Məhkəmə qərarları › İş №2(104)-106/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-106/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-106/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hüseynquli qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X1, Cavabdeh hüquqi varisi X8 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir.

2. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 094F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə Cavabdeh, X2, X3 və X8 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. İddiaçı onun torpağının bir hissəsinin qonşusu Cavabdeh zəbt edərək istifadə etməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında ona məxsus olan 0,39 ha torpaq sahəsinin 0,13 ha hissəsinin Cavabdeh alınıb, ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan onun nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə 0,39 ha torpaq sahəsinin sərhədlərinin sənəd üzrə yerində müəyyən olunması və Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin azad edilərək iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 10 aprel 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 haya dək torpaq sahəsi vardır. Cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə kordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

5. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 haya dək torpaq sahəsi vardır.Cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə kordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

7. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim olunmuş “X6”nin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyinə əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən İddiaçı məxsus olan JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.39 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi rədd olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, “X6”nin ekspert rəyi işin faktiki hallarına uyğun olmadığından əsas götürülə bilməz.

10. Məhkəmə əlavə ekspertiza rəyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməsi müəyyən olunmur. Buna görə də, iddia əsassızdır.

11. Birinci instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

12. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2368/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuşdur.

13. “X6”nin 16 yanvar 2021-ci il tarixli, 431 nömrəli ekspert rəyinə əsasən, JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı məxsus 0.39 ha həyətyanı torpaq sahəsinin şimal-qərb tərəfindən 0.04 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir. 14.Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 16 mart 2021-ci il tarixli, 2(104)-434/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilərək cavabdehin iddiaçıya məxsus olan 0.04 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “X6”nin xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəyi torpaq sahələrinin koordinatları göstərilməklə, kifayət qədər aydın tərtib edildiyindən həmin rəy işin faktiki hallarının müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir.

Kassasiya instansiya məhkəməsində icraat

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyləri arasında olan ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

17. Kassasiya icraatı zamanı məlum olmuşdur ki, kassator vəfat etmişdir. Onun hüquqi varisi-arvadı X11 prosesə cəlb edilməsini xahiş etmiş, məhkəmə vəsatəti qəbul edərək vərəsəni hüquq varisi kimi prosesə cəlb etmişdir. 18.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4559/2021 saylı qərarı ilə (sədrlik edən və məruzəçi İsmayıl Xəlilov, hakimlər Ələsgər Əliyev və Mehparə Əhmədovadan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(104)-434/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh hüquqi varisi X11 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(066)-319/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq: 22.Mülki Məcəllə Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

23.Mülki Prosessual Məcəllə Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

24. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 26.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 27.İşin mübahisəsiz halı bundan ibarətdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni nömrəli qərarları əsasında iş üzrə tərəflərə qonşu torpaq sahələri verilmişdir.

28. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə əsaslandıraraq, hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. 29.Halbu ki, həmin rəydən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 haya dək torpaq sahəsi vardır.Cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. 30.Digər tərəfdən, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim olunmuş “X6”nin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyinə əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən İddiaçı məxsus olan JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.39 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir. 31.Bundan başqa, apellyasiya məhkəməsində birinci icraat zamanı “X6”dən xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəy əldə edilmiş və həmin rəylərin giriş və əsaslandırıcı hissələri sözbəsöz eynilik təşkil etsə də, ancaq nəticə hissləri fərqli olmuşdur. Belə ki, “X6”nin xx.xx.2021-ci il tarixli, 431 nömrəli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuş, həmin Mərkəzin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.04 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuşdur. 32.Kollegiya qeyd edir ki, iş materiallarında bir-birindən fərqlənən müxtəlif (dövlət və özəl ekspertiza rəyləri) rəylər mövcuddur və birinin nəticəsi digərini təkzib edir. Hazırkı mübahisənin obyektiv və tam araşdırılması, həll edilməsi üçün sübutların qiymətləndirilməsi baxımından mötəbər - təkzibedilməzlik qüvvəsinə malik sübut növünün olması vacibdir. 33.Buna görə də, ikinci apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və mübahisəli əraziyə baxış keçirilməsi zamanı iddiaçı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ekspertizanın keçirilməsinə etiraz etdiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, buna görə də ekspertiza qərardadı icra olunmadan geri qaytarılmışdır. 34.X7 Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(104)-1075/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. 35.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 iyun 2023-cü il tarixli, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan 0.26 ha torpaq sahəsinin naturada olan faktiki istifadə vəziyyəti ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 095F kod ******* saylı şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.39 ha həyətyanı torpaq sahəsinin konfiqurasiya fərqi və ölçüləri arasında uyğunsuzluqlar olduğu aşkar olundu. Torpaq sahəsinin naturada olan faktiki parsel cizgiləri ilə şəhadətnamədə göstərilən cizgilər müxtəlif konfiqurasiyalarda və ölüçülərdədir.Cavabdehin istifadəsində olan 0.1178 ha-dək torpaq sahəsinin naturada olan faktiki istifadə vəziyyəti ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 094F kod ******* saylı şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvləri-X9, X10 və X8 mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin konfiqurasiya fərqi və ölçüləri arasında uyğunsuzluqlar olduğu aşkar olundu. Torpaq sahəsinin naturada olan faktiki parsel cizgiləri ilə şəhadətnamədə göstərilən cizgilər müxtəlif konfiqurasiyalarda və ölüçülərdədir.Həm iddiaçı, həm də cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahələrinin naturada müəyyən edilən faktiki ölçüləri həmin torpaq sahələrinin konfiqurasiya fərqlərinin və faktiki istifadə ölçülərinin arasında olan uyğunsuzluqlara əsasən İddiaçı məxsus 0.39 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh X4 (X12) tərəfindən istifadə olunduğunu müəyyən etmək mükün olmamışdır. 36.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi olan Vəkil yazılı vəsatətini kollegiyaya təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən rəyin verilməsindən qərəzli olaraq imtina edildiyini, ona görə də mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə məhkəmə kollegiyasının yerli baxış keçirilməklə, rəy əldə edilməsini xahiş etmişdir. 37.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin yerqurluşunun təşkili şöbəsinin mühəndisi Elmar Aslanovun mütəxəssis qismində iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edilmiş, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş və uyğun olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əldə edilmişdir. 38.Həmin rəylə müəyyən olunmuşdur ki, İddiaçın mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-095F (kod-********) nömrəli Şəhadətnaməsində öz əksini tapmış olduğu ərazinin kompleks yerquruluşu layihəsi ilə həmin torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələrinin naturada(yerində) faktiki yerləşmə vəziyyətləri arasında ciddi uyğunsuzluq halları müəyyən olunmuşdur. Bu səbəbdən də JN-095F(kod-********) nömrəli Şəhadətnaməsində öz əksini tapmış olduğu ərazinin kompleks yerquruluşu layihəsi ilə həmin torpaq sahəsi və qonşuluqda yerləşən torpaq sahələrinin naturada(yerində) müəyyən etmək mümkün olmamışdır.Lakin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında göstərilən sənəd nömrəsi 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsinə istinad edilmişdir Belə ki, 95F saylı Şəhadətnaməyə əsasən 0,36 ha həyətyanı torpaq sahəsi naturada(yerində) müəyyən olunmuşdur. İddiaçı faktiki olaraq təqdim etdiyi torpaq sahəsi 0,26 ha təşkil edir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən 95F saylı Şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən İddiaçı mülkiyyətində olan 0,36 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsinin cavabdehlərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Üst-üstə düşən 0,05 ha torpaq sahəsinin 0,01 ha hissəsi **********22-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. 39.Göründüyü kimi, üst-üstə düşən 0,05 ha torpaq sahəsinin 0,01 ha hissəsi **********22- 10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən olunduğundan, qalan 0,04 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunur. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin hallarına uyğun gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh hüquqi varisi X11 “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0,04 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. 41.Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti-texniki və torpaqşünaslıq tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 42.Kollegiya məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh hüquqi varisi X5 tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. 43.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ :

Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh hüquqi varisi X11 “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0,04 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh hüquqi varisi X5 tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar