Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-998/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qohumluq faktlarının müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X29 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq faktlarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Respublika VVA arxivi tərəfindən verilmiş 28 dekabr 2004-cü il tarixli, 933 nömrəli arayışdan görünür ki, X13 və Kubra Novruz qızının nikahı haqqında 21 yanvar 1929-cu il tarixdə 247 №-li aktın qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi. Nikah bağladıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir.
2. 26 Bakı Komissarlığı VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X22, ana qrafasında X35 qeyd edilmişdir.
3. Bakı şəhəri 26 Bakı Komissarlığı VVADQ şöbəsi tərəfindən verilmiş İV-JQ seriyalı, 293920 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Kubra X27 03 oktyabr 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.
4. Bakı şəhəri Voroşilov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı, 056384 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 17 iyul 1958ci ildə Bakı şəhərində vəfat etmişdir.
5. Maraqlı şəxs tərəfindən verilmiş 15 sentyabr 2012-ci il tarixli, 1382 nömrəli arayışdan görünür ki, X20 13 mart 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.
6. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı, 257607 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
7. Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 107864 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir.
8. MKİS tərəfindən verilmiş 18 yanvar 2005-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, X48 Qala küçəsi, 22 №li evin, ev/X №li mənzilində pasport qeydiyyatındadır. 1.Xİİ-29-cu il tarixli 144 №li evlər şöbəsinin məlumat kitabı adına olub. Rəhmətə gedənə qədər bu ünvanda yaşayıb. Qonşuların aktına əsasən.
9. 1 saylı Bakı Ərazi İdarəsinin 01 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı tarixsiz olaraq X33, X41, X47, X62, X87 və X44 adlarına ilkin qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2-1342/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Bakı Şurasının İcraiyyə Komitəsinin xx.xx.1929-cu il tarixli Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən məlumatda və 214288 saylı, xx.xx.1954cü il tarixli ölüm haqqında şəhadətnamədə göstərilən adın X3 məxsus olması faktı müəyyən edilmişdir. Bakı şəhəri 48 saylı DNK-nın 2V-04 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə” əsasında həmin fərdi yaşayış evinin 1/6 hissəsi X10 adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, X1 anasının X52 olması, X18 X31 bacısı olması, Həbib Hacıbaba oğlunun X31 qardaşı olması, X39 X31 bacısı qızı olması, X44 X31 bacısı oğlu olması barədə faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X2, anası X35 olmuşdur. O, atasının doğulub böyüdüyü və rəhmətə getdiyi Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evdə doğulub böyümüş, hazırda da yaşayış və qeydiyyat yeri həmin ünvandır. Həmin daşınmaz əmlak, yəni ünvan 3şən yaşayış evi tarixsiz olaraq X33na, X32, X37, X62na, X53 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. Bunlardan X32 məxsus olan 1/6 hissə pay qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X15 adına qeydiyyata alınmışdır. Qeyd edir ki, bəhs olunan yaşayış evində yalnız o və bibisi Mənzər qeydiyyatda olmaqla yaşayırlar. Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün qohumluq əlaqələrinin müəyyən olunması ilə bağlı ilkin olaraq atası İsmayılın doğum faktı barədə AR Millli Arxiv İdarəsindən məlumat əldə etmişlər. Həmin məlumatda X2nun təvəllüdü 06 iyul 1930-cu il, atası X16, anası X9 qeyd olunmuşdur. Bundan sonra babası X17 doğum haqqında mlumatlarının əldə olunması ilə bağlı AR Milli Arxiv İdarəsinə müraciətlərinə cavab olaraq bu barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Məlum olduğu kimi, bu məlumat aşkarlanacağı halda, mərhələli olaraq babasının valideynləri və digər qohumları barədə məlumat alınması mümkün olacaqdı. Babası barədə məlumat aşkarlanmadığı üçün digər qohumları barədə rəsmi məlumat əldə etmək mümkünsüz olmuşdur. Qeyd edir ki, ünvan 4 ünvanında yerləşən və yaşadığı ev yuxarıda qeyd etdiyi kimi, paylı mülkiyyət əsasında tarixsiz olaraq X33na, X32, X37, X62na, X53 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. X32 məxsus olan paya vərəsəliklə bibisi Mənzər (onunla birlikdə bəhs olunan əmlaka sahiblik edən) mülkiyyət hüququ əldə etmişdir. Gülsüm xanım atasıgilin ana nənələri olmuşdur. Ata nənələri isə payçılardan biri olan X52 olmuşdur. Atası İsmayılın atası X14, anası X36 olmuşdur. X19 anası X79 qızı olmuşdur. X1 anası yaşadığı evin mülkiyyətçilərindən olan X52 olmuşdur. X52 atasıgilin əl üsulu ilə tərtib etdikləri ailə şəcərəsi adlı məlumat vərəqinə əsasən 1886-cı ildə doğulmuş, 1899-cu ildə X24 ilə ailə həyatı qurmuş, 4 oğlu olmuş, onlardan yalnız babası Ələsgər yetkinlik yaşdan sonra yaşaya bilmişdir, qalanları azyaşlıykən vəfat etmişlər. Babası Ələsgər isə ailə içi tərtib olunmuş həmin şəcərə məlumatlarına əsasən 1903-cü ildə anadan olmuş, 1958-ci ildə vəfat etmişdir. Ölüm haqqında qeyd məlumatına əsasən isə onun anası X52 1962-ci ildə vəfat etmişdir (babasının vəfatından sonra). Yaşadığı evin mülkiyyətçilərindən olan X33 və Həbib Hacıbaba oğlu atasının nənəsi X31 bacı qardaşları olmuşdur. X62 və X72 isə babası Ələsgərin xalası uşaqları olmuşdur. X5 şəcərə məlumatlarına əsasən 1910-cu ildə Quliyev Əsədulla ilə ailə həyatı qurmuş və bu evlilikdən 1913-cü ildə Sona xanım, 1916-cı ildə isə Ağa Mehti dünyaya gəlmişlər. Hal-hazırda dövlət arxiv məlumatlarından əldə edə bilmədiyi üçün babası X1 anasının X52 olduğunun, X18 X31 bacısı olduğunun, Həbib Hacıbaba oğlunun X31 qardaşı olduğunun, X39 X31 bacısı qızı olduğunun, X44 X31 bacısı oğlu olduğunun məhkəmə yolu təsdiqlənməsindən başqa yolu yoxdur. Bəhs olunan yaşayış evi faktiki olaraq tərəfindən miras kimi qəbul olunmasına baxmayaraq, qohumluq əlaqələri təsdiqlənmədən bunu rəsmi olaraq həyata keçirmək mümkünsüz hala gəlmişdir. Bütün bu göstərdiyi hallar sağ qalan qohumlar tərəfindən təsdiqlənə bilər. Göstərdiyi bu hallara əsasən hesab edir ki, hazırkı işdə qeyd etdiyi qohumluq əlaqələrinin təsdiqinə böyük zərurət vardır və bu halın başqa şəkildə təsdiqlənməsinin mümkün olmadığı işin mübahisəsiz halı olduğuna görə hesab edir ki, bu məhkəmə tərəfindən müəyyən olunmalıdır.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi babası X1 anasının X52 olması faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X63).
13. Məhkəmə ərizəni qismən təmin edərkən ona istinad etmişdir ki, mülkün payçılarından olan X52 ərizəçinin babası X1 anası olmaqla 13 mart 1962-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl 17 iyul 1958-ci ildə oğlu, ərizəçinin babası X14, sonuncunun oğlu, ərizəçinin X2 isə 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Beləliklə də, ərizəçi babasının anası X37 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların sağ qalan vərəsəsidir və buna görə də məhkəmə hesab edir ki, Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka X31 payına münasibətdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə babası X1 anasının X52 olması faktı müəyyən edilməlidir. Lakin məhkəmə ərizənin digər hissələrdə təmin edilməsini mümkün saymır. Belə ki, şahid ifadələrindən göründüyü kimi X7 Xanım Hacıbaba qızının bacısı, Həbib Hacıbaba oğlu X31 qardaşı, X62 X31 bacısı qızı, X21 Xanım Hacıbaba qızının bacısı oğludur. Bu halların həqiqət olub-olmamasından asılı olmayaraq məhkəmə hesab edir ki, hazırki ərizə üzrə onların ərizəçinin ulu nənəsi X52 ilə qohumluq faktının müəyyən edilməsi ərizəçiyə digər şəxslərin payları üzrə vərəsəlik hüququnun yaranmasına əsas vermir. Belə ki, qeyd edildiyi kimi, ərizəçi ulu nənəsi X37 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların vərəsəsidir. Lakin müəyyən edilmişdir ki, şahid X54 ərizəçinin ulu nənəsi Fatmaxanım Hacıbaba qızının bacısı X18 nəticəsidir. Yəni, ərizəçinin özündən əvvəl növbəlilik üzrə vərəsəsi mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin digər payçılara münasibətdə qohumluq münasibəti olsa da, mülki qanunvericilikdə təsbit edilmiş qaydada vərəsələrin növbəliliyi baxımından onlara münasibətdə də vərəsəlik hüququnun olması müəyyən edilmir. Beləliklə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməklə Ərizəçi babası X1 anasının X52 olması faktı müəyyən edilməklə, ərizə qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 307-ci, 308-ci, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin qismən, X18 X31 bacısı olması, Həbib Hacıbaba oğlunun X31 qardaşı olması, X39 X31 bacısı qızı olması, X44 X31 bacısı oğlu olması barədə qohumluq faktının təsdiq olunması hissəsində ləğv edilməsi və ərizənin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, ərizəçinin qohumluq əlaqələrinin təsdiq olunmasını xahiş etdiyi mülkiyyətçilərin sözügedən miras paylarının faktiki olaraq onun atası İsmayıl tərəfindən qəbul olunmasına baxmayaraq məhkəmə yalnız bunların birinə münasibətdə vərəsə olduğunu əsas gətirərək onu (Fatma xanımın Ələsgərin anası olmasını) təsdiqləmiş, digərlərinin qohumluq əlaqələrinin təsdiq olunmasının ərizəçiyə onların miras payları üzrə vərəsəlik hüququnun yaranması üçün əsas vermədiyindən bunu etməmişdir. Lakin, qeyd etdiyimiz mübahisəsiz hallardan göründüyü kimi, həmin şəxslərin hər birinin mülki yyət paylarına münasibətdə ərizəçi vərəsədir və bu hüququnun rəsmiləşdirilməsi üçün onlarla olan qohumluq faktının məhkəmə yolu ilə təsdiqlənməsi yeganə yoludur. Məhkəmə isə bu maddi hüquq normalarının tələblərini pozaraq, ərizəçini bu hüquqdan məhrum etmişdir. Sonuncu normanın tələbinə əsasən ərizəçi qohumluq əlaqəsinin təsdiqlənməsini xahiş etdiyi şəxslərin mülkiyyət payları üzrə mülkiyyətçi hesab olunmasına baxmayaraq, məhkəmə onu bu hüquqdan məhrum etmişdir. Məhkəmə iş üzrə qohumluq əlaqələrinin təsdiqlənməsi xahiş olunan X39 qardaşı Ağa Mehtinin mülkiyyət payının ikinci növbə vərəsəsi olduğu, Sona xanımın ölümündən sonra onun mirasına 4 növbənin vərəsəliyindən heç kimin olmadığı, İsmayılın onun 5-ci növbədən vərəsəsinin olduğu iş materialları ilə mübahisəsiz olduğu halda, buna heç bir qiymət verməmiş və yanlış olaraq onların paylarına münasibətdə ərizəçinin vərəsə olmadığı qənaətinə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
19. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Apellyasiya şikayətində ərizəçi tərəfindən qətnamənin qismən, ərizənin təmin edilməyən hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 6 ünvanında yerləşən yaşayış evi tarixsiz olaraq X33na, X32, X37, X62na, X53 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. X32 məxsus olan 1/6 hissə pay qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X12 adına qeydiyyata alınmışdır. Ərizəçi özünün və bibisi X12 qeydiyyatda olduğu Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün qohumluq əlaqələrinin müəyyən olunması ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, babası X14 barədə məlumat aşkarlanmadığı üçün digər qohumları barədə rəsmi məlumat əldə etmək mümkünsüz olmuşdur.
28. Tanınması xahiş edilən qohumluq əlaqələrini ilə bağlı hüquqi faktın təsdiqi ərizəçiyə Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün lazımdır. İş materiallarından görünür ki, Kiçik Qala küçəsi, ev 20 (22/24) ünvanı tarixsiz olaraq X33, X41, X47, X62, X87 və X44 adlarına ilkin qeydiyyata alınmışdır.
29. Səbail Rayon Məhkəməsinin 2-1342/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Bakı Şurasının İcraiyyə Komitəsinin xx.xx.1929-cu il tarixli Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən məlumatda və 214288 saylı, xx.xx.1954cü il tarixli ölüm haqqında şəhadətnamədə göstərilən adın X3 məxsus olması faktı müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X22, anası X25r. Ərizəçinin X2nun (06 iyul 1930-cu il təvəllüdü), atası (ərizəçinin babası) X16, anası X36 olmuşdur. Hüseynova Kubra X27 03 oktyabr 1991-ci ildə vəfat etmişdir. Ərizəçinin babası X1 arvadı X36 payçılardan biri olmuş X79 qızının övladıdır. Digər payçı X52 isə ərizəçinin babası X1 anasıdır.
30. Əl üsulu ilə tərtib edilmiş ailə şəcərəsindən və şahid ifadələrindən görünür ki, X52 1886-cı ildə doğulmuş, 1899-cu ildə X24 ilə ailə həyatı qurmuş, 4 oğlu olmuşdur ki, onlardan da biri ərizəçinin babası X6r.
31. Əl üsulu ilə tərtib edilmiş ailə şəcərəsindən və şahid ifadələrindən, eləcə də iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin babası X14 1903-cü ildə anadan olmuş, 17 iyul 1958-ci ildə vəfat etmişdir, babasının anası X52 13 mart 1962-ci ildə, yəni oğlu X1 vəfatından sonra vəfat etmişdir. Ərizəçinin X2 isə 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir.
32. Müəyyən edilmişdir ki, paylı mülkiyyətçilərdən biri olan X33 və Həbib Hacıbaba oğlu X2nun nənəsi X31 bacı və qardaşı olmuşlar. Digər payçılar 1913-cü ildə anadan olmuş X62 və 1916-cı ildə anadan olmuş X72 isə babası X1 xalası uşaqları olmuşlar. Onların X5 1910-cu ildə ataları Quliyev Əsədulla ilə ailə həyatı qurmuşdur. X8 06 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
33. Paylı mülkiyyətçilərdən olan X32 məxsus olan pay, yəni, həmin fərdi yaşayış evinin 1/6 hissəsi Bakı şəhəri 48 saylı DNK-nın 2V-04 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə” əsasında X10 adına qeydiyyata alınmışdır. Ərizəçi tərəfindən babası X17 doğum haqqında məlumatlarının əldə olunması ilə bağlı AR Milli Arxiv İdarəsinə müraciətlərinə cavab olaraq bu barədə məlumat aşkarlanmadığı bildirilmişdir.
34. Ərizəçinin göstərdiyi halları iş üzrə şahid qismində ifadə vermiş ərizəçinin babası X4 qızı X40, ərizəçinin dayısı qızı X64, ərizəçinin digər qohumları X26 və (X18 nəticəsi) X54 da ifadələrində təsdiq etmişlər.
35. Lakin məhkəmə kollegiyası ərizənin Həbib Hacıbaba oğlunun X31 qardaşı olması, X39 X31 bacısı qızı olması, X44 X31 bacısı oğlu olması barədə faktın təsdiq olunmasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
36. Belə ki, şahid ifadələrindən göründüyü kimi X7 Xanım Hacıbaba qızının bacısı, Həbib Hacıbaba oğlu X31 qardaşı, X62 X31 bacısı qızı, X21 Xanım Hacıbaba qızının bacısı oğludur.
37. Qeyd edilən hallar hazırki ərizə üzrə onların ərizəçinin ulu nənəsi X52 ilə qohumluq faktının müəyyən edilməsini təsdiq etmiş olur. Bu, isə ərizəçiyə digər şəxslərin payları üzrə vərəsəlik hüququnun yaranmasına əsas verir. Belə ki, qeyd edildiyi kimi, ərizəçi ulu nənəsi X37 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların vərəsəsidir.
38. X18 X31 bacısı olmasına dair münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə ərizəni təmin təmin etməyən birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, şahid X54 ərizəçinin ulu nənəsi Fatmaxanım Hacıbaba qızının bacısı X18 nəticəsidir. Yəni, ərizəçinin özündən əvvəl növbəlilik üzrə vərəsəsi mövcuddur.
39. Göründüyü kimi, ərizədə göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır.
40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ərizənin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə ərizə qismən təmin edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1608/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ərizənin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə ərizə qismən təmin edilsin. Həbib Hacıbaba oğlunun X31 qardaşı olması, X39 X31 bacısı qızı olması, X44 X31 bacısı oğlu olması barədə qohumluq faktı təsdiq olunsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.