Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1028/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə, Cavabdeh3 İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-308/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Günay, Gülay və Ömər adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində JN–422A saylı “Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə”də göstərilən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürərək ona məxsus olan və Şəmkir rayonu Abbaslı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus yataq dəstindən (çarpayı, tumuçka, termo–güzgü), 2 ədəd divandan, 2 ədəd kreslodan, 1 ədəd stoldan, 6 ədəd stuldan, 1 ədəd 3x5 ölçüdə gəvədən, 1 ədəd tək nəfərlik çarpayıdan, 1 ədəd dəmir vedrədən, 2 ədəd şirəli qazandan, 2 ədəd döşəkdən, 4 ədəd 1 nəfərlik yorğandan, 6 ədəd balıncdan, 1 ədəd televizordan, 1 ədəd sandıqdan, 1 ədəd şkafdan və 2 ədəd künclük şkafdan ibarət cehiz əşyalarının barədə haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-308/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Allahyarov) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək Şəmkir rayonu, Abbaslı kəndində yerləşən və cavabdehlərin yaşadığı fərdi yaşayış evindən İddiaçı məxsus yataq dəsti (çarpayı, tumuçka, termo–güzgü), 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd 3x5 ölçüdə gəvə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd dəmir vedrə, 2 ədəd şirəli qazan, 2 ədəd döşək, 4 ədəd 1 nəfərlik yorğan, 6 ədəd balınc, 1 ədəd televizor, 1 ədəd sandıq, 1 ədəd şkaf və 2 ədəd künclük şkaf çıxarılması qət edilmişdir. İddiaçı oğlu apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qətnamədən verilmiş apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya mümkün sayılmamalı və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istər hazırki iddia tələbi, istərsə də qarşılıqlı iddia tələbi qiymətləndirilənməyən iddia tələbləridir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilir. Hazırki halda ilkin iddia tələbi olaraq “evə köçürülmə” tələbi üzrə 100 manat, qarşılıqlı iddia tələbi “cehiz əşyalarının çıxarılması” 100 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı 50 manat mediasiya xərci ödəmiş və 50 manat məhkəməyə dövlət rüsumu olaraq ödəyərək birinci instansiyası məhkəməsinə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu 100 manat dövlət rüsumunu kəsir olaraq 50 manat ödəmiş, birinci instansiyası məhkəməsi dövlət rüsumunun ödənilməməsinə münasibət bildirmədən qarşılıqlı iddia ərizəsini icraata qəbul etmiş və yekun məhkəmə aktında dövlət rüsumunun ödənilməmiş hissələrinə qiymət verməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərkən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı məhkəməyə təqdim etsədə arayışla müəyyən edilmişdir ki, həmin mediasiya sessiası ilə bağlı 50 manat mediasiya xərcini qaşılıqlı iddiaçı deyil İddiaçı ödəmişdir. Belə olan qarşılqlı iddia üzrə tərəf həmin mediasiya arayışına əsasən dövlət rüsumunu ödəməkdən azad deyildir. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı apellyasiya şikayətində isə həm ilk, həm də qarşılqlı iddia üzrə birinci instansiyası məhkəməsi tərəfindən təmin və rədd edilən hissələr üzrə məhkəmə aktını mübahisələndirir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Birinci instansiyası məhkəməsinə ödənilməli olan dövlət rüsumunun məbləği ilk və qarşılıqlı iddia tələbi üzrə ümumilikdə 200 manat təşkil etdiyindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun məbləği 100 manat təşkil edir. İddiaçı isə apellyasiya şikayətinin verilməsi ilə əlkaqədar 50 manat dövlət rüsumu ödəmişdir ki, bu halda da qanunvericiliyin tələblərinə əməl etməmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinə dair Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamdan şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərdiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-308/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya qeyrimümkün hesab edilməli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birgə Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutan, məhkəmə qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-308/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-308/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1028/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1028/2025
24.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver