Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Cavadova Günay İsmayıl qızı və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin AA003722 nömrəli, **********24 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçü sənədində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və xüsusi mülkiyyət növünə aid olan, həyətyanı istifadə üçün nəzərdə tutulmuş, faktiki və sənəd üzrə sahəsi 0.08 ha olan tarpaq sahəsinin hüquq sahibi kimi İddiaçıdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
3. Abulbəyli kənd üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli arayışından görünür ki, Abulbəyli kənd nümayəndəliyinin 15 nömrəli T-B kitabında Tovuz texniki inventarlaşdırma bürosunun 72 nömrəli 28 dekabr 1998-ci il tarixli arayışına əsasən Abulbəyli kənd sakini X4 adına olan yarımçıq tikili və 0,06 ha torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur.
4. Abulbəyli kənd nümayəndəliyində 15 nömrəli T/B nömrəli kitabin 1307-ci səhifəsində Cavabdeh2 adına 0,06 ha həyətyanı və əlavə 0,04 ha torpaq sahəsi qeyd olunmuşdur.
5. Cavabdeh2 adına tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, mübahisə olunan torpaq sahəsində Cavabdeh2 ümumi sahəsi 69 kv.m olan fərdi yaşayış evi var.
6. Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsi X5 mülkiyyətindədir.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
8. Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(062)-666/2017 nömrəli qətnaməsi ilə İddiaçı Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin etibarsız hesab olunması qət edilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(062)- 666/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi, iddiaçıya bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(102)-4451/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş İddiaçı Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın və xx.xx.2010- cu il tarixdə tərtib edilmiş AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınmışdır.
11. Cavabdeh2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1022/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2525/2023 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh2 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 nömrəli Tovuz Ərazi İdarəsinə qarşı cizgi planının, İddiaçı adına işlənmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin və qeydiyyatın (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2525/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar Cavabdeh2 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 nömrəli Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı cizgi planının, qeydiyyatın (çıxarışın) və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsinə dair iddia tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2525/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır və qərardad qanuni qüvvəsini almışdır.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5732 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Cavabdeh2 reyestr nömrəsi **********34 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsinin daxilində yerləşir. - Zeynalov Həsrət Əmir oğlunun reyestr nömrəsi **********44 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir. - X2 reyestr nömrəsi **********65 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları 555 kv.m-ə qədər hissəsi özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2582 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş mövcud olan arxiv məlumatlarına əsasən, İddiaçı adına olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları ilə (reyestr nömrəsi **********24, seriya və nömrəsi MA 0096234, torpaq sahəsinin plan və ölçüsü AA03722): - Cavabdeh2 adına olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********34, seriya və nömrəsi RX 1414799) üst-üstə düşmədiyi müəyyən edilmişdir. - Zeynalov Həsrət Əmir oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********44-10301, seriya və nömrəsi MA 0149625) 340 kv.m-ə qədər hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. - X2 mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********65, qeydiyyat tarixi xx.xx.2019) 458 kv.m-ə qədər hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. - hər hansı üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat:
16. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri ona məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon İHB-nın Abulbəyli kəndi üzrə nümayəndəsinin 30 iyun 1992-ci il tarixli 4 nömrəli sərəncamına əsasən ona Tovuz rayon Abulbəyli kəndi ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə DƏDRX-nin Tovuz Ərazi İdarəsində onun adına qeydə alınıb. Mübahisə olunan torpaq sahəsində ev tikdirmək məqsədilə ora daş tökdürmüş, lakin maddi imkansızlıq nəticəsində həmin torpaq sahəsində heç birtikinti işləri apara bilməmişdir. Ona məxsus olan torpaq sahəsinin sağç tərəfində Cavabdeh1, sol tərəfində isə Cavabdeh2 Şəmil qızının torpaq sahələri yerləşir. Cavabdehlər ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. O, bu barədə aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdehlər ona məxsus olan torpaq sahəsindən çıxmaq istəmirlər.
18. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) 10 fevral 2011-ci il tarixli, 2(062)-30/2011 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin qanunsuz olaraq tutduqları 0,06 ha hissəsindən Cavabdeh2 və 0,02 ha hissəsindən Zeynalov Həsrət Əmir oğlunun çıxarılması qət edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Zeynalov Həsrət Əmir oğlu apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 10 fevral 2011-ci il tarixli, 2(062)- 30/2011 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
21. Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2011-ci il tarixli, 2(104)-394/2011 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Nəbizadə, hakimlər F.Əliyev və Ş.Əliyeva) Tovuz Rayon Məhkəməsinin 10 fevral 2011-ci il tarixli, 2(062)-30/2011 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1, 67.1, 67.4, 68, 111, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2, 170.2, 178.5-ci maddələrinə əsasən Cavabdeh2 0,06 ha və Zeynalov Həsrət Əmir oğlu 0,02 ha olmaqla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini qanunsuz olaraq tutduqlarından onların çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir.
23. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Zeynalov Həsrət Əmir oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2011-ci il tarixli, 2(104)- 394/2011 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Əliyev - sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və V.İbayev) 19 oktyabr 2011-ci il tarixli, 2(102)-3196/2011 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2011- ci il tarixli, 2(104)-394/2011 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu:
26. Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2011-ci il tarixli, 2(102)-3196/2011 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxıb qərarın ləğv edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli 13(102)- 1/2018 nömrəli qərardadı ilə Cavabdeh2 Şəmil qızının ərizəsi təmin edilmiş qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2011-ci il tarixli, 2(102)-3196/2011 nömrəli qərarının, Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2011-ci il tarixli, 2(104)-394/2011 nömrəli qətnaməsinin və Tovuz Rayon Məhkəməsinin 10 fevral 2011-ci il tarixli, 2(062)-30/2011 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
28. Gəlinmiş nəticə ilə bağlı qeyd edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmişdir. Halbuki İddiaçı Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmaları barədə məhkəmədə iddia qaldırarkən həmin sənədlərə istinad etmişdir.
Birinci instansiyası məhkəməsindəki ikinci icraat:
29. Tovuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsi ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 111, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası qanununun 9, 10, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinadən əsaslandırmışdır.
31. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
32. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Azər Bayramov sədrlik edən və məruzəçi, Rəşad Mamedov və Afiq Hüseynzadə) 23 fevral 2021-ci il tarixli 2(104)-1215/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1215/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, A.Abbasov və E.Şamayev) xx.xx.2021-ci il tarixli, 2(102)-4256/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1215/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
35. Məhkəmə kollegiyası Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(062)-666/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxılaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə preyudisial keyfiyyət daşıya biləcəyini nəzərə alaraq, hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə Cavabdeh2 iddiası üzrə İddiaçı mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin etibarsızlığı tələbinə dair mülki işə baxılmasının nəticəsini öyrənməli, həmin işə baxılmayınca hazırki işə baxılmasının mümkünlüyünə, eləcə də, həmin iş üzrə çıxarılan qətnamənin qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımamasına qiymət verməlidir. Apellyasiya Məhkəməsinin eyni kollegiyasında başqa bir məhkəmə tərkibinin icraatında olan həmin apellyasiya şikayətinə baxılıb, qəbul ediləcək qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən, hazırki işə həmin kollegiyanın başqa tərkibində baxılması və Mülki Prossesual Məcəlləni 82.3-cü maddəsinə istinad edilməklə, qüvvəyə minməmiş qətnaməyə istinad edilməsi düzgün olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat: Apellyasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
37. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
38. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 xəstə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməməsi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
42. İşin hallarından müəyyən edilir ki, İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında Tovuz rayonu, Abulbəyli kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.08 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Tovuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
43. Məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4, 111, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası qanununun 9, 10, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinadən hesab etmişdir ki, iddiaçı hazırki tələb üzrə subyektiv hüquqi malik deyildir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(062)-666/2017 nömrəli qətnaməsi ilə İddiaçı Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənəd, hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənəd, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənəd etibarsız hesab edilmişdir.
44. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli 2(104)-1215/2021 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4256/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1215/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
45. Ali Məhkəmənin Mülki kollegiyasının qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin eyni kollegiyasında başqa bir məhkəmə tərkibinin icraatında olan həmin apellyasiya şikayətinə baxılıb, qəbul ediləcək qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən, hazırki işə həmin kollegiyanın başqa tərkibində baxılması və Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə istinad edilməklə, qüvvəyə minməmiş qətnaməyə istinad etməsi düzgün olmamışdır. İşə yenidən baxan məhkəmə Cavabdeh2 iddiası üzrə İddiaçı mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin etibarsızlığı tələbinə dair mülki işə baxılmasının nəticəsini öyrənməli, həmin işə baxılmayınca hazırki işə baxılmasının mümkünlüyünə, eləcə də, həmin iş üzrə çıxarılan qətnamənin qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımamasına qiymət verməlidir.
46. Məhkəmə kollegiyasında işin yenidən araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə əsas kimi istinad etdiyi Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(062)-666/2017 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 188/2022 nömrəli qərardadı ilə ləğv edilmiş, iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi, iddiaçıya bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qeyd olunan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(102)- 4451/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
47. Bundan sonra İddiaçı Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)- 666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş İddiaçı Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən verilmiş 800 kv.m torpaq sahəsi barəsində xx.xx.2010cu il tarixdə tərtib edilmiş A 260454 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınmışdır.
48. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadından verilmiş kaasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1022/2023 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.
49. Belə olan halda Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(104)-188/2022 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qərardadın icrası tam həyata keçirilməsə də faktiki olaraq xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A 260454 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın və xx.xx.2010cu il tarixdə tərtib edilmiş AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədin bərpa edilməsi qərara alınmışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir.
50. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə üzərində hüquqların qeydə alınmasına dair çıxarış və plan ölçü sənədinin ləğvi ilə bağllı məhkəmə qətnaməsi ləğv edildiyindən və həmin hüquqmüəyyənedici sənədlər bərpa edildiyindən birinci instansiya məhəkəməsinin iddia tələbinin rədd edilməsinə dair istinad etdiyi əsas aradan qalxmışdır.
51. Başqa sözlə iddiaçı məhz hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırki tələb üzrə subyektiv hüquqa malikdir. Lakin, bununla yanaşı iddia tələbinin rədd edilməsinə dair məhkəmə tərkbi gəldiyi nəticəni onunla əsaslandırırır ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinin araşdırılması ilə bağlı müvafiq ekspertizalar təyin edilmiş və rəylər təqdim olunmuşdur.
52. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5732 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh2 reyestr nömrəsi **********34 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsinin daxilində yerləşir, Zeynalov Həsrət Əmir oğlunun reyestr nömrəsi **********44 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir və X2 reyestr nömrəsi **********65 olan çıxarışla mülkiyyətində olan torpaq sahəsinin koordinatları 555 kv.m-ə qədər hissəsi özünün istifadəsindəki kimi təqdim etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir.
53. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2582 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(62)-666/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş mövcud olan arxiv məlumatlarına əsasən, İddiaçı adına olan Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları ilə (reyestr nömrəsi **********24, seriya və nömrəsi MA 0096234, torpaq sahəsinin plan və ölçüsü AA03722) Cavabdeh2 adına və hər hansı üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********34, seriya və nömrəsi RX 1414799) üst-üstə düşmədiyi, Zeynalov Həsrət Əmir oğlunun mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********44-10301, seriya və nömrəsi MA 0149625) 340 kv.m-ə qədər hissəsinin və X2 mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (reyestr nömrəsi **********65, qeydiyyat tarixi xx.xx.2019) 458 kv.m-ə qədər hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
54. Göründüyü kimi, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərlə özünə məxsus olduğunu bildirdiyi və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və əlavə cavabdeh Zeynalov Həsrətin çıxarılması tələbini irəli sürdüyü torpaq sahəsinin koordinatlarının 340 kv.m-ə qədər hissədə Zeynalov Həsrət Əmir oğlunun, 458 kv.m-ə qədər hissədə isə X2 mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü, Cavabdeh2 adına və hər hansı üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatlarının mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyi, bundan başqa Cavabdeh2, Həsrət Zeynalovun və Ruslan Ağayevin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının faktiki istifadələrindəki torpaq sahəsi kimi təqdim etdikləri torpaq sahələri eynilik təşkil etdiyi müəyyən edilmişdir.
55. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, əlavə cavabdeh Zeynalov Həsrət Əmir oğlunun adına olan **********44-10301 reyestr nömrəli, MA ******* nömrəli çıxarış- torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qüvvədə olduğundan, həmin sənədin (çıxarışın) ləğv edilməsinə dair hər hansı bir sənəd təqdim edilmədiyindən, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən faktiki istifadələrində dair sübut təqdim edilmədiyindən iddia tələbi təmin edilməsi üçün hüquqi və ya faktiki əsas mövcud deyildir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
57. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-1641/2018 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci- İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Günay Cavadova, Müşfiq Məmmədov