Məhkəmə qərarları › İş №2(103)-989/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-989/2023

25.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-989/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(009)-1402/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli və 23 noyabr 2020-ci il tarixli İR- 505/20-1 nömrəli əmrlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(009)-1402/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyal Sarıyev tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, son haqq-hesabın və əmək kitabçasının verilməsi” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı əmək münasibətləri üzrə əmrlərin ləğv olunması tələbinə dair mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasının Cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi həmin qətnamədən apelyasiya şikayəti verilmiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən tərəflər hazırki mülki işin digər mülki işlə bir icraatda birləşdirilməsinə dair məsələnin həllini məhkəmənin mülahisəzinə buraxdıqlarını qeyd etdilər. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş, Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmaqla hakim Xəyal Sarıyevin icraatında olan, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, son haqq-hesabın və əmək kitabçasının verilməsi tələbinə dair” mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apelyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim X.Sarıyevin icraatında olan iş daha əvvəl icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi tələbinə dair” mülki iş, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, son haqq-hesabın və əmək kitabçasının verilməsi tələbinə dair” 2(103)-235/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar