Məhkəmə qərarları › İş №2(104)-1017/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1017/2024

05.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1017/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X9) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X9) qarşı etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1539/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində 167 akt nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur.

2. 21.12.2017-ci il tarixli, 006660 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz olaraq 1-ci dərəcəli əlildir.

3. 19.12.1993-cü il tarixli, 117 nömrəli arayışın surətindən görünür ki, X3 Gəncə şəhəri, Quşçuluq Fabriki ərazisində xx.xx.1993-cü il tarixli Gəncə şəhər İcra Hakimiyyəti başçısının 154 saylı sərəncamı əsasında bağ yeri üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır.

4. Aktın surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə pula ehtiyacı olduğu üçün ona məxsus olan ümumi sahəsi 450 kv/m olan torpaq sahəsinin yarısını Cavabdeh2 satmışdır.

5. Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 7E-05-1495 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X1 şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh2 etibarnamə vermişdir.

6. Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv/m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh3 etibaredilmişi etibaretmə qaydasında etibarnamə vermişdir.

7. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun 1/2 hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3083/2021 nömrəli qətnaməsindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən özünə məxsus bəzi yaralı vəziyyətdə olan əşyaları Cavabdeh2 evindən çıxarmışdır və hazırda Cavabdeh2 ona 18.623 manat məbləğində borcu qalmaqdadır.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı «evə köçürülmə» tələbi barədə iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə geri qaytarılmışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2- 3175/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh2 və İddiaçı adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən qeydiyyata alınmış torpaq sahəsi və fərdi yaşayış evi aşkar edilməmişdir.

13. 08.02.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsini və tikiləcək evi 22.000 manat məbləğinə Cavabdeh3 satmışdır.

14. Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********79 reyestr nömrəli elektron çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X4 və X9) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2005-ci ildə faktiki olaraq nikaha daxil olaraq, nikahını 2008-ci il tarixdə qeydə aldırmışdır. Onlar birgə yaşadıqları dövrdə, təxminən 2007-2008-ci illər ərzində birgə vəsaitləri hesabına ev tikmək məqsədilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsi almış və həmin torpaq sahəsində ev inşa etmişlər. Həmin evdə o, Cavabdeh2lə təxminən 2022-ci ilin ortalarına qədər 14 il müddətində birlikdə yaşayıb, birgə təsərüffat aparmışdır. Hətta o, Cavabdeh2lə birgə inşa etdiyi evin yerləşdiyi ərazi üzrə ev təsərüffatlarının uçotu kitabında qeydiyyata alınmışdır. Cavabdeh2 ilə aralarında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və 2022-ci ilin iyun ayında M.Ə.Məmmədov onu döyərək birgə tikdikləri evdən qovmuşdur. Qeyd olunan evi M.Ə.Məmmədovun başqa şəxslərə satdığı ona daha sonra məlum olmuşdur. Bununla bağlı o, Göygöl Rayon Məhkəməsində iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun yarısı olan 13.380 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnaməni hazırki tarixə qədər icra etməmiş və icra etməkdən də boyun qaçırmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini icra etmədiyinə görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(043)- 400/2022 nömrəli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətiq edilmişdir. Bundan sonra o, Göygöl Rayon Məhkəməsinin qətnaməsinin icra olunmamasına, həmçinin 1-ci dərəcəli əlil olmasına və kirayə haqqına pul çatdıra bilməməsinə görə Gəncə Şəhər Məhkəməsində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə köçürülməsinə dair iddia qaldırmış və iddiası təmin olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evi o, cavabdehlə birgə inşa etmiş və gələcəkdə onun oradan gözlənilən mülkiyyət hüququ olduğundan, evə dair pulun yarısı ona ödənmədiyindən məcbur olub məhkəməyə yenidən müraciət etmişdir.

17. Bundan sonra İddiaçı mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat Ofisini cavabdeh qismində işə cəlb etməklə Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilərək, ləğv edilməsi və xüsusi qərardad çıxarılması, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

18. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 337.1, 337.4 və 362.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı, «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi mənim iddiam üzrə cavabdehlərin mülkiyyətinə toxunmağı əsas gətirərək iddiamın təmin olunmamasında səhvə yol vermişdir. Mülki Məcəllənin tələblərini pozaraq daşınmaz əmlak üzərində hüquqlar Dövlət reyestrində qeydiyyata alındıqdan sonra mülkiyyət hüququ əldə etmiş olur. Bununla da məhkəmənin gəldiyi nəticə qeyri-mötəbər olmaqla iddia tələblərinə qərəzli yanaşması olmuşdur. Mülkiyyət hüququna gözlənti olsa belə ona məxsus olan əmlak qeydiyyata alınmamış əmlak olmuşdur. Buna baxmayaraq cavabdeh etibarnamə vermiş və həmin etibarnamə əsasında da qanunsuz yollarla Dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu göstərilənlər təsdiq edir ki, qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsində, bir sözlə mülkiyyətində olmuşdur. Buna görə də o hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı iddia tələblərim təmin olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İş üzrə İddiaçı, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri, X4 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Belə ki, İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də məhkəmə kollegiyasının iclası təxirə salınaraq xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Lakin, İddiaçı yenidən məhkəmə kollegiyasına eyni əsasla teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının tarixinin yenidən başqa vaxta təyin edilməsini xahiş etmiş, özü isə məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı

34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarı

35. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh2 və İddiaçı birgə nikahı dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdə X2 alınmış, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1539/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında olan nikah pozulmuşdur. Daha sonra İddiaçı Cavabdeh2 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin İddiaçı sonradan Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi və xüsusi qərardad çıxarılması, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

54. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

55. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

56. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

57. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

58. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, bununla da İddiaçı hazırki iddia tələbini təşkil edən əmlak üzərində subyektiv hüququ aradan qalxmışdır. Lakin, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı qeyd olunan əmlaka dair tələb hüququ aradan qalxsa da, həmin əmlakın ½ hissəsinin dəyəri qismində 13.380 manat manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq, ona ödənilməsi qət edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsinin icrasını tələb hüququ vardır. Həmin qətnamənin icrası isə yalnız icra tədbirləri ilə təmin edilməli və onun icra edilməməsi əsası ilə digər şəxslərin mülkiyyət hüquqları pozulmamalıdır. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

59. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

60. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, İddiaçı mənzilə dair subyektiv hüququ yoxdur.

61. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

62. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

63. Bu baxımdan məhkəmə kollegiyası mübahisəli mənzilə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdur.

64. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur və buna görə də iddia tələbi təmin edilə bilməz

65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

71. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-802/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar