxımından birinci sıradan vərəsə olmağı müəyyən edilmiş və təsdiq edilmiş bir faktdır. Eyni zamanda Ali Məhkəmənin müəyyən etmiş olduğu digər hal isə iddiaçının həyat yoldaşının miras qoyanın 5-ci sıradan olan vərəsə olması faktı da müəyyən edilmişdir.Yəni işə baxan Səbail rayon Məhkəməsi birinci sıradan olan vərəsə ilə beşinci sıradan olan vərəsəyə qədər bütün vərəsələri müəyyən etməli olduğu halda bir proses keçirməklə bütün halları sanki müəyyən etmişdir.Bundan başqa yenə də Ali Məhkəmənin qüvvədə olan qərarı ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh1 mirası qəbul etməsinə mane olan şəxs məhz iddiaçıdır və onun hərəkətləri ilə (məhkəmədə iddia qaldırması və vərəsələri onların evlərinə buraxmaması ilə) faktiki olaraq vərəsələrin hüquqları pozulmuşdur.Bu kimi hallar olduğu halda məhkəmənin qət etmiş olduğu qətnamə tamamilə qanunsuzdur.Məhkəmə nədənsə cavabdehin oğlu ilə bağlı qətnamələrə istinad edir. Lakin qeyd edilən qətnamələrin cavabdehə heç bir aidiyyatı yoxdur və onlara istinad edilməsi tamamilə əsassızdır.Eyni zamanda məhkəmə irsi transmissiyanı əsas gətirir. Lakin bu zaman məhkəmə unudur ki, iddiaçı 5-ci sıradan olan vərəsənin həyat yoldaışır. İddia tələbi isə başqa bir miras qoyana aiddir. Yəni iddiaçı ilk əvvəl mübahisəli əmlakın (miras kütləsinə daxil olan payın) onun həyat yoldaşı tərəfindən qəbul edilməsini sübut Subyektiv hüquqlarla bağlı Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin mövqeyi belədir:M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008- ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda iddiaçının subyektiv hüququna məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.Hazırk iddia ərizəsinə əlavə edilmiş vərəsəlik işindən müəyyən edilirki, mübahisəli miras əmlak Bakı şəhəri, 1-ci Qəsr Döngəsi, 11 saylı evin Həsənov Nadir Məlikməmməd oğlunun mülkiyyətində olan 1/8 hissədir, iddiaçı isə həmin ünvanda digər 1/8 hissədə paya sahibdir. Yəni iddiaçının heç bir halda Həsənov Nadir Məlikməmməd oğlunun mülkiyyətində olan 1/8 hissəyə dair vərəsəlik hüququ mövcud deyildir. İddiaçı bu vaxta qədər həmin əmlakla bağlı vərəsəlik işinin açılması ilə bağlı da heç bir orqana müraciət etməmişdir. Belə olan halda isə iddiaçının ona aid olmayan əmlaka dair vərəsəlik işini mübahisələndirmək kimi subyetiv hüququ yoxdur.İddiaçı iddiasını əsaslandırmaq üçün iddia ərizəsində və məhkəmədə bildirmişdir ki, guya mübahisəli əmlak onun mərhum həyat yoldaşı olmuş X4 mərhum Həsənov Nadir Məlikməmməd oğlu ilə əmi oğlu olmuşdur və guya Həsənov Nadir Məlikməmməd oğlundan miras qalmış əmlakı onlar qəbul etmişlər. Lakin bu halın təsdiq üçün nədənsə heç bir orqana müraciət edilməmişdir. Eyni zamanda iddiaçı öz həyat yoldaşının qəbul etmədiyi əmlaka dair vərəsə olmasını əsasladırmağa cəhd göstərməkdədir. Halbuki miras qoyanın birinci növbədə vərəsəsi qeyd edilən əmlakı atası rəhmətə gedəndən dərhal sonra faktiki qəbul etmiş, miras əmlak açılan zaman həmin evdə qeydiyyatda olmaqla istifadə hüquqlarına malik olmuşdur. Evə dair öz hüquqlarını həyata keçirmək istədikdə iş hazırki iddiaçının qanunsuz hərəkətləri ilə qarşılaşmış və nəticədə məhkəmələrə müraciət etməli olmuşdur.İddiaçı hazırda qeyd edilən əmlakın 1/8 hissəsinin mülkiyyətçisi olsa da, məhkəmədə də etiraf etmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda olan bütöv evi qanunsuz olaraq mənimsəmişdir və hazırda sənədləşmə işi aparmaq niyyətindədir Üçüncü şəxs (cavabdeh) olan Cavabdeh1 mübahisəli evə dair istifadə hüquqları olduğu halda və miras əmlakı faktiki qəbul etmiş olduğu halda, iddiaçı Həsənzadə Sevil həmin mənzili zəbt etmiş, miras əmlakı qəbul etmək üçün süni şəkildə maneələr yaradaraq həmin mənzili qanunsuz olaraq məniməsəməyə çalışmışdır.Məhkəmə yuxarıda göstərilən halları və maddi hüquq normalarını nəzərə almamaq üçün, iddiaçının subyektiv hüququqnun olmadığını bildiyi halda, qısa müddətdə tələsik keçirilmiş məhkəmə iclasında qətnamə qəbul etməsi işin məhkəmədə həqiqətən də ədalətsiz baxılmasına işarədir və bu cür qətnamə qəbul edilməsi çox ciddi prosessual pozuntudur. Qətnaməyə nəzər saldıqda açıq-aşkar görünür ki, məhkəmə iddianı yalnız iddiaçının nümayəndəsinin ifadəsi və heç bir sübutu olmayan hallar əsasında təmin etmişdir . Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5207/2021 saylı işi üzrə 01.11.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2665/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1159.1.1, 1159.5, 1243.1, 1243.2, 1252, 1255; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 14.1, 14.2, 77.1, 407.2, 416, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, miras əmlakın sahibi olmuş Həsənov X25 iddiaçının mərhum ərinin əmisi oğludur. İddiaçının mərhum əri mirasa münasibətdə beşinci növbə vərəsədir. Miras qoyan Həsənov X25 26.06.2006-ci il tarixdə, iddiaçının əri 23 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının həyat yoldaşı miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə də, həmin əmlakı öz adına rəsmiləşdirməmişdir. Faktiki olaraq iddiaçının həyat yoldaşı miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras qoyan - Nadir Həsənovdan qalmış miras əmlakı almaq hüququ iddiaçıya keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr bu nəticəyə gələrkən yalnız iddiaçının həyat yoldaşının miras açıldıqdan sonra miras əmlak olan evdə yaşaması faktına istinad etmişlər. Halbuki işin müəyyən edilmiş mübahisəsiz hallarından biri də odur ki, mübahisəli miras əmlak paylı mülkiyyətin bir hissəsidir, həmin əmlakın 1/8 hissəsi iddiaçının ərinin mülkiyyətində olub. Belə olan halda paylı mülkiyyətin mülkiyyətçisi olaraq iddiaçının ərinin öz payından istifadə etməsinin özü-özlüyündə həmin paylı mülkiyyətin digər payçısı olan Həsənov X9 miras qalmış əmlakı qəbul etmiş sayılıbsayılmamasına qiymət verilməli idi, lakin nə birinci, nə də apellyasiya məhkəməsi buna qiymət verməyib.Bundan əlavə, məhkəmələr Mülki Məcəllənin 1160-cı maddəsinin tələblərini nəzərə almayıb, iddia tələbini təmin edərkən bu normaya istinad etməyib, əvvəlki növbə vərəsələrdən hər hansı birinin mövcudluğu ilə bağlı halları araşdırmayıblar. Çünki qeyd edilən normaya görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.İddiaçı yalnız miras qoyanının oğlunu cavabdeh kimi göstərmiş, məhkəmələr də cavabdehdən savayı nə birinci növbə vərəsələrdən, nə də sonrakı növbə vərəsələrdən hər hansı şəxsin mövcudluğu, mövcud olduğu halda həmin vərəsələrin mirası qəbul edib- etməmələrini araşdırmayıb. Halbuki bu halların müəyyən edilməsi iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1160-cı maddəsinin tətbiqi üçün zəruri olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir . Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 10.01.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 19.03.1954cü ildə Yasamal rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X28, anasının isə X23 olduğu məlum olmuşdur.S.Həsənzədə 12.10.1977-ci ildə Səadət Sarayında (Bakı nikah evində) 29.07.1952-ci il təvəllüdlü Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olmuş, həmin nikahdan 19.03.1979-cu ildə Rüfət Həsən-zadə, 29.07.1980-ci ildə isə Könül Həsən-zadə doğulmuşdur.Atası Ə.Əhmədov və anası T.Əhmədova olan 27.05.1950-ci il təvəllüdlü Püstə Əhmədovanın, 23.01,1956-cı il təvəllüdlü Məlahət Əhmədovanın doğumlarının Yasamal rayon qeydiyyat şöbəsində, 19.01.1965-ci il təvəllüdlü Esmira Əhmədovanın və 01.11.1966-cı il təvəllüdlü Elmira Əhmədovanın doğumlarının isə Səbai! rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X6 X19 ilə birgə nikahından doğulmuş 30.03.1952-ci il təvəllüdlü Sevda Həsənovanın doğumu Səbaii rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 28.10.1962-ci ildə Səbaii rayon qeydiyyat şöbəsində 11.10.1942-ci il təvəllüdlü Həsənova (Rəsulova) Zərifə Ağahüseyn qızı ilə bağlanmış nikahından xx.xx.1964-cü ildə Cavabdeh1, 18.10.1965-ci ildə Sübhiyə Həsənova və 14.09.1976-cı ildə Məmməd Həsənov doğulmuşdur. Müraciətdə Ş.Quliyevanın ata adı, X.Həsənovanın isə doğum tarixi yazılmadığından “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılması mümkün olmamışdır. Həmçinin, informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən B.Həsənovun (15.06.1920-ci İl təvəllüdlü), Cavabdeh1 (18.05.1938-ci il təvəllüdlü) özünün və bacı-qardaşının doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 14.01.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evi ilkin olaraq X3 və X13 adına qeydiyyatdan keçmişdir.1 saylı DNK-nın 27.10.1987-cä il tarixli 2kn-N-1809 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Həsənov i Ağa Fətulla oğlunun vəfatından sonra 2/8 hissəsi Həsənov X14 və X6 adlarına qeydiyyatdan keçmişdir.1 saylı DNK-nın 22.04.1988-ci il tarixli 2kn-N-80 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 vəfatından sonra 1/8 hissəsi X16 adına qeydiyyatdan keçmişdir. 41 saylı DNK-nın 27.04.1998-ci İl tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 vəfatından sonra 1/8 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 Əlyeviç apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin vərəsələr sırasında 5-ci sırada olduğunu, notarius tərəfindən Cavabdeh1 vərəsə kimi tanınmasından imtina edilmədiyini, eyni zamanda müddətin ötürülməsi ilə bağlı da imtina edilmədiyini, vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı arayışla müraciət etdiklərini, lakin həmin vaxtdan iddia təmin tədbirinin ləğv edilmədiyini, onlara münasibətdə yəni Cavabdeh1 atasına münasibətdə iddiaçının subyektiv hüququnun olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, X17, X5, X3 öldüklərini, Həsənov Nadirin övladları ilə bağlı çıxarışı təqdim etdiyini, çıxarışa əsasən Həsənov Nadirin övladları Həsənov Məhəmmədin və qızı Həsənova Sübhiyənin vəfat etdiklərini, hal-hazırda Həsənov Nadirin iki vərəsəsi olduğunu, onların Cavabdeh1 və arvadı Həsənzadə Sevil olduğunu, Həsənov Nadirin atası Məlikməmmədin iki arvadının olduğunu, hər ikisinin vəfat etdiyini, hazırki iş üzrə həmin evdə Həsənzadə Sevil və onun ailə üzvlərinin yaşadığının müəyyən edildiyini, eyni zamanda Cavabdeh1 digər bir məhkəmə prosesində bu halı etiraf etdiyini, qarşı tərəfin miras əmlakını faktiki qəbul etməsi ilə bağlı heç bir sübut təqdim etmədiyini, onların miras əmlakının faktiki qəbul edilməsinin məhkəmə qətnamələri ilə təsdiq edildiyindən iddianın haqlı olduğunu və təmin edilməli olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh Bakı şəhər 46 saylı Notariat Ofisi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya heesab edir ki,aşağıdakı qanunvericilik müddəalarının tələblərinə diqqət yetirmək lazım: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-cı tarıxlı qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 82, 106.2, 119, 216, 217, 372, 385- 390, 420-cı maddələrinə və iş üzrə təqdim (təmin) edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. Belə ki, paylı mülkiyyətin mülkiyyətçisi olaraq iddiaçının ərinin öz payından istifadə etməsinin özü-özlüyündə həmin paylı mülkiyyətin digər payçısı olan Həsənov X9 miras qalmış əmlakı qəbul etmiş sayılıb-sayılmamasına qiymət verilməsi üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə dair qeyd edilməlidir ki, Həsənov X9 miras qalmış əmlak payına münasibətdə onun birinci dərəcə vərəsəsi olduğu halda və birinci dərəcə vərəsənin tələbinin olmadığı (hazırki icraatda baxılmadığı) halda onun vərəsəlik hüquqlarına qiymət verilməsi mülki prosessual cəhətdən mümkünsüzdür. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bundan əlavə, beşinci növbə vərəsələr sırasında - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı əmi uşağının arvadı kimi sayılsa belə onun mərhum Həsənov Nadirə münasibətdə biləvasitə vərəsəlik hüquqları yaranmır. Bu hüquqlar onun əri olan Həsən-zadə Mənsura münasibətdə yarana bilərdi ki, o da Nadirin öldüyü 2006-cı ildən özünün öldüyü 2014-cu ilədək payın rəsmilədirilməsin həyata keçirməmiş və hazırki tələbdə onun Nadirə münasibətdə (onun payına aid hissədə) mirasın faktiki qəbulu tələbi olmadığından bu məsələnin prosessual cəhətdən müzakirə edilməsi yolverilməzdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı 2014-cu ildə ərindən qalmış mirasın notariatda rəsmiləşdirilməsi zamanı qeyd edilən paya ehtimal etdiyi hüquqların bəyan etməmiş və yalnız ərindən miras qalmış mənzil payının hissəsinə tam irs almışdır. Qeyd edilənlər iddiaçının vərəsiliyin növbəliyi üzrə biləvasitə mirasın qəbul etmə hüqunun olmadığını müəyyən etdiyindən digər xüsatların araşdırılmasına zərurət qalmır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və iddiaçıya münasibətdə iddia rədd edilməli, dövlət rüsularının ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı işi üzrə 04 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı Notariat Ofisinə və Cavabdeh1 Nadir oğluna (üçüncü şəxslər X17, X5, X8) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi üzrə iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-981/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-981/2022
28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver