Məhkəmə qərarları › İş №2(103)-9869/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9869/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9869/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil ğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xərclərinin ödənilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(004)-4775/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən kommunal xidmətlərə görə Cavabdeh 4832,73 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh növbəti aylar üçün mülkiyyətindəki mənzil üzrə kommunal haqqların İddiaçınə ödənilməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(004)- 4775/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4832,73 (dörd min səkkiz yüz otuz iki manat yetmiş üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı hər iki tərəfin təmsilçisi məhkəməyə barışıq sazişini təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.. Yuxarıdakılara əsasən və MPM-in 52.3, 191, 261, 262, 370, 405-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: 15 noyabr 2021-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh öz öhdəsinə götürür ki, mülkiyyətində olan ünvan 1 ünvandakı 1 saylı və 2 saylı mənzillər üzrə 01.06.2021-ci il tarixə yaranmış 4832,73 manat məbləğində borcu 2021-ci ilin dekabr ayının 10-dan başlayaraq hər ay 400 manat məbləğində İddiaçı MMMC-yə ödəyəcək.

2. Cavabdeh öz öhdəsinə götürür ki, 01.07.2021-ci il tarixdən sonra yaranan və mənzillərin təmirinə başlayan günədək mülkiyyətində olan ünvan 1 ünvandakı 1 saylı mənzil üzrə hər ay üçün kommunal xidmətləri üzrə 62,13 AZN və həmin ünvandakı 2 saylı mənzil üzrə 72,12 AZN 2021-ci ilin dekabr ayının 10-dan başlayaraq ödəyəcək.

3. Cavabdeh öz öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd edilən mənzillərə təmir başlayan gündən İddiaçı MMMC-nin ümumi yığıncağının 26.12.2016-cı il tarixli Qərarı ilə müəyyən edilmiş qaydada kommunal haqqları İddiaçı MMMC-yə ödəyəcək.

4. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu saziş bağlandığı andan qüvvəyə minir, tərəflərin iştirakı ilə 03 nüsxədə tərtib olundu, 01 nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə təqdim edildi və 02 nüsxəsi hər bir tərəfə verildi. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(004)- 4775/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “kommunal xərclərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar