Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9946/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X7, Cavabdeh2 vəkili X1, nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 11.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində onun və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X6 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 hər birindən 20.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X11 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 (iyirmi min otuz) manat pulun Cavabdeh2 tutularaq İddiaçı ödəniməsi, iddia tələbinin - cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı “cavabdehlər Yasamal M” MMC və Cavabdeh3 hər birindən 20.000 manat pul tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7344/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3010/2021 saylı 27.08.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kasassiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7344/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili X4, nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək Cavabdeh2 münasibətdə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X12 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsindən yalnız Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyinə görə qətnamə qismən Cavabdeh2 aid hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 2(102)-3010/2021 saylı 27.08.2021ci il tarixli qərarında mülki mübahisə ilə bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: "İş materiallarından görünür ki, İddiaçı Cavabdeh3 ilə evləndikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin məhz X3 mülkiyyətində qalan hissəsinə, yəni “A” tikilisinin 1-ci mərtəbəsində yerləşən mənzilə köçmüş və orada yaşamışdır. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulduqdan sonra İddiaçı “mənzilə köçürülmə” tələbinə dair məhkəməyə müraciət etmişdir. 48. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.10.2009-cuil tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və X2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X11 qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə köçürülmüşlər. 49. İddia tələbində İddiaçı 19.08.2006-cı ildə Cavabdeh3 ilə nikaha girdiyini, nikaha girdiyi vaxtdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ərinin nənəsi X3 mülkiyyətində olan 1-ci mərtəbədə olan hissəsinə köçdüyünü, lakin sonradan hüquqları pozulmaqla evdən çıxarıldığını göstərməklə evə köçürülməsini xahiş etmişdir. Ona görə də qeyd edilən qətnamənin nəticə hissəsində İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin məhz hansı hissəsinə köçürülməsi qeyd edilməsə də qətnamənin məzmunu İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X3 mülkiyyətində qalan hissəsinə köçürüldüyünü deməyə əsas verir. Beləliklə iş materiallarından göründüyü kimi, İddiaçı evləndikdən sonra mübahisə predmeti olan fərdi yaşayış evinin X3 mülkiyyətində olan hissəsinə köçmüş və onun həmin hissəyə istifadə hüququ yaranmışdır. Eyni zamanda qeyd edilənlərdən göründüyü kimi İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olan hissəsinə köçmədiyi, orada yaşamadığı və həmin hissəyə istifadə hüququ tanınmadığı halda, apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, sonuncuya mülkiyyətində olan əşyaya görə verilən kompensasiyadan iddiaçının müvafiq pay almaq hüququnu tanımışdır." Məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsi Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X11 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 (iyirmi min otuz) manat pulun Cavabdeh2 tutularaq İddiaçı ödəniməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı, 02.06.2020-ci il tarixli qətnaməsi Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı və azyaşlı oğlu - 03.10.2007-ci il təvəllüdlü X11 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 (iyirmi min otuz) manat pulun Cavabdeh2 tutularaq İddiaçı ödəniməsi hissəsində ləğv edilsin. Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9946/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9946/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver