Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1002/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X17 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər rayon Seydimli Bələdiyyəsinin verdiyi 34 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı qeydiyyatda olduğu təsərrüfatın həyətyanı torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi və 3 otaqlı yardımçı tikili olduğu göstərilmişdir.
2. Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində, **********73-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
3. Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 781 saylı xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Seydimli kəndində qeydiyyatdadır. Onun ailə üzvləri bacısı Cavabdeh3, oğlu X20, gəlini X11, nəvəsi X21, nəvəsi X32, nəvəsi X22, oğlu X23, gəlini X12, nəvəsi X13, nəvəsi X4 ibarət olduğu göstərilmişdir.
4. Tərtər rayon Xüsusi Notariat Ofisi sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 09 saylı məktubunda göstərmişdir ki, Tərtər rayon Notariat Ofisndə elektron məlumat bazasına baxış keçirən zaman X41 və X24 arasında öz mülkiyyətinə keçirmə haqqında heç bir məlumat aşkar edilməmişdir.
5. xx.xx.2010-cu ildə Bərdə rayon 2 saylı Notariat Kontoru tərəfindən tərtib edilmiş 2V-02 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiqlənmiş surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yaşayan X1 rayon Seydimli kəndində yerləşən yaşayış evini, torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh3 vəsiyyət etmişdir.
6. Reyestrdə 2V-38 nömrə ilə qeydə alınmış xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə X31 şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Notariat Kontorunun dövlət notariusu təsdiq etmişdir ki, Tərtər Rayon Dövlət kontorunda xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 2V-02 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh3dır və o, həmin miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri xisməti Bərdə rayon Ərazi İdarəsindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən və xx.xx.2015-ci il tarixli ********** nömrəli arayışa əsasən Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən mərhum X14 məxsus yaşayış sahəsi 46,4 kv.metr, yardımçı sahəsi 6,7 kv.metr olan iki otaqlı yaşayış evindən ibarətdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayonu, Seydimli kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 53,1 kv.metr, o cümlədən 45,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən və 2 otaqdan ibarət fərdi yaşayış evi X18 adına xx.xx.2015-ci ildə **********73- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
8. Evlənmək haqqında şəhadətnamədən görünür ki, Abbasov Abbas Vəli oğlu ilə X25 xx.xx.1956-cı il tarixdə evlənmişlər və arvada Abbasova soyadı verilmişdir.
9. Tərtər rayon qeydiyyat şğbəsinin xx.xx.2024-cü il tarixli arayışından ggörünür ki, Abbasov Abbas Vəli oğlu xx.xx.1996-cı ildə ölmüşdür.
10. Tərtər Rayon Qeydiyyat Şöbəsinin 22 avqust 2025-ci il, 3165-7/595/2025 nömrəli məktubunun surətindən görünür ki, X33 xx.xx.1957-ci ildə anadan olmuşdur. Atası Abbasov Abbas Vəli oğlu, anası X5r.
11. AZ-İİİ №505615 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1960-cı ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında Abbasov Abbas Vəli oğlu, ana qrafasında X19 göstərilmişdir.
12. AZ-İİİ404384 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında Abbasov Abbas Vəli oğlu, ana qrafasında X19 göstərilmişdir.
13. A3 №0927362 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X26 xx.xx.1965-ci ildə Tərtər rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında Abbasov Abbas Vəli oğlu, ana qrafasında X19 göstərilmişdir.
14. A3 №1544364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Soltanova (Abbasova) Həcər Abbas qızı xx.xx.1969-cu ildə Tərtər rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında Abbasov Abbas Vəli oğlu, ana qrafasında X19 göstərilmişdir.
15. A3 №1972567 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki Əliyeva (Abbasova) Əsmaya Abbas qızı xx.xx.1971-ci ildə Tərtər rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında Abbasov Abbas Vəli oğlu, ana qrafasında X19 göstərilmişdir.
16. Tərtər Rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin İddiaçı verdiyi 186 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun atası Abbasov Abbas Vəli oğlu ilə anası X3 birgə nikahdan - qardaşı X33, bacısı X41, bacısı X27, bacısı X42 və bacısı X34 adlı qardaş və bacıları olmuşdur.
17. Tərtər Rayon Qeydiyyat Şöbəsinin 22 avqust 2025-ci il, 3165-7/595/2025 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X15 ailə üzvləri :
1. Atası – Abbasov Abbas Vəli oğlu- 1925-ci il-(ölüm tarixi xx.xx.1996-cı il)
2. Anası- X35- xx.xx.1937-ci il-FİN- 3S6H1RF (ölüm tarixi xx.xx.2013-cü il)
3. Bacısı- Cavabdeh3-xx.xx.1960-cı il- FİN-xxxxxxx
4. Qardaşı- İddiaçı- xx.xx.1962-ci il –FİN-xxxxxxx
5. Bacısı- X26- xx.xx.1965-ci il- FİN- 6WL5D6A
6. Bacısı- X28- xx.xx.1969-cu il –FİN-3W4UCTX
7. Bacısı- Abbasova (Əliyeva) Əsmaya Abbas qızı- xx.xx.1971-ci il
8. Arvadı- X6- xx.xx.1964-cü il- FİN-1G0MXM7
9. Qızı- X29- xx.xx.1982-ci il- FİN-13A1805
10. Oğlu- X36- xx.xx.1984-cü il- FİN- 0Z77ADX
11. Oğlu- X30- xx.xx.1988-ci il –FİN- 2BMZF4E
18. Tərtər Rayon Xüsusi Notariat Ofisinin 15 sentyabr 2025-ci il tarixli 1003 nömrəli məktubundan görünür ki, X24 və Cavabdeh3 xeyrinə elektron notariat informasiya sistemində xx.xx.2010-cu il tarixli 2V-2 reyestr nömrəli vəsiyyətnamə aşkar edilsə də, xx.xx.2025-ci il tarixli 2V-38 reyestr nömrəli şəhadətnamə aşkar edilməmişdir.
19. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 16 avqust 2013-cü ildə böyrək çatışmazlığından vəfat etmişdir.
20. 21 yanvar 2010-cu il tarixli, 2V-02 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X24 ona məxsus olan Tərtər rayonu, Seydimli kəndində yerləşən yaşayış evinin, torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh3 vəsiyyət etmişdir. X7 və X43 şahid qismində vəsiyyətnamə tərtib edilərkən iştirak etmişdirlər.
21. X8 xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, anası X24 xx.xx.2013cü ildə vəfat etmiş və vəfatından sonra Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evindən düşən payı nə ərizə, nə də faktiki qəbul etməmiş və etmək fikridə yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır.
22. 14 iyun 2014-cü il tarixli X10 ərizəsinin sürətindən görünür ki, anası X24 xx.xx.2013-cü ildə vəfat etmiş və vəfatından sonra Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evindən düşən payı nə ərizə nə də faktiki qəbul etməmiş və etmək fikridə yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır.
23. 18 iyun 2014-cü il tarixli X15 ərizəsinin sürətindən görünür ki, anası X24 xx.xx.2013-cü ildə vəfat etmiş və vəfatından sonra Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin fərdi yaşayış evindən düşən payı nə ərizə nə də faktiki qəbul etməmiş və etmək fikridə yoxdur. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqdır.
24. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqi sahibi X16r. Qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2008-ci il olmuşdur. xx.xx.2015 tarixinə olan məlumatlara əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
25. Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayonu, Seydimli kəndində mülkiyyətdə olan 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.4 kv.m yaşayış, 6.7 kv.m köməkçi sahəsən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2008-ci il olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh3 qarşı hazırda qeydiyyatda olduğu Tərtər Rayon Seydimli kəndində qeydiyyatda olduğu təsərrüfat həyətyanı torpaq sahəsində yerləşən mənzillərə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı iddia ərizəsinə əlavə verərək Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin cavabdeh qismində işə cəlb edilməklə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməklə, vərəsəlik hüququnun tanınaraq vərəsəlik payının müəyyən edilməsi, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli və RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, notariat orqanın üzərinə eyni vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması və mənzilə köçürülmə ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Seydimli kəndində yerləşən ata-baba yurdunda yaşamaq istəsə də, bacısı Cavabdeh3 ona həmin mənzildə yaşamağa imkan verməmişdir. O, 2015-ci il tarixədək həmin ünvanda oğlu Asiman Abbasov ilə birlikdə yaşamışdır. Torpaq sahəsində iki yaşayış evi mövcuddur. Biri əvvəlcədən mövcud olmuş, yaşamaq üçün tam yararlı, digər isə əvvəllər tərəfindən özbaşına tikinti kimi tikilmiş olsa da, tam yararlı olmuş, sonradan təmir üçün sökülmüş, yenidən bərpa edilən müddətdə oğlu Asimana, onun ailə üzvlərinə və ona həmin mənzildə yaşamağa imkan vermədiyi üçün yarımçıq tikili kimi qalmışdır. O, həmin yarımçıq tikilidə 1988-ci ildən yaşamışdır. O, həmin ünvanda qeydiyyatdadır. Başqa yaşayış yeri yoxdur. Onun ata və anasına məxsus olmuş torpaq sahəsindən, mənzildən istifadə hüququ vardır. Sonradan xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən, müəyyən edilmişdir ki, Tərtər Rayon Seydimli kəndində yerləşən mərhum anası X3 mülkiyyətində olan fərdi yaşayış evini vəsiyyətnamə üzrə X31 şəhadətnamə əsasında öz mülkiyyətinə keçirmişdir. O, atasına və anasına məxsus torpaq sahəsindən, mənzildən hər hansı pay bacısı Cavabdeh3 verməmiş və bu paydan imtina etməmişdir. O, dəfələrlə özünə məxsus mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdeh bununla bağlı ona şərait yaratmışdır. Tam əksi olaraq cavabdeh onun və ailə üzvlərinin qeydiyyatdan çıxması ilə bağlı Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. Qeyd olunan səbəblərə görə hazırda qeydiyyatda olduğu mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinə əlavə edilmiş Tərtər rayon Seydimli kənd Bələdiyysinin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışa əsasən qeydiyyatda olduğu təsərrüfat həyətyanı torpaq sahəsində cavabdeh və onun ailə üzvləri qeydiyyatdadırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir.
29. Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Kamil Rzayev) iddianın təmin edilməsi, Cavabdeh3 adına verilmiş 08 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X31 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X3 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə Cavabdeh3 payının 7/12 hissədə müəyyən edilməsi, İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum valideynlərinin İ dərəcəli vərəsəsidir. O, həmin evdə doğulmuş, uzun illər yaşamışdır. Onun müvəqqəti olaraq evdən getməsi onun həmin evə görə hüquqlarını itirməsi anlamına gəlmir. O, mərhum valideynlərinin vərəsəsi kimi onlardan miras qalmış əmlakdan pay almaq və həmin paydan qanunun tələblərinə əsasən istədiyi qaydada istifadə etmək hüququna malikdir. İddiaçı və cavabdeh bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı İddiaçı da mərhum valideynlərinin birinci dərəcəli vərəsəsidir. O da vərəsə kimi mirasdan pay almaq hüququna malikdir.
31. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1-ci maddələrinə, 1145-ci, 1146-cı, 1159-cu, 1243.2, 1243.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
32. Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə bacı qardaşdırlar. İddiaçı 1962-ci il təvəllüdlü olmaqla, 1980-ci illərin axırlarında ailə qurmuş, 1 il sonra arvadı ilə birlikdə evdən çıxıb, həmin kənddə satılan uşaq bağçasının binasını alıb, ora köçmüş, bir neçə il orada yaşamışdır. Sonra ailəsindən ayrılıb, oradan çıxıb Rusiyaya getmiş, İvanova Vilayətində yaşamış və orada pasport qeydiyatında olmuşdur. 1994-cü ildə müvəqqəti Azərbaycana gəlib, Şəmkirdən olan Xalidə adlı qadınla ailə qurub, onu da, Rusiyaya aparmışdır. Az bir müddət sonradan onlar ayrılmışlar. 1996-cı ildə atası Abbas vəfat edən zaman iddiaçı Rusiyada yaşamış və yas mərasiminə gəlməmişdir. Abbas 1998-ci ildə qayıdıb əvvəlki arvadı və uşaqları ilə barışıb, əvvəlcə Naftalan şəhərində kirayədə yaşamışlar. Sonradan Naftalanda torpaq alıb, ev tikib orada yaşamışlar. Evi sənədləşdirməmişlər. Oradakı evləri qalmaqla, son 15 ilə yaxın müddətdə Bakıda şəhərində yaşayırlar və orada ticarətlə məşğul olurlar. 2013-cü ildə anaları Səkinə vəfat edəndə Bakıda olmağına baxmayaraq, yas mərasiminə gəlməmişdir. Yas mərasimi xərcləri onun tərəfindən qarşılanmışdır. Mübahisəli ev və 0.11 ha. həyətyanı torpaq sahəsi DƏDRK-nın 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən tərəflərin anası X14 məxsus olmuşdur. Bərdə rayonu 2 saylı Notariat Kontorunun xx.xx.2010-cü il tarixli Vəsiyyətnaməsinə əsasən, X24 evini və torpaq sahəsini qızı Cavabdeh3 vəsiyyət etmişdir. X24 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra notariusun xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə “X31” Şəhadətnaməyə əsasən, həmin ev torpaq sahəsi ilə birlikdə Bərdə rayonu Ərazi İdarəsindən Cavabdeh3 adına qeydə alınaraq, xx.xx.2015-ci il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Bundan 8 il sonra iddiaçı məhkəməyə müraciət etmişdir. 2013-cü ildə tərəflərin anası vəfat etmiş, Kübra qardaşı Əsgərə zəng edərək ona məlumat vermiş, lakin İddiaçı həmin vaxtı Bakıda yaşamağına baxmayaraq, yas mərasiminə gəlməmişdir. Yas mərasiminin bütün xərclərini özü çəkmişdir. İddiaçı 2013-cü ilədək və ondan sonra, hal-hazıradək Bakı şəhərində ailəsi ilə birlikdə yaşamaqla, anasının vəfatından sonra miras əmlakın qəbuluna dair heç bir hərəkət etməmişdir. İddiaçı anasının vəfatından 10 il sonra Tərtər rayon Məhkəməsinə müraciət edərək, həmin evə köçürülməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə onun iddiası təmin edilmiş, X31 Şəhadətnamə və Çıxarış etibarsız hesab edilmiş, iddiaçı 1-ci növbə vərəsə tanınmış, miras əmlak olan evdə və 0.11 ha. torpaq sahəsində iddiaçının 1/12 hissədə payı, cavabdehin isə 7/12 hissədə payı müəyyən edilmiş, iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinin əsasları kimi istinad etdiyi halların heç birini sübut etməmişdir. Məhkəmə iddiaçının yaşayış evinə köçürülməsi tələbini təmin edərkən heç bir əsaslandırma aparmamış, heç bir maddi hüquq normasını tədbiq etməmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmış, nəyə görə Şəhadətnamənin və Çıxarışın ləğv edilməsi tələbindən kənara çıxaraq etibarsız saydığını əsaslandırmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) 2(104)-1434/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh3 adına verilmiş 8 aprel 2025-ci il tarixli vəsiyyətnamə üzrə X31 şəhadətnamə və xx.xx.2015-ci il tarixli ********** nömrəli və RX ******* saylı daşınar əmlakın dövlət reyestrindən çıxarışın etibarsız edilməsi, İddiaçı mərhum X3 İ dərəcəli vərəsəsi kimi tanınması, Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evindən qanun üzrə İddiaçı payı 1/12 hissədə, qanun üzrə və vəsiyyətnamə üzrə üzrə vərəsə Cavabdeh3 payının 7/12 hissədə müəyyən edilməsi hissələri qətnamədən xaric edilmiş, İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 53,1 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
35. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyasında birinci icraat:
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-324/2025 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1434/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, əmlakın 6 uşaq arasında bölüşdürülməsini və hamısının payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı 30 ildən çoxdur getdiyini və valideynləri xəstə olan vaxt belə gəlmədiyini bildirmişdir. İddiaçı yalnız anası vəfat etdikdən sonra gəldiyini və o tək yaşadığı üçün onu qorxudaraq mübahisəli evdə yaşamaq istədiyini bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, anası Səkinə 2013-cü ildə vəfat etmişdir. 2015-ci ildə o, müvafiq notarius orqanına müraciət etmişdir. Daha sonra isə fərdi yaşayış evinə dair adına çıxarış almışdır. Anası Səkinənin o, daxil Hüseyn, Əsgər, Həcər, Gülsüm və Əsmayə adlı 6 övladı olmuşdur.
39. Məhkəmə kollegiasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 əmlakın vərəsə olan 6 övlad arasında bölüşdürülməsini və hamsının payının müəyyən edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Belə ki, İddiaçı anasının vəfatından sonra miras əmlakın qəbuluna dair heç bir hərəkət etməmişdir. Həmçinin 1994-cü ildən iddiaçı Rusiya Federasiyasına köçmüşdür.
41. Məhkəmə kollegiasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının oğlu Asiman mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin mübahisəli torpaq sahəsində mövcud olan yarımtikilini bərpa etməyə çalışmış, lakin cavabdeh buna imkan verməmişdir.
42. Digər tərəflərə, həmçinin apellyasiya icraatı zamanı cavabdeh qidmində işə cəlb edilmiş Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
45. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
48. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) pay hüquqlu vərəsələr sayılırlar.
49. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
50. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
51. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
52. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
57. 384.0.2. apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
58. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
59. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
60. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
61. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
66. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində, **********73-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. xx.xx.2010-cu ildə X1 rayon Seydimli kəndində yerləşən yaşayış evini, torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh3 vəsiyyət etmişdir. X24 16 avqust 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra miras açılmış və vərəsələri oğlu X33, qızı Cavabdeh3, oğlu İddiaçı, qızı X26, qızı X28, qızı Abbasova (Əliyeva) Əsmaya Abbas qızı qalmışdır. Tərtər Rayon Dövlət kontorunda xx.xx.2010-cu ildə təsdiq edilən və reyestrdə 2V-02 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh3dır və o, həmin miras əmlakdan tam hissədə irs almışdır.
67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. İş materiallaından görünür ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı qəbul edilərkən hazırkı mübahisəyə dair mülki iş məhkəmənin icraatında olmuşdur. Bu baxımdan Konstitusiya Məhkəməsinin qərarı hazırkı işə şamil edildiyindən iş üzrə bütün vərəsələr mirası qəbul etmiş sayılır.
68. İş materiallarından görünür ki, anaları X3 xx.xx.2013-cü ildə vəfatından sonra, vərəsələrdən X28 xx.xx.2014-cü il tarixdə, X37 14 iyun 2014-cü il tarixdə, X33 18 iyun 2014-cü il tarixdə ərizə verərək Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evindən düşən payı nə ərizə, nə də faktiki qəbul etmədiklərini və etmək fikrlərinin olmadığını, gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. Məhkəmə kollegiyası mərhum X3 vərəsələri olan X28, X37 və X15 mirasdan imtina etmələrinə dair ərizələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Göründüyü kimi, vərəsənin imtinası qanunla müəyyən olunmuş müddət ərzində həyata keçirilməlidir. MM-nin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, vərəsələrdən X28, X37 və X33 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərindən və hazırkı iş üzrə vərəsələrin miras açıldığı vaxtdan mirası qəbul etdikləri müəyyən olunduğundan onların mirasdan imtinaları qəbul edilməməlidir.
69. Kollegiya vərəsələrin miras əmlakdakı payları ilə bağlı qeyd edir ki, iş materiallarında olan 21 yanvar 2010-cu il tarixli, 2V-02 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X24 ona məxsus olan Tərtər rayonu, Seydimli kəndində yerləşən yaşayış evinin, torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh3 vəsiyyət etmişdir və həmin vəsiyyətnamə ləğv edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X24 ona məxsus olan Tərtər rayonu, Seydimli kəndində yerləşən yaşayış evinin, torpaq sahəsi ilə birlikdə qızı Cavabdeh3 vəsiyyət etdiyindən MM-nin 1193-cü maddəsinin tələblərinə uyğun olaraq digər vərəsələrin məcburi payı müəyyən olunmalıdır.
70. MM-nin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Normaya əsaslansaq vərəsələrin məcburi payı müəyyən edərkən qanun üzrə vərəsə eyni zamanda vəsiyyət üzrə vərəsə olduqda onda həmin vərəsə məcburi pay alarkən nəzərə alınmamalıdır. Yəni, bu zaman qanun üzrə vərəsələrin sayı bir nəfər, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsə çıxılmaqla azalmalıdır. Bu cür yanaşma xüsusilə qanun üzrə 2 vərəsənin qaldığı və qanun üzrə vərəsənin biri həm də, vəsiyyət üzrə vərəsə olduğu halda özünü daha qabarıq göstərir. Bu halda əgər MM-nin 1196-cı maddəsinin şərtlərinə uyğun olaraq həm qanun, həm də vəsiyyət üzrə vərəsə məcburi pay müəyyən olunarkən nəzərə alınmasa, tək qalan qanun üzrə vərəsənin payı tam olmaqla onun məcburi payı ümumi miras payın ½ hissəsini təşkil etmiş olur ki, bununla da vəsiyyətnamə əhəmiyyətini itirmiş olur.
71. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsə məxsus əmlakın onun ölümü ilə başqa şəxsə keçməsini təmin edir, başqa sözlə vərəsəlik institutu mülkiyyətin ölümündən sonra bir şəxsdən digərinə keçməsinə imkan verir. Bu baxımdan vəsiyyətnamə mülkiyyətçinin öz əmlakına dair ölümündən sonra sərəncam verməsi ilə bağlı sağlığında verdiyi sərəncam kimi qəbul olunmalıdır. Yəni vəsiyyətnamə mülkiyyətçinin öz mülkiyyətində olan əmlakına dair onun iradə ifadəsinin əks etdirir. Azərbaycan Respublikasında dövlət mülkiyyətə təminat verir və bu ilk növbədə ölkənin əsas qanunu olan Konstitusiyada əksini tapır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam Lakin bununla bərabər müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Göründüyü kimi, ölkənin əsas qanunu mülkiyyət hüququna, o cümlədən vərəsəlik hüququna təminat versə də, mülkiyyət hüqunun məhdudlaşdırlmasının mümkünlüyünü də nəzərdə tutmuşdur. MM-nin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi, MM-nin 1201-ci maddəsinə əsasən, payın tamamlanmasını tələb etmək hüququnun müəyyən təsbir edilməsi qanunvericiliklə məhz miras qoyan şəxsin iradə ifadəsinin, yəni mülkiyyətində olan əmlaka dair sərəncam vermək hüququnun məhdudlaşdırlmasıdır. Qanunvericiliyin nəzərdə tutduğu bu cür məhdudlaşdırma əslində iradə ifadəsi azadlığı ilə ailənin digər üzvlərinin maraqlarının arasında tarazlılğı təmin etmək məqsədi güdür.
72. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud məhkəmə təcrübəsində əksər hallarda MM-nin 1196-cı maddəsinin vəsiyyət üzrə vərəsələr nəzərə alınmır hissəsi demək olar ki, tətbiq olunmur. Nəticədə həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə də, qanun üzrə vərəsələrin məcburi payı müəyyən olunarkən nəzərə alınır. Yuxarıda qeyd etdiyimiz kimi, vəsiyyətnamə miras qoyanın əmlakına sərəncam verilməsi ilə bağlı iradə ifadəsidir. MMnin 1196-cı maddəsinin vəsiyyət üzrə vərəsələr nəzərə alınmır hissəsi tətbiq edildiyi bəzi hallarda isə ümumiyyətlə miras qoyanın iradə ifadəsi əhəmiyyətni itirmiş olur. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə təcrübəsində bununla bağlı fikir ayrılığı olsa da, məhz miras qoyanın iradə ifadəsinin azadlığı nəzərə alınmaqla qanun üzrə vərəsələrin payları müəyyən edilərkən qanun üzrə vərəsələr sırasından olan vəsiyyət üzrə vərəsənin nəzərə alınması daha ədaləlidir.
73. Qeyd edilənlər baxımından hazırkı iş üzrə qanun üzrə vərəsələrin payları müəyyən edilərkən miras qoyan X3 vərəsələri oğlu X33, oğlu İddiaçı, qızı X26, qızı X28, qızı Abbasova (Əliyeva) Əsmaya Abbas qızı, həmçinin vəsiyyət olunmuş qanun üzrə vərəsə qızı Cavabdeh3 olmaqla 6 nəfər vərəsəsinin olması nəzərə alınmalı və onların hər birinin məcburi payı MM-nin 1193-cü maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını olmaqla 1/12 hissədə müəyyən olunmalıdır.
74. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, bütün vərəsələr tərəfindən Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ ilə 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində, **********73-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə X3 adına qeydə alınmış və ondan miras qalmış 1 mərtəbəli, 2 otaqlı 46,4 kvm yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi bütün vərəsələr tərəfindən qəbul olunduğundan və həmin ev Cavabdeh3 vəsiyyət edildiyindən, miras əmlakda Cavabdeh3 payı 7/12, X33, oğlu İddiaçı, qızı X26, qızı X28, qızı Abbasova (Əliyeva) Əsmaya Abbas qızının hər birinin payı 1/12 olmaqla müəyyən olunmalıdır.
75. Məhkəmə kollegiyası həmçinin İddiaçı Tərtər Rayon Seydimli kəndində yerləşən miras qalmış mənzillərə köçürülməsi tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, miras əmlak açıldığı gündən vərəsənin mülkiyyəti hesab edilir və iddiaçının paylı mülkiyyətçilərdən biri olaraq həmin evdən istifadə hüququ vardır.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-92/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 adına verilmiş reyestrdə 2-38 nömrəsi ilə qeydə alınmış 08 aprel 2015-ci il tarixli vəsiyyətnamə üzrə X31 şəhadətnamə və Tərtər rayon Seydimli kəndində 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin mülkiyyət hüququna dair 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində, **********73-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh3 adına aparılmış qeyd ləğv edilsin. Tərtər rayon Seydimli kəndində yerləşən, tam mülkiyyət hüququ ilə 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində, **********73-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə X3 adına qeydə alınmış və ondan miras qalmış 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evində və evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsində vərəsələr Cavabdeh3 payı 7/12, X15 payı 1/12, İddiaçı payı 1/12, X9 payı 1/12, X8 payı 1/12, Abbasova (Əliyeva) Əsmaya Abbas qızının payı 1/12 olmaqla müəyyən olunsun. İddiaçı Tərtər rayonu, Seydimli kəndində yerləşən mərhum X2 miras qalmış 0,11 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,4 yaşayış sahəsindən, 6,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.