Məhkəmə qərarları › İş №2(104)-1028/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1028/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1028/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Naftalan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(052)-229/2012 saylı qətnaməsindən, həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdİ: İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi Cavabdeh iddia ərizəsi ilə Naftalan Rayon Məhkəməsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsində 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin AN 352345 saylı planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi və Cavabdeh müvafiq sərəncama əsasən Naftalan şəhəri «Muğan» bağçılığı adlanan sahənin 11 saylı küçəsinin 47-ci sırasında olan 0,06 ha həyətyanı torpaq sahəsinə görə yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naftalan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(052)-229/2012 saylı qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddia tələbi qismən təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsində 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin A№352345 saylı planı və ölçüsü sənədi etibarsız hesab edilməsi, Cavabdeh li oğluna Naftalan şəhər İcra hakimiyyəti Başçısının 07 aprel 1995-ci il tarixli sərəncama əsasən Naftalan şəhəri «Muğan» bağçılığı adlanan sahənin 11 saylı küçəsinin 47-ci sırasında olan 0,06 ha həyətyanı torpaq sahəsinə görə yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənib hazırlanması qət edilmişdir. Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X11 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsini, X7 mülkiyyət hüququndan məhrum edilməsinə və X4 dələduzluq yolu ilə əsassız varlanmasına səbəb olmuş hərəkətlərə yol verdikləri üçün X5 və DƏDKR Publik Hüquqi şəxsinin Bərdə Ərazi İdarəsinin Naftalan rayon Şöbəsinin vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Prokurorluq orqanlarına göndərilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Naftalan şəhər Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2011-ci il tarixli 40-1-85 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri, Q.Namazəliyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsini ilə Maraqlı şəxs satmışdır. X5 isə torpaq sahəsini satmasını məhkəmədə bildirməmiş, dələduzluq edərək, məhkəmə qətnaməsini əsas götürərək əsassız olaraq ikinci dəfə torpaq sahəsi əldə etmişdir. Maraqlı şəxs torpaq üzərindəki mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX Bərdə Ərazi İdarəsi tərəfindən dövlət reyestrində **********20 nömrə ilə qeydiyyata alınaraq, xx.xx.2011-ci il tarixli çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilmişdir. DƏDRX Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş MA No ******* nömrəli çıxarışdan göründüyü kimi, Naftalan şəhəri, Q.Namazəliyev küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi tam pay hüququ üzrə Maraqlı şəxs xüsusi mülkiyyətindədir və həmin hüquqlar xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs bu yaxınlarda həmin torpaq sahəsinə baxış keçirən zaman orada tikilinin mövcudluğunun şahidi olmuşdur. Halbuki 2011-ci il tarixdə torpaq sahəsini alan zaman ona baxış keçirmiş, orada hər hansı tikili olmadan, boş torpaq sahəsini təhvil almışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Maraqlı şəxs verilmiş torpaq sahəsinə dair plan-ölçü ləğv edilmiş, həmin torpaq sahəsi sonradan Bələdiyyə tərəfindən X6 ayrılmışdır. Məhkəmə işə baxan zaman İ.İmamverdiyevin mülkiyət hüququnun olmamasına baxmayaraq bu faktı araşdırmamış, Maraqlı şəxs mülkiyyət hüququnu pozmuşdur. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər Şöbəsinin hüquqi varisi olan DƏDKR Publik Hüquqi şəxsinin Bərdə Ərazi İdarəsinin Naftalan rayon Şöbəsinin vəzifəli şəxsləri və X5 cinayətkar niyyət üçün əlbir olaraq X7 uzaqda yaşamasında istifadə edərək, onun əmlakını mənimsəmək üçün bu cür cinayətkar sxemdən istifadə etmişdir. X3 faktiki olaraq əmlakından məhrum olmuş, ona məxsus torpaq sahəsi X1, X5 isə buna hüququ olmadığı halda yeni torpaq sahəsi əldə etmişdir. X8 məxsus olmuş torpaq sahəsinə dair isə planölçü etibarsız hesab edildikdən sonra həmin torpaq sahəsi X6 ayrılmış və ona mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsinə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X8 və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 aprel 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105) aşağıdakı dəyişikliklər edillmişdir;

1. 34-cü maddənin ikinci cümləsi çıxarılsın.

2. ikinci bölmənin ikinci yarımbölməsi ləğv edilsin. İddia tələbindən görünür ki, cavabdehə qarşı olan hazırki iddia Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi tərəfindən qəbul edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsində 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin AN 352345 saylı plan ölçüsü sənədinin etibarsız hesab edilməsindən və yeni plan və ölçü sənədinin hazırlanmasından ibarətdir. Göründüyü kimi iddiaçı tərəfindən müraciət düzgün edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halları nəzərə alınmamış, mübahisəyə mülki mühakimə icraatı qaydasında baxaraq, iş üzrə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Məhkəmə qətnaməsi isə inzibati məhkəmələr yarandıqdan sonra, yəni xx.xx.2012-ci il tarixdə qəbul edilmişdir. Ona görə də, hazırkı işə mülki icraat qaydasında baxılması mümkünsüz olmuşdur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Azərbaycan Respublikasının İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası bu normaya əsasən hesab edir ki, iddiaçıya 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin AN 352345 saylı planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi və yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etməli olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq,

Qəraraaldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(052)-229/2012 saylı qətnaməsi ləğv olunsun. İddiaçının “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsində 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin AN 352345 saylı planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi və Cavabdeh müvafiq sərəncama əsasən Naftalan şəhəri «Muğan» bağçılığı adlanan sahənin 11 saylı küçəsinin 47-ci sırasında olan 0,06 ha həyətyanı torpaq sahəsinə görə yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunur ki, 26 iyul 2011-ci il tarixdə 223 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin AN 352345 saylı planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi və yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən onun yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar