Məhkəmə qərarları › İş №2(103)-9996/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9996/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9996/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(008)-1867/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-nə vurulmuş 5055,70 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində ximət haqqının, ümumilikdə isə 5385,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 99000Ö1881, M/H AZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 24.09.2011-ci il tarixində 3138 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 20.04.2020-ci il tarixdə Natek Enerji markalı, G-4 mexanika tipli, 40011625 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X1”nın tələblərinə əməl etmək) və “X1”-nın 5.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında; 06.10.2017-ci il tarixli ******* saylı akt əsasında 288,60 manat; 24.11.2017-ci il tarixli ******* saylı akt əsasında 96,80 manat; 14.01.2018-ci il tarixli ******* saylı akt əsasında 564 manat; 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat; 23.04.2018-ci il tarixli ******* saylı akt əsasında 356,40 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 590,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat; 28.04.2020-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat. “Azəriqaz” İB-yə 2365,30 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. GASREP proqramından görünür ki, cavabdehin əvvəlki dövrdən qalan 352.70 manat borcu 2012-ci ilin Vİİ ayında, 232.60 manat 2016-cı ilin İİ ayında, 288,60 manat 2017-ci ilin Xİ ayında, 1812,80 manat 2018-ci ilin X ayında, 57,60 manat məbləğində qalıq borcu isə 2018-ci ilin Xİ ayında GASREP proqramına keçirilmişdir. İstehlakçının karta yükləmiş olduğu pul vəsaitindən borca görə ümumilikdə 103,50 azn məbləğində tutqu aparılmışdır. (352.70 + 232,60 + 288,60 + 1812,80 + 57,60 = 2744,30 manat 2744,30 - 103,50 manat borca görə tutulmalar = 2640,80). Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün “Azəriqaz” İB-yə ümumilikdə 5055,70 manat məbləğində qalıq borcu qalmaqdadır. (AGİS aktları üzrə borc 2365,30 manat + GASREP üzrə borc 2640,80 manat + Cari borc 74,60 manat - Ödəniş 25 manat = 5055,70 manat). “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən cavabdehə 5055,70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş (əlavə olunur), əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət edəcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(008)-1867/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh “Azəriqaz” İB-nə vurulmuş 288,60 manat məbləğində zərər, 49,60 manat cari borc, 30 manat dövlət rüsumu, cəmi 368,20 manatın məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(008)-1867/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də, bu fakt məhkəmə tərəfindən tam araşdırılmamışdır. Bu faktı sübut edən aktlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. Tərtib edilən aktlardan da göründüyü kimi qanunsuz müdaxilə aşkar edilən kimi dərhal Birliyin əməkdaşları tərəfindən kənar xətt ləğv edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən yenidən qanunsuz qoşulmaya yol verilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı “Azəriqaz” İB səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı qətnamənin təmin edilməyən hissəsini mübahisələndirmişdir. Ona görə də, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 24.09.2011-ci il tarixində 3138 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.X2 küçəsi, ev 29 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji markalı, G-4 mexanika tipli, 40011625 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 06.10.2017-ci il tarixli ******* saylı akt əsasında 288,60 manat; 24.11.2017-ci il tarixli ******* saylı akt əsasında 96,80 manat; 14.01.2018-ci il tarixli ******* saylı akt əsasında 564 manat; 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat; 23.04.2018-ci il tarixli ******* saylı akt əsasında 356,40 manat; 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat; 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 590,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat; 28.04.2020-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı olan “Azəriqaz” İB də buna görə məsuliyyət daşıyır. İddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. İddia birinci 06.10.2017-ci il tarixli akt hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 288,60 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Bu abonentin məsuliyyətini aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən, məhkəmə cavabdehin kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Bundan başqa, cavabdehin 49,60 manat cari borcu (cari borc 74.60 manat- ödəniş 25 manat = 49,60 manat) mövcuddur. Odur ki, həmin məbləğ də tutulmalıdır. Beləliklə, iddia 338,20 manat (288,60+49,60=338.20) manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azəriqaz” İB tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə abonentin istifadəsində yalnız 1 ədəd PQ4 və 1 ədəd d/p (ehtimal ki, dəmir soba nəzərdə tutulur) qaz cihazının olduğu qeyd edilsə də, sübut kimi təqdim olunmuş aktların əksəriyyətində PQ4 kimi qaz qurğusu ilə yanaşı, dəmir soba, radiator, QSSQ kimi qaz işlədicilərinə görə qaz sərfiyyatı və bununla bağlı zərər məbləği hesablanmışdır. Lakin belə qaz cihazlarının cavabdehin istifadəsində olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin aktların bir çoxunda yay və qış mövsümləri üzrə hesablamalar düzgün aparılmamışdır. Bundan başqa, iddiaçı borc məbləğinin aktlara görə hesablanmış 2365,30 manat, GASREP proqramına keçirilmiş 2744,30 manat, habelə qaxdan istifadəyə görə yaranmış 49,60 manatdan ibarət olduğunu bildirmişdir. İddiaçı hesablanmış 2744,30 manat borcun tərkib hissəsi olaraq, əvvəlki dövrdən qalan 352.70 manat 2012-ci ilin Vİİ ayında, 232.60 manat 2016-cı ilin İİ ayında GASREP proqramına keçirilməsini qeyd etsə də, bu borcların nə vaxt və hansı əsasla yaranmasını (istifadə edilmiş qaza görə yaranmış borc, X1nın pozulmasına görə akt və s.) nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı izah edə bilməmişdir. “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, qaz şəbəkəsinə qanunsuz qoşulma aşkar edildiyi halda, qazpaylayıcının görəcəyi ilk tədbir kimi qanunsuz xəttin dərhal şəbəkədən ayrılması və qazın verilməsinin dayandırılması, bundan sonra dəymiş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı qazın verilməsinin onun tərəfindən dayandırmasına dair tərtib edilmiş aktları məhkəməyə təqdim etmişdir. Həmin aktlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu aktlar birtipli şəkildə tərtib edilməklə hər birində abonentin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Lakin abonentin həqiqətən də həmin aktın tərtibində iştirak etməsi və onları imzalamaqdan imtina etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azəriqaz İB qazpaylayıcı təşkilat olaraq geniş texniki imkanlara malik olduğu üçün, cavabdeh tərəfindən qaz şəbəkəsinə qanunsuz qoşulmanın qarşısını almaqda da obyektiv olaraq daha geniş imkanlara malikdir. Belə imkanların mövcud olduğu halda, iddiaçı Azəriqaz İB tərəfindən 2 il 6 ay müddət ərzində cavabdehin qaz xəttinə qanunsuz qoşulmasının qarşısını ala bilməməsini məhkəmə kollegiyası inandırıcı saymır. Kollegiya hesab edir ki, məhkəməyə təqdim olunmuş aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir, bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ilk iddiaçı 06.10.2017-ci il tarixli birinci aktdan fərqli olaraq sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə bununla bağlı bildirişin göndərilməsi və sair bu kimi sübutlar əlavə edilməlidir. Lakin aktlarda yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarından müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin ilk dəfə şəbəkəyə qanunsuz qoşulduğu, 21.11.2017-ci il tarixli aktda qeyd edilənlərin işin hallarına uyğun olduğunu etiraf etdiyindən, onun bu qoşulma ilə bağlı dəymiş və miqdarı 21.11.2017-ci il tarixli aktla müəyyən edilmiş zərərin əvəzini ödəmək öhdəliyi əmələ gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olsa da, cavabdehin abonenti olduğu ünvanda şəbəkəyə qanunsuz qoşulma halının yalnız bir dəfə olması və bu qoşulma ilə bağlı iddiaçıya 288,60 manat zərər dəyməsi təsdiq olunduğundan, qalan digər aktlar üzrə isə qoşulma halları, habelə əvvəlki illər üzrə hesablanmış borc məbləğlərinin mənbəyi aydın olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianı qeyd edilən hissələrdə təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(008)-1867/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar