Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1064/2025 02.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdehlər X9 və qeyrilərinə qarşı sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-05/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən cavabdeh X9 və nümayəndəsi (vəkil) X6 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli xüsusi icraat qaydasında qəbul edilmiş qətnamə ilə ərizəçilər Ərizəçi və X3 ərizəsi təmin edilmiş, 4 mart 1968-ci il təvəllüdlü, 11 may 1992-ci ildə həlak olmuş X1 valideynlərinin ərizəçilər olması faktı müəyyən edilmişdir. 18 avqust 2020-ci il tarixli aktla Gəncə şəhəri Kəpəz Rayonu Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinə baxılması üçün əvvəlcə icraatın bərpa edilməsinin zəruri olduğu qeyd edilərək apellyasiya şikayəti geri qaytarılmışdır. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı “itirilmiş məhkəmə icraatının bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ərizənin təmin olunması, ərizəçilər Ərizəçi və X3 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 2-342/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Ərizəçi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1447/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Rəhman Şaban oğlu və X4) Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqları şəxs Ərizəçi Rza oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-192/2025 nömrəli xx.xx.2025-ci il qərarı ilə Ərizəçi kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)-1447/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-342/2007 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliyə uyğun hesab edilərək, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsə də, birinci instasiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu tam yoxlamadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1064/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1064/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver