Məhkəmə qərarları › İş №2(103)-9829/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9829/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9829/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, "xxxx" MMC-yə qarşı “etibarnamənin etibarsız hesab edilməsi” barədə tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3016/2021 saylı işi üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, X6 və "Azercell Telecom” MMC-yə qarşı - 09 avqust 2017-ci il tarixdə 7E/3842 reyestrli etibarnamənin, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adına keçirilməsi formaları, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı bağlanmış 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli abunə müqavilələrin etibarsız hesab edilməsi və və (050)211-51-83 saylı telefon nömrənin iddiaçının adına qeydiyyatın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiada Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4, 337.5; Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrinə istinadən qeyd edilmişdir ki, adına (050) ***-**-** saylı telefon nömrəsi olmuşdur. O, müəyyən bir müddət həmin nömrədən istifadə etməmişdir. Bu yaxında ona həmin nömrə ilə bağlı borcu olması barədə məlumat verilmişdir, o da buna yalnışlıq olduğunu hesab edərək, özü aspirantura ilə bağlı Ukraynada çox vaxtı olduğundan ciddi bu məsələ ilə məşğul olmurdu. Sonuncu dəfə dövlət sərhədi keçən zaman ona borcu olduğu bildirilmişdir və gələcəkdə müəyyən problemlər olacağı bildirilmişdir. Buna görə növbəti dəfə Bakıda olanda, o, telefon nömrəsilə maraqlananda, ona bildirildi ki, nömrə artıq onun adına deyil. Məlum oldu ki, güya 2017-ci ildə o, cavabdehin adına etibarnamə vermişdir. Etibarnaməni də Sumqayıt şəhər 6 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir. Sumqayıtda yerləşən notariat kontora müraciət edib və orada ona yazılı qaydada bildirdildi ki, 4 saylı notariat ofisinin notariusu tərəfindən 6 saylı notariat kontorunun etibarnamələrin qeydiyyatı aparılan kitabına onun və təqaüddə olan notarius X1 iştirakı ilə baxış keçirildi. Qeyd edilən tarixdə onun iştirakı ilə 09.08.2017-ci il tarixdə 7E/3842 reyestr nömrəli etibarnamənin 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilməmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə ilə mürcaiət edərək, Mülki Məcəllənin 354.1, 372.1-ci maddələrinə istinadən iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir (səh.39) Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azercell Telekom” MMC ilə X7 arasında bağlanmış 13.03.2006-cı il tarixli abunə müqaviləsinə əsasən ********** nömrə abunəçi X4 istifadəsinə verilmişdir; 09.08.2017-ci il tarixli etibarnaməyə əsasən, etibar edən X7 Maraqlı şəxs MMC-də onu təmsil etməyi, X4 adına olan (050) ***-**-** nömrə ilə bağlı bütün əməliyyatları aparmağı, dublikatını çıxarmağı, izahlı qaimələri əldə etməyi, həmin nömrəni istənilən şəxsin və addan-ada keçirməyi, bunun üçün lazımi müqavilələri bağlamağı, müqavilələrdə imza etməyi, adından istənilən məzmunda ərizələr verməyi, ərizələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edilən Cavabdeh etibar etmişdir. Etibarnamə Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun dövlət notariusu X3 tərəfindən imzasının həqiqiliyini təsdiq edilərək reyestrdə 7E/3842 nömrə ilə qeyd edilmişdir; Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 29.01.2021-ci il tarixli 335 nömrəli İddiaçı ünvanladığı məktubuna əsasən ünvan 1 qeydiyyatı aparılan kitabı üzrə 09.08.2017-ci il tarixdə 7E/3842 reyestr nömrəli etibarnamənin 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir; "Azercell Telekom” MMC-nin 04.05.2021-ci il tarixli 9201 nömrəli məktubunda qeyd edilmişdir ki, 13.03.2006-cı il tarixində "Azercell Telekom” MMC ilə X7 arasında abunə müqaviləsi bağlanmış və ********** nömrə abunəçinin istifadəsinə verilmişdir. 09 avqust 2017-ci il tarixli, X7 tərəfindən Cavabdeh verilmiş Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Daha sonra 12.01.2021 -ci il tarixində Cavabdeh "Azercell Telekom” MMC-yə müraciət edərək müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, onunla bağlanmış abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirilmiş və X6 ilə yeni abunə müqaviləsi bağlanmışdır. Əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat "Azercell Telekom” MMC-yə daxil olmamışdır və hazırda ********** nömrə X5 istifadəsindədir; "Azercell Telekom” MMC-nin İddiaçı ünvanladığı 09.02.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunəçinin istifadəsində olan nömrə ilə bağlı hər hansı əməliyyatın həyata keçirilməsi, həmçinin yazışmaların aparılması yalnız abunəçinin şəxsən Özünün və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxsin iştirakı ilə həyata keçirilə bilər. 09 avqust 2017-ci il tarixli, X8 tərəfindən Cavabdeh verilmiş Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin düzgün rəsmiləşdirilmədiyinə və ya ləğv edildiyinə dair hər hansı rəsmi məlumat "Azercell Telekom” MMC-yə daxil olmayıb. Beləliklə də, 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda "Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir; 12.01.2021-ci il tarixli Abunə müqaviləsinə əsasən Cavabdeh "Azercell Telekom” MMC-yə müraciəti ilə müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, onunla bağlanmış abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirilmiş və X6 ilə yeni abunə müqaviləsi bağlanmışdır; 17.03.2018-ci il tarixli Abunə müqaviləsinə əsasən X7 tərəfindən Cavabdeh verilmiş etibarnaməyə əsasən Cavabdeh, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir; (səh.9,8, 54, 64, 63, 61, 55) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3016/2021 saylı işi üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh, X6 və "Azercell Telecom” MMC-yə qarşı - 09 avqust 2017-ci il tarixdə 7E/3842 reyestrli etibarnamənin, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adına keçirilməsi formaları, (050) ***- **-** saylı telefon nömrə ilə bağlı bağlanmış 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli abunə müqavilələrin etibarsız hesab edilməsi və və (050) ***-**-** saylı telefon nömrənin iddiaçının adına qeydiyyatın bərpa edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.3, 354.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. İddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə əhəmiyyətsiz əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olduğundan və hazırkı iddia tələbinə tətbiq edilmədiyindən, cavabdehin ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 iyun 2021-cü il tarixli 2(011)-3016/2021 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə artıq hansı sübutlar lazımdır? Hakim öz qətnaməsində bizim tərəfimizdən təqdim edilmiş Sumqayıt notariast ofisinin məktubunu qeyd edir. Həmin məktubda göstərilir ki, AR Ədliyyə Nazirliyi Sumqayıt s.əhəri 4 saylı Notariat Ofisinin 29.01,2021-ci il tarixli 335 nömrəli İddiaçı ünvanladıgı məktubuna əsasən ünvan 1 qeydiyyatı aparılan kitabına İddiaçı oglu və təqaüddə olan notarius X1 iştirakı ilə baxış, keçirildi. 09.08.2017-ci il tarixdə 7E/3842 reyestr nömrəli etibarnamənin 6 saylı dövlət notariat kontorunda rəsmiləsdirilməmişdir. Yəni, ETİBARNAMƏ SAXTADİR. Eyni zamanda cavabdeh "xxxx" MMC 04.05.2021-ci il tarixli 9201 nömrəli məktubunda qeyd edilmişdir ki, 13.03.2006-cı il tarixində "xxxx" MMC ilə X12 oglu arasında abunə müqaviləsi bağlanmış və ********** nömrə abunəçinin istifadəsinə verilmişdir. 09 avqust 2017-ci il tarixli, X12 oglu tərəfindən Cavabdeh verilmiş, Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş, etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxıs, edərək ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Daha sonra 12.01.2021-ci il tarixində Cavabdeh oglu "xxxx" MMC-yə müraciət edərək müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, onunla bağlanmış, abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirilmiş, və X11 oglu ilə yeni abunə müqaviləsi bağlanmışdır. Əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləgv edildiyinə dair hər hansı rəsmi məlumat "xxxx" MMC-yə daxil olmamışdır və hazırda ********** nömrə X5 istifadəsindədir. Göründüyü kimi, sırf saxta etibarnamə əsasında mübahisələndirilən mobil nömrə ilə bağlı iddiaçının adına olan abunə müqaviləsinə xitam verilmişdir və Cavabdeh ilə yeni abunə müqavilə bağlanmışdır. Bundan artıq hakimə hansı subut daha lazımdır? Eyni zamanda iddia ərizəsinə əlavədə həmçinin qeyd olunmuşdur ki, 17 mart 2018-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adına keçirilməsi formaya və "AZERCELL Telecom” MMC- nin etiraz ərizəsinə əsasən Cavabdeh "xxxx" MMC-yə təqdim etdiyi 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən həm təmsil etdiyi İddiaçı adından müqaviləyə xitama razılığı imzalayır, həm də həmin formada nömrəni öz adma keçirilməsini imzalayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu da açıq-aşkar qanun pozuntusudur..Bir necə iclasdan sonra cavabdeh "xxxx" MMC-ti tərəfindən mübahisələndirilən mobil nömrə ilə bağlı müvafiq sənədlər təqdim etmişdir və mənə məlum oldu ki, qeyd olunan mobil nömrə artıq birinci cavabdehdən digər cavabdeh Kamran Cabbarlının adına rəsmiləşdirilmişdir. Bununla bağlı mən 24 may 2021-ci il tarixdə iddia həcminin artırılması ilə bağlı ərizə və Kamran Cabbarlını işə cavabdeh qismində cəlb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. Sonradan həmin iş üzrə bir necə xahiş olunandan sonra elektron məhkəmə sisteminə hakim tərəfindən qoşulduqdan sonra məlum oldu ki, hələ 16 mart 2021-ci il tarixdə cavabdeh "xxxx" MMC-ti tərəfindən məhkəməyə ərizə daxil olmuşdur ki, mübahisəli nömrə artıq birinci cavabdehin adma yox, Kamran Cabbarlının adına rəsmiləşdirilmişdir və buna görə həmin şəxsi üçüncü şəxs qismində cəlb edilməsi məhkəmədən xahiş olunmuşdur. Heç bu ərizə iclas zamanı müzakirə olunmamışdır, hakim tərəfindən həmin ərizə barədə tərəflərə elan olunmamışdır və ümumiyyətlə hakim bu ərizəyə münasibət bildirməmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti müdafiə edərək, iddianın rədd edilməsinin müddətin ötməsi ilə əsaslandırılmadığını, müddətinin tətbiqi ilə bağlı iddiaçının həmin dövr ərzində ölkə ərazisində olmadığını, bunu sistem vasitəsilə ölkəyə giriş-çıxış vaxtlarının müəyyən edilməsi ilə aydın ola biləcəyini bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək,qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X6, "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, sırf saxta etibarnamə əsasında mübahisələndirilən mobil nömrə ilə bağlı iddiaçının adına olan abunə müqaviləsinə xitam verilmişdir və Cavabdeh ilə və X6 ilə yeni abunə müqavilə bağlanmışdır. Qeyd edilən etibarnamənin (saxta) əhəmiyyətsiz olması işin mübahisə edilməyən halıdır. Ona görə onunla bağlı bütün münasibətlərin həqiqi əsasları olmadığından etibarlılıq meyyarları təşkil edə bilməz. Bundan əlavə, Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi (Cavabdeh) təmsil edilən (İddiaçı) adından şəxsən özü barəsində əqdlər bağlanılması yolverilməzliyi baxımından da telefon nömrəsi ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli fakturalı xətt sisteminə aid iddiaçının adından Cavabdeh adlna keçirilməsi formasının əsasları müəyyən edilmədiyindən özü və ondan irəli gələn telefon nömrə ilə bağlı tərtib edilmiş 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid X5 adına keçirilməsi formasıda etibarsızdır. Ona görə iddiaçının iddia edilən telefon nömrəsinə olan əmlak və istifadə hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-337.5-ci maddələrinin tələblərinə əsasən: Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Diqqətə çatdırılmalıdır ki, iddia müddətinin və qanunla müəyyən edilmiş müddətlərinin birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməməsindən şikayət verilməmiş (mübahisələndirməmiş), bunların tətbiqi üçün maddi və (faktiki) prosessual hüquqi istinadlar müzakirəyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, məhkəmə verilən tələblər və şikayətlər hədində ədalət mühakiməsini həyata keçirir, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli və öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bununla belə qanunla müəyyən edilmiş dispozitiv şərtlərə əsasən məhkəmə tərəfindən müəyyən edilən qənaət üzrə qeyd edilməlidir ki, işin halları ilə iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il keçməsini, habelə iddiaçıya hər hansı ödənişin edilməsini sübut edən dəlillər müzakirəyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, qeyd edilən maddi və prosessual pozuntulara və Azərbaycan Respublikası Mülki Məcəllənin 324-358, 385-390, 404, 425, 427, 560; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9, 14.2, 76, 77.1, 80-82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 227, 233, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri (qanunvericiliyin tətbiqi) üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. İş üzrə ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumları) isə tələblərə müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402- 405-ci maddələrini rəhbər tutaraq, kollegiya

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3016/2021 saylı işi üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edisin. İddiaçı cavabdehlər Cavabdeh, X6, "xxxx" MMC-yə qarşı “etibarnamənin etibarsız hesab edilməsi” barədə tələbinə dair iddiası təmin edilsin. 09 avqust 2017-ci il tarixli 7E/3842 reyestr saylı etibarnamə, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adına keçirilməsi formaları, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı bağlanmış 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli abunə müqavilələri etibarsız hesab edilsin və (050)211-51-83 saylı telefon nömrəsinin iddiaçının adına qeydiyyatının bərpa edilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar