Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9941/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Ərizəçinin vəkili Vəkil, Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi (rəisi) X6 iştiraklarıı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021- ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun 27.01.1940-cı il tarixdə Bakı şəhərində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyəti olan doğunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 27.01.1940-cı ildə Bakı şəhərinin indiki Nizami rayonu ərazisində doğulmuş və 38 ildir ki, yəni 1982-ci ilin yanvar ayından başlayaraq hal-hazıradək mərhum həyat yoldaşı X2 iki otaqlı evində yaşayır. O, uşaq yaşlarında valideynlərini itirdiyindən onlar barədə demək olar ki, heç bir məlumatı yoxdur və 18 yaşınadək Bakı şəhərindəki 11 saylı uşaq evində yaşayaraq böyümüşdür. İstər uşaq yaşlarında olarkən, istərsə də sonralar şəxsiyyətinə dair hər hansı bir sənədin olmasını xatırlamır və hazırda da şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Uşaq evində yaşayarkən Balı şəhərindəki 56 №-li məktəbvdə 7 illik təhsil almışdır. Sonra isə ev şəraitində paltar tikməklə məşğul olaraq dərzilik etmişdir. 1982-ci ilin yanvar ayının əvvələrində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 qeyri-rəsmi nikaha daxil olaraq bu mənzilə köçmüş və bu ünvandakı iki otaqlı mənzildə onunla ərarvad kimi yaşamış və hazırda da bu ünvanda yaşayır. X7 Qriqoryevna 1921-ci il təvəllüdlü, əri Rubtsov Aleksandr isə 25.05.1956-cı il təvəllüdlü imiş. Qayınanası 23.03.1990-cı ildə, əri isə 16.02.2020-ci il tarixdə vədat etmişdir. Hal-hazırda qeyd etdiyi bu ünvanda tam sağlam bir insan kimi 38 ildir ki, yaşayır (tibbi arayış əlavə olunur). Qeyd etdiklərini təqdim etdiyi sənədlər, qonşuları: X8, X1, X9 da təsdiq edir. Həmin şəxslərin məhkəmə iclasına dəvət edilib izahatlarının alınması daha yaxşı olarmış. O, şəxsiyyətini təsdiq edən sənəd almaqdan ötrü istər Bakı şəhər Nizami RPİ-nə, istərsə də Nizami rayon Qeydiyyat Şöbəsinə dəfələrlə müraciət etməyinə baxmayaraq ona həmişə müvafiq sənədləri verməkdən imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə etdiyi şifahi müraciətlərində onun doğum faktının müəyyən olunması, bu barədə müvafiq şəhadətnamənin verilməsini xahiş etsə də, hər dəfə ona sözügedən şöbədən bildirirmişlər ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli və belə işlər məhkəmə qətnaməsi əsasında həllini tapır ( imtina məktubu əlavə olunur). Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnaməminin olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir, bir vətəndaş kimi onun həm vətəndaş hüquqları, həm də digər sosial hüquqları pozulur. Vətəndaş olaraq onun doğum faktımın müəyyən olunmaması ilə əlaqədar müvafiq doğum haqqında şəhadətnamənin verilməməsi səbəbindən onun bir sıra mülki və sosial-müdafiə hüquqlarının həyata keçirilməsi problemə çevrilmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək, onun 27.01.1940-ci il tarixdə Bakı şəhərində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyəti olan doğum akt qeydinin bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “onun 27.01.1940-ci il tarixdə Bakı şəhərində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyəti olan doğum akt qeydinin bərpası” haqqında ərizəsi rədd edilmişdir. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. Doğum haqqında şəhadətnəsinin olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir, bir vətəndaş kimi onun hüquqları pozulur. Vətəndaş olaraq mənim doğum faktımın müəyyən olunmaması ilə əlaqədar müvafiq doğum haqqında şəhadətnamənin verilməməsi səbəbindən mənim bir sıra mülki və sosial- müdafiə hüquqlarımın həyata keçirilməsi problemə çevrilmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı ərizəçinin vəkili apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi (rəisi) X10 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, tərəflərin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 12.06.2020-ci il tarixli 11-13/109 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Naziriliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1940-cı ilə dair kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumatı yoxdur. - X9, X1 və X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən də, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 57, mənzil 81- də 38 ildir ki, nikahdan kənar mərhum X4 birlikdə yaşamış, ona qulluq etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 57 saylı evin 81 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 1248 saylı reyestr kitabında 187452 səhifəsində 30/187452 № ilə 29.11.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 03.11.2020-ci il tarilxi 05Q-1379/15 saylı məktubundan görünür ki, doğumun qeydə alınması üçün zəruri sənədlər təqdim olunmadığına görə onun ərizəsi təmin edilmədən saxlanılır və məhkəməyə müraciət etməsi tövsiyə olunur. - 76 saylı MKİS-in 20.10.2020-ci l tarixli 626 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 57 saylı evin 81 saylı mənzilində 1982-ci ildən bu günə qədər qeydiyyatsız yaşayır (qonşuların tərtib etdiyi akta əsasən). - Elşad Yəhyayev adına 56 №-li tam orta məktəb tərəfindən verimiş 27.04.2021-ci il tarixli 368 saylı məktubdan görünür ki, məktəb 1976-ci ildən fəaliyyətə başladığından Ərizəçi haqqında göstərilən (1940-1960) illər barədə heç bir məlumat olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 07.05.2021-ci il tarixli 05/2-3793/13 saylı məlumatından görünür ki, X2 ailə üzvləri barədə məlumatın istənilməsi ilə bağlı müraciətə baxılmışdır. Bildirirlır ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən A.Rubtsovun doğumu, nikahı və övladlarının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda qeyd edirlər ki, araşdırma zamanı anası Drablina (Rubtsova) Nadejda Qriqorevna olan 25.05.1956-cı il təvəllüdlü A.X12 İvanoviç tərəfindən övladlığa götürülməsinin 01.06.1969-cu ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur (Ailə Məcəlləsinin 130.1-ci maddəsinə əsəsən övladlığa götürmənin sirri qanunla mühafizə olunur). - 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 07.07.2021-ci il tarixli 110 saylı məlumatından görünür ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi 1961ci ildən fəaliyyətə başladığına görə Ərizəçi haqqında arxivdə heç bir sənəd və məlumat yoxdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 17.07.2021-ci il tarixli 2074-01/06 saylı məlumatından görünür ki, Bakı şəhəri 56 nömrəli tam orta məktəbdən aldıqları rəsmi məlumata əsasən məktəb ilk fəaliyyətinə 1976-cı ildən başlamışdır. 1976-cı ildən əvvəl məktəbin yerində heç bir ümumtəhsil müəssisəsi fəaliyyət göstərməmişdir və məktəbdə arxiv sənədləri 1987-ci ildən mövcuddur. Məktəbdəki ilk arxiv sənədlərinin 1987-ci ilə aid olduğunu nəzərə alaraq müraciətdə qeyd etdilən 1940/1960-cı illəri əhatə edən dövrlə əlaqədar sorğunun tərəflərindən cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi, uşağın tibb müəssisəsindən kənarda doğulması faktı şahid ifadələri və digər sübutlar əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud məsələnin araşdırılması məqsədi ilə ayrı-ayrı orqanlara (56 №-li tam orta məktəbə, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və s.) sorğular ünvanlanmış, lakin ərizəçi barəsində hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında şahidlərin ifadələri dinlənilmiş, lakin həmin şahidlər ərizəçinin nə vaxt, harada, hansı şəraitdə doğulması barədə məhkəməyə heç bir məlumat verməmiş, ərizəçi ilə qonşu olduqlarını və onun Saşa adlı şəxslə qeyrirəsmi nikaha daxil olduğunu, uzun müddət təxminən 38 ildir ki, Saşanın yanında yaşadığını bildirmişlər. Nəticədə, məhkəmə araşdırması zamanı ərizəçinin 27.01.1940-cı il tarixdə Bakı şəhərində anadan olmağı ilə bağlı hüquqi əhəmiyyətli fakt öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9941/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9941/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver