Məhkəmə qərarları › İş №2(103)-9896/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9896/2021

18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9896/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-41/2021 saylı işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın "Azneft” (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin "Azneft” İstehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iş üzrə mübahisəli, yəni Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində yerləşən torpaq sahəsi H.Z.Tagtyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0413962, ******* koordinatda) yerləşən mədən ərazisində yerləşir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2740 saylı vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ilə Buzovna qəsəbəsində 5-407 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli 2-1(82)-105/2019 nömrəli qərardadı ilə "Azneft” İstehsalat Birliyinin Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsi tələbi barədə iddiası mümkün sayılmamış, qərardadı qanuni qüvvəsini almış, qərardaddan apelyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 10/317 nömrəli rəyindən aydın olur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Tikilinin hüquqmüəyyənedici və texniki sənədlərinin mərkəzə təqdim edilməməsi səbəbindən bu sual üzrə tədqiqat aparılmadı (iş.səh.22, 58, 89, 91, 113, 72). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00)-41/2021 saylı işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, 73,80 manat məbləğində mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyindən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi və İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyindən alınaraq X1 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusuyasının 13, 29; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (ilkin mətn) 55; Mülki Məcəllənin 139-1.1, 180.3; Mülki Prosessual Məcəllənin 107, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2740 saylı vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ilə Buzovna qəsəbəsində 5-407 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır ki, bu da öz növbəsində yuxarıda sadalanan normalara əsasən mülkiyyət hüququnun ünsür elementlərindən olan sahiblik və istifadə hüququnun yaranması üçün əsasdır. Qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq icra hakiməyyəti orqanının sərəncamı mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncam mübahisələndirilməməklə qüvvədə olduğu halda orada sərəncamda göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsasılı hesab edilə bilməməklə hazırki iddia tələbi bu baxımından da təmin edilə bilməz. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 180.2, 180.4; Torpaq Məcəlləsinin 22.5, 111.1, 111.2, 111.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 386, 387.1, 385.1.3, 389-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962; ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamına əsasən fərdi ev tikintisi üçün Cavabdeh 1200.m2 torpaq sahəsi ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün yuxarıda göstərilən ünvanda Cavabdeh tərəfindən cavabdehdən özbaşına tikint tikinti işləri aparılmışdır. Dəfələrlə işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o tikinti işlərini davam etdirmişdir. Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılan torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin neft və qaz əməliyyat arının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudlarından daxilindədir. Aparılan bu tikinti işləri nəticəsində İddiaçı ona aid olan neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Neft quyularında hər hansı bir qaz sızması baş verərsə bu da həmin evdə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Göstərilən lahiyənin təsdiq edilməsi torpaq sahəsinə aid mübahisənin mahiyyət üzrə həll edilməsi hesab edilə bilməz.Belə lahiyələrin təsdiq edilməsi həmin tikiliyə aid hüquqların qeyd olunması üçün əsaslardan biri olsa da, torpaq sahəsinin hüquqi statusu və yüklülüyü müəyyən edilmədən heç bir əhəmiyyətə malik deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67, 111; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iş üzrə torpağa dair icra hakimiyyəti tərəfindən verilmiş sərəncam mübahisələndirilmədiyindən prosessual hüquqi cəhətdən (tələbdən kənar olaraq) onun şərtlərinin müzakirəsi yolverilməzdir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00)-41/2021 saylı işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar