Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-105/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nünayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)- 121/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.027 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.042 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatda alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə sənədə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 0.027 hektar və 0.042 hektar torpaq sahələri xüsusi mülkiyyət əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5087 saylı rəyindən görünür ki, cavabdeh tərəfin faktiki istifadəsində olan 41.2 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 41.2 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cəunb hissəsində yerləşir.Cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 kv.m hissəsi, RX ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələrində yeləşir. Həmin mübahisəli 23.3 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cənubunda yerləşir. Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə, RX seriyalı ******* nömrəli Çıxarışa və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayonda yerləşən RX seriyalı, №1214134 və RX seriyalı, №1214135 saylı torpaq sahələrində qanunsuz inşa olunmuş tikililərin onun öz vəsaiti hesabına sökülməsi və həmin torpaq sahələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahələrinə mülkiyyət hüququ haqqında RX seriyalı, № 114134 və RX seriyalı, № ******* saylı çıxarışlar verilmişdir. Mülkiyyətində olan həmin torpaq sahələri ilə qonşuluqda olan cavabdeh sərhəd hasarı tikdirmiş və özünə aid istiqamətdə tikinti işləri aparmışdır. Cavabdeh tərəfindən tikinti işləri aparılarkən onun mülkiyyətində olan hər iki torpaq sahələrinin 3 metr, 40 sm enində zəbt edərək özünə aid torpaq sahəsinə əlavə etmişdir. Dəfələrlə müraciət etməsinəbaxmayaraq, mübahisəni sülh yolu ilə öz aralarında həll edə bilməmişdirlər. Cavabdeh əvvəllər etiraf etsə də, sonda haqlı olduğunu, onun mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsində tikilmiş tikililər və torpaq sahəsi Cavabdeh1 anası Cavabdeh2 mülkiyyətində olduğu üçün həmin iş üzrə iddiaçı tərəfindən əsl cavabdeh qismində Cavabdeh2 göstərilə bilərdi. Cavabdeh1 isə Cavabdeh2 oğlu olmaqla mülkiyyətçi deyildir və onun tərəfindən iddiaçının heç bir hüququ pozulmamışdır, ona görə də onun cavabdeh qismində göstərilməsi mümkün deyil. Bundan başqa, cavabdeh tərəf öz torpaq sahəsində tikinti işləri apararkən onun mülkiyyətinə aid torpaq sahəsini zəbt etməmişdir. Çünki, onlar həmin torpaq sahəsini xx.xx.2008-ci ildə alqı-satqı müqaviləsi əsasında almış, alqı-satqıdan sonra 1 il ərzində orada ərazini hasarlamışlar. İddiaçı isə həmin torpaq sahəsini onlardan 9 il sonra, yəni xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Belə olan halda cavabdeh tərəfin onun torpaq sahəsini zəbt etməsi mümkün deyil. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsinin sonradan verilmiş hüquqi sənəd əsasında kimə aid olmasını deyil, faktiki alqı-satqı müqavilələri əsasında alınmaqla kimə məxsus olmasını müəyyən etmək üçün qeyd edilən sənədlər əsasında ekspertiza təyin edilməklə əsaslandırılmış rəy alınmalıdır. Sonradan Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2019-cu il tarixli 11808 nömrəli ekspert rəyi ilə, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən torpaq sahəsi Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 kv.m.) və 0.0021 ha (21 kv.m.) hissəsinin naturada faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi (hakim: Emin Axundov) ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasları olduğundan iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin yerləşdiyi ərazi iddiaçının qanuni sahibliyi və istifadəsindədir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etsə də, öz etirazının əsası kimi heç bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 164, 165.1, 180.1-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən tərəflərin vəkillərinin iştirakı ilə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən torpaq sahəsi mübahisəli yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 kv.m) və 0.0021 ha (21 kv.m) hissəsi naturada faktiki olaraq iddiaçının istifadəsində deyil və cavabdehlər həmin yerdə hasar tikmişlər. Cavabdehlərin vəkili də həmin hasarın cavabdehlərə məxsus olduğunu bildirmişdir. Həmin yerdə başqa şəxslər tərəfindən hasar və ya tikili inşa edilməsi aşkar edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 11 avqust 2022-ci il tarixli, 2(104)-77/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi iə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 180.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1, 217.3, 217.4, 372.1, 372.7, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat Cavabdehlər kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mübahisədə iddiaçının hər hansı əmlakının cavabdehlərin qanunsuz sahibliyində olması halı sübut edilmir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlər ətrafı hasarlamış, içərisində tikililər olan torpaq sahəsini 2008-ci ildə rəsmi alqı-satqı müqaviləsi əsasında almış və bundan sonra onlara həmin torpaq sahəsinin plan sxemi verilmiş və 10 il müddətində, yəni 2018-ci ilə qədər həmin torpaq sahəsi ilə bağlı qonşu torpaqların sahibləri və müvafiq dövlət qurumları onlara qarşı heç bir mübahisə qaldırmamışdır. Həmçinin, iş üzrə məhkəmələr hüquqi əsaslarla deyil, yalnız iddiaçının tələbi əsasında qeyri-müəyyən nəticəyə gəlmişdir ki, guya iddiaçının 64 kv.m. torpaq sahəsini cavabdehlər zəbt etmişlər və onların qanunsuz sahibliyindədir. Əslində, cavabdehlər iddiaçıdan 10 il əvvəl öz istifadəsində olan 8 sot torpaq sahəsini rəsmi sənədlər əsasında almış, hasarlayaraq tikinti işləri aparmaqla istifadə edirlər. Bundan başqa, hazırki mübahisə üzrə cavabdehlərin alqı-satqı yolu ilə aldığı, tikinti məqsədli torpaq sahəsində tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmadan apardığı tikililər özbaşına tikili deyildir. Apellyasiya instansiyası məhkəməsi isə onların tikintisini hüquqi əsas olmadan özbaşına tikili saymışdır. Əlavə olaraq, iş üzrə müvafiq ekspertiza rəyi ilə iddiaçının həmin 64 kv.m. torpaq sahəsinin onların istifadəsində olduğu təsdiq edilməmişdir. Həmin rəydə yalnız göstərilmişdir ki, iddiaçının 64 kv.m. torpaq sahəsi öz istifadəsində deyil. Digər tərəfdən, hazırki işdə iddiaçının özündə olmayan 64 kv.m. torpaq sahəsinin onların hasarının daxilində olduğunu təsdiq edən ekspertiza rəyi yoxdur. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 157.2, 180.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-804/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Elşad Şamayev, hakimlər Elşanə Vəliyeva və Aqil Abbasovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(104)-284/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, göstərdilər ki, cavabbdehlərə məxsus torpaq sahəsinin bir tərəfi çörək sexi, bir tərəfi isə boş olmaqla, cəmi 8 sotdur. Cavabdehlər həmin ərazini 2008-ci ildə almış, 2014-cü ildə isə tikili tikilmişdir. İddiaçı isə torpaq sahələrini 2018-ci ildə almışdır. Cavabdehlər həmin ərazidə 10 il əvvəl yerləşiblər. Həmin ərazidə əvvəllər sürüşmə olmuşdur. İş üzrə əldə edilmiş ekspertiza rəyini qəbul etmirlər. Belə ki, mübahisəli ərazidə sürüşmə halı vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)-121/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)-121/2019 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,027 ha torpaq sahəsinin 41,2 kv.m hissəsindən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,042 ha torpaq sahəsinin 14.4 kv.m hissəsindən çıxarılmalı, cavabdehlər tərəfindən iddiaçının RX ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 23.3 kv.m hissəsində və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,027 ha hissəsində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir. Belə olan halda, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir. Birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və iş üzrə qərarın 8-ci bəndində qeyd olunan məzmunda rəy alınmışdır. Birinci instansiya məhkəməsinin ekspert qarşısında qoymuş olduğu sualda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayonda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmaması və zəbt olunmuşdursa zəbtin hansı hüdudlarda olmasının aydınlaşdırılması zəruri hesab edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, alınmış rəydə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən torpaq sahəsi Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələrinin 0.0043 ha (43 kv.m.) və 0.0021 ha (21 kv.m.) hissəsinin naturada faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ekspert qarşısında qoyulmuş iki sualdan hər hansı birinə cavab verilmədiyini nəzərə almamışlar. Belə olan halda isə iddiaçının istifadəsində olmayan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmək mümkünsüzdür. Göründüyü kimi, ekspert rəyi ilə tərəflərin mülkiyyətində olan torpaqların üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma nəticəsiz qalmış və buna baxmayaraq apellyasiya məhkəməsi iddianın təmin edilməsini qanuni hesab etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında ifadə etdiyi göstərişlərinə uyğun olaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunun-olunmaması, zəbt edilmiş həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilib-edilməməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 0.027 ha və 0.042 ha torpaq sahələri cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün, xx.xx.2024-cü il tarixli 2(104)-105/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5087 saylı rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfin faktiki istifadəsində olan 41.2 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşir.Həmin mübahisəli 41.2 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cəunb hissəsində yerləşir.Cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 kv.m hissəsi, RX ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələrində yeləşir. Həmin mübahisəli 23.3 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cənubunda yerləşir. Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə, RX seriyalı ******* nömrəli Çıxarışa və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. Əldə edilmiş ekspert rəyi məhkəmə iclasında tədqiq olunaraq, digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin rəylərin qanuniliyi və əsalılığı heç bir şübhə doğurmamışdır. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, cavabdeh tərəfin faktiki istifadəsində olan 41.2 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 41.2 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cənub hissəsində yerləşir.Cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 kv.m hissəsi, RX ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşir. Həmin mübahisəli 23.3 kv.m və 14.4 kv.m torpaq sahələri, müvafiq olaraq RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlarda göstərilən torpaq sahələrinin cənubunda yerləşir. Həmçinin, ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsi ilə, RX seriyalı ******* nömrəli Çıxarışa və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh tərəfin faktiki istifadəsində olan 41.2 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşməsi, cavabdeh tərəfin inşa etdiyi tikilinin altında yeləşən torpaq sahəsinin 23.3 kv.m hissəsi, RX ******* nömrəli Çıxarışa, 14.4 kv.m hissəsi isə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahələrində yerləşməsi iş üzrə əldə edilmiş ekspert rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)-121/2019 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,027 ha torpaq sahəsinin 41,2 kv.m hissəsindən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,042 ha torpaq sahəsinin 14.4 kv.m hissəsindən çıxarılmalı, cavabdehlər tərəfindən iddiaçının RX ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 23.3 kv.m hissəsində və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,027 ha hissəsində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülməli, iddia qalan hissədə rədd edilməlidir. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat təşkil etmişdir ki, həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 390, 392- 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(044)- 121/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,027 ha torpaq sahəsinin 41,2 kv.m hissəsindən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0,042 ha torpaq sahəsinin 14.4 kv.m hissəsindən çıxarılsınlar. Cavabdehlər tərəfindən iddiaçının RX ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 23.3 kv.m hissəsində və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,027 ha hissəsində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülsün. İddia qalan hissədə rədd edilməsin. İş üzrə ekspertiza xərci cavabdehlərə aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-105/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-105/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver