Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-985/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə Nisanov X1rşı “paylı mülkiyyətdə olan mənzilin ona məxsus 9/12 hissəsinin naturada ayrılmasının və payına uğun kompensasiyanın cavabdehdən tutulmasının qeyrimümkün olmasının müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bölüşdürülməsi” barədə ilkin, Mirvari Meirovun İddiaçı qarşı “mənzilindəki payına görə Xəyam Nisanova kompensasiya ödənilməklə onun mülkiyyət hüquqlarına xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nisanov X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzilinin ona məxsus 9/12 hissəsinin naturada ayrılmasının və payına uğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasının müəyyən edilməsini, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzili vərəsəlik əsasında onun və Cavabdeh paylı mülkiyyətinə keçmiş, 05.12.2019-ci il tarixdə mənzilin 9/12 hissəsi onun, 3/12 hissəsi Mirvari Meirovun adına dövlət qeydiyyatına alınmışdır. Mirvari Meirov 27 ildir ki, xaricə köçüb, İsrail vətəndaşlığını alıb və daimi olaraq X6 yaşayır, həmin mənzildən başqa onun Azərbaycan Respublikasında əmlakı və yaşayış yeri yoxdur, daimi xaricdə yaşayır, sözügedən mənzildən istifadə etmir, mənzilin texniki vəziyyətinə baxmır, kommunal xidmətlərini ödəmir. X11 həmin mənzildən təyinatı üzrə və ya əmlak kimi istifadədə heç bir marağı yoxdur. Mənzilin satılması təklifi ilə dəfələrlə Cavabdeh müraciət etmiş, lakin o, buna razılıq verməmişdir. Mirvari Meerovdan öz payına uyğun pul kompensasiyası da istəmiş, lakin o, bu təklifi də qəbul etməmişdir. Digər tərəfdən, Cavabdeh ona mənzilə görə kompensasiya ödəməyə maddi imkanı yoxdur və xaricdə yaşaması nəzərə alındığında, pul tələbinin icrası və ondan tutulması qeyri-mümkün görünür. Aralarında olan münasibətlər uzun müddətdir pozulub, hazırda isə mübahisəli mənzilə görə əlavə gərginlik yaranır. Bu hallar həm ona, həm Cavabdeh mənfi təsir göstərir. Mülkiyyətçi kimi istədiyi qaydada mənzilə dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Digər tərəfdən, Mirvari Meerov öz hüquqlarından istifadə edərək ona mənzilə dair hüquqlarını həyata keçirməyə imkan verməyəcək. Buna görə də, mənzili satıb, satışdan əldə edilən pulun payların dəyərinə uyğun aralarında bölüşdürülməsini məqsədəuyğun hesab edir. Mirvari Meirov isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30 000 manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı mənzilin satılmasını təklif etsə də, onun payına düşən hissədə hansı məbləğdə kompensasiyanın verilməsini təklif etməmiş, həmçinin öz payına düşən hissədə nə qədər məbləğdə kompensasiya tələb etdiyi barədə heç bir qeyd etməmiş, yalnız mənzilin bütövlükdə satılmasını və əldə olunmuş vəsaitin paylara uyğun bölüşdürülməsini istəmişdir. Mirvari Meirov Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzilində yaşamır, ona görə də İddiaçı hər hansı təklifini almamışdır. Bundan başqa, göndərildiyi bildirilən təklfdə İddiaçı öz payının dəyərini qeyd etməmiş, həmin məbləğin nə qədər olmasını məhkəmə iclasında da bildirməmişdir. Mənzil təmirsizdir, orada əsaslı təmir işləri aparılmadan yaşayış üçün demək olar ki, tam yararsızdır. Mənzil üzərində payların müəyyən edilməsi barədə məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra X12 Nisanova 5184,23 manat ödəmişdir və hazırda mənzilə görə onun payına düşən hissəyə əlavə olaraq 30 000 manat kompensasiya ödəməklə İddiaçı payını almaq və mülkiyyət hüquqlarına xitam verilməsinə hazırdır. Hesab edir ki, bu, məsələnin məhkəmələrdə uzun müddət mübahisələndirilməsinin qarşısını almaq və mübahisənin öz həllini tapmasının asan yoludur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi-prosessual hüquq normalarının tələblərini pozduğunu, mənzilin naturada bölünməsinin qeyri-mümkünlüyü ilə əlaqədar ekpert rəyini nəzərə almadığını, Cavabdeh proses boyunca kompensasiya təklif etməsinə baxmayaraq, onun guya belə bir təklif göndərmədiyini qeyd etməklə prosesdə baş verənləri təhrif etdiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı verdiyi izahatında İddiaçı nümayəndəsi (vəkili) bildirmişdir ki, təmsil etdiyi şəxs iki dəfə mənzilə alıcı tapmış, mənzili 60 000 manata sataraq həmin məbləği paylarına uyğun bölməyi təklif etmiş, lakin Mirvari Meerov bu təkliflə razılaşmamışdır. Alıcıların təklif etdikləri qiymət nəzərə alındığında, X9 Nisanova təklif etdiyi 30 000 manat mənzilin qiymətinin ½ hissəsinə uyğundur, halbuki mənzildə ona məxsus pay 9/12 hissəni təşkil edir. Buna görə də İddiaçı ödənilməli kompensasiya 30 000 manat deyil, 45 000 manat olmalıdır. İddiaçı isə Cavabdeh 15 000 manat təklif edir, lakin Cavabdeh bununla da razılaşmır. Belə olan halda mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunacaq vəsait paylarına uyğun bölüşdürülməlidir. X7 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu və təmsil etdiyi şəxsə 30 000 manat kompensasiya ödəniləcəyi təqdirdə onun öz payından imtina edəcəyini bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən Cavabdeh şikayət verməmişdir və bu o deməkdir ki, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə qətnamə yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən halına görə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzilinin üzərində 3/12 hissədə Mirvari Meirovanın, 9/12 hissədə İddiaçı mülkiyyət hüququ tanınmış, İddiaçı məhz bu fakta istinadla müvafiq iddia tələbini irəli sürmüş, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizanın rəyi iə mənzilin, mülkiyyətçilərin paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsinin mümkün olmadığı müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. İşin hallarından görünür ki, İddiaçı mənzilin dəyərini 60 000 manat müəyyənləşdirməklə Cavabdeh həmin məbləğin öz payına mütənasib hissəsini, yəni 45 000 manat tələb edir, Cavabdeh isə bu məbləğin 30 000 manat təşkil etdiyini irəli sürür, eyni zamanda İddiaçı ona 15 000 manat ödəməsi təklifi ilə də razılaşmır. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə nəticəsində mübahisəsi gedən mənzilin bazar dəyərinin 70 000 manat, likvid dəyərinin 66 500 manat təşkil etdiyi müəyyən olunduqdan sonra İddiaçı nümayəndəsi həmin rəqəmləri əsas götürməklə Cavabdeh 17 500 manat ödəməyi, yaxud Mirvari Meerovun ona hətta 60 000 manat əsas götürülməklə 45 000 manat ödəməsinə razı olduqlarını bildirmiş, Mirvari Meerovun nümayəndəsi həmin təklifi də qəbul etmədiklərini bildirmişdir. Beləliklə, paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmişdir; mənzilin naturada bölünməsinin mümkün olmadığı keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyənləşdirilmişdir, mənzilin digər mülkiyyətçisi olan Cavabdeh isə İddiaçı onun arzuladığı kompensasiyanı vermək istəməməklə əmlakın hərracdan satışına faktiki olaraq etiraz etməmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya onu da qeyd edir ki, hərraca çıxarılmalı olan mənzilin satış qiymətinin müəyyənləşdirilməsi zəruri deyildir. Belə ki, birincisi apellyatorun iddia ərizəsində mənzilin qiymətinin müəyyənləşdirilməsi tələbi mövcud olmamışdır; ikincisi isə, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4-cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Hərracdan satılmalı olan əmlakın qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi mexanizmini nəzərdə tutan “İpoteka haqqında” Qanun isə hazırkı mübahisəyə tətbiq edilə bilməz; çünkü həmin qanunun 39.3cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Hazırkı mübahisə isə eyni hüquqlu şəxslər arasında yaranmaqla onlar, açıq hərraca çıxarılacaq əmlaklarının ilkin satış qiymətini qarşılıqlı razılıq əsasında, razılıq əldə etmədikdə isə, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət etməklə müəyyən edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1109/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. İddiaçı ilkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., X10 küçəsi 3123-cü məhəllədə yerləşən 7a saylı evin 70 saylı mənzilinin naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin İddiaçı payına uğun tələb etdiyi kompensasiyanın digər paylı mülkiyyətçi tərəfindən ona ödənilmədiyi müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılsın və onun satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (İddiaçı 9/12 hissə, Cavabdeh 3/12 hissə olmaqla) onların arasında bölüşdürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin; birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xərci olan 50 (əlli) manat Mirvari Meerovdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X5, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 300 (üç yüz) manat Mirvari Meerovdan alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, "xxxx" ASC-nin Nəsimi filialı) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-985/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-985/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver