Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9990/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin cavabdeh X2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(008)-1511/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 7694 manat məbləğində zərərin, iddiaçı tərəfindən dənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 8024 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent X3 arasında 28.02.2017-ci il tarixində 16175 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 25.032020-ci il tarixə Elster markalı, G-4 İtron Difraqma tipli, 12526202 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X4’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 30.06.2020-ci il tarixli, İ006254 nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1Q02ÄQ**********2 zavod nömrəli qaz sayğacı yoxlanması məqsədilə (5883883 saylı sayğac quraşdırma Aktı əsasında) laboratoriyaya göndərilmişdir. 30.10.2018-ci il tarixli, 29/1710-00703-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış İTRON markalı, G-4 tipli, 1002AQ**********2 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 30.06.2020-ci il tarixli İ006254 saylı akt əsasında 64,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 23.02.2016-cı il tarixli 092773 saylı akt əsasında 194,40 manat; 25.05.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; 06.09.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat; 17.10.2016-cı il tarixli ******* saylı akt əsasında 56,60 manat; 11.11.2016-cı il tarixli ******* saylı akt əsasında 108 manat; 15.12.2016-cı il tarixli ******* saylı akt əsasında 146,80 manat; 26.01.2017-cı il tarixli ******* saylı akt əsasında 181,40 manat; 13.02.2017-ci il tarixli ******* saylı akt əsasında 77,80 manat; 15.03.2017-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 10.04.2017-ci il tarixli ******* saylı akt əsasında 168,40 manat; 17.05.2017-ci il tarixli 0120197saylı akt əsasında 146 manat; 05.06.2017-ci il tarixli 0121701saylı akt əsasında 41 manat; 23.08.2017-ci il tarixli ******* saylı akt əsasında 162,20 manat; 13.10.2017-ci il tarixli ******* saylı akt əsasında 49 manat; 22.11.2017-ci il tarixli ******* saylı akt əsasında 76,80 manat; 25.12.2017-ci il tarixli ******* saylı akt əsasında 214 manat; 20.01.2018-ci il tarixli ******* saylı akt əsasında 747 manat; 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 189,60 manat; 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 20.04.2018-ci il tarixli 58/2497 saylı akt əsasında 219,60 manat; 23.05.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat; 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 25.09.2018-ci il tarixli 0182362saylı akt əsasında 219,60 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat; 31.01.2019cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 26.03.2020-ci il tarixli 0281215saylı akt əsasında 218,40 manat; 30.06.2020-ci il tarixli İ006254 saylı akt əsasında 64,80 manat. “Azəriqaz” İB-yə 2112 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. GASREP proqramına əsasən cavabdehin əvvəlki dövrdən qalan 1 manat borcu 2012-ci ilin V ayında, 723,60 manat borcu 2016-cı ilin İİ ayında, 1948,40 manat borcu 2017-ci ilin Xİİ ayında 961 manat borcu 2018-ci ilin İ ayında, 189,60 manat 2018-ci ilin İİİ ayında, 334,80 manat 2018-ci ilin İV ayında, 190,20 manat 2018-ci ilin Vİ ayında, 619,20 manat qalıq borcu isə 2018-ci ilin X ayında GASREP proqramına keçirilmişdir(ümumilikdə 4967,80 manat). Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində, onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün “Azəriqaz” İB-yə ümumilikdə 7694 manat məbləğində qalıq borcu qalmaqdadır. (AGİS aktları üzrə borc 2112 manat + GASREP üzrə borc 4967,80 manat + Cari borc 581,50manat + Yeni tarifə keçid 32,70 manat – 7694 manat). “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 7694 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş (əlavə olunur) əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X1 “Azəriqaz” İB-yə vurulmuş 194,40 manat məbləğində zərər, 30 manat dövlət rüsumu, cəmi 224,40 manatın məcburi qaydada tutularaq “Azəriqaz” İB- nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent X3 arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin ünvanı təbii qazla təchiz edilmişdir. “Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qazdan istifadə etməklə qazı talamışdır. Bu fakt “Azəriqaz” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən aşkar edilmişdir. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Həmin aktlardan və ərizəyə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borcun könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət olunacağı və dəymiş zərərin əlavə məhkəmə xərcləri ilə birlikdə ondan tələb ediləcəyi izah edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətinin nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 4694 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunan səbəbdən, “Azəriqaz” İB cavabdeh X2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 7694 manat məbləğində, pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 8024 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə qeyd olunan iddia ilə bağlı işə baxmış və 27.05.2021-ci il tarixli qətnaməsi ilə iddianı əsassız olaraq qismən təmin etmişdir. Sabunçu Rayon Məhkəməsi qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də, bu fakt məhkəmə tərəfindən tam araşdırılmamışdır. Bu faktı sübut edən aktlar məhkəməyə təqdim edilsə də məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. Tərtib edilmiş aktlardan da göründüyü kimi qanunsuz müdaxilə aşkar edilən kimi dərhal Birliyin əməkdaşları tərəfindən kənar xətt ləğv edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən yenidən qanunsuz qoşulmaya yol verilmişdir. Məhkəmə isə öz qətnaməsində qeyd etmişdir ki, abonent tərəfindən kənar xətdən istifadə etməsinin qarşısının alınması istiqamətində iddiaçı tərəfindən heç bir tədbir görülməmiş və bununla da abonentə kənar xətt üçün şərait yaradılmışdır. Beləliklə, göründüyü kimi məhkəmə təqdim edilmiş sübutları kifayət qədər araşdırmadan qətnamə qəbul etmiş və bununla da gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent X3 arasında 28.02.2017-ci il tarixində 16175 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 25.032020-ci il tarixdə Elster markalı, G-4 İtron Difraqma tipli, 12526202 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən kənar xətdən istifadə edilmiş və bu səbəbdən yuxarıda qeyd edilən aktlar tərtib edilmişdir. Lakin iddiaçı təşkilatın hərəkətləri cavabdehin kənar xəttdən istifadə etməsinə şərait yaratmışdır. Bu əsasla birinci instansiya məhkəməsi tərtib edilmiş ilk akt- 23.02.2016-cı il tarixli 092773 saylı akt əsasında 194,40 manat pulun tutulması hissəsində iddianı əsaslı saymış, qalan hissədə iddia tələbini təmin etməmiş və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 28.02.2017-ci il tarixində 16175 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən tarixlərdə xətdən kənar qazdan istifadə edilmiş və bu barədə iddiaçı təşkilatın əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilərək borc borc məbləği hesablanmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehdən 23.02.2016-cı il tarixli, 092773 saylı akt əsasında 194,40 manat məbləğində pul tutmaqda və iddia tələbini digər hissələrdə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi yuxarıda sadalanan qanunların tələblərindən göründüyü kimi iddiaçı təşkilat tərəfindən hərəkətsizlik edilməklə cavabdehin kənar xətdən istifadəsinə şərait yaradılmışdır. Qeyd edilənlərə əsasən, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(008)- 1511/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9990/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9990/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver