Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1053/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 nümayəndəsi Nümayəndə və Bərdə rayonu İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbin direktoru X* iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *3 yanvar 2025-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 30 avqust 2000-ci il tarixdə Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində U.B.T(uşaq birliyi təşkilatçısı) vəzifəsinə, 0* sentyabr 200*-ci il tarixdə isə həmin məktəbə ixtisası üzrə dil-ədəbiyyat müəllimi təyin edilmişdir. Cavabdeh məktəbin direktoru X* 27 iyun 2024-cü il tarixli, 28 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəbin direktoru tərəfindən barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli 28 nömrəli əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildə Təfəkkür Universitetini “filologiya (azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə bitirmişdir. xx.xx.2000-ci ildən əmək fəaliyyətinə başlayıb Bərdə rayonu Uğurbəyli kənd tam orta məktəbində U.B.T vəzifəsinə təyin edilmişdir. 0*.09.200*-ci ildən xx.xx.2024-cü ilədək məktəbdə ixtisası üzrə dil-ədəbiyyat müəllimi işləmişdir. Məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 28 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, işlədiyi 24 il müddətində işinin öhdəsindən layiqincə gəlmişdir və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmişdir və rəhbərlik tərəfindən hər hansı irad almamışdır. İşdən çıxarılmağından məlumatı olmamış, yalnız bu barədə iş yoldaşları bildirdikdən sonra maraqlandıqda ona məlum olmuşdur ki, guya öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmışdır və bu səbəbdən işdən azad edilmişdir. Ərizədəki imzanın ona məxsus olmaması ilə bağlı xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş edir. İşdən azad edilməyi barədə məlumat aldıqdan sonra həmin gün əmri əldə etmiş və işə bərpa üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh təşkilat orada iştirak etmədiyindən ona *6.08.2024-cü il tarixli arayış verilmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(02*)-3*2/2024 nömrəli iş üzrə qəbul etdiyi *3 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə rayon Uğurbəyli kənd İ.Həsənoğlu adına tam orta məktəbin direktoru X* qəbul etdiyi 27 iyun 2024-cü il tarixli 28 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işi olan Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına və bildirişlər göndərilməsinə, sorğu verilməsinə baxmayaraq cavabdeh təşkilatlar məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəməyə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı materialları təqdim etməmişlər. Ərizə məhkəməyə təqdim edilmədiyindən bu halda xətşünaslıq ekspertizasının aparılması da mümkün deyil. İş materiallarından və iddiadan göründüyü kimi cavabdeh təşkilatlar İddiaçı əmək müqaviləsinə qanuni və əsaslı səbəbdən xitam verilməsini sübut edə və əsaslandıra bilməmişlər. Belə olan halda iddia əsaslıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2, 3.3, 5, 42, 68.*, 68.2, 70, 72, 83.*, 294.*, 296.2, 296.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, *07, 2*7.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasına üzrlü səbəbdən gecikmişdir. Bu məsələyə dair nümayəndə idarəyə izahat təqdim edərək, gecikmənin səbəbini açıqlamış və üzrlü sayılmasını xahiş etmişdir. Gecikmənin səbəbi müvafiq bildirişlərin vaxtında alınmaması və təşkilati məsələlərlə bağlı yaranan çətinliklər olmuşdur. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə əsas olan iddiaçının ərizəsi məhkəməyə təqdim oluna bilməmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iş materiallarında olan əmrin surətindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi qeyd edilsə də, bu təşəbbüsün nədən ibarət olduğu və hansı səbəbdən qaynaqlandığı, cavabdeh təşkilat tərəfindən təşəbbüs irəli sürülübsə bunun səbəbi məhkəməyə aydın olmamışdır. Bununla bağlı bildirilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.9-cu maddəsinə əsasən təhsilverənlərin əsas vəzifələrindən biridə qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçməkdir. Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər sertifikatlaşdırma prosesində iştirak edirlər. Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr edilir. Belə ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2022-ci il qərarına uyğun sertifikatlaşdırma nəticəsinə görə keçid balını toplamış dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə *0 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə isə tədris edilən dərs saatına görə 35 faiz əlavələr edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-*.2-ci maddəsinə uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 30 aprel 2022-ci il *55 nömrəli qərarı (bundan sonra-qərar) ilə təsdiq edilmişdir. Qərarın 5.2 maddəsinə uyğun olaraq üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər * (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmçinin 5.3-cü maddəsinə müvafiq olaraq təkrar sertifikatlaşdırmada bu qərar ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər, yəni 3.*4-cü maddəsinin tələbləri ödənilmədikdə təhsilverən sertifikatlaşdırmadan keçməmiş hesab olunur. İddiaçı 2023-cü il Azərbaycan dili və ədəbiyyat fənnindən sertifikasiyada iştirak etmiş və *7 bal toplayaraq uğur əldə etməmişdir. 2024-cü ildə təkrar sertifikasiyada iştirak edən iddiaçı 26 bal toplamış, lakin təkrar sertifikasiyadan keçməmişdir. Qərarın 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsil verənlərlə bağlanmış əmək müqaviləsi, sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlanana qədər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Lakin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən təkrar sertifikasiyadan keçməyən şəxslərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmr İdarəyə daxil olmamışdan əvvəl, İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsaslanaraq, məktəbin direktoru X3 tərəfindən İddiaçı ərizəsinə əsasən, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Qətnamədə bundan başqa qeyd olunur ki, iş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən dəvət edilərək ona əmək müqaviləsinə xitam verilməsinin səbəbi göstərilməmiş, əmrlə və iş materialları ilə tanış edilməmişdir. xx.xx.2024-cü il tarixdə Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru X3 tərəfindən, İddiaçı ərizəsinə əsasən, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq həyata keçirilmiş və əmrin surəti, əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsində iddiaçının əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə əsas olan ərizə məhkəməyə təqdim edilməmişdir. Lakin hazırda apellyasiya instansiyasında həmin ərizə mövcuddur və məhkəməyə təqdim olunur. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilməsinə dair qətnaməsi əsassız hesab edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə və Bərdə rayonu İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbin direktoru X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə ** "b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 68.2 "a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin *-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 2*7. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki iş üzrə mövcud mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Belə ki, Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəb ilə iddiaçı arasında bağlanmış 0*.09.200*-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, iddiaçı məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə işə qəbul edilmişdir. Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 28 №-li əmrdən görünür ki, qeyd edilən “Əmək müqaviləsinə” iddiaçının öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmrdə, əmrin verilməsi üçün əsas kimi iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə göstərilmişdir. Qeyd edilən bu ərizədən görünür ki, məktəbin direktoruna müraciət edən iddiaçı 27 iyun 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Hazırda iddiaçı bildirir ki, həmin ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. İddiaçının yuxarıda qeyd edilən dəlilinin araşdırılması məqsədi Məhkəmə tərəfindən ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmşdir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş *6.07.2025-ci il tarixli, 4/*036 nömrəli ekspert rəyində qeyd olunur ki, “ekspertizaya təqdim edilmiş, mülki işin *35-ci vərəqində iddiaçının adından olan xx.xx.2024-cü il tarixli ərizənin mətni və həmin ərizədə “İddiaçı” adından əvvəl yerləşən imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, 28 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin verilməsi üçün əsas kimi göstərilmiş ərizənin mətni və imza iddiaçı tərəfindən icra olunmamışdır. Cavabdehlər bunun əksini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin *4.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, hesab edilməlidir ki, iş üzrə tərəflər arasındakı əmək münasibətlərinə xitam verilməsi barədə mübahisələndirilən əmr etibarsızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.*-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biri kimi tərəflərin birinin təşəbbüsü göstərilmşdir. Göstərilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəb üzrə verilmiş 28 nömrəli, xx.xx.2024-cü il tarixli əmr Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə tələb əsaslıdır. Həmin tələbi təmin edən Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, işə baxan Rayon Məhkəməsi, məhkəmə xərclərinə aid məsələni düzgün həll etməmişdir. Belə ki, Rayon Məhkəməsi hesab etmişdir ki, dövlət rüsumu hər iki cavabdehdən müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Halbuki, iş üzrə cavabdehlər olan Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2 dövlət büdcəsindən maliyyələşən qurumlardır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.*-ci və 9.*.*4-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, Məhkəmə hesab edir ki, “iş üzrə ödənilməli olan *00 manat dövlət rüsumu cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin” hissəsi qətnamədən xaric edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.*-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *3 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamənin “iş üzrə ödənilməli olan *00 manat dövlət rüsumu cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin” hissəsi qətnamədən xaric edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1053/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1053/2025
20.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver