Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-992/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-3231/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2024-cü il tarixində cavabdeh təşkilatın Şirvan regional idarəsinin kiçik inspektor vəzifəsindən inspektor vəzifəsinə keçirilmişdir.
2. Şirvan regional idarənin inspektorun vəzifə təlimatına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımaları həyata keçirən şəxslərin “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişamı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, daşıyıcılar tərəfindən hüquqi aktların tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və s. inspektorun əsas vəzifələridir.
3. İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat X5 sədrinə ünvanladığı izahatında bildirmişdir ki, onunla xidmət aparan Ramal Əsgərov X20un barəsində inzibati xəta protokolu tərtib etməməyi xahiş etdiyi və onun kartına 50 manat pul göndərdiyi üçün sürücü barəsində inzibati xəta protokolu tərtib etməmişdir.
4. Cavabdeh idarə heyətinin sədri tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin sədrinə ünvanlanmış təqdimatdan görünür ki, vətəndaş Şahid tərəfindən Salyan rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarının korrupsiya əməllərinə yol verdikləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Rəqəmsat İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik) və AYNA-ya ünvanlanmış müraciətlər (d.0.3-27-103/1-Ə-8190/1-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-27/1-Ə-2695/1-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-27/1-Ə-2695/2-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) əsasında xidməti araşdırma aparılmışdır. Vətəndaş Şahid müraciətlərində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Salyan rayonunun inzibati ərazisində yerləşən Baş X33 İdarəsinin Salyan postunda AYNA-nın əməkdaşları **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsini saxlayaraq həmin avtonəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovun “Fərqlənmə nişanı" olmadan yükdaşıma fəaliyyəti göstərməsi müqabilində ondan xx.xx.2024-cii il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə isə eyni məqsədlə təkrarən Elgün Ramazanovdan 50 manat məbləğində pul almışlar. Müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirilməsi məqsədilə müraciət müəllifi Şahidla, həmçinin X20la telefon əlaqəsi saxlanılaraq vermiş olduqları məlumatlarla əlaqədar araşdırmaya dəvət olunmuşlar. Sözügedən şəxslər qeyd olunan məsələlərlə bağlı şifahi olaraq ətraflı məlumatlar versələr də, müxtəlif və əsassız səbəblər gətirərək dəvətdən imtina etmişlər. Məlum olmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı - Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X33 İdarəsinin stasionar postunda AYNA-nın Şirvan regional idarəsinin (İdarə) aparıcı inspektoru X13 və inspektoru İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssisi X9 xidmət aparmışlar. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ramal Əsgərov xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Bakı - Astara - İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X33 İdarəsinin stasionar postunda xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X25” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin faəliyyətlə məşğul olmaq üçün icazə verən rəsmi sənəd hesab edilən buraxılış vərəqəsi habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı” olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı Elgün Ramazanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə Məcəllənin 324.3cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirlər görməli olduğu halda, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək Məcəllənin sözügedən maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etməmiş, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Elgün Ramazanovla əldə etdiyi razılaşmaya əsasən, ona verilmiş 100 (bir yüz) manat müqabilində müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışdır. Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı Astara — İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X33 İdarəsinin stasionar postunda Ramal Əsgərovla birlikdə xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X25" markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin fəaliyyətlə məşğul olmaq üçün icazə verən, rəsmi sənəd hesab edilən “Buraxılış vəsiqəsi", habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı" olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı İddiaçı və X31 Ramazanov barəsində Məcəllənin 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə Məcəllənin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirləri görməli olduqları halda, əmək müqavilələri ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək Məcəllənin sözügedən maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etməmiş, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Elgün Ramazanovla əldə etdikləri razılaşmaya əsasən, İddiaçı verilmiş 50 manat müqabilində müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışlar. Qeyd olunanlar Ramal Əsgərovun və İddiaçı etirafedici izahatları, habelə digər zəruri sənədlərlə tam təsdiqini tapmışdır. Beləliklə, aparılmış araşdırma nəticəsində Ramal Əsgərov və İddiaçı tərəfindən əmək müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməmələri, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı salan hərəkətlərə yol vermələri, bununla da AYNA-nın, habelə Nazirliyin işgüzar nüfuzuna xələl gətirilməsi və qanuni mənafelərinə zərər yetirilməsi müəyyən edilmişdir. Toplanmış materiallara əsasən, İdarənin aparıcı inspektoru Ramal Əsgərov və inspektoru İddiaçı əmək müqavilələri üzrə öhdəliklərini və əmək funksiya arını yerinə yetirmədiklərinə, habelə vəzifə funksiyaların icrası zamanı Nazirliyin və işələdikləri müəssisənin adına xələl gətirən hallara yol verdiklərinə görə, onlaral bağlanmış əmək müqavilələrinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq xidməti araşdırma materiallarını təqdim edərək və qanunvericiliklə müəyyən olunmuş müddət ərzində yazılı qərarın təqdim edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli, 13 nömrəli protokolundan görünür ki, Həmkarlar İttifaqı tərəfindən Şirvan regional idarəsinin əməkdaşları aparıcı inspektor X13 və İddiaçı ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə etiraz etmədikləri qərara alınmışdır.
6. Cavabdehin xx.xx.2024-cü il tarixli, 247/k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçi özünün əmək fünksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir.
7. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vəkil Nümayəndə1 göndərilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Şirvan regional idarəsinin əməkdaşlarının qanunazidd hərəkətləri barədə AYNAdan daxil olmuş material əsasında araşdırma aparılmış, Ramal Əsgərov və İddiaçı izahatlarında həqiqətən Salyan rayonu ərazisində **-HU-*** dövlət qeydiyyat nişanlı “X26” markalı yük avtomobilin müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə saxladıqlarını, “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” olmadığ üçün inzibati protokol tərtib etməmələri qarşılığında pul tələb edərək Şahid birinci dəfə 100 manat, ikinci dəfə isə 50 manat pul vəsaiti aldıqlarını etiraf etmişlər. Şahid ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, şikayət və ya tələbinin olmadığı üçün araşdırmanın dayandırılmasını xahiş edir. Odur ki, Şahid şikayəti olmadığından müraciətə baxılmasının dayandırılması xahişini nəzərə alaraq araşdırma baxılmamış saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qanunsuz olaraq tutduğu vəzifəsindən azad edilməyi barədə 247K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq öz xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cu ildə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cu ildə “13 saylı X6” MMC-yə mütəxəsis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı ildə “13 saylı X6” MMC-də Daşınmaların tənzimlənməsi şöbəsinə aparıcı mütəxəsis təyin edilmişdir. xx.xx.2018-ci ildə “Avtomobil Nəqliyyatı iş Daşımaları Təşkili“ MMC-də Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Şirvan regional bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 07.xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 İdarəsinin kiçik inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 İdarəsinin inspektor vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü ildə isə işdən azad olunmuşdur. Bu qanunsuzluq barədə bildikdən sonra dərhal idarə rəhbərliyinə müraciət edərək, səbəbini soruşmuşdur. İdarə rəhbərliyi ona bildirmişdir ki, barəsində prokurorluqda araşdırma aparılıb və onu işdə saxlaya bilməzlər. Lakin hazırki vaxtda kimi hüquqları bərpa olmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X2 qarşı qanunsuzluq etməklə hüquqlarımı kobud şəkildə pozmuşlar. Tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmağı barədə cavabdeh 247K saylı xx.xx.2024-cü il tarixli əsassız əmr vermişdir. xx.xx.2024-cü il tarixdə ona İMS iştirak edilməməsi barədə arayış təqdim edildi. İddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
10. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı ilə bağlanmış xxxxxxx0003000 nömrəli əmək müqaviləsinə, özünün əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sübut olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-27-103/2- 6929/2024 nömrəli təqdimat və AYNA-nın Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 13 nömrəli protokolundan göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğundan işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə tam riayət edilmişdir. Təqdim edilən xx.xx.2024-cü il tarixli 247/k nömrəli əmrdən də göründüyü kimi, qeyd edilən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə aşağıda qeyd edəcəyi hal səbəb olmuşdur. Belə ki, vətəndaş Şahid tərəfindən Salyan rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının korrupsiya əməllərinə yol verdikləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Agentliyə ünvanlanmış müraciətləri (d.o.3-27-103/1-Ə-8190/1- 28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-27/1-Ə-2695/1-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-27/1-Ə-2695/2-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) əsasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 11-1-ci maddəsinə əsasən, AYNA-nın Daxili nəzarət departamentində xidməti araşdırma aparılmışdır. Şahid 06-08 may 2024-cü il tarixlərində telefon ilə danışıqları zamanı ərizədə qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X10 ona zəng edərək AYNA əməkdaşı tərəfinən Salyan rayonu ərazisində X32 (DYP) stasionar postunda saxlanıldığını, ondan yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə sənədlərin təqdim edilməsinin tələb edildiyini və həmin sənədlərin mövcud olmadığı üçün 350 manat məbləğində cərimə yazılacağını, cərimə yazmamaq üçün 100 manat pul tələb edildiyini bildirmişdir. O, cərimə yazılmaması müqabilində həmin əməkdaşın bank kartının hesabına 100 manat məbləğində pulu köcürdükdən sonra avtonəqliyyat vasitəsi buraxılmışdır. Telefon danışığı zamanı Şahid əlavə olaraq bildirmişdir ki, növbəti dəfə həmin avtonəqliyyat vasitəsi xx.xx.2024- cü il tarixdə təqribən saat 12:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində DYP-in postunda AYNA əməkdaşı tərəfindən saxlanılmışdır. X14 zəng edərək AYNA əməkdaşı tərəfindən yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə sənədlərin təqdim edilməsinin tələb edildiyini və həmin sənədlərin mövcud olmadığı üçün 350 manat məbləğində cərimə yazılacağını, cərimə yazmamaq üçün 100 manat pul tələb edildiyini bildirmişdir. X20 cərimə yazılmaması müqabilində həmin əməkdaşın bank kart hesabına 50 manat pulun köçürməsi və bunun müqabilində avtonəqliyyat vasitəsinin buraxılması barədə ona məlumat vermişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixində Elgün Ramazanov telefon (+**********59) danışığı zamanı bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təqribən saat 11:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində yerləşən X33 (DYP) postunda "xxxx" MMC-nin etibarnaməsi əsasında idarə etdiyi “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi polis əməkdaşı tərəfindən saxlanılmış və orada olan təxminən 30-35 yaşlı adını xatırlamadığı AYNA-nın əməkdaşı ondan yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxıliş kartı”nı və avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etməyini tələb etmişdir. O da həmin əməkdaşa yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxıliş kartı”nın olmadığını bildirərək, avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etmişdir. Bu zaman həmin əməkdaş “Buraxılış kartı”nın olmadığı üçün 350 manat məbləğində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmiş və sözügedən protokolun tərtib edilməməsi müqabilində 100 manat məbləğində pul tələb etmişdir. Bu zaman o, sahibkarın oğlu Şahidla telefon əlaqəsi (+**********95) saxlayaraq, bu barədə məlumat vermiş, sonuncu həmin əməkdaşla telefonla danışmaq istəsə də əməkdaş onunla telefonla danışmaqdan imtina etmişdir. Telefon danışığı zamanı Şahid inzibati xəta haqqında protokolun tərtib edilməməsi müqabilində həmin əməkdaşa 100 manat məbləğində pul verilməsinə razı olduğundan əməkdaşın **********913050 kart nömrəsini telefonunda qeyd edərək “Whatsapp” mobil tətbiqi vasitəsilə Şahid göndərmiş, sonuncu isə öz kart hesabından 100 manat məbləğində pulu əməkdaşın bank kart hesabına köçürmüşdür. Həmin əməkdaş 100 manat pulun onun istifadəsində olan kart hesabına köçürülməsinə əmin olduqdan sonra avtonəqliyyat vasitəsinə aid sənədləri ona geri qaytarmışdır. Həmçinin həmin əməkdaş telefonunda kart hesabına baxan zaman fürsətdən istifadə edərək video görüntüsünü telefon vasitəsi ilə çəkdiyini, həmçinin AYNA-ya aid “KHAZAR” markalı, **-PZ-*** və **-PE-*** dövlət qeydiyyat nişanlı xidməti avtonəqliyyat vasitələrini və əlavə 3 nəfər AYNA əməkdaşını həmin postda gördüyünü qeyd etmiş, lakin həmin görüntüləri araşdırmaya təqdim etməkdən imtina etmişdir. Telefon danışığı zamanı X20 əlavə olaraq bildirmişdir ki, növbəti dəfə xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində X34 (DYP) postunda idarə etdiyi “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi təxminən 30-32 yaşlı arıq bədən qurluşlu AYNA əməkdaşı tərəfindən saxlanılmış, ondan yükdaşıma fəaliyyəti ilə məşğul olmaq üçün “Buraxılış kartı”nı və avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etməyini tələb etmişdir. O da adını xatırlamadığı əməkdaşa yükdaşıma fəaliyyəti ilə məşğul olmaq üçün “Buraxılış kartı”nın olmadığını bildirdikdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 300 manat məbləğində inzibati xəta haqqında protokolun tərtib etməməmək müqabilində ondan 50 manat məbləğində pul tələb etmişdir. Bu zaman sahibkarın oğlu Şahidla telefon əlaqəsi saxlamış, sonuncu isə kartında pulu olmadığını bildirdiyindən, onun razılığı ilə özünə məxsus 4169 7388 8445 4426 nömrəli bank kartından həmin əməkdaşın ona şifahi olaraq bildirdiyi 4169 7388 6504 5805 nömrəli bank kart hesabına 50 manat pul köçürmüşdür. Həmin əməkdaş 50 manat məbləğində vəsaitin onun kart hesabına köçürülməsinə əmin olduqdan sonra avtonəqliyyat vasitəsinə aid sənədləri geri qaytarmışdır. Bu zaman xx.xx.2024-cü il tarixdə “Buraxılış kartı”nın olmadığı üçün inzibati xəta haqqında protokolun tərtib edilməməsi müqabilində köçürmə yolu ilə 100 manat məbləğində pul almış əməkdaş onlara yaxınlaşmış və onu tanıyaraq “Buraxılış kartı”nın hansı səbəbdən almadığını soruşmuşdur. xx.xx.2024-cü tarixində AYNA-nın əməkdaşına 100 manat pulu sahibkarın oğlu Şahid öz bank kart hesabından əməkdaşın təqdim etdiyi bank kart hesabına və xx.xx.2024-cü il tarixdə isə AYNA-nın digər əməkdaşına 50 manat pulun ona aid bank kart hesabından əməkdaşın təqdim etdiyi bank kart hesabına köçürülməsini təsdiq edən qəbzlərin (skrinşot) surəti və özünə aid bank kartının və xx.xx.2024-cü il tarixində telefon vasitəsi ilə əməkdaşın çəkilmiş fotoşəkilınin surətini “Whatsapp” tətbiqi vasitəsilə göndərmişdir. Aparılan araşdırmalar zamanı "X25 1844" yük markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin X17 olduğu müəyyən edilmişdir. Həmçinin məlum olmuşdur ki, Şahid (VÖEN:**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. X1 qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanlarında müvafiq qaydada qeydiyyatdan (VÖEN-nin olması) keçməsi barədə məlumat aşkarlanmamışdır. Araşdırma zərurəti ilə əlaqədar Daxili nəzarət departamenti tərəfindən AYNA-nın Yük daşımaları departamentinə beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "X25 1844" yük markalı, **-HU-*** D.Q.N nəqliyyat vasitəsinin buraxılış kartınn alıb-almaması, aldığı təqdirdə hansı VÖEN üzərindən alınması, beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) buraxılış vəsiqəsinin alınıbalmaması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixli, 10092 nömrəli Buraxılış vəsiqəsinin (bitmə tarixi xx.xx.2026) verildiyi, xx.xx.2023 -cü il tarixli 24172 (bitmə tarixi xx.xx.2026-ci il) nömrəli buraxılış kartının "X25 1844" yük markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə verildiyi bildirilmişdir. Eyni zamanda beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN: **********) buraxılış vəsiqəsinin alınmadığı qeyd olunmuşdur. Bundan başqa sözügedən avtonəqliyyat vasitəsi ilə ölkədaxili yükdaşımalarının yerinə yetiriməsi ilə bağlı hər hansı bir müraciətin daxil olmadığı bildirilmişdir. Daxili nəzarət departamenti tərəfindən “X25 1844" yük markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin beynəlxalq yük daşımaları ilə əlaqədar xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində Azərbaycan Respublikasının ərazisinə daxil olub-olmaması, həmçinin Azərbaycan Respublikasının ərazisini tərk edib-etməməsi barədə Yükdaşımaları departamentinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq sözügedən avtonəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixində Bakı Gömrük İdarəsindən yükləri rəsmiləşdirərək, Azərbaycan Gürcüstan sərhədində yerləşən Qırmızı körpü Gömrük sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçid etdiyi, xx.xx.2024-cü il tarixində Mazımqara Gömrük buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə keçdiyi, xx.xx.2024-cü il tarixində Bakı Gömrük İdarəsində sənədlərini rəsmiləşdirərək xx.xx.2024-cü il tarixində Qazax rayonu ərazisində Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasına keçid etdiyi bildirilmişdir. Aparılmış araşdırma ilə məlum olmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixlərdə Bakı – Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yeləşən Baş X33 İdarəsinin stasionar postunda AYNA-nın Şirvan regional idarəsinin aparıcı inspektoru X13, inspektoru İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssisi X9 xidmət aparmışlar. Xidməti araşdırma zərurəti ilə əlaqədar qeyd olunan əməkdaşlardan müvafiq izahatlar alınmışdır. Bununla əlaqədar izahat verən iddiaçı, qeyd edilən vaxt İdarənin inspektoru vəzifəsində işləmiş İddiaçı izahatında bildirmişdir ki, o, AYNA-nın Salyan rayonu ərazisində təhkim olunmuş “KHAZAR” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik müətəxəssisi X9 ilə birlikdə xidmət aparmışlar. Oların əmək funksiyalarına avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin “Fərqlənmə nişanı”və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, daşıyıcılar tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək, müvafiq sahədə həyata keçirilən nəzarət tədbirlərinin nəticəsində aşkar edilmiş uyğunsuzluqlarla bağlı mütəmadi olaraq birbaşa rəhbərinə məlumatları təqdim etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və s.daxildir. xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində Salyan rayon ərazisində X33 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik mütəxəssisi Sadıq Sadıqovla birlikdə xidmətdə olan zaman “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü avtonəqliyyat vasitəsinə aid sənədləri postda olan adını xatırlamadığı Yol Patrul Xidməti əməkdaşına təqdim etmiş, sonuncu isə həmin sənədləri ona vermişdir. O, avtomaşının sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və yoxlama zamanı avtomaşının yük yerində yük (qum) olduğu halda yük daşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxılış vəsiqəsi” və nəqliyyat vasitəsinə dair “Buraxıliş kartı”nın olmadığını aşkar etmişdir. Şəxsiyyəti sonradan ona məlum olan sürücü X4 yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxılış vəsiqəsi” və “Buraxıliş kartı”nın olmasının zəruriliyini qanunvericiliyin tələblərinə uyğun olaraq izah etmiş, bu qaydanın pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3.və 324.4-cü maddələrində müvafiq olaraq 300 və 50 manat cərimə nəzərdə tutulduğunu nəzərinə çatdırmışdır. O, xidməti avtonəqliyyat vasitəsinə əyləşib sürücü barəsində protokol tərtib etmək istəyən zaman sürücü idarə etdiyi avtonəqliyyat vasitəsinin sahibinə zəng etmişdir. Sürücü telefonla danışarkən avtonəqliyyat vasitəsinin sahibinin onunla danışmaq istədiyini bildirdikdə o, telefonla danışmaqdan imtina etmiş, bu zaman onunla xidmətdə olan idarənin aparıcı inspektoru Ramal Əsgərov ona yaxınlaşaraq “protokol yazma gözlə” demişdir. Ramal Əsgərov ona yaxınlaşaraq sürücünün polis əməkdaşlarının hörmətini edəcəyini bildirmişdir. İddiaçı həmin sürücü barədə inzibati xəta haqqında protokolu tərtib etmədən sənədləri geri qaytardığını bildirmişdir. Eyni zamanda Ramal Əsgərov ona istifadəsində olan bank kart hesab nömrəsini X20a verməsini demiş, o, da istifadəsində olan Kapital banka aid 4169 7388 6504 5805 nömrəli kart hesabını sürücüyə şifahi olaraq bildirmişdir. Bir qədər keçmiş telefonuna kart hesabına 4169 7388 8445 4426 nömrəli bank kart hesabından 50 manat pul köçməsi barədə sms gəlmişdir. Kart hesabına 50 manat məbləğində pul gəldikdən sonra Ramal Əsgərova 50 manat pulun gəldiyini bildirmiş, sonuncu da avtomaşının sənədlərini ona vermiş və həmin sənədləri sürücüyə qaytarmışdır. O, 50 manat pulun bank kartına köçürülməsinə əmin olduqdan sonra cibindən 50 manat pul çıxartmış və həmin puldan 30 manat postda onlarla xidmət aparan adını xatırlamadığı polis serjantına vermiş, qalan 20 manat pula isə nahar fasiləsində Ramal Əsgərov və Sadıq Sadıqovla bilrkidə nahar etmişdir. (Elgün Ramazanovun onun kartın hesabına köçürülmüş pul vəsaiti ilə bağlı telefonun ekran görüntüsündən çəkilmiş fotoşəkilləri izahatına əlavə etmişdir). Əlavə olaraq İddiaçı qeyd etmişdir ki, 50 manat pulun onun hesab kartına köçürülməsi barədə Sadıq Sadıqovun məlumatı olmamışdır. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə təqribən saat 11:00 radələrində Salyan rayon ərazisində X34 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərovla birlikdə xidmətdə olmasına baxmayaraq “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsünə avtonəqliyyat vasitəsinə dair “Buraxılış vəsiqəsi”nın və “Buraxılış kartı”nın olmadığı üçün inzibati xəta haqqında protokol yazılmaması müqabilində ondan 100 manat pulun köçürmə yolu ilə Ramal Əsgərov tərəfindən alındığı barədə heç bir məlumatın olmadığını və həmin nəqliyyat vasitəsinin Ramal Əsgərov tərəfindən saxlanılıb buraxılmasını ehtimal etdiyini bildirmişdir. X13 və X9 da iddiaçı ilə eyni məzmunlu izahatlar vermişlər. AYNA-nın Şirvan regional idarəsinin müdiri X15 araşdırma zamanı verdiyi məlumatında qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şirvan regional idarəsində müdir vəzifəsində işləyir, əmək funksiyalarını imzaladığı vəzifə təlimatına (əmək funksiyasına), əmək müqaviləsinə, eləcə də rəhbərliyin müvafiq əmr və göstərişlərinə uyğun həyata keçirir. Həmçinin bildirmişdir ki, vətəndaş Şahid tərəfindən cari ilin 1, 6 və 7 may tarixlərində müvafiq olaraq AYNA-ya, Nazirliyə və Baş İdarəyə ünvanlanmış İdarənin əməkdaşları tərəfindən onun şirkətinə məxsus “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını nəqliyyat idarə edən sürücüsü X16 rayonu ərazisində (DYPİ Salyan Postu) “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” olmadığı halda ona inzibati xəta haqqında protokol yazılmaması müqabilində iki dəfə xx.xx.2024-cü il tarixində 100 manat və xx.xx.2024-cü il tarixində isə 50 manat məbləğində pul almaları ilə bağlı şikayət məzmunlu müraciətləri ilə tanış olmuş, idarənin əməkdaşları aparıcı inspektor X13, inspektor İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssis X9 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Salyan rayonu ərazisində X33 postunda xidmətdə olduqları zaman Ramal Əsgərovun və İddiaçı yük avtonəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovdan “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” nın olmadığı halda müvafiq protokolun yazılmaması müqabilində 100 və 50 manat məbləğdə pul almalarından məlumatı olmadığını, həmin məsələ ona araşdırma zamanı məlum olmuşdur. Bildirmişdir ki, xidmətdən əvvəl idarənin əməkdaşları mütəmadi olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yükdaşımalarını həyata keçirən şəxslərin Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”, habelə “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının alınması və nəzarət edilməsi, eləcə də əmək və icra intizamına, həmçinin etik davranış normalarına riayət etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmələri, daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə olan inzibati xətaları aşkar edərək həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilmələrini təmin etmələri barədə təlimatlandırılırlar. Qeyd olunmalıdır ki, AYNA-nın İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) aidiyyəti struktur bölmələrində nəzarət funksiyasını yerinə yetirən inspektorların fəaliyyətinin təkmilləşdirilməsi və təşkili məqsədi ilə 2023-cü ilin birinci yarımili ərzində görüləcək işlərə dair Tədbirlər Planı”nın icrası olaraq AYNA-nın nəzarət funksiyalarını yerinə yetirən inspektorların xüsusi hazırlığı məqsədi ilə xx.xx.2023–xx.xx.2023 tarixləri aralığında təlimlər təşkil olunmuşdur. “Avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericilik”, “İnzibati Xətalar Məcəlləsi”, “İnspektorlara dair tələblər, avtomobillərə və sürücülərə aid sənədlər”, “Etik davranış” və “Korrupsiyaya qarşı mübarizə haqqında” mövzularını əhatə edən həmin təlimlərdə İddiaçı da digər əməkdaşlarla birlikdə iştirak etmiş, ona qeyd edilən hüquqi aktların məzmunu və onalrdan irəli gələn tələblər izah edilmişdir. Agentliyin regional İdarəsinin inspektoru vəzifəsində işləmiş İddiaçıla bağlanmış əmək müqaviləsinin 3.1.1-ci yarımbəndinə əsasən, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyasının icrasını öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, işçi əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. AYNA-nın İdarə Heyətinin 08/k-01 nömrəli xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinin struktur bölmələrinin Əsasnamələrinin və vəzifələr üzrə vəzifə təlimatlarının təqdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş, inspektor İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış vəzifə təlimatında (əmək funksiyası) əsas vəzifələri müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına və tələblərinə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar cıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə və avtomobil nəqliyyatı xidmətlərinə nəzarəti həyata keçirmək, avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, habelə daşıyıcılar tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini aparmaqdan və s. ibarətdir. Beləliklə yuxarıda qeyd edilən həmçinin məhkəməyə təqdim edilən digər sənədlərdən də göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı – Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X33 İdarəsinin stasionar postunda Ramal Əsgərovla birlikdə xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X25” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin fəaliyyətlə məşğul olmaq üçün icazə verən, rəsmi sənəd hesab edilən “Buraxılış vəsiqəsi”, habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı” olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı İddiaçı və X31 Ramazanov barəsində İnzibati Xətalar Məcəllənin 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə İnzibati Xətalar Məcəllənin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirləri görməli olduqları halda, əmək müqavilələri ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək əməllərində inzibati xətanın tərkib əlamətləri olan sözügedən şəxslərin İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair heç bir tədbir görməmiş,bunun əksinə olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Elgün Ramazanovla əldə etdikləri razılaşmaya əsasən, İddiaçı verilmiş 50 (əlli) manat müqabilində müvafiq maddəllərlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışdır. Bir daha bildirmək istərdik ki, iddiaçı ilə əmək müqaviləsinin xitamına səbəb olmuş həmin hal İddiaçı etirafedici izahatı, habelə digər zəruri sənədlərlə tam təqsdiqini tapmışdır. Odur ki, aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən əmək müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməməsi, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı salan hərəkətlərə yol verməsi, bununla da AYNA-nın, habelə Nazirliyin işgüzar nüfuzuna xələl gətirilməsi və qanuni mənafelərinə zərər yetirilməsi tam sübuta yetmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin bəzi maddələrinə istinad edərək Agentliyin qeyd edilən maddələrin tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini göstərsə də, Agentliyin həmin maddələri pozması məhz nədə ifadə edildiyini göstərməyərək bunu əsaslandırmamış və bunlara dair aid hər-hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar onun tərəfindən formal olaraq qeyd edilən iddia ərizəsində yazılmışdır. Həmin formal xüsusatlardan biri də odur ki, guya Agentlik tərəfindən ona bildirilmişdir ki, onun barəsində prokurorluq tərəfindən araşdırma aparıldığından onu işdə saxlaya bilməzlər. İddiaçı tərəfindən iddia ərizəsində qeyd etdiyi həmin xüsusat tam yalandır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Agentliyin 03 iyun 2024-cü il tarixli 247/k nömrəli əmrindən də göründüyü kimi, Agentlik onunla bağlanmış əmək müqaviləsini məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsası ilə vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslardan biri də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. İş materiallarından və Agentlik tərəfindən verilmiş sözügedən əmrdən də göründüyü kimi, Agentlik əmri məhz həmin sözügedən 70-ci maddəsinin “ç” bəndində qeyd edilən birinci əsası (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ilə vermiş və bu zaman qanunvericinin qeyd etdiyi ikinci əsasa əmrdə istinad etməmiş, o cümlədən Əmək Məcəlləsinin 72-ci maddəsinə də istinad etməmişdir. Yəni, Agentlik iddiaçı ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan səbəblərə görə ləğv etməmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3231/2024 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilməmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi İddiaçı vəzifə təlimatına xx.xx.2024-cü il tarixdə imza edərək, orda qeyd olunan əmək funksiyalarını və vəzifə borcunu əmək müqaviləsində götərilən əmək şəraitində müvəffəqiyyətlə yerinə yetirəcəyini bildirmişdir (mülki iş v. 36-37). Bununla belə, işçi İddiaçı əmək funksiyasını və əmək müqaviləsi (vəzifə təlimatları) üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, vətəndaş Şahid tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və AYNA-ya cavabdehin əməkdaşları tərəfindən korrupsiya əməllərinə yol verilməsinə dair müraciətlər daxil olmuşdur.
13. İşəgötürən tərəfindən aparılmış xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaşa məxsus **-HU-*** dövlət qeydiyyat nişanlı «X26» markalı yük avtomobili xx.xx.2024-cü il tarixdə AYNA-nın Şirvan regional idarəsinin aparıcı inspektoru X13 və xx.xx.2024-cü il tarixdə isə həmin idarənin inspektoru İddiaçı tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq ölkədaxili yük daşınması fəaliyyəti ilə məşğul olmağa icazə verən «Buraxılış vəsiqəsi» və avtonəqliyyat vasitəsinə dair «Buraxılış kartı» olmaması aşkar olunduğu halda, qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib etməmələri müqabilində Şahid müvafiq olaraq birinci dəfə 100 manat, sonra isə 50 manat pul vəsaiti almışlar.
14. Araşdırma müddətində Ramal Əsgərov və İddiaçı izahatlarında həqiqətən Salyan rayonu ərazisində **-HU-*** dövlət qeydiyyat nişanlı «X26» markalı yük avtomobilini müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə saxladıqlarını, «Buraxılış vəsiqəsi» və «Buraxılış kartı» olmadığı üçün inzibati protokol tərtib etməmələri qarşılığında pul tələb edərək Şahid birinci dəfə 100 manat, ikinci dəfə isə 50 manat pul vəsaiti aldıqlarını etiraf etmişlər.
15. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hallar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, işçinin işlədiyi qurumun statusundan irəli gələn imkanlardan istifadə edərək qanunsuz olaraq pul əldə etmək üçün özünün istifadəsində olan bank kartının nömrəsini (**********454426) vətəndaşa şifahi olaraq bildirməsi (bu hal iddiaçının öz izahatı ilə təsdiq olunur) korrupsiya hüquqpozması sayılır.
16. Məhkəmə qeyd etmişdir ki, müraciət edən şəxs Şahid müraciəti üzrə heç bir şikayətinin olmadığını bildirməsi, araşdırmanın dayandırılmasını xahiş etməsi, bu səbəbdən müraciətə baxılmasının dayandırılması (Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 2-2- 025/2-121443/2024 saylı məktubu) hazırki iddianın təmin edilməsi, işçinin işə bərpa edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının cavabdehin işçisi olduğu dövrdə inzibati protokol tərtib etməməsi müqabilində vətəndaşdan pul vəsaiti alması işin mübahisəsiz halıdır. Hazırki müraciət edən şəxsin şikayətinin olmaması, qeyd olunan halın yenidən yaşanmayacağına əsas verməməklə iddiaçının işçi kimi əmək müqaviləsi, vəzifə təlimatı üzrə vəzifələrini yerinə yetirməməsi halını təkzib etmir.
17. Göründüyü kimi, İddiaçı işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas olmuş xidməti araşdırma materialları, həm də İddiaçı hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir.
18. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini, əsaslarını qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli 247/k saylı əmrinin ləğv edilməsi” barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz.
19. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə, Əmək Məcəlləsinin 10-cu maddəsinə, 11-ci maddəsinin b bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci, 3-cü bəndlərinə, 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 83-cü maddəsinin 1-ci bəndinə, 186-cı maddəsinin 2-ci bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.2.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin heç bir əsaslandırılmış yazılı qərarı əlavə edilməmişdir. Xitamın əsası ilə bağlı bir cümlə də olsun qeyd olunmamışdır və AR ƏM 70.ç, 80, 83.2 maddələri və AYNA Nizamnaməsinin 4.11.5, 4.11.10 yarımbəndlərinə istinad edilmişdir. Həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; yuxarıda qeyd edildiyi kimi 5 maddəyə əsaslanmış əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər hissəsində də xidməti araşdırma materialları və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu qeyd olunmuşdur. Bu araşdırma materialı neçə səhifədən ibarətdir olması ilə bağlı məlumat yoxdur və eyni zamanda Əmək Məcəlləsində tələb edilən həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış qərarı olmadan razılıq məktubu əsasında əmr verilmişdir. Buna görə bu əmr əsassız hesab edilməli və ləğv edilməlidir. Bu məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəməyə təqdim edilmiş həmkarlar ittifaqı təşkilatının məktubu, protokolu və eyni zamanda cavabdehin təqdimat məktubu qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət edilmədən qeydiyyata alınmadan və ştamp və möhürlərdən istifadə edilmədən kortəbii şəkildə hazırlanmış və bununlada qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsi Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təlimat və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası, eyni zamanda təlimata təmamilə zidd sənədlər tərtib edilmişdir. Göründüyü kimi İddiaçı özünə münasibətdə hərəkətində konkret olaraq hansı halın müəyyən edilməsi heç bir faktla müəyyən edilmir və bununla bağlı ətraflı əsaslandırılmış normalara istinad edir. Təqdim edilmiş sənədlərin heç birində İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmasını təsdiq edən heç bir əsas və ya sənədin olması öz təsdiqini tapmır. Həmkarlar komitəsinə təqdim edilmiş məktubda İddiaçı özünün Ramal Əsgərov və Elgün Ramazanovla razılaşmaya əsasən protokol tərtib edilməsi üçün əsas olduğu halda 50 manat almaqla protokol yazmayaraq əmək müqaviləsində göstərilən əmək funksiyasını icra etməmiş və vəzifə səlahiyyətindən sui istifadə edərək qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirilməsinə şərait yartmışdır. Nəzərinizə çatdırırıq ki, İmişli rayonundan Bakı şəhərinə olan marşurut zamanı təkcə Salyan rayonu ərazisində yerləşən postda deyil bir çox yerlərdə yoxlama nəzarət postları və ərazi üzrə AYNA əməkdaşlarının əməkdaşlarının nəzarəti vardır. Tutaq ki X21 rayonu ərazisində qədər yoxlamalardan keçib gəlib və Salyandan yenədə verdiyi 100 və 50 manatdan sonra yenidən Bakı şəhəri istiqamətində 2 yerdə yenidən yoxlama nəzarət postlarından keçmişdir. İddiaçı hərəkətində əgər cavabdehin mövqeyi ilə razılaşsaq belə və müəyyən etsək ki, inzibati xəta haqqında protokol yazmamaqla qanunsuz ölkədaxili yükdaşımaların həyata keçirilməsinə şərait yaradılıbsa bunu demək bütün Azərbaycan Respublikasının ərazisində yerləşən AYNA əməkdaşları imkan və şərait yaradırlar və korrupsiya halına yol verirlər. Digər tərəfdən İddiaçı barəsində heç bir şikayətin olmadığını müəyyən edən cavabdeh AYNA belə halın istər polis, istərsə də AYNA əməkdaşları tərəfindən kütləvi həyata keçirildiyini bildikləri üçün işdən azad olunma halına qədər Əmək Məcəlləsində müəyyən edilmiş qaydada intizam tənbehlərindən birini verə bilərdi. Cavabdeh tərəfindən Əmr verilərkən, istərsə də həmkarlar ittifaqı komitəsinə təqdimat verilərkən və buna müvafiq əmrdə göstərildiyi kimi razılıq məktubu həmkarlar təşkilatı tərəfindən verilərkən konkret olaraq İddiaçı tərəfindən onun hərəkətlərində hansı əmək funksiyasını kobud şəkildə pozduğu və ya əmək müqaviləsi üzrə hansı öhdəliyi yerinə yetirmədiyi və yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallardan hansını törətdiyi konkret faktlarla göstərilməmişdir. İddiaçı tərəfindən hansı əsasla və maddə ilə inzibati protokol tərtib etmədiyi və bununla bağlı təqdim edilmiş etirazda göstərilən Elgün Ramazanovun idarə etdiyi X29 markalı **-HU-*** dqn yük avtonəqliyyat vasitəsinə AR İXM 324.3 və ya 324.3 maddələrindən hansının tətbiq edilməli olduğu halda və Ramal Əsgərov və ya İddiaçı tərəfindən kimin inzibati xəta haqqında protokol tərtib edilmədiyi əsaslandırılmamış və hər iki şəxs barəsində AR ƏM 70.ç bəndi tətbiq edilmişdir. Halbuki, İddiaçı ifadəsində qeyd etdiyi kimi ilkin olaraq sənədləri alarkən ona vəzifə təlimatı-əmək funksiyasında olan maarifləndirmə işi apardığı zaman Ramal Əsgərov tərəfindən sənədlər tələb edilmiş və qalan prosesin iştirakçısı Ramal Əsgərov olmuşdur. Eyni zamanda həmin vaxt AYNA əməkdaşı olduğundan İddiaçı ifadəsi cavabdeh tərəfindən kompyuterdə tərtib edilmiş və iş materialları onun bu əmri etiraf etməsinə nail olunmağın üzərində qurulmuşdur. Halbuki, eyni məzmunlu müraciət AR Baş Prokuroru yanında KQMBİ aparılmış və şikayətçi olmadığından baxılmamış saxlanılmışdır. İddiaçı öz xətti ilə yazmasını təmin etmək əvəzinə kompyurterdə yazılması təmamilə əsassızdır, çünki şəxs özü ali təhsillidir və normal şəkildə izahatını öz xətti ilə yaza bilər. Bundan əlavə Elgün Ramazanov və Şahidla telefon danışğı aparıldığını qeyd edən cavabdeh tərəf bu danışığın istər telefona yazılmış proqramdan istifadə etməklə istərdədə video görüntüyə almaqla para bildiyi halda bunu etməmiş və şübhəli və əsası olmayan olan ifadəsini təqdim etmişdir. Halbuki, qeyd etdiyi kimi işin aparılmasında qərəzli olan cavabdeh açıq şəkildə danığıqları qeydə ala və şəxslərin izahatlarını özləri tərəfindən yazılımaqla imza etdirə bilərdilər. İddiaçı birbaşa şəxslə danışıqlara girib kartına pul atdırması faktı olsaydı cavabdeh tərəfin yanaşmasını qəbul etmək olardı. İşin hallarına nəzər etdikdə birbaşa İddiaçı pul tələb edərək qeyd olunan qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmır. Buna görədə birbaşa AR ƏM-nin 186-cı maddəsinin ç bəndində qeyd olunan intizam tənbehinin tətbiq edilməsi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək iddiaya verilmiş etiraza uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən izahatın komyuterlə qərəzli şəkildə yazdırıldığı bildirilsə də, iddiaçı tərəfindən izahatın hər səhifəsində imzalanaraq “tanış oldum” qeyd edilmiş və etdiyi hərərəkətdən peşman olduğu yazılmışdır. Məhkəmə düzgün nəticəyə gəlmişdir ki, müraciət edən şəxs X8 müraciəti üzrə heç bir şikayətinin olmadığını bildirməsi, araşdırmanın dayandırılmasını xahiş etməsi, bu səbəbdən müraciətə baxılmasının dayandırılması (Azərbaycan Respublikasının Bas prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsinin xx.xx.2024-cü il tarixli 2-2- 025/2-121443/2024 saylı məktubu) hazırkı iddianın təmin edilməsi, işçinin işə bərpa edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının cavabdehin işçisi olduğu dövrdə inzibati protokol tərtib etməməsi müqabilində vətəndaşdan pul vəsaiti alması işin mübahisəsiz halıdır. Hazırki müraciət edən şəxsin şikayətinin olmaması, qeyd olunan halın yenidən yaşanmayacağına əsas verməməklə iddiaçının işçi kimi əmək müqaviləsi, vəzifə təlimatı üzrə vəzifələrini yerinə yetirməməsi halını təkzib etmir. Sübut olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-27-103/2-6929/2024 nömrəli təqdimat və AYNA-nın Həmkarlar İttifaqı Komitəsinin iclasının 31 may 2024-cü il tarixli 13 nömrəli protokolundan göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğundan işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə tam riayət edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, Əsgərov Ramalın tabeçiliyində olmuş, 10 gün idi ki, inspektor vəzifəsinə təyin edilmişdir. Onun bank kartını sürücüyə Ramal Əsgərov təqdim etmişdir. O, kartına gələn 50 manat pulu Ramala vermişdir. Ramal Əsgərovun vəziyyətinin yüngülləşdirilməsi üçün 50 manatla bağlı məsuliyyəti qismən üzərinə götürmüşdür.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Şahid onların bir xahişi ilə məhkəmə iclasında şahid kimi ifadə vermiş, lakin AYNA onun idarəyə dəvət olunaraq şikayətin araşdırılmasında maraqlı olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda 55 manatadək məbləğin qəbul edilməsi korrupsiya halı deyil. Cavabdeh iddiaçı barəsində daha yüngül inzibati tənbeh növünü tətbiq edə bilərdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10.a. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Maddə 11.b. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72.e. Əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
28. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Maddə 9.2.1. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozması sayılır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdeh təşkilatın Şirvan regional idarəsinin kiçik inspektor vəzifəsindən inspektor vəzifəsinə keçirilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 247/k nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün) xitam verilmişdir.
34. İşdə olan iddiaçının işəgötürənə ünvanladığı yazılı izahatında, habelə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılarkən (İdarə tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur) iddiaçı digər əməkdaş Ramal Əsgərov ilə birlikdə xx.xx.2024-cü il tarixində Şahid barəsində inzibati xəta haqqında protokol tərtib etməmələri qarşılığında 50 manat pul vəsaiti aldığını etiraf etmişdir.
35. Əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Həmçinin, əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
36. İşdən görünür ki, iddiaçının əmək funksiyası qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımaları həyata keçirən şəxslərin “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişamı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, daşıyıcılar tərəfindən hüquqi aktların tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və s. olmuşdur.
37. Kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməməklə yanaşı işəgötürənin qanuni mənafeyinə də ciddi xələl vurmuşdur.
38. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh publik hüquqi şəxs olmaqla dövlət adından yaradılmış, nizamnaməsi müvafiq dövlət qurum tərəfindən təsdiq edilmiş, ümumdövlət əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır. Həmin təşkilatın əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol verilməsi cəmiyyətdə sözügedən təşkilatın fəaliyyətinə etimadı sarsıdır, fiziki və hüquqi şəxslərdə həmin təşkilatın fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırır. İddiaçının nümayəndəsi qanunvericilikdə əlli beş manatdan yuxarı olmayan məbləğin qəbul edilməsinə yol verildiyini bildirsə də, kollegiya qeyd edir ki, iddiaçı və digər əməkdaş tərəfindən əldə edilmiş məbləğ hədiyyə hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, işçidən alınan yazılı izahat öz xətti ilə və ya kompüter vasitəsilə yazılıb imzalanmaqla tərtib oluna bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudlaşdırıcı norma mövcud deyil. Burada əsas məsələ izahatın işçinin iradə ifadəsi ilə tərtib olunmasıdır ki, hazırki iş üzrə də iddiaçının iradə ifadəsi izahatın hər səhifəsində tarix, soyad, ad qeyd edərək imzalaması və mübahisələndirməməsi ilə öz təsdiqini tapmışdır.
40. Bundan əlavə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaraq qeyd edir ki, korrupsiya əməllərinə yol verilməsinə dair müraciət edən şəxsin şikayətinin olmaması, iddiaçının işçi kimi əmək müqaviləsi, vəzifə təlimatı üzrə vəzifələrini yerinə yetirməməsi halını təkzib etmir.
41. Kollegiya həmçinin bildirir ki, Əmək Məcəlləsinin 80-ci maddəsində göstərilən tələbin mahiyyəti odur ki, hazırki mübahisəyə münasibətdə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin ləğvi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin 13 №-li, xx.xx.2024-cü il tarixli iclas Protokolundan da görünür ki, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı əldə olunmuşdur.
42. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. O da qeyd edilməlidir ki, işçi barəsində intizam tənbehi növlərindən hansının tədbiq edilməsi işəgötürənin hüququdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bildirdiyi kimi İmişli rayonundan Bakı şəhərinə qədər marşrut xəttində olan bir çox yoxlama nəzarət postlarının da inzibati xəta haqqında protokol yazmamaqla ölkədaxili qanunsuz yükdaşımaların həyata keçirilməsinə şərait yaradıb-yaratmaması hazırki məhkəmə baxışının predmeti deyildir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3231/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: