Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9853/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı pozulmuş mülkiyyət hüquqlarının bərpası, maddi və mənəvi ziyan tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5866/2021saylı, 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı - Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı mənzil paylı mülkiyyətdədir, mənzilin bir hissəsi onun mülkiyyətində, digər hissəsi isə X1 mülkiyyətindədir. Bununla bağlı 11 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda qeyd edilmişdir ki, mənzilin 1-ci mərtəbə və 2-ci mərtəbəsində 1 otaq, y/s-9,8 kv.m, k/s-5,7 kv.m X1, mənzilin 3-cü mərtəbə və 2-ci mərtəbəsində k/s-10,2 kv.m onun mülkiyyətindədir. Eyni zamanda o, həmin mənzildə qeydiyyatdadır və ondan başqa mənzildə digər şəxs qeydə alınmamışdır. Lakin, 2020-ci ilin iyul ayında ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə digər bir şəxs - Cavabdeh qeydiyyatdadır. Cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmasından ümumiyyətlə xəbəri olmamış, bununla bağlı heç vaxt razılıq verməmiş, ailə üzvü olmamış və həmin ünvanda yaşamasını heç vaxt görməmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2020 08.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiasının rədd edilməsi, hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir (sədrlik edən: Rəna Qafarova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2020 08.10.2020-ci il tarixli qətnaməsinin ləöv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər qeydiyyatda olduğu mənzil paylı mülkiyyətdir. Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzili, yəni mənzilin 1-ci mərtəbə və 2-ci mərtəbəsində bir otaq , yaşayış sahəsi 9,8 kv.m.,K/S 5,7 kv.m., cavabdehin anası X2 məxsusdur, mənzilin 3-cü mərtəbə və 2-ci mərtəbəsində K/S - 10,2 kv.m. İddiaçı məxsus olmuşdur.Cavabdehin anası da həmin mənzilin paylı mülkiyyətçisidir. Cavabdeh anasının evində pasport qeydiyyatında olmaq hüququnun olduğunu bildirmişdir.Mənzilin bir hissəsinin mülkiyyətçisi onun anasıdır və onun paylı mülkiyyətçi kimi ayrıca çıxarışı vardır. Şikayətdə , həmçinin qeyd edilmişdir ki, məhkəmədə cavabdehin iştirakı təmin olunmamışdır, əsasız və qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir.
6. Cavabdeh şikayətində göstərmişdir ki, həmin vaxt xaricdə təhsil almışdır.Təhsil almağını sübut etmək üçün xarici pasportunu və diplomumunun surətini apellyasiya şikayətinə əlavə etmişdir.Qətnamədə qeyd edilmişdir ki, onun həmin ünvanda yaşayıbyaşamamağım barədə “İçəriŞəhər” X9 Qoruğu İdarəsinin Mənzil- Kommunal və Təmir Xidmətindən heç bir rəsmi məlumat yoxdur.
7. Cavabdeh bildirmişdir ki,o, pasport alan kimi xaricə təhsil almağa getmişdir.O və anası qeyd edilən ünvanda yaşamışdırlar.ünvan 2blər İçərişəhərə yaxın yerlərdə yerləşir.
8. iddiaçının cavabdehin “mənzildən istifadə hüuququmun olmaması “ tələbinə dair iddia qaldırılması üçün sübyektiv hüququ olmamışdır.Çünki paylı mülkiyyətin iddiaçıya aid olan hiddəsində deyil, məhz Cavabdeh öz anasının adına çıxarış əsasında məxsus olah hissəsində qeydiyyatda olduğunu bildirmişdir. Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili N.Mustafayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. İşə baxılmanın yeri və vaxtı barədə cavabdehə lazəmi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etir və gəlmməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarışdan görünür ki, ümumi sahəsi 68.3 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 11.04.2020-ci il tarixdə X1 və İddiaçı adlarına qeydiyyata alınmışdır.
12. İş materiallarına əlavə edilmiş **********54-05101-093004 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilinin hüquq subyekti X6 və İddiaçıdır.
13. İşdə olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən 27.07.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadırlar.
14. İş materiallarında olan “İçərişəhər” X9 Qoruğu İdarəsinin Mənzilkommunal və təmir xidmətinin 22 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh qeydiyyatı barədə Mənzil-kommunal və təmir xidmətində heç bir rəsmi məlumat yoxdur.
15. İş materiallarında olan “İçərişəhər” X9 Qoruğu İdarəsinin Mənzil kommunal və təmir xidmətinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 30 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh S.Quliyev küçəsi, ev 9, mənzil 5 ünvanında yaşayıb-yaşamaması barədə “İçərişəhər” X9 Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətində heç bir rəsmi məlumat yoxdur.
16. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o iddiaçı ilə neçə illərdir ki, qonşu ünvanda yaşayır. Həmin mənzilin iddiaçının mülkiyyətində olduğunu bilir və təsdiq edir ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilində İddiaçı yaşayır. Cavabdeh isə tanımır və həmin mənzilə belə bir şəxsin gəldiyini də görməmişdir.
17. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilin aşağı mərtəbəsində neçə ildir ki ictimai iaşə obyekti işlədir və iddiaçını tanıyır. Təsdiq edir ki, həmin mənzildə İddiaçı yaşayır. Cavabdeh isə tanımır, həmin mənzilə belə bir şəxsin nə vaxtsa gəldiyini görməmişdir. Hüquqi dəyərləndirmə:
18. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1)
21. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
22. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən şəxs aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14.09.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.
25. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir.
26. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.
27. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Belə ki, Cavabdeh paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilində qeydiyyatda olması paylı mülkiyyətçi olan iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır.
32. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzili paylı mülkiyyətdir. İş materiallarında olan çıxarışdan da görünür ki, mənzilin 1-ci və 2-ci mərtəbəsindən 1 otaq y/s-9.8 kv.m, k/s 5.7 kv m X1, 3-cü və 2-ci mərtəbədən k/s – 10.2 kv.m İddiaçı mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, paylı mülkiyyətçi olan Qonçarova Yana Cavabdeh anasıdır. Apellyasiya instansiya məhkəməsi baxışı zamanı müəyyən olunmuşdur ki, paylı mülkiyyətçi olan Qonçarova Yanaya məxsus mənzildə Cavabdeh 2018-ci ildən qeydiyyatdadır.
35. İş materiallarında olan vəsiyyətnamədən görünür ki, 07 iyul 2011-ci ildə Səbail rayonu 46 saylı Dövlət Notariat Kontorunda mənzilin yarı hissəsini İddiaçı Cavabdeh vəsiyyət etmişdir. Həmçinin iş materiallarında olan şəhadətnamə və attestatdan görünür ki, Cavabdeh ünvan 2blər İçərişəhərə yaxın yerlərdə yerləşir. Eyni zamanda iş materiallarında olan Əliyevə Fidana məxsus xarici pasportun və diplomun surətindən görünür ki, bütün bu proseslər o xaricdə təhsil alan zaman baş vermişdir.
36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehin həmin dönəmdə xaricdə təhsil alması onun yaşayış yerini dəyişməsi və ya başqa ölkədə yaşayış yeri seçməsi demək deyildir.Həmçinin Cavabdeh palyı mülkiyyətçi Qançarova Yananın övladı olduğundan istifadə hüququnun itirilməsi ilə bağlı iddia təmin edilə bilməz.
37. Odur ki, məhkəmə kollegiyası bununla bağlı bildirir ki, birinci intansiya məhkəməsi düzgün araşdırma aparmamış və Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılmasına əsas verən qətnamə çıxarmaqla doğru olmayan nəticəyə gəlmişdir.
38. Kollegiya, həmçinin qeyd edir ki, Cavabdeh qeydiyyatdan çıxarıldığı Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilə yenidən qeydiyyata salınmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1715/2020 saylı, 08.10.2020-cil tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.