Məhkəmə qərarları › İş №2(103)-9973/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9973/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9973/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı İB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı İB-yə vurulmuş 6 556.00 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6 586.00 ( altı min beş yüz səksən altı manat 00 qəpik) manat məbləğində pulun müştərək cavabdehlərdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh1 arasında 05.08.2015-ci il tarixində 8189 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON tipli 1402AZ**********86 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehlərin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdehlər tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı cədvəldə qeyd edilən aktlar əsasında, cəmi - 5 154.90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.Bundan başqa cavabdehin aktlardan əvvəlki dövrə 1400.50 manat borcu olmuş, 0.60 manat geriyə sayma qeydə alınmışdır. Beləliklə, 01.07.2020-ci il tarxə cavabdehin ümumi borcu 5154.90 manat+ 1400.50 manat + 0.60 manat = 6 556.00 manat təşkil etmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş 8917,60 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8947,60 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada məcburi tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Dəqiqləşdirilmiş ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərin 04/2021-ci il tarixinə kimi iddiaçıya ümumi borcu 8917,60 manat təşkil edir. Həmin borcun 1985,50 manat hissəsi 01/2018-ci il tarixinə kimi qalıq borcu məbləği, 6932,10 manat hissəsi isə isə 01/2018-ci il tarixindən 03/2021-ci il tarixinə kimi cavabdehlərin qaz xəttinə qanunsuz qoşulması faktına əsasən aktlar üzrə hesablanmış borc məbləğidir. Cavabdehlər 10/2015- ci il tarixdən bu günə kimi qaz xəttinə qoşulmaqla ödəniş etmədən təbii qazdan özbaşına istifadə edirlər.

5. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İB-yə vurulmuş 731,20 manat məbləğində zərər, 0,60 manat geriyə sayma ilə əlaqədar borc, 30 manat dövlət rüsumu, cəmi 761,80 manatın məcburi qaydada tutularaq İddiaçı İBnın "xxxx" ASCnin İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova).

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi zərərin yaranma əsasını, cavabdehlərin tərəflər arasında bağlanmış təbii qazın alqısatqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq iddiaçıya məxsus ümumi qazpaylayıcı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı özbaşına talaması təşkil edir. Cavabdehlərin təqsirli və qanunazidd davranışları İddiaçı İB-nın əməkdaşları tərəfindən aktlarla rəsmiləşdirilmiş, fotoşəkillərlə lentə alınmışdır. Məhkəmə, cavabdeh barəsində tərtib edilmiş “təbii X5nın pozulması barədə” ilk aktı əsaslı hesab edərək həmin akt üzrə hesablanmış məbləği təmin etmiş, digər aktlara münasibətdə isə həmin aktları əsaslı hesab etməyərək iddia tələbini həmin aktlara münasibətdə təmin etməmişdir. Məhkəmə, iş üzrə cavabdehlərin barəsində aktların tərtib edildiyi tarixlərdə cavabdehlərin qaz sayğacı üzrə nə qədər ödəniş etdiyini araşdırmamışdır. Mülki işə əlavə olunmuş, abonent Bağırov X3 adına qeydiyyata alınmış təbii qazın dəyəri üzrə mexanikə və smart tipli qaz sayğaclarının abonent saldolarına nəzər salsaq müəyyən edərik ki, cavabdeh 01/2018-ci il tarixindən 03/2021-ci il tarixinə kimi qaz sayğacı üzrə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlar onu düşünməyə əsas verir ki, cavabdehin həmin tarixlərdə ümumi qazpaylayıcı qaz xəttinə qanunsuz qoşulmasına dair tərtib edilmiş aktlar əsaslıdır və həmin tarixə dair cavabdehlər barəsində tərtib edilmiş aktlar üzrə hesablanmış zərər məbləğləri tam təmin edilməlidir. Cavabdehlər tərəfindən qaz sayğacı üzrə sonuncu ödəniş 10/2015-ci il tarixində 3 manat məbləğində olmuşdur. 6 ilə yaxın müddətdir ki, cavabdehlər heç bir ödəniş etmədən iddiaçı Birliyə məxsus ümumi qazpaylayıcı qaz xəttinə qanunsuz daxil olaraq təbii qazdan özbaşına (qaz sayğacından kənar) istifadə edirlər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan abonent SALDO-ları ilə) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdehlər məhkəmə iclaslarına belə gəlmir, öz etirazlarının əsası kimi hər hansı bir fakta və sənədə istinad etmirlər. Tərəflərin izahatları:

8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi O.Hüseynov apellyasiya şikayətini müdafiə edərək, qətnamənin iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

12. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 05.08.2015-ci il tarixində 8189 №-li «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır.

13. İş materiallarından görünür ki, cavabdehlərə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON tipli 1402AZ**********86 nömrəli qaz sayğacı quraşdırılmışdır.

14. Cavabdehlər tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən 19.01.2018, 12.02.2018, 14.03.2018, 24.04.2018, 21.05.2018, 21.06.2018, 29.08.2018, 28.09.2018, 31.10.2018, 30.11.2018, 28.12.2018, 30.01.2019, 28.02.2019, 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019, 31.07.2019, 30.08.2019, 30.09.2019, 30.10.2019, 29.11.2019, 30.12.2019, 30.01.2020, 28.02.2020, 30.03.2020, 05.04.2020, 30.04.2020-ci il tarixli aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Hüquqi dəyərləndirmə:

15. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən – 731.20 manat hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən qanunsuz qoşulma faktı iddiaçı tərəfindən tərtib edilmiş aktlarla öz təsdiqini tapmşdır.

16. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının (MM 1096,1097) tələblərinə əsasən qeyd edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

22. Bundan başqa, tərəflər arasında bağlanmış 05.08.2015-ci il tarixli, 8/89 nömrəli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

23. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X5nın təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

24. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

25. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

27. Lakin, işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 19.01.2018-ci ildə müəyyən etmişdir və müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, dəfələrlə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki X5nda qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur.

28. Birinci instansiya məhkəməsi birinci akt üzrə hesablanmış məbləği və aktın nömrəsini düzgün qeyd etmiş, lakin aktın tarixində texniki səhvə yol verərək 19.01.2018-ci il əvəzinə yanlışlıqla 31.05.2018-ci il qeyd etmişdir. Kollegiya hesab edir ki, bu hal işin mahiyyətinə təsir etmədiyindən, qətnamənin ləğvi üçün əsas deyildir.

29. Cavabdehin 2018-ci ilin yanvar ayından 2021-ci ilin mart ayınadək heç bir ödəniş etməməsi və məhkəmənin bu halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

30. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 3 ilə yaxın müddətdən sonra iddia verməsi onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.

31. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

32. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

33. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir.

34. Sadalanan xüsusatlara əsasən kollegiya vurğulayır ki, iddia tələbinin ilk AKT-a, yəni 19.01.2018-ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

35. Kollegiya 19.09.2016 və 31.05.2017-ci il tarixli aktlara əsasən dəymiş zərərin ödənilməsi hissəsində iddia tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

36. Göründüyü kimi, iddiaçı məhkəməyə 19.11.2020-ci il tarixində iddia ərizəsi verməklə, 19.09.2016 və 31.05.2017-ci il tarixli aktlar üzrə 3 illik iddia müddətini ötürmüşdür.

37. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

43. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələdirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar