Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9859/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh 15 Saylı Şəhər Poliklinikasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “buraxılmış müddətin üzrlü hesab edilərək işə bərpa edilməsi” Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2644/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh 15 Saylı Şəhər Poliklinikasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “buraxılmış müddətin üzrlü hesab edilərək işə bərpa edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olma barədə 22.04.2019-cu il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 saylı şəhər Poliklinikasında fizioterapiya və tibbi bərpa kabinetinin masaj üzrə tibb bacısı vəzifəsində uzun müddət fəaliyyət göstərmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 saylı şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, 22.04.2019-cu il tarixdə onunla Poliklinika arasında bağlanmış 51 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə o, əmək müqaviləsi üzrə öhdəlik və vəzifələrini layiqincə yerinə yetirmiş, işəgötürən tərəfindən ona irad, xəbərdarlıq bildirilməmiş, heç bir cəza almamışdır. Bu səbəbdən də yenidən işə bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2644/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli, 43-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli şəhər Poliklinikasında işə bərpa edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli şəhər Poliklinikası tərəfindən 22.04.2019-cu il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Günel Abbasova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 15 Saylı Şəhər Klinikasında Fizioterapiya və tibbi bərpa kabinetinin Masaj üzrə tibb bacısı vəzifəsində işləyirdi. 08.06.2010-cu il tarixli Nazirlər Kabinetinin Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasının təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifıkasiyaya cəlb edilirlər. İddiaçı ilk sertifıkasiya imtahanından kəsildikdən sonra ixstisasartırama kursuna göndərilib. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarının 6.1-ci bəndinə əsasən Sertifıkasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifıkasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Buna müvafiq olaraq 15 Nömrəli Şəhər Poliklinikasının 16-K nömrəli əmri ilə İddiaçı “Tibb bacısının işi üzrə ixtisasartırma” kursu keçmək üçün 28.02.2019-cu il tarixdən 03.04.2019-cu il tarixinədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Bundan sonra 15.04.2019-cu il tarixdə Sertifıkasiya imtahanından təkrarən keçmədiyi üçün, Səhiyyə Nazirliyinin 19.04.2019-cu il tarixli məktubuna, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasınm(peşəsinin) kifayət dərəcədə olmadığına görə 15 nömrəli Şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli 43-K nömrəli əmri İddiaçı vəzifəsindən azad edilmişdir. İddiaçı işində uzaqlaşdırılması tam qanuni olara müvafiq qanunvericiliyin nomralarına uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinədə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır. Buna müvafiq olaraq da İddiaçı 15.04.2019-cu il tarixdə Sertifıkasiya imtahanından keçməməsi onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin də tələblərinə uyğun şəkildə işçi ilə əmək münasibətlərinə xitam verilmişdir. Həmçinin həmin məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Həmin normaya uyğun şəkildə də 15 nömrəli Şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli 43-K nömrəli əmrində əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam tam olaraq məcəllənin tələblərinə uyğun həyata keçirilmişdir. Buna baxmayaraq Binəqədi Rayon Məhkəməsi heç bir əsas gətirmədən İddiaçı iddia tələbini təmin etmişdir. Binəqədi Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarında Azərbaycan Respublikası 08.06.2010-cu il tarixli Nazirlər Kabinetinin Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olna şəxslərin (işçilərin) sertifıkasiyası Qaydasının təsdiq edilməsi haqqında qərarına istinad etmişdir. Lakin məhkəmə həmin qərara tam baxmadan yekun nəticəyə gəlmişdir. Belə ki,həmin qərarın 5.3-cü bəndinə əsasən sertifıkasiyadan keçməyən səhiyyə mütəxəssisləri tibb və əczaçılıq fəaliyyətinə buraxılmırlar. Lakin məhkəmə həmin bəndi qeyd etməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında qərar tam olaraq qanunvericiliyin tələbinə və Əmək Məcəlləsində göstərilən əsaslara uyğun tam qanuni həyata keçirildiryinə baxmayaraq Binəqədi rayon Məhkəməsi qətnaməsində göstərmişdir ki, guya cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunssuz və əsassız olaraq xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsi həmin qanunsuzluğun və əsassızlığın nədən ibarət olmasını göstərməmiş yalnızca maddələri göstərməklə kifyətlənmişdir. Bu da öz növbəsində Binəqədi Rayon Məhkəməsi heç bir araşdırma aparmadan formal xarakterli qərar qəbul etməsim göstərir. Bundan başqa İddiaçı 15 Nömrəli şəhər klinikasının 22.04.2019-cu il tarixli 43-K nömrəli əmri ilə vəzifəsindən azad edildikdən sonra məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 15 aya yaxın vaxt keçməyinə baxmayaraq Binəqədi Rayon Məhkəməsi 12.11.2020-ci il tarixli 2(001)-2644/2020 nömrəli qətnaməsndə hansı halları üzrlü hesab edərək buraxılmış müddəti bərpa etməsini qeyd etməmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Hacıyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdeh 15 saylı şəhər Poliklinikasının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarına əlavə olunan 15 nömrəli şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli, 43-K nömrəli əmrindən görünür ki, İddiaçı 15.04.2019-cu il tarixdə Sertifikasiya imtahanından keçmədiyi üçün, Səhiyyə Nazirliyinin 19.04.2019-cu il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə Poliklinika ilə bağlanmış 51 nömrəli əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmiş və bu barədə elektron informasiya sistemində qeydiyyat aparılmışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş Sertifikasiya ilə bağlı 15.04.2019-cu il tarixli bildirişdən görünür ki, sertifikasiyadan təkrarən keçə bilməyən tibb bacısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq, həmin Məvəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu qeyd edilmişdir.
13. 15 nömrəli Şəhər Poliklinikasının 07.02.2019-cu il tarixli 15-K əmrinə əsasən Fizioterapiya və tibbi bərpa kabinetinin Masaj üzrə tibb bacısı İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 49.1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsi əmr edilmişdir.
14. 01.10.2018-ci il tarixli 94-K və 08.02.2019-cu il tarixli, 16-K nömrəli əmrlərinə əsasən, Fizioterapiya və tibbi bərpa kabinetinin Masaj üzrə tibb bacısı İddiaçı “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün 08.10.2018-ci il tarixdən 01.11.2018-ci il tarixədək, daha sonra 28.02.2019-cu il tarixdən 03.04.2019-cu il tarixədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Hüquqi dəyərləndirmə:
15. İşin hallarından görünür ki, İddiaçı 15 Saylı Şəhər Klinikasında Fizioterapiya və tibbi bərpa kabinetinin Masaj üzrə tibb bacısı vəzifəsində işləmişdir. 08.06.2010-cu il tarixli Nazirlər Kabinetinin Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasının təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
16. İş materiallarından görünür ki, İddiaçı ilk sertifıkasiya imtahanından kəsildikdən sonra ixstisasartırma kursuna göndərilib. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarının 6.1-ci bəndinə əsasən Sertifıkasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifıkasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Buna müvafiq olaraq iş materiallarında olan 15 Nömrəli Şəhər Poliklinikasının 16-K nömrəli əmri ilə İddiaçı “Tibb bacısının işi üzrə ixtisasartırma” kursu keçmək üçün 28.02.2019-cu il tarixdən 03.04.2019-cu il tarixinədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir.
17. Bundan sonra 15.04.2019-cu il tarixdə Sertifikasiya imtahanından təkrarən keçmədiyi üçün, Səhiyyə Nazirliyinin 19.04.2019-cu il tarixli məktubuna, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə 15 nömrəli Şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli 43-K nömrəli əmri İddiaçı vəzifəsindən azad edilmişdir.
18. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işindən uzaqlaşdırılması qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olmmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinədə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır. Odur ki, İddiaçı 15.04.2019-cu il tarixdə Sertifıkasiya imtahanından keçməməsi onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
19. Həmçinin həmin məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Həmin normaya uyğun şəkildə də 15 nömrəli Şəhər Poliklinikasının 22.04.2019-cu il tarixli 43-K nömrəli əmrində əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilmişdir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.
22. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “C” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Azərbaycan Respublikası 08.06.2010-cu il tarixli Nazirlər Kabinetinin "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası"nın təsdiq edilməsi haqqında Qərarının 5.3-cü bəndinə əsasən sertifıkasiyadan keçməyən səhiyyə mütəxəssisləri tibb və əczaçılıq fəaliyyətinə buraxılmırlar.
24. Sadalanan xüsusatlara əsasən Kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin təmin edilərək işə bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi heç bir əsasa söykənmədiyindən ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
29. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada attestasiyadan keçməməsi səbəbindən onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi əsasında xitam verilməsi əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2644/2020 saylı, 12.11.2020ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev