Məhkəmə qərarları › İş №2(103)-997/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-997/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-997/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Namiq Ələkbərovun, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış və qeyriyaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair 2(005)-635/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “əmlakı əvəzləşdirilib və ya dəyəri ədalətli kompensasiya ödənilməklə sahədən çıxarılaraq sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mükiyyətində olan Bakı şəhəri, ünvan 6, mənzil 3 (sahəsi 19 kv.m), Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m) və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri, birmərtəbəli binanın zirzəmisində olan 49.4 kv.m qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1.-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihəlrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektnin istismarına icazəsinin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3.cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Nazirlər Kabinetinin qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı 24.10.2016-cı il tarixli 350 nömrəli Sərəncam vermişdir. Həmin sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “Poleks" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMCnə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfisində rayon İcra hakimiyyəti ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Bu məsələlərlə əlaqədar, Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 30.10.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Həmçinin, 18 fevral 2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təfərindən qəbul edilən akta (bundan sonra “Akt” adlandırılacaq) əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalması göstərilmişdir (binaların divarlarında suvaq qatının tökülməsi, aşınması, mövcuddur. Evlərin dam örtüyünün yararsız olması, suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olundu. Həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir). İddiaçı MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının bütün sakinləri “Poleks" MMC-nin Tələt Şıxəliyev 14 küçəsində yerləşən ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılaraq qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır, lakin Cavabdeh qərəzli şəkildə İddiaçı MMCnin təkliflərindən imtina etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdeh mübahisənin məhkəməyə qədər həlli ilə bağlı rəsmi müraciət (23 oktyabr 2018-ci il tarixdə) göndərərək bildirilmişdir ki, həmin ərazidə aparılan qazıntı işləri ilə əlaqədar və yuxanda göstərilən FHN-nin aktında qeyd edildiyi kimi binaların qəzalı vəziyyətdə olması, istismar müddətini bitməsi, ətrafdakı insanların həyat və sağlamlığı üçün təhlükəli olması bildirilərək İddiaçı MMC-nin Tələt Şıxəliyev 14 ünvanında yerləşən ofisinə yaxınlaşaraq danışıqlar aparmaq və müqavilə bağlanılması təklif edilmişdir. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir (cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində və istifadələrində olan yaşayış sahələrinin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilii yaşayış binalarında yeni sahələr veriləcəkdir). Bu ərazidə inşa ediləcək, hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1 kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərinə 20% əlavə sahə təklif edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə “Poleks" MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan normativ hüquqi və inzibati aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla cavabdeh qərəzli münasibətini davam etdirərək hər gün ziyan vurmaqla daha da çox İddiaçı MMC-ni ciddi maliyyə itkisi ilə üzləşdirir. Xətai prospektindən köçürülən vətəndaşlara 24.01.2017-ci il tarixdən ödənilən kirayə haqqları 13.11.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən verilən hesab üzrə çıxarışda öz təsdiqini tapır. Belə ki, həmin ərazidən köçürülən vətəndaşlara ümumilikdə 490635 (dörd yüz doxan min altı yüz otuz beş) manatdan çox pul vəsaiti ödənilib və cavabdeh tərəfindən bilərəkdən tikinti işlərini gecikdirildiyi hər ay üçün bu məbləğ davamlı şəkildə artır, bunun nəticəsində də şirkətin üzərinə götürdüyü öhdəliyi vaxtinda icra edə bilməməsi ilə əlaqədar olaraq işgüzar nüfuzuna xələl gəlir və eyni zamanda böyük maddi itkilər ilə üzləşir. Cavabdeh öz mənafelərini cəmiyyətin mənafeyindən üstün tutaraq evlərindən müvəqqəti uzaq düşmüş ailələri nəzərə almadan bilərəkdən şirkətlə heç bir danışığa getmir və qəsdən süni maneə yaradır. Bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını alır. Həmçinin, Cavabdeh İddiaçı MMC-nə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən iddiaçıya məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi ******* (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi və ya eyni ərazidə cavabdeh tərəfindən inşa edilən yaşayış binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m olmaqla qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82080 (səksən iki min səksən) manat məbləğində əldən çıxmış faydanın, 114152,4 (yüz on dörd min yüz əlli iki manat, qırx qəpik) manat məbləğində faiz borcunun, 100000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi isə 296262,4 (iki yüz doxsan altı min iki yüz altmış iki manat qırx qəpik) vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2019-cu il saat 10:30 təyin olunmuş məhkəmə iclası barədə bildiriş almış, daha, sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən iddia ərizəsinin sürətini götürdükdən sonra ona məlum olmuşdur ki, İddiaçı MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 21.11.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində cavabdehin ünvanı kimi qeyd olunan ünvan 2 ünvanda qeydiyyatda olsa da, faktiki yaşayış başqa ünvanda ünvanda yaşadığı üçün qeyd olunan iddia ərizəsində və məhkəmənin yeri barədə göndərilən məhkəmə bildirişlərini rəsmi qaydada almadığı üçün xəbəri olmamışdır. Buna görə də, qarşılıqlı iddia ərizəsinin hazırlanması və məhkəməyə təqdim edilməsi məhkəmə baxışına qədər mümkün olmamışdır. Bununla bağlı qeyd etmişdir ki, o, məhkəmə iclaslarının vaxtı və yeri qaydada rəsmi məlumatı müvafiq ünvanda yaşamaması səbəbindən vaxtında əldə etmədiyindən qarşılıqlı iddia ərizəsinin işin baxılmasına başlanana kimi verilməsi mümkün olmamışdır. Eyni zamanda, mahiyyəti üzrə qeyd olunması zəruridir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 3 saylı mənzil, həmin ünvanda yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 4 saylı mənzil, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m qeyri-yaşayış sahəsi, ümumilikdə ayrıca bina şəklində mülkiyyət hüquqları üzrə ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonsruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Həmin ərazidə aparılan tikinti quraşdırma işləri əsnasında ünvan 3 ünvaninda qeydiyyatda olan İddiaçı MMC (“X10 Suites”) şirkətinin əməkdaşları onunla görüşmüş, müvafiq sərəncam əsasında həmin binanın söküntü ərazisinə düşdüyünü və sökülməli olduğunu bildirmiş, müqabilində isə ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı, ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov İcra Hakimiyyəti Baçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan İddiaçı MMC (“X10 Suites”) şirkətinin işçiləri olan «Şahin» və adlarını xatırlamadığı bir neçə şəxs də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinici mərtəbəsində eyni kv.m-lik qeyri-yaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddətə kimi icarə müqaviləsi əsasında aldığı 5000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxlərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmış, icarədə olan fərdi sahibkar X4 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən cavabdeh sahəyə ağır texnika yeridərək 27 noyabr 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 (iki) ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. İddiaçı MMC (“X9 Suites”) şirkətinin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də, məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanunsuz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu söyüb təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. Dövlətin orqan və idarələrini tanımayan, qanunlarını isə heçə sayan həmin şirkətin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Hazırda İddiaçı MMC (“X10 Suites”) şirkətinin məhkəməyə təqdim etdiyi iddia tamamilə əsassızdır. Onun mülkiyyət hüquqlarının pozulmasına və hansı məbləğ ödənilməməsinə baxmayaraq, ondan əsassız olaraq pul tələb edilməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş 05.12.2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz təsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X5 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X5 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla “Leqal Prime” arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış 11 mart 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m-ə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = ******* AZN (bir milyon yüz əlli iki min manat) təşkil etmişdir. Tikinti aparılan sahə kompleks binaları inşa edilməkdədir, cavabdeh tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyun-iyul aylarında əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, habelə cavabdeh tərəfindən artıq binanın boşaldılaraq ona təhvil verilməsi xahiş olunmuşdur. Aparılan inşaat işləri ilə əlaqədar mübahisələndirilən qeyri-yaşayış sahəsində icarəçi olan fərdi sahibkar X5 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan hal-hazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün icarə haqqı 18 manat təşkil edir. Belə ki, onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, İddiaçı MMC onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər hansı kompensasiya ödəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdirmişdir. İddiaçı MC-nin həmin pul vəsaitini özündə saxlamasının hər hansı hüquqi əsası olmadığından qanunsuzdur. Həmin pul vəsaitini özündə saxlamaqla, ondan faydalanması və gəlir əldə etməsi mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X6 tərəfindən 2019-ci il fevral ayına tarixə uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114152.4 manat ((1152000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114152,4 manat (yüz on dörd min yüz əlli iki manat 4 qəpik) məbləğində faiz məbləği də İddiaçı MMC-dən tutularaq ona ödənilməlidir. İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır ki, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olmuşdur. Ona dəyən mənəvi zərəri 100000 manat məbləğində qiymətləndirməkdədir. Sonradan Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Baki şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; Bakı səhəri, Nərimanov rayonu, Xətaiprospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi ******* (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin, 230400 manat məbləgində 20 faiz əlavənin, cəmi ******* manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyriyaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 114152,4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun, 100000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cəmi 296262,4 (iki yüz doxsan altı min iki yüz altmış iki manat dörd qəpik) vəsaitin cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi» tələbinə dair ilk iddiası tam, Cavabdeh İddiaçı MMC-nə qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı MMC tərəfindən Cavabdeh 347600 manat ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli, 2(005)-635/2019 saylı qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı hakim iddiaçının mənafeyinə uyğun işə baxaraq, kompensasiyanın verilməsi üçün keçirilmiş qiymətləndirmə rəylərinə İddiaçı MMC-nin mənafeyinə uyğun şəkildə qiymət verərək, keçirilmiş müstəqil qiymətləndirməni əsaslı sübut kimi qiymətləndirməmiş, ümumiyyətlə digər qiymətləndiricilərin də müəyyən etdiyi normalara tam əməl etməyərək, MMC-nin istəyinə uyğun qiymət müəyyənləşdirmişdir. İddianı isə qalan hissədə təmin etməmişdir. İddiaçı MMC tərəfindən ona ödənilməsi nəzərdə tutulan 347600 manat heç cürə ağlabatan qiymət olmamaqla, ona dəymiş ziyana mütənasib deyil. Hakim məhkəmə qətnaməsində qeyd etdiyi “məhkəməmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir" fikri ilə işə yanaşaraq əsassız yerə qeyd etmişdir ki, “işin materiallarından görünür ki, ilk iddia tələbində iddiaçı X2 mülkiyyətində olan iki yaşayış və bir qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətlədirilməsini, ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini xahiş etsə də, həmin kompensasiyanın məbləğini göstərməmişdir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olmuş və artıq sökülmüş sahələrinin əvəzi kimi sonuncunun pul tələbi irəli sürməsini məhkəmə onun ilk iddianı bir növ qismən qəbul etməsi kimi qiymətləndirir. Belə ki, ilk iddia tələbləri konkret olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi ilə bağlı olsa da, qarşılıqlı iddia mübahisələndirilən əmlakların bazar qiymətlərindən başqa, həmin məbləğlərə 20 faiz əlavə və ya ümumi sahəsi 240 kv.m və ora 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsi, həmin sahənin cavabdeh tərəfindən sökülməsi nəticəsində əldən çıxmış fayda, faiz borcu və mülkiyyətlərinin sökülməsi faktını istər-istəməz qəbul edir və hüquqlarından istifadə edərək, həmin əmlakların pul və ya əmlak şəklində qarşılığını tələb etmək hüququndan istifadə edir ki, həmin tələb də ilk iddiaçının tələbi ilə demək olar ki eyni məzmunludur”. Həmçinin məhkəmə, Bakı səhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən ona məxsus 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi ******* manat kompensasiyanın verilməsi ilə bağlı “Legal Prime" MMC tərəfindən verilmiş rəyi mötəbər rəy kimi hesab etməmiş və bununla yanaşı mötəbər rəy kimi qəbul etdiyi "xxxx" MMC-nin, “Lex Fori" Hüquq Qiymətləndirmə MMC-nin və "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin rəylərində qeyd olunan bazar qiymətlərini də düzgün tətbiq etməmiş, ümumiyyətlə hakim kompensasiya təyini zamanı əmlakının bazar qiymətindən də aşağı qivmətləndirərək ödəniş məbləği müəyyən etmişdir. Mütəxəssislər tərəfindən verilmiş rəylərin və qanunvericilik aktlarının əksinə hakimin özü tərəfindən ağlabatan, cavabdeh MMC-yə uyğun bir məbləğ müəyyən etməsi qanuni deyil. İşə əlavə edilmiş sənədlərdə, keçirilmiş qiymətləndirmə ekspertizalarından, yenidən ekspertiza təyini üçün edilmiş müraciətdən açıq-aydın görünür ki, mühabisə predmeti olan əmlaklar tam qanuni əsaslarla ona məxsusdur və onların bazar qiyməti isə heç də hakimin təyin etdiyi 347600 manat məbləğində deyil. Hakim tərəfindən qiymətləndirmə rəylərinə əsasən əmlaklara mütənasib, isin hallarına uyğun olaraq, əldən çıxmış fayda da nəzərə alınaraq daha yüksək kompensasiya təyin edilməli idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)- 683/2020 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(005)-635/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, İddiaçı MMC tərəfindən Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı “Poleks MMC-nin hərəkətləri qanunsuz hesab edilmiş, “Poleks MMC-dən 816500 (səkkiz yüz on beş min manat) manat maddi ziyana görə və 10000 (on min) manat mənəvi ziyana görə kompensasiya tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib, ədalətli kompensasiyasının müəyyən edilərək cavabdehə ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmış, iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli, 13(102)-14(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)- 683/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili N.Ələkbərov apellyasiya şikayətini qəbul etmədiklərini bildirdi və onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - qarşılıqlı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ilk iddia tələbində İddiaçı MMC Cavabdeh mükiyyətində olan iki yaşayış və bir qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini xahiş etsə də, həmin kompensasiyanın məbləğini göstərməmişdir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olmuş və artıq sökülmüş sahələrinin əvəzi kimi sonuncunun pul tələbi irəli sürməsini məhkəmə onun ilk iddianı bir növ qismən qəbul etməsi kimi qiymətləndirmişdir. Belə ki, ilk iddia tələbləri konkret olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi ilə bağlı olsa da, qarşılıqlı iddia mübahisələndirilən əmlakların bazar qiymətlərindən başqa, həmin məbləğlərə 20 faiz əlavə və ya ümumi sahəsi 240 kv.m. və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsi, həmin sahənin cavabdeh tərəfindan sökülməsi nəticəsində əldən çıxmış fayda, faiz borcu və mənəvi zərərin pul ilə ifadə edildiyi əvəzin tələbləri ilə bağlıdır. Başqa sözlə, qarşılıqlı iddiaçı mülkiyyətində olan əmlakın sökülməsi faktını qəbul edir və hüquqlarından istifadə edərək həmin əmlakların pul və ya əmlak şəklində qarşılığını tələb etmək hüququndan istifadə edir ki, həmin tələb də ilk iddiaçının tələbi ilə demək olar ki, eyni məzmunludur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İşdə olan ÖM seriyalı 145845 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 6, yaşayış sahəsi 19,0 kv.m olan 4 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 562 saylı reyestr kitabında 83999 nömrəli səhifə, qeydə alma nömrəsi 30/49494, 14.03.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan ÖM seriyalı 021118 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 6, yaşayış sahəsi 19,0 kv.m olan 3 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1056 saylı reyestr kitabında 158588 nömrəli səhifə, qeydə alma nömrəsi 30/23087, 23.12.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən satın alınmışdır. Alınmış əmlakın tərkibi 49,4 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli binanı zirzəmisi), əmlakın ümumi satış qiyməti 840 manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 nömrəli tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 840 manat məbləğində pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24.10.2016-cı il tarixli, 84 nömrəli sərəncamının surətindən görünür ki, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi “Poleks" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfisində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması. Ərazidə layihəaxtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 30.10.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər vəerilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürüməsini öhdəsinə götürmüşdür. İşdə olan 13.11.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sözügedən ərazilərdən köçürülən vətəndaşlara 24.01.2017-ci il tarixdən ödənilən kirayə haqqları ümumilikdə 490635 (dörd yüz doxan min altı yüz otuz beş) manat təşkil edir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 30.10.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər vəerilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürüməsini öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC-nin 27.04.2019-cu il tarixli, MB 12/455 nömrəli ekspert rəyindən, "xxxx" Hüquq və Qiymətləndirmə MMC-nin 20.05.2019-cu il tarixli, LF21 nömrəli və "xxxx" MMC-nin 11.06.2019-cu il tarixli, 57 nömrəli hesabatlarının məzmununda ümumilikdə ən aşağı və yuxarı hədlərdə götürüldükdə, məlum olur ki, ünvan 8 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin, ünvan 8 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin hər birinin ayrılıqda bazar qiyməti 63000-64500 manat arasında, ünvan 8 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) bazar qiyməti 38000-39500 manat arasında müəyyən edilir. İşdə olan "xxxx" MMC-nin 05.12.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.06.1999-cu il tarixli 110 nömrəli (11.07.2002-ci il, 110 nömrəli, 20.02.2006-cı il, 55 nömrəli, 20.09.2006-cı il, 192 nömrəli və 25.12.2006-cı il, 275 nömrəli əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin hesablanmış inventar dəyəri 145400 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı səhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 19 kv.m olan 3 saylı mənzil və ümumi sahəsi 19 kv.m olan 4 saylı mənzilin hər birinə 64500 manat, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi 49,4 kv.m qeyri-yaşayış sahəsinə 39500 manat, ümumilikdə mülkiyyətdə olan 87,4 kv.m sahəyə 168500 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 168500 manat məbləğinə 20% (33700 manat) əlavə edilərək İddiaçı MMC tərəfindən Cavabdeh 202200 manat ödənilməsi ədalətli kompensasiya hesab olunmaqla əsaslı və qanunidir. Bundan əvvəlki apellyasiya baxışı zamanı iş üzrə təkrar qiymətləndirmə keçirilmiş və "xxxx" MMC-nin qiymətləndirmə rəyində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən hər biri 19 kv.metr təşkil edən 3 və 4 nömrəli mənzillərin hazırkı dövr üzrə bazar dəyəri ayrılıqda 26000 manat, 49,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən zirzəminin hazırkı dövr üzrə bazar dəyəri 1 kv.metrinin qiyməti 2350 manat olmaqla 116000 manat təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, iş üzrə keçirilmiş əvvəlki qiymətləndirmə rəylərindən fərqli olaraq həmin qiymətləndirmə rəyində mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin dəyəri sahəcə daha az olan mənzilin dəyərindən çox müəyyən edilməklə real bazar qiymətlərini əks etdirməklə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən hər biri 19 kv.metr təşkil edən 3 və 4 nömrəli mənzillərin və 49,4 kv.metr qeyri yaşayış sahəsinin bazar qiyməti cəmi 168000 manat təşkil edir. Birinci intansiya məhkəməsi isə əvvəlki qiymətləndirmə rəylərinə istinad edərək həmin əmlakların cəmi bazar qiymətini daha çox 168500 manat kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının əmlakın təyin edilən həmin qiymətini mübahisələndirmədiyini nəzərə alıb, daha çox müəyyən edilən kompensasiya məbləğinin apelyatorun mənafeyinə uyğun hesab edir. Birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli ünvanda mülkiyyətində olan cəmi 87,4 kv.metr təşkil edən sahədən əlavə inşa edilmiş 152,6 kv.m qeyri yaşayış sahəsini özbaşına tikinti statusuna malik tikili kimi qiymətləndirmiş, iş üzrə "xxxx" MMC-nin 05.12.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlini nəzərə alaraq Cavabdeh mülkiyyətində olmasa da, özbaşına tikilinin də əhatə olunduğu 240 kv.m sahənin hesablanmış inventar dəyəri olan 145400 manat məbləğin onun xeyrinə tutulmasını mümkün saymışdır. Lakin həmin özbaşına tikili olan sahənin onun mülkiyyətində olmadığından Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinin bu satınalmaya tətbiq edilməsini mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “...qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar)”. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, ümumi sahələri 19 kv.m olan 3 və 4 saylı mənzillər, həmçinin eyni ünvanda zirzəmidə yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmuşdur. Müxtəlif dövrlərdə rekonstruksiya işləri aparılmış və həmin sahələr faktiki artırılaraq 240 kv.m olmuşdur, lakin həmin artırılmış sahələrin ona qanuni əsaslarla məxsus olması, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etməsi barədə sübut təqdim edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən mübahisəli tikili üzərində həyata keçirilən sahibliyin qanuni əsasının, həmin sahəyə dair hər hansı əmlak hüquqlarının olub-olmadığını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, həmin qurum məhkəmə iclasında təmsil edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfə qeyd edilən sübutların təqdim olunması təklif olunsa da Cavabdeh təmsilçisi mübahisəli tikilinin qanuni əsaslarla sahiblik edilməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi barədə tələbini əsaslı hesab etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələrin sökülməsi ilə bağlı həmin sahələrdə olan hər hansı əmlakların dağıdılması və ya məhv ediliməsi, bununla bağlı vurulan ziyana dair iddiası olmamışdır. Onun iddia tələbləri qeyd edildiyi kimi sökülən sahələrin bazar qiymətləri və bu tələbdən törəyən digər tələblərdir. Göstərilən sahələrin sökülməsi həmin ünvanda olan qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilmişdir, mülkiyyətə müdaxilə qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır. Cavabdeh qarşılılı iddia ərizəsində tikintini aparan şəxlərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, mübahisəli sahəni 2017-ci il avqust ayında qismən boşaltdığını təsdiq etmişdir. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Qarşılıqlı iddia tələbində iddiaçı əldən çıxmış faydanın tələb etsə də, buna dair hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas X1» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi daha əvvəlcədən boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin hərəkətləri nəticəsində Cavabdeh mənəvi sarsıntı və iztirablara məruz qalması, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olması, başqa sözlə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(005)-635/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar