Məhkəmə qərarları › İş №2(103)-9972/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9972/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9972/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ QƏRARDAD xx.xx.2020-ci il iş № 2(103)-9972/2020 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predimetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 aid hissədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçı şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir (iş səh.75,89,91). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mülki işin icraatına xitam verilməsinə dair qərardaddan qanunla müəyyən edilən apellyasiya üçün nəzərdə tutulmuş dövlət rüsumu şikayətə əlavə edilməmişdir. Bundan əlavə, qərardadla eyni zamanda artıq mahiyyəti üzrə qətnamə qəbul edilmiş və ondan iddiaçı şikayət versə də müşayiət məktubunda baxılması üçün yalnız qərardaddan verilən şikayət əks edilmişdir. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərardadla eyni zamanda qətnamə qəbul edilməsi artıq qeyd edilən qərardaddan verilən şikayətin (qətnamədən şikayətə baxılmadan) baxılmasını əhəmiyyətsiz edir. Belə ki, birinci instansiya məhkəməsinin qərardad və qətnaməsindən verilən şikayətlər üzrə apellyasiya instansiya məhkəməsinin fərqli səlahiyyətləri mövcuddur və şikayətin təmin edildiyi təqdirdə qərardadın yenidən baxılması üçün birinci instansiyaya göndərilməsi mümkün olduğu təqdirdə, qətnamədən verilən apellyasiya şikayətinə dair bu səlahiyyət apellyasiya instansiya məhkəməsinə verilməmişdir. Ona görə, prosessual cəhətdən bu şikayətlərin birlikdə baxılması mümkündür. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual qeyri-müəyyənlik hüquq tətbiqetmədə sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amildir. Kollegiya hesab edir ki, ilk baxışdan forma və məzmun baxımından yolverilməz olmayan apellyasiyanın mahiyyəti üzrə baxılma mümkünlüyü üçün prosessual əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilməlidir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 357, 360-366, 397.2 və 402-406-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar