Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1054/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X10 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh X5 vəkili X26 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-1647/2022 saylı 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı cavabdeh X7 qarşı “mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi”nə dair iddia tələbinın təmin olunmaması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-422/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov - sədrlik edən və məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi işə apellyasiya qaydasında yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.01.24-cü il tarixli 2(104)-1054/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-422/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X9 və anası X18 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasına, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X9nun mülkiyyətində Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bu barədə JN- 362A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsində valideynlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evi olmuş, lakin evin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. O və digər bacı-qardaşları həmin evdə doğulub boya-başa çatmışlar. Bərdə rayon dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X9nun, anası X28 və onun həqiqətən Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsi olmuş və bu hal təsərrüfat başına kitabda qeydə alınmışdır. X46 xx.xx.2008-ci ildə, X47 xx.xx.2016cı ildə və qardaşı X41 isə mübahisəli əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389/2022 saylı məktubundan da görünür ki, valideynləri X48 və X47 vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzərində yerləşən evə buraxmır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X9nun mülkiyyətində Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Bu barədə JN-362A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsində valideynlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evi olmuş, lakin evin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. O və digər bacı-qardaşları həmin evdə doğulub boya-başa çatmışlar. Bərdə rayon dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli, 40 saylı arayışından görünür ki, X9nun, anası X28 və onun həqiqətən Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsi olmuş və bu hal təsərrüfat başına kitabda qeydə alınmışdır. X46 xx.xx.2008-ci ildə, X47 xx.xx.2016-cı ildə və qardaşı X41 isə mübahisəli əmlakı qəbul etmədən xx.xx.2022-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 389/2022 saylı məktubundan da görünür ki, valideynləri X48 və X47 vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzərində yerləşən evə buraxmır. Birinci instansiya məhkəməsi isə çəkişmə prinsipini pozmaqla məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 14:10-a təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən İddiaçı Qarkişi qızı, işə üçüncü şəxs qismində cəlb edilmiş X19, X11, X31, X32, X33 və X42 məhkəmə iclasına gəlməmiş, cavabdeh X2 vəkili məhkəmə iclasına gəlmiş olsa da özü gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini miras əmlakdan payının müəyyən edilməsinə və evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izah etmişdir ki, valideynlərinin ölümündən sonra onların Haqverdi, Xudaverdi, Elbrus, Fehruz, Nailə və onun özü Reyhandan ibarət 6 övladı qalmışdır. Övladlardan qardaşı Fehruz 2021-ci ildə ölmüş, digər bacı-qardaşları isə ayrı-ayrı ünvanlarda yaşayırlar. Hesab edir ki, digər vərəsələr mirası qəbul etməmişlər, ona görə də validenylərindən qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasa bötövlükdə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X20 izahat verib bildirdi ki, o, 30 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşayır. İddiaçı 1985-ci ildə ərə gedərək həmin evdən köçmüş və ər evində yaşamış, daha sonra Bakı şəhərinə köçərək orada yaşamışdır. Mərhum qayınX9 2008-ci ildə vəfat etmişdir.Qaynatası və qaynanasının Haqverdi, Xudaverdi, Elbrus, Fehruz, Nailə və Reyhan adında 6 övladı olmuşdur. Onlardan əri Fehruz Tağıyev 2021-ci ildə vəfat etmişdir. Fehruz Tağıyevlə birgə nikahdan İsmayıl və Gülsanə adında iki övladı vardır. Hesab edir ki, iddiaçı mirası qəbul etməmişdir, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 vəkili X49 apellyasiya şikayətinin əsassız olduğunu bildirib həmin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və cavabdehin vəkilini dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 300067 nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X50 ilə İddiaçı xx.xx.1985-ci il tairxdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-362A KOD 61000088 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X29, X28, X21, X5, X22 və X12 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, Bərdə rayonu Soğanverdilər kəndində 0.17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,7 kv.m olan fərdi yaşayış evi 6 nəfər şəxsin - X29, X5, X28, X21, X12 və X22 ümumi birgə mülkiyyətinə verilmişdir, yəni hər birisinin həmin əmlakdakı payı ümumi əmlakın 1/6 hissəsini təşkil edir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuşdur. X9, anası X34r. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş AZ seriyalı 398222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1963-cü ildə doğulmuşdur. X9, anası X34r. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 247007 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X46 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ №735475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.2016-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ №229537 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş AZ seriyalı 749031 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Natəvan Təşkilat qızı ilə xx.xx.1993cü il tarixdə nikah bağlamış, bu barədə nikah akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş, nikah bağladıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx.xx.2010-cu ildə təkrar verilmiş AZ seriyalı 444416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.1993-cü ildə doğulmuşdur. X4, anası X8r. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx.xx.2010-cu ildə təkrar verilmiş AZ seriyalı 444392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1994-cü ildə doğulmuşdur. X4, anası X8r. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X46 özünə məxsus olan mülki, yəni 2 mərtəbəli 4 otaqlı evini, həyətyanı torpaq sahəsini və özəl pay torpağını öz doğma qızıİddiaçı verilməsini vəsiyyət etmişdir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivindən verilmiş 40 nömrəli xx.xx.2022-ci i tarixli Arxiv arayışında qeyd olunur ki, Rayon Dövlət Arxində 152 sayılı fondda mühafizə olunan Bərdə rayon sabiq Kətəlparaq kənd Sovetliyinin Soğanverdilər kəndinə aid 1980-1982-ci illər üzrə 10 saylı Təsərrüfatbaşına kitabın 661 sayılı şəxsi hesabına əsasən ataX46, ana- X47 qızı İddiaçı həqiqətən onların qızı olduğu və atanın adına olan torpaq sahəsinin 0.17 olduğu qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli Məktubda qeyd olunmuşdur ki, X36 məxsus olmuş, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizənizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, ərizənizin icrasının təmin olunması məqsədilə Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə İdarənin mühəndis inventarlaşdırıcısı həmin ünvanda olmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evi üzərində mübahisə vardır. Belə ki, evdə faktiki yaşayan şəxslər müayinə baxışı keçirilməsinə icazə verməmiş və bir nəfər şəxs bildirmişdir ki, evin gəlnidir, ev ona qaynatasından qalmış, uzun müddətdir ki, həmin evdə yaşayırlar. Bu səbəbdən də sözügedən evdə onların da payları vardır. Bildirmişlər ki, fərdi yaşayış evindən onlara düşəcək paylar müəyyən oldunduqdan sonra evin sənədləşdirilməsinə etiraz etməyəcəklər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa görə Bərdə rayonu Soğanverdilər kəndində 0.17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,7 kv.m olan fərdi yaşayış evi 6 nəfər şəxsin - X29, X5, X28, X21, X12 və X22 ümumi birgə mülkiyyətinə verilmişdir. X46 ilə X28 ər-arvadlıq münasibətlərindən X23, X14, X37 və X35 adında 4 oğlu, X38 və İddiaçı adında 2 qızları olmuşdur. X46 xx.xx.2008-ci ildə, X47 xx.xx.2016-ci ildə, uşaqlardan X35 xx.xx.2021-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra 3 nəfər birinci növbəli vərəsəsi – arvadı və iki uşağı qalmışdır. Mülkiyyətçilər X46 və X47 öldüyünə görə onların ölümündən sonra qalmış mirasa vərəsəlik açılmış, vərəsələrdən heç biri üç ay müddətində mirasdan imtina etməmişdir, hər bir halda məhkəməyə bu kimi sübut təqdim olunmamışdır. X35 isə valideynlərindən qalmış mirası qəbul etmiş, daha sonra isə 2021-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra qalmış mirası onun birinci növbə vərəsələri olan arvadı Natəvan, uşaqları İsmayıl və Gülsanə qəbul etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də cavabdeh X8r. iddia tələbində qeyd olunmuş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yəni özbaşına tikilidir. Qanuvericilik isə özbaşına tikiliyə mülkiyyət hüququnun hazırkı hüquq münasibətlərində tanımır. Həmçinin məhkəmə iddia tələbinin evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb qeyrimüəyyən olaraq irəli sürülmüşdür. Yəni cavabdeh tərəfindən hansı manelərin olduğu müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X27 13 avqust 2008-ci ildə və X21 xx.xx.2021-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1256-ci maddəsinsə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi əlyazma vəsiyyətnmə adlandırılan yazıya istinad edərək atasının əmlakını ona vəsiyyət etdiyini göstərmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndində göstərilir ki, notariusun apardığı bütün notariat hərəkətləri kağız və elektron və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Hərbi vəziyyətin elan edilməsi, habelə təbii fəlakətlər, texnoloji qəzalar və fövqəladə xarakter daşıyan digər hallar zamanı dövlət orqanlarının elektron informasiya sistemlərinin, o cümlədən “Elektron notariat” informasiya sisteminin fəaliyyətində fasilələr baş verdiyi halda notariat hərəkətləri bu Təlimatda nəzərdə tutulmuş qaydada kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Kağız formada aparılan reyestrlərin tətbiqi tarixi və müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Kağız daşıyıcıda olan reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır. İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir. Notariusların rəsmiləşdirdiyi notariat hərəkətləri reyestrdə qeyd edilir. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər: vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə “2-V” reyestrinə. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş vəsiyyətnamədən isə həmin vəsiyyətnamənin qanunvericiliklə tələb olunan formada tərtib edilmədiyi və qeydə alınmadığı müəyyən olunduğundan kollegiya həmin sənədi əhəmiyyətsiz əqd hesab edir. Əhəmiyyətsiz əqd isə Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə X51 və X47 vəfat etdiyindən və qanun üzrə birinci növbə vərəsələrdən heç birisi mirasdan imtina etmədiyinə görə Bərdə rayonu Soğanverdilər kəndində 0.17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,7 kv.m olan fərdi yaşayış evindən onların birinci növbə vərəsələri olan 6 uşağının hər birinə çatacaq pay X51 və X28 hər birinin ümumi əmlakdakı payının 1/6 hissə təşkil etdiyi nəzərə alınmaqlar 2/36 hissədən ibarət olacaqdır. Belə olan halda X15 özünün də həmin əmlakın 1/6 və ya da 6/36 hissəsinin mülkiyyətçisi olduğu nəzərə alınanda valideynlərinin ölümündən sonra X15 miras əmlakdakı payı ümumilikdə 8/36 pay təşkil edəcəkdir. X39 da öldüyünə görə onun payı birinci növbə vərəsələri olan arvadı Natəvana, uşaqları Gülsanə və İsmayıla keçdiyindən onların mirasdakı payları (özlərinin hər birisinin həmin əmlakın 1/6 hissəsinin və ya da 6/36 hissəsinin mülkiyyətçisi olduğu nəzərə alınmaqla) 13/54 hissə, digər 5 vərəsənin, yəni X23, X14, X37, Nailə Qarakişi qızı və İddiaçı hər birinin payı 3/54 hissə təşkil edəcəkdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilərək X24 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində yerləşən **********32-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,17 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən qanun üzrə vərəsələrə çatan paylar yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. İddiaçı evə köçməyinə cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi xahiş etdiyindən, onun daşınmaz əmlaka mülkiyyət hüququ müəyyən edildiyindən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(021)-1647/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bərdə rayonu Soğanverdilər kəndində yerləşən **********32-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən X36 və X40 aid ümumilikdə 2/6 hissə əmlakdan X6, X3, X16, X17 və İddiaçı Qarikişi qızının hər birinin payı 3/54 hissədə, X30 vəfat etdiyindən onun birinci inövbə vərəsələri olan X5, X12 və X22 hər birinin payı 13/54 hissədə müəyyən olunsun. İddiaçı evə köçməsinə cavabdeh X20 tərəfindən yaradılan maneələr qanunsuz hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1054/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1054/2024
25.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver