Məhkəmə qərarları › İş №2(103)-9818/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9818/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9818/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(004)-5771/2021 saylı qərardadından Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 350000 manat əsas borc və 131250 manat əldən çıxmış fayda olmaqla, 481250 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılana və qanuni qüvvəsini alana qədər Cavabdeh mülkiyyətində qeydə alınan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m. istehsal sahəsinin başqa şəxslərə özgəninkiləşdirilməməsi üçün üzərinə dərhal həbs qoyulması və əmlakların ipoteka ilə yüklü edilməsinə və hər hansı bir əqd bağlanmasının qarşısını almaq üçün cavabdeh və digər şəxslərə bu cür hərəkətlərin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(004)- 5771/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində qeydə alınan Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m. istehsal sahəsinin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edilmişdir. Qərardaddan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, qərardadın qismən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı qeyriyaşayış sahəsinə dair hissədə ləğv olunmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli 2(004)-281/2015 saylı qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İcra vərəqəsi əsasında birinci hərrac keçirilmiş, növbəti hərracın keçirilməsi 17.09.2021-ci il tarixə təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı qismən - Cavabdeh mülkiyyətində qeydə alınan Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin tədbiri barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Maraqlı şəxs ASC ilə Cavabdeh və "xxxx" MMC arasında bağlanılmış ipoteka müqavilələrinə əsasən Cavabdeh mülkiyyətində qeydə alınan Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağaza ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli 2(004)-281/2015 saylı qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən binada 18 saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış, icraya göndərilmiş və hərrac təyin edilmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağazaya aid hissədə yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(004)- 5771/2021 saylı qərardadı qismən - Cavabdeh mülkiyyətində qeydə alınan Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146A, 18 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsində yerləşən binada 18 saylı mağazanın üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar