Məhkəmə qərarları › İş №2(103)-9937/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9937/2021

23.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9937/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, yaşayış evlərinin onların hesabına sökülməsi, bağ sahəsinin qanuni istifadəsinə qaytarılması” barədə ilk, Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı “torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-128/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən ayrıca, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh14 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, İbrahimova (Bayramova) Tünzalə Fehruz qızı, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh3, Cavabdeh2, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, yaşayış evlərinin onların hesabına sökülməsi, bağ sahəsinin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh3 və Cavabdeh1, cavabdehlər İddiaçı və X1 qarşı “torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə müraciət etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-128/2021 saylı qətnaməsi ilə (hakim sabit Bəhrəmzadə) ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Qeyd olunan qətnamədən narazı qalan ilk iddia üzrə cavadeh Cavabdeh3 ayrıca; digər cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh14 isə birlikdə apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətləri qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, Cavabdeh3 şikayətində bütün hissələrdə birinci instansiya məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilsə də, işdə belə tarixli qətnamə mövcud deyildir. Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh14 tərəfindən birlikdə verilmiş şikayətdə isə, apellyatorların ünvanları göstərilməmişdir. Halbuki, MPM-in 361.1, 361.1.2-ci və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, MPM-in 361.1.4-cü maddəsinin tələbinə görə, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apellyasiya şikayətində göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, yaşayış evlərinin onların hesabına sökülməsi, bağ sahəsinin qanuni istifadəsinə qaytarılması” barədə ilk, Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı “torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-128/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən ayrıca, Cavabdeh1, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh7 və Cavabdeh14 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar