Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1014/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil1, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı uşaq və aliment tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə doğulmuş X11 və xx.xx.2016-cı il tarixdə doğulmuş X10 adlı övladlarının yetkinlik yaşına çatanadək onun himayəsində qalması, saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment və mediasiya xidmət üçün ödədiyi 50 manat məbləğində rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.M.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması və Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, iddia tələbi üzrə ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin İddiaçı və Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsnin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh hər gün alkoqollu içki içmiş, həmçinin narkotik vasitələrdən istifadə edərək, evə sərxoş və pis vəziyyətdə gələrək ona çox ağır zərbələr vuraraq, döymüşdür. Uşaqlarını ona yaxın buraxmamış, uşaqlarım onun içkili və qeyri stabil vəziyyətindən qorxaraq, çox ağır travmalar keçirmişlər. Ona görə də, azyaşlı uşaqlarının həmin ailədə böyüyüb, hər gün ciddi travmalar almasına bir ana kimi yol vermək istəmir. Çünki cavabdeh hər iki övladını məkətbdən oğurlayaraq, ona xəbər etmədən götürüb aparmışdır. Cavabdeh və onun ailə üzvləri onun iki azyaşlı övladını evdə təzyiqlər edib ev işlərini gördürüb özlərinə qulluq etdirirlər. Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(045)-11/2023 saylı qərardadı əsasında uşaqları ilə görüş verilsə də, o, böyük qızı X11 ilə görüşə bilmir. İş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilsə də, orda övladı Ayanın üzünü görə bilməmiş, qızı Ayan onunla görüşmək istəsə də, lakin ata nənələri buna imkan vermirlər. Həmçinin iki azyaşlı övladını məktəbdən götürüb aparan atası və nənəsi həmin gündən böyük qızı Ayanı qorxudaraq, onu öldürəcəklərini söyləyib, azyaşlı uşaqları məcbur edirlər ki, ona qarşı əks fikirlər bildirsinlər. Uşaqları cavabdehdən çox qorxurlar və psixologiyaları tamamilə pis vəziyyətə düşmüşdür. Ona görə də, rəy verilməsi üçün mülki işin yenidən Qəyyumluq və Himayəçilik İdarəsinə göndərilib psixoloqun vasitəsilə düzgün rəyin alınması vacibdir. Həmçinin cavabdehin hər ay aldığı maaş və stabil qazancı yalnız alkoqollu içkilərə və adını bilmədiyi maddələrdən istifadə etdiyi vasitələrə xərclənir. Aylıq işlədiyi qazancını uşağına heç vaxt xərcləmir, sadəcə uşaqları atıb öz anasıgilin öhdəsinə və cavabdeh özü öz qeyri stabil həyatını yaşamağa davam edir. O, bir ana kimi 2 azyaşlı qız övladının özü böyüdüb tərbiyyəsi ilə məşğul olmaq istəyir, çünki iki azyaşlı qızı nənə və digər qohumların öhdəliyində qalmasınlar. Bu hal azyaşlı uşaqlar üçün çox çətin vəziyyətdir. O, özü bir ana kimi çox narahatdır və övladlarını yanında böyütmək istəyir. O, Gəncə şəhərində yaşayıb işlədiyi üçün övladlarının hər ikisinin də bir ana olaraq yanında qalmalarını istəyir və onların azyaşlı olaraq qayğılarını çəkmək onun borcudur. Bunu sübut edən hal olaraq qızı Gülər onun yanına gəldiyi gündən onun hər ehtiyacını qarşılayır və Gəncə şəhərində məktəbə qoymuşdur və təhsilindən belə yayındırmır, lakin Ayan atasının yanında məktəbdən qalır və bütün günü ev işləri gördürərək övladının təhsil almağına mane olurlar. O, birinci instansiya məhkəməsində yenidən vəsatət vermişdir ki, Gəncə şəhərindən psixoloq dəvət olunsun və ya iş Qəyyumluq və Himayəçilik orqanına göndərilsin, lakin vəsasəti təmin olunmadan və xahişi nəzərə alınmadan qətnamə çıxarılmışdır. Ailə Məcəlləsinin 75 və 78.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsnin ləğv edilməsini, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək onun yanında saxlanılmasını və İddiaçı hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pulməbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdə İddiaçı ilə el adəti ilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə münasibətlərimizdən xx.xx.2014-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqları vaxtdan 4 il müddətində normal yaşasaq da, sonralar İddiaçı aylarla evdən çıxıb gah xalası evinə Gəncə şəhərinə, gah da Bakı şəhərində yaşayan bacısının evinə getmiş,aylarla gəlməmişdir. Hər dəfə də uşaqları özü ilə aparır, bu müddət ərzində uşaqlar dərsdən yayınmışlar. Təxminən 2022-ci ilin iyununda xx.xx.2016-cı il təvvüllüdlü X6 Gəncəyə xalası gilə aparmış, bir həftə sonra uşağı görmək üçün, həm də narahat olduum üçün Gəncəyə getmiş və Gəncə şəhərində xalası gildə Leylanı Qərib adlı şəxslə birlikdə tutmuşdur. Son dörd ildə uşaqlara özü baxmış, onlara həm atalığı, həm də analığı özü etmişdir. Təhsillərinə davam etmələrinə həmişə nəzarət etmişdir. Təxminən 2022-ci ilin sonlarında gəlib uşaqları görmək üçün onları xalası gilə aparmış və ona məlum olmuşdur ki, Leyla kirayə ev tutub uşaqlarla orada yaşayır. Gedib onu işlədiyi marketdə görmüş, lakin uşaqları verməmiş və yerini göstərməmişdir. Uşaqları ona görə vermək istəmir ki, o, uşaqları evdə təkbaşına qoyub dəfələrlə işə getmiş, uşaqları baxımsız qoymuşdur. Məhkəmə gedən zaman xx.xx.2023-cü il tarixdə gəlib uşaqlar həyətdə oynayan zaman xx.xx.2016-cı il tarixdə doğulmuş Quliyeva Güləri götürüb aparmışdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı dəfələlərlə uşağı təhsildən yayındırmışdır. Məhkəməyə təqdim edəcəyi arayışdan görünür ki, uşaqlar xeyli müddət təhsil aldıqları Goranboy şəhəri, Mahmud Zeynalov adına tam orta məktəbə getməmişlər. İddiaçı uşaqların təhsilinə davam etməsində maraqlı olmayıb, onların təhsildən yayınmasına səbəb olan hərəkətlər etmişdir. Belə olan halda nə üçün uşaqlardan birinin anaya verilməsi qərara alınmışdır? İddiaçı uşaqların tərbiyəsini pozmuş, onların gözü qarşısında xasiyyətlərinə, yaşına və davranışlarına uyğun olmayan hərəkətlər etmiş, onları dəfələrlə evdə tək qoyub getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 25 may 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Həmin rəydə göstərilir ki, uşaqlar atalarının yanında yaşamaq istəyirlər. Belə olan halda uşaqlardan birinin ananın yanında qalması düzgün deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli məhkəməpsixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 valideyinlərinin hansının yanında yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çoxdur. Artıq qızlar 6-7 aydır ki, bir-biri ilə ünsiyyətdə deyildir. Məhkəmə uşaqların hər ikisinin uzun müddət ərzində Goranboy rayonu, Dəliməmmədli şəhəri, Mahmud Zeynalov adına tam orta məktəbdə oxumalarını, onların məktəbə və sinif yoldaşlarına öyrəşməsini, müəllimlərinə bağlılıqlarını nəzərə almamışdır. Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 25 may 2023-cü il tarixli rəyindən görünür ki, iddiaçının Ucar rayonunda evinə baxış keçirilmişdir, halbuki iddiaçı artıq uzun illərdir ki, Ucardan çıxıb, orada yaşamır və iddia ərizəsində göstərdiyi kimi Gəncədə yaşayır. Lakin onun Gəncədə evi yoxdur, kirayədə yaşayır. Göründüyü kimi cavabdehin mənzil-məişət şəraiti daha yaxşıdır, uşaqların yaşamaları üçün hər bir şərait nəzərdə tutulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 22(104)- 1014/2024 saylı qərardadı ilə Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmuş, həmin Komissiya tərəfindən müvafiq olaraq İddiaçı ünvan 1 ünvanında yaşayış şəraitinin müayinə edilməsi, həmin Komissiya tərəfindən mübahisəyə dair əsaslandırılmış rəy tərtib edilərək, qısa müddət ərzində məhkəməyə təqdim edilməsi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi məhkəməyə təqdim edilənədək hazırkı iş üzrə icraat dayandırılması qərara alınmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi məhkəmə kollegiyasına daxil olmuş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02.08..2024-cü il tarixli, 22(104)-1014/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyindən, təxminən 2022-ci ilin sonralarından ayrılmışlar. Sonra cavabdeh gəlib uşaqları məktəbdən oğurlayıb aparmışdır. Birinci instansiya məhkəməsi gedişində ünsiyyət zamanı Gülər onun yanına gəlmiş və hazırda onun himayəsindədir. Lakin Ayan ilə ünsiyyətə imkan verilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə qızı Ayanı görmək üçün məktəbə getmiuş, uçaq onula qalmaq istədiyini bildirdiyi üçün, yanına gətirmiş, lakin 1 aydan sonra Polis tərəfindən həmin uşaq məcburən ondan alınaraq atasına verilmişdir. Uşağı ağlaya-ağlaya aparmışlar. Cavabdeh fəhləlik etdiyi üçün, Ayan baxımsız qalır, əmisi uşağın yanında siqaret çəkir, qızı uşağını atası yuyundur ki, bunlar da, uşağa pis təsir edir. Hazırda kiçik qızı onunla qalsa da, böyük qızını görə bilmir. Uşağı isə Gəncə şəhəri 25 saylı məktəbə qoymuşdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini, uşaqların ananın himayəsinə verilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Həmçinin göstərdi ki, onun yanında qalan qızı Ayan Goranboy Rayon Dəliməmmədli qəsəbə musiq məktbinə gedərkən, xx.xx.2024-cü il tarixdə iddiaçı gəlib onu aparmışdır. Ona görə də, iddiaçının yaşadığı kirayə evə gəlib qapını döysə də, qapını açmamış və Polis şəbəsinə müraciət etməli olmuşdir. 30 avqust tarixdə uşaq ona verilmiş və hazırda da, Ayanın təlim-tərbiyəsi ilə məşğul olur. O, özü fəhləlik edir, aylıq qazancı 400-500 manatdır. İşdə olduğu vaxt uşaq onun anasının yanında qalır. Hesab edir ki, uçaqların hər ikisi onun yanında saxlanılmalı və onların saxlanılması üçün anasından aliment tutulmaldır. Ona görə də, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, özünün apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri, vəkilləri dinləyərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsi iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, tərəflərin birgə nikahından doğulmuş 18 iyul 2014-cü il təvəllüdlü X11 anası İddiaçı himayəsində saxlanılmalı, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıc tarixi uşağın cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılamlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 1 saylı X16 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 240913 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı X16 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 240912 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 20 iyun 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı Ucar rayonunda yaşadığı evə və Cavabdeh yaşadığı evə bsaxış keçirilmiş və hər birinin uşaqları saxlamaq üçün mənzil-məişət şəraitləri vardır. Azyaşlılar atasının yanında qalmaq istədiklərini bildirmişlər. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, valideynləri və yaxın qohmları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 emosional-iradi sferasına və valideynlərinə münasibətdə neqativ təsir göstərmişdir. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 valideyinlərinin hansının yanında yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla atası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2016-cı il tarixdə doğulmuş X3 hal-hazırda anası İddiaçı və atası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunur. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 normal psixi inkişafları baxımından hər iki valideyni ilə mütəmadi görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı hal-hazırda yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yuxarıda qeyd olunan mənzil kirayə olduğunu bildirmişdir. Mənzildə özü, övladları xx.xx.2024-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Mənzil beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşir. Mənzil 3 yaşayış otağı, 1 (eyvan), dəhliz, mətbəx hamamdan və sanuzeldən ibarətdir, yaşayış sahəsi 50 kv.metrdir, köhnə təmirlidir, məişət şəraiti qənaətbəxşdir. Zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, kombi sistemi ilə isidilir. Evdə azyaşlı uşağın təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün şərait var. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı mütəxəssisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uçaqlarla iş üzrə məsləhətçisi-psixoloqu tərəfindən tərtib edilmiş Psixoloji Rəyindən görünür ki, azyaşlıların atası Cavabdeh anaları İddiaçı qarşı uzun müddət dəvam edən fiziki və mənəvi şiddəti, tez-tez baş verən ailədaxili mübahisələrə şahid olan yetkinlik yaşına çatmayanlar Ayan və Gülərin atalarına qarşı güvən hissi zədələnməsi müəyyən olunmuşdur. Onların həyatının erkən dönəmlərində ən önəmli fiqurlardan biri olan ata, övladlarına güvən hissini aşılamaq əvəzinə qorxu və təşviş yaradan olması bir çox psixoloji narahatlıqlara zəmin yaradır. Atanın anaya qarşı olan aqressiyasını görərək böyüyən uşağın sevgi və güvən hissi mübahisəyə çevrilir, dava-dalaş anlayışları ilə qarışır. Zehnində bir-birilə əlaqələndirdikləri bu anlayışlar yeniyetməlik, yetkinlik yaşında da öz təsirini göstərəcəkdir. Dəyər verdikləri və həyatı öyrənməklərində onlara rəhbərlik etməli olan ata övladlarının qarşısında analarına göstərdiyi fiziki və mənəvi şiddəti gördükcə uşaq kədər və ya aqressiyasını göstərməmək üçün emosiyalarını sərbəst buraxa bilmir. Davamlı şəkildə bunu yaşayan fərd, yetkin yaşılarında da, psixosomatik narahatlıqlar yaşaya bilir. Depressiya, təşviş pozuntuları, şəxsiyyətlərarası münasibətlərdə problemlər, evlilik problemləri riski də, çoxalır. Gələcəkdə şəxsi münasibətlərində uğursuzluq, həyata və insanlara qarşı güvənsizlik hissi kimi formalaşır. Hal-hazırda yetkinlik yaşına çatmayanlar anası İddiaçı yanında qalırlar. Analarının onlara göstərdiyi qayğı və sevgini duyaraq onlar hal-hazırda yaşam tərzindən narazı deyillər. Uşaqlar anaları X2 yanında qalmaqla inkişaf edirlər, formalaşırlar, mövcud həyat tərzinə uyğunlaşırlar. Əqli, əməli və sosial cəhətdən tərbiyə olunurlar, həyatı və şəxsiyyəti inkişafı baxımından emosional olaraq analarına daha çox bağlanırlar. Odur ki, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki: Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir... Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) nömrəli qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. İş materiallarından gprünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə el adəti ilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə münasibətlərimizdən xx.xx.2014-cü il tarixdə X11 və xx.xx.2016-cı il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Onlar 2022-ci ilin sonlarında faktiki olaraq ayrılmışlar və uşaqların hansı valideyinin yanında saxlanılması ilə bağlı mübahisələri yaranmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı uşaqlardan Ayan atasının yanında, Gülər isə anasının yanında olmuşdur. Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması və Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsnin iddianın təmin olunmamış hissəsindən apellyasiya şikayəti verərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 da onun himayəsində saxlanılmasını və aliment təyin edilməsini, Cavabdeh isə, iddianın təmin olunmuş hissəsindən şikayət verərək, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 da ona verilməsini və hər iki uşaq üçün onun nəfinə aliment tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Goranboy rayon Qəyyumluq və Himayəçilik komissiyasının 20 iyun 2023-cü il tarixli rəyi əldə edilmiş və müəyyən edilmişdir ki, İddiaçı Ucar rayonunda yaşadığı evə və Cavabdeh yaşadığı evə bsaxış keçirilmiş və hər birinin uşaqları saxlamaq üçün mənzil-məişət şəraitləri vardır. Azyaşlılar atasının yanında qalmaq istədiklərini bildirmişlər. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyi əldə edilmiş və müəyyən olunmuşdur ki, valideynləri və yaxın qohmları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 emosional-iradi sferasına və valideynlərinə münasibətdə neqativ təsir göstərmişdir. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 valideyinlərinin hansının yanında yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla atası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2016-cı il tarixdə doğulmuş X3 hal-hazırda anası İddiaçı və atası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunur. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 normal psixi inkişafları baxımından hər iki valideyni ilə mütəmadi görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Apellyasiya icraatı zamanı İddiaçı ünvan 1 ünvanında yaşaması müəyyən edildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 22(104)- 1014/2024 saylı qərardadı ilə Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmuş, həmin Komissiya tərəfindən müvafiq olaraq İddiaçı ünvan 1 ünvanında yaşayış şəraitinin müayinə edilməsi, həmin Komissiya tərəfindən mübahisəyə dair əsaslandırılmış rəy tərtib edilərək, qısa müddət ərzində məhkəməyə təqdim edilməsi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi məhkəməyə təqdim edilənədək hazırkı iş üzrə icraat dayandırılması qərara alınmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi məhkəmə kollegiyasına daxil olmuş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02.08..2024-cü il tarixli, 22(104)-1014/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2024-cü il tarixli aktla müəyyən olunmuşdur ki, İddiaçı hal-hazırda kirayədə yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 7 A, mənzidə özü, övladları xx.xx.2024-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Mənzil beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşməklə, 3 yaşayış otağı, 1 eyvan, dəhliz, mətbəx hamamdan və sanuzeldən ibarətdir, yaşayış sahəsi 50 kv.metrdir, köhnə təmirlidir, məişət şəraiti qənaətbəxşdir. Zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, kombi sistemi ilə isidilir. Evdə azyaşlı uşağın təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün şərait var. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı mütəxəssisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uçaqlarla iş üzrə məsləhətçisi-psixoloqu tərəfindən tərtib edilmiş Psixoloji Rəyində isə qeyd edilir ki, azyaşlıların atası Cavabdeh anaları İddiaçı qarşı uzun müddət dəvam edən fiziki və mənəvi şiddəti, tez-tez baş verən ailədaxili mübahisələrə şahid olan yetkinlik yaşına çatmayanlar Ayan və Gülərin atalarına qarşı güvən hissi zədələnməsi müəyyən olunmuşdur. Onların həyatının erkən dönəmlərində ən önəmli fiqurlardan biri olan ata, övladlarına güvən hissini aşılamaq əvəzinə qorxu və təşviş yaradan olması bir çox psixoloji narahatlıqlara zəmin yaradır. Atanın anaya qarşı olan aqressiyasını görərək böyüyən uşağın sevgi və güvən hissi mübahisəyə çevrilir, dava-dalaş anlayışları ilə qarışır. Zehnində bir-birilə əlaqələndirdikləri bu anlayışlar yeniyetməlik, yetkinlik yaşında da öz təsirini göstərəcəkdir. Gələcəkdə şəxsi münasibətlərində uğursuzluq, həyata və insanlara qarşı güvənsizlik hissi kimi formalaşır. Hal-hazırda yetkinlik yaşına çatmayanlar anası İddiaçı yanında qalırlar. Analarının onlara göstərdiyi qayğı və sevgini duyaraq onlar halhazırda yaşam tərzindən narazı deyillər. Uşaqlar anaları X2 yanında qalmaqla inkişaf edirlər, formalaşırlar, mövcud həyat tərzinə uyğunlaşırlar. Əqli, əməli və sosial cəhətdən tərbiyə olunurlar, həyatı və şəxsiyyəti inkişafı baxımından emosional olaraq analarına daha çox bağlanırlar. Odur ki, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlarla bağlı məsələrlə ən başlıca prinsip uşağın üstün maraqlarını qorunması prinsipidir. Ailə münasibətləri ilə bağlı məsələrlərdə ana ilə atanın marağı fərdi maraq kimi çıxış etsə də, uşağın marağı ictimai maraqdır və ən vacibi onun təmin edilməsidir. Əsas məqsəd uşağın daimi olaraq ana sevgisini, qayğısını, nəvazişini hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Heç şübhəsiz hər bir uşaq doğma ana himayəsində bu kimi qayğı ilə əhatə olunmaqla, hərtərəfli inkişaf edib, fəal ictimai həyata hazırlanmış şəkildə böyüdülə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş xx.xx.2014-cü il təvəlüdlü X11 atasının yanında, xx.xx.2016-cı il təvəllüdlü X10 isə anasının yanında qalmaq istəyini bildirmişdir. Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 20 iyun 2023-cü il tarixli rəyi ilə uçaqların hər ikisinin atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyi ilə isə, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh daha çox bağlılığı, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 isə, anası İddiaçı və atası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunmuş, uşaqların uzun müddət ərzində ünsiyyətdə olmamalarının onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilməsini, onların normal psixi inkişafları baxımından hər iki valideyni ilə mütəmadi görüşlərinin və ünsiyyətinin təmin olunmasının psixoloji cəhətdən məqsədəmüvafiqliyi müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı əldə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2024-cü il tarixli aktla İddiaçı hal-hazırda kirayədə yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 7 A, mənzidə azyaşlı uşaqlarıən təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün şəraitin olduğu müəyyən olunmuşdur. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı mütəxəssisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uçaqlarla iş üzrə məsləhətçisi-psixoloqu tərəfindən tərtib edilmiş Psixoloji Rəyi ilə, azyaşlıların atası Cavabdeh anaları İddiaçı qarşı uzun müddət dəvam edən fiziki və mənəvi şiddəti, tez-tez baş verən ailədaxili mübahisələrə şahid olan yetkinlik yaşına anasının yanında qalnmaları müəyyən edilmiş, analarının onlara göstərdiyi qayğı və sevgini duyaraq uşaqların halhazırda yaşam tərzindən narazı olmamaları, anaları X2 yanında qalmaqla inkişaf edərək, formalaşmaları, mövcud həyat tərzinə uyğunlaşmaları, əqli, əməli və sosial cəhətdən tərbiyə olunmaları, müəyyən olunmuş, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, azyaşlı uşaqlar birinci instansiya məhkəməsində icraat zamanı dindirilərkən 10 yaşına çatmamış idilər və onların fikrinin nəzərə alınması mütləq deyildir. İkincisi isə, onlar 10 yaşına çatmış olsalar belə, hazırkı işdə digər diqqətəlayiq hallarla yanaşı qiymətləndirildikdə uşağın atasını daha çox istəməsi əsası ilə atasının yanında saxlanması da məqsədəmüvafiq deyil. Belə ki, Ayan adlı uşaq məhkəmədə dindirilərkən və Goranboy rayon qəyyumluq və himayəçilik komissiyası rəy verərkən, o, atasının yanında yaşamış və anası ilə ünsiyyətinə manelər atanın uşağa təsirinin qaçılmaz olduğuna dəlalət edir. Avropa Məhkəməsi də «NTS və başqaları Gürcüstana qarşı» iş üzrə 02 fevral 2016-cı il tarixli qərarının 28-ci bəndində göstərmişdir ki, uşağın fikirlərinə «onun yaşına və yetkinliyinə əsasən qiymət» verilməlidir. Bununla belə, Ayan adlı uşağın öz iradəsi ilə sonradan anasının yanına gəlməsi və həmin dövrdə əldə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı mütəxəssisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uçaqlarla iş üzrə məsləhətçisi-psixoloqu tərəfindən tərtib edilmiş Psixoloji Rəyi ilə, azyaşlıların atası Cavabdeh anaları İddiaçı qarşı uzun müddət dəvam edən fiziki və mənəvi şiddəti, tez-tez baş verən ailədaxili mübahisələrə şahid olan yetkinlik yaşına anasının yanında qalnmaları müəyyən edilmiş, analarının onlara göstərdiyi qayğı və sevgini duyaraq uşaqların hal-hazırda yaşam tərzindən narazı olmamaları, anaları X2 yanında qalmaqla inkişaf edərək, formalaşmaları, mövcud həyat tərzinə uyğunlaşmaları, əqli, əməli və sosial cəhətdən tərbiyə olunmaları, müəyyən olunmuş, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işdə ana ilə uşaqların bir-birindən ayrılması üçün müstəsna şərait mövcud deyil. Belə ki, iddiaçı uşaqları tərbiyə etmək və təhsil vermək, onların qeydinə qalmaq iqtidarındadır. Həm də, uşaqların ana qayğısına, nəvazişinə, habelə xüsusi diqqətə ehtiyacı vardır. Uşaqların ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyduğu bir yaş dövründə ana qayğısından kənarda saxlanılması onların mənafeyi, psixoloji vəziyyətinə mənfi təsir baxımından əlverişli deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, uşaqların bir-birindən ayrı saxıanılması da onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. Kollegiya onu da qeyd edir ki, bir valideynin mənzil-məişət şəraitinin digərindən üstün olması uşağın ondan alınması üçün həlledici əsas sayıla bilməz. Belə ki, uşaqla bağlı məsələlərdə vacib olan uşağın üstün maraqlarının təmin edilməsidir ki, uşağın üstün maraqları termini də onun rifahını, normal şəraitdə yaşamasını nəzərdə tutur. Digər tərəfdən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2024-cü il tarixli aktla İddiaçı hal-hazırda kirayədə yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 7 A, mənzildə azyaşlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün şəraitin olduğu müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahlarından doğulmuş Ayan adlı uşağın 10 yaşı olmaqla, azyaşlıdır və ana qayğısına, nəvazişinə, xüsusi diqqətə ehtiyacı vardır. Onun ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyduğu bir yaş dövründə anasının himayəsindən alınması və ana qayğısından kənarda saxlanılması həmin uşağın mənafeyi, həmçinin onun psixoloji vəziyyətinə mənfi təsir baxımından əlverişli deyildir. Kollegiya həmçinin qeyd edir ki, “BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) nömrəli qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində göstərilən azyaşlı uşağın anasından ayrılmasına əsas verən heç bir müstəsna şərait hazırkı işdə mövcud deyildir. Kollegiya hesab edir ki, Goranboy Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması və Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması hissəsində düzgün nəticəyə gəlsə də, xx.xx.2014-cü il təvəlüdlü X9 münasibətdə düzgün nəticəyə gəlməmiş, onun atasının yanında saxlanılması ilə bağlı gəldiyi nəticədə haqlı olmamış və qanunvericiliyi yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Ona görə də, Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsi iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, tərəflərin birgə nikahından doğulmuş 18 iyul 2014-cü il təvəllüdlü X11 anası İddiaçı himayəsində saxlanılmalı, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıc tarixi uşağın cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanmalıdır. Cavabdein apellyasiya dəlilləri əsassız olmaqla, iddianın təmin olunmuş hissəsində ləğv olunmasına və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək atasının yanında saxlanılmasına hüquqi əsas vermir. Ona görə də, qətnamə iddianın qismən təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılamıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(045)-30/2024 saylı qətnaməsi iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Tərəflərin birgə nikahından doğulmuş 18 iyul 2014-cü il təvəllüdlü X11 anası İddiaçı himayəsində saxlanılsın, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 18 iyul 2014-cü il təvəllüdlü X11 üçün alimentin tutulmasının başlanğıc tarixi uşağın cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablansın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1014/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1014/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver