Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1005/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah məhkəmə qaydasında pozulmuşdur.
2. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə İddiaçı, X15,X8, X4 və X2 mülkiyyətçi kimi qeyd edilmişlər.
3. xx.xx.2012-ci ildə Bakı şəhər 43 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, faktiki Bakı şəhəri Biləcəri yolu 54, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Cavabdeh Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci ilədək verilmişdir.
4. xx.xx.2012-ci ildə Bakı şəhər notariat kontoru tərəfindən təqdiqlənmiş ərizənin surətindən görünür ki, Cavabdeh uşaqlarının adına olan 1 ha torpaq sahəsini İddiaçı 2000 manata satdığını, həmin torpaq sahəsinə iddia tələbi olmadığını bildirmişdir.
5. 28 oktyabr 2024-cü il tarixli Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 756 saylı qərarından görünür ki, İddiaçı notariat hərəkətlərinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmədiyindən qeyd edilənlərə əsasən Notariat haqqında Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 22 saylı qanunun 40cı maddəsini rəhbər tutaraq vətəndaş İddiaçı müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir.
6. “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X9 və X2 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah qeydinin pozulması qət edilmişdir. Həmin vaxtdan Cavabdeh ilə münasibətləri kəsilmişdir. Buna baxmayaraq sonralar Cavabdeh aralarında olan razılaşmaya əsasən Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata birdəfəlik ona satmış və torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçdiyini elan etmişdir. Bu məqsədlə Cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda ona 20 il müddətinə, yəni 01 fevral 2032-ci il tarixədək olan müddət üçün etibarnamə verərək Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsinə həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir (qeyd olunan etibarnamə Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş, AR-İ seriyalı, 166406 nömrəli, 01 fevral 2012-ci il tarixli, reyestrdə 7E-3/2028 nömrə ilə qeydə alınmışdır). Cavabdeh Bakı şəhərində Notariat Kontorunda olarkən ona etibarnamə verməklə yanaşı həm də Tərtər Rayon Məhkəməsinə ərizə yazaraq Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata ona satmasını və həmin torpaq sahəsinə görə iddia tələbinin olmayacağını bildirmiş və həmin ərizəni də, notarial qaydada təsdiq etdirmişdir. (qeyd olunan ərizə 7E/435 nömrə ilə reyestrdə qeydə alınmışdır). Həmin vaxtdan indiyədək keçən 12 il müddətində Cavabdeh ona satdığı Tərtər rayon Buruc kəndində yerləşən 1 ha torpaq sahəsinin onun tərəfindən açıq-aşkar və fasiləsiz istifadəsinə 12 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiyini öz davranışları ilə nümayiş etdirmişdir. O və ailəsi cavabdehin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Bu hal işin mübahisəsiz halıdır və heç bir sübuta ehtiyacı yoxdur. İşin faktiki halları ilə əlavə olaraq bildirmişdir ki, 01 fevral 2012-ci ildən indiyədək keçən 12 il müddətində ona satılmış həmin torpaq sahəsini öz mülkiyyəti hesab edərək hər il torpaq sahəsinə çoxsaylı xərclər hesabına üzvi kübrə, peyin və digər yumşaldıcı vasitələr verməklə onu münbitləşdirmişdir. Lakin son vaxtlar Cavabdeh onunla bərabər notariat orqanına getmək və aralarında olan razılaşmanı realizə etmək istəməmiş və bundan boyun qaçırmışdır. Belə ki, cavabdeh aralarında olan razılaşmanı realizə etmək üçün Notarit Ofisinə gəlməkdən boyun qaçırmasını Tərtər rayonun Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsi 2000 manata ona satdığını və torpaq sahəsinin onun xüsuai mülkiyyətinə keçdiyini elan etməsinə baxmayaraq həmin torpaq sahəsinin sənədinin əslinin olmaması ilə izah edir. Bu məsələni həll etmək üçün o, Tərtər rayon Notariat Ofisinə müraciət etməli oımuşdur. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu X5 28 oktyabr 2024-cü il tarixli, 756 nömrəli qərarı ilə ona “notariat hərəkətlərinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmir” dəlilini əsas gətirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh qarşı üçüncü şəxs X9 və X6 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə üzrə iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşmüş, lakin iddiaçı iddiasını sübuta yetirə bilməmişdir. Mübahisəli torpaq sahəsinin üçüncü şəxslərə aid olan hissəsi onlara məxsus mülkiyyətdir və onların həmin torpaq üzərində sərəncam vermək hüququ qanuni qaydada həll edilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152 və 157-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 78.1 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair birinci dəlil ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan AR MPM-nin 6-8, 9.1, 9.2, 13, 14.1, 77.1, 78.2, 80, 85.1, 89.3, 95.1, 106.1, 106.3, 106.4, 184.4, 188.1, 220-ci, AR MM-nin 335.2, 5.3, 16.1, 560.1, 560.2, 560.3.4, 351.2, 351.3, 222, 358, 360.2, 357, 355.2, 404-cü, Torpaq Məcəlləsinin 52-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 24-26-cı maddələrini, 60-cı maddəsinin İ, İİ, 71-ci maddəsinin İ, 125-ci maddəsinin İİİ, Vİİ, 127-cimaddəsinin İİİ, İV, Vİİ və 129-cu maddəsinin İİİ hissələrini, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında » Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Nəcəfovanın şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci iltarixli, «S.Əliyevanın şikayəti üzrə» 2006-cı il 31 may tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cümaddələrinin əlaqəlişəkildə şərhedilməsinə dair» 2021-ci il 2 aprel tarixli Qərarlarında formalaşmış hüquqi mövqelərini tətbiq etməmiş, iş üzrə tətbiq edilməli olmayan AR MM-nin 139-1.1.3, 337.1, 337.2, 365.1, 365.1.3, 366.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin84-cü maddələrini tətbiq etmiş, iş üzrə tətbiq etdiyi AR MPM-nin 14.2, 78.1, 81, 88,89.1, 218.1, 217.1, 217.2, 217.3, 217.4cü, AR MM-nin 139-1.1.3, 337.1, 337.2, 365.1, 365.1.3, 366.4, 157.2, 152.1, 152.2, 152.3, 157.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddələrini düzgün tətbiq etməmiş, yəni həmin normaların məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-ci maddəsinə əsasənbirinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair ikinci dəlil ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə isə bu xüsusata diqqət yetirməmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilən hal isə AR MPM-nin 385.1.1-385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair üçüncü dəlil ondan ibarətdir ki, məhkəmə iddiaçı kimi iddia ərizəsində göstərdiklərini və məhkəmədə verdiyi izahatları sübut kimi nəzərə almamış, əksinə cavabdehin izahatını isə mötəbər sübut kimi nəzərə almış və bununla da «ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, məhkəmənin öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir» müddəalarını özündə ehtiva edən AR MPM-nin 6-9, 14.1, 88, 106, 217 və 220-ci maddələrinin tələblərini pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair dördüncü dəlil ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamamışdır. Buna dair dəlilləri isə ondan ibarətdir ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Tərtər rayon məhkəməsinin 19 noyabr 1998-ciil tarixli qətnaməsinə əsasən mənimlə Cavabdeh arasında olan nikah qeydinin pozulması qət edilmişdir. Həmin vaxtdan Cavabdeh ilə münasibətləri kəsilmişdir. Buna baxmayaraq sonralar, yəni 2005-ci ilin aprel ayında Cavabdeh ilə aramızda olan razılaşmaya əsasən o, Tərtər rayonun Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1(bir) hektar torpaq sahəsini 2000 (ikimin ) manata birdəfəlik ona satmış və torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçdiyini elan etmişdir. Bu məqsədlə Cavabdeh 01 fevral 2012ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda mənə 20 il müddətinə, yəni 01 fevral 2032-ci ilədək olan müddət üçün etibarnamə verərək Tərtər rayonun Buruc kəndində Dövlət Aktına əsasən ona məxsus olan 1(bir) hektar torpaq sahəsinə həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bagışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, baglamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırıgın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir (qeyd olunan etibarnamə Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş, AR-İ seriyalı, 166406 nömrəli, 01 fevral2012-ci il tarixli, reyestrdə 7E-3/2028 nömrə ilə qeydə alınmışdır). Cavabdeh Bakı şəhərində Notariat Kontorunda olarkən ona etibarnamə verməklə yanaşı həm də, Tərtər rayon məhkəməsinə ərizə yazaraq, Tərtər rayonun Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1(bir) hektar torpaq sahəsini 2000 (ikimin) manata ona satmasını və həmin torpaq sahəsinə görə iddia tələbinin olmayacagını bildirmiş və həmin ərizəni də, notarial qaydada təsdiq etdirmişdir (qeyd olunan ərizə 7E/435 nömrə ilə reyestrdə qeydə alınmışdır). Həmin vaxtdan indiyədək keçən 12 (on iki) il müddətində Cavabdeh ona satdıgı Tərtər rayonun Buruc kəndində yerləşən 1(bir) hektar torpaq sahəsinin onun tərəfindən açıq-aşkar və fasiləsiz istifadəsinə 12 (on iki) il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiyini öz davranışları ilə nümayiş etdirmişdir. O və ailəsi cavabdehin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Bu hal işin mübahisəsiz halıdır və heç bir sübuta ehtiyacı yoxdur. O, cavabdehin etibarnaməsini və ərizəsini əsas götürərək ona satılmış həmin torpaq sahəsini 2013-cü ildə birnci qrup Qarabag müharibəsi əlili X1. Birinci qrup Qarabag müharibəsi əlili X21 oglu həmin torpaq sahəsini öz adına sənədləşdirmək istəsə də, cavabdehin Notariat Orqanına gəlməkdən boyun qaçırdığı üçün buna nail ola bilməmişdir. Ona görə də, aralarında narazılıq olmuşdur. Xüsusilə qeyd etmək istəyir ki, 01 fevral 2012-ci ildən indiyənədək keçən 12 il müddətində o, və Şahin onlara satılmış həmin torpaq sahəsini öz mülkiyyəti hesab edərək hər il torpaq sahəsinə çoxsaylı xərclər hesabına üzvi kübrə, peyin və digər yumşaldıcı vasitələr verməklə onu münbitləşdirmişdir. Lakin qeyd etdiyi kimi, son vaxtlar Cavabdeh onunla və Şahinlə bərabər notariat orqanına getmək və aralarında olan razılaşmanı realizə etmək istəmir və bundan boyun qaçırır. Belə ki, cavabdeh ilə aralarında olan razılaşmanı realizə etmək üçün Notariat Ofisinə gəlməkdən boyun qaçırmasını Tərtər rayonun Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1(bir) hektar torpaq sahəsini 2000 (iki min ) manata birdəfəlik ona satdığını və torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçdiyini elan etməsinə baxmayaraq həmin torpaq sahəsinin sənədinin əslinin olmaması ilə izah edir. Bu məsələni həll etmək üçün o, Tərtər Rayon Notariat Ofisinə müraciət etməli olmuşdur. Lakin Tərtər Rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu X13 oglu 28 oktyabr 2024-cü il tarixli, 756 №-li qərarı ilə ona «notariat hərəkətinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmir» dəlilini əsas gətirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmiş və Tərtər rayon məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Ona görə də, müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuş və hesab etmişdir ki, Cavabdeh ilə arasında olan razılaşma əqd hesab edilərək baglanmış hesab edilməli, sahiblik və istifadə hüququ tanınmalıdır. Ona görə də, hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir və bu səbəbdən də, hazırki qətnamə ləğv edilməlidir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 1998-ci ildə cavabdeh ilə boşanmışlar. Cavabdeh Bakı şəhərinə köçmüşdür. Torpağı 2012-ci ildə o satın almış, pulunu isə sürücü ilə yollamışdır. Ona görə də, cavabdeh ona etibarnamə vermişdir. Amma həmin vaxt torpağı öz adına sənədləşdirib rəsmiləşdirməmişdir. Sonra rəsmiləşdirmək istəyərkən notariusdan ona sənədlərin surət olduğu bildirilmişdir. O, cavabdehə müraciət etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirmişdir. Sonra isə etibarnaməni cavabdeh ləğv etdirmişdir. Ona isə bildirmişdir ki, uşaqları torpağı satmaq istəmirlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, atası ikinci səfər ailə qurmaq istəmişdir. Qardaşına söz vermişdi ki, ona ev və torpaq verəcəkdir. Ancaq sözündə durmamış və onlara heç bir dəstək olmamışdır. Torpağı isə ona dövlət vermişdir. İddiaçı torpağı 2012-ci ildən istifadə etmişdir.
17. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
19. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
20. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
21. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
23. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının əsasən İddiaçı, X15, X8, X4 və X2 mülkiyyətçi kimi qeyd edilmişlər. Cavabdeh Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci ilədək verilmişdir. “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovun şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il və T.Qasımovanın şikayəti üzrə 1 dekabr 2020-ci il tarixli Qərarında qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də, müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ilə arasında olan razılaşma əqd hesab edilərək baglanmış hesab edilməsi, sahiblik və istifadə hüququ tanınması dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 335.2-ci maddəsində, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etdikdə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırdıqda əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı olması təsbit olunsa da, 24 iyun 2005-ci il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Tərəflər arsında yaranmış münasibtlər isə 2012-ci ildə yaranmışdır və həmin münasibətlər 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş maddənin normalara tətbiq edilə bilməz. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
40. Məhkəmə kollegiya eyni zamanda iş materiallarında olan Cavabdeh xx.xx.2012ci ildə Bakı şəhər notariat kontoru tərəfindən təqdiqlənmiş Cavabdeh uşaqlarının adına olan 1 ha torpaq sahəsini İddiaçı 2000 manata satdığını, həmin torpaq sahəsinə iddia tələbi olmadığını bildirməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, həmin ərizə notarial qaydada təsdiqlənsə də, müqavilə kimi qəbul edilə bilməz. Belə ki, MM-nin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Cavabdeh xx.xx.2012-ci ildə Bakı şəhər notariat kontoru tərəfindən təqdiqlənmiş ərizəsi isə notarial qaydada təsdiqlənsə də, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının vacibliyinə dair şərtə əməl edilməmiş, yalnız Cavabdeh birtərəfli iradə ifadəsindən ibarətdir. Bu baxımdan kollegiya iddiaçının həmin arqumentini də, əsassız hesab edir.
41. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.