Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-107/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahələrindən çıxarılma, eləcə də maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(021)-1391/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Divanlı kəndində kənd təsərrüfatı təyinatlı 1.02 ha torpaq sahəsi İddiaçı, X7, X6, X8 və X4 ümumi birgə mülkiyyətindədir;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.96 ha torpaq sahəsi İddiaçı, X7, X6, X8 və X4 ümumi birgə mülkiyyətindədir;
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0576 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir;
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.3784 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir;
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.7717 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir;
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud TEKUİS-ə RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu və Cavabdeh5 tərəfindən istifadə edilmir, lakin məlum oldu ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir (tərtib edilmiş sxemdə öz əksini tapmışdır) Qalan hissəsi isə digər şəxslər tərəfindən istifadə edilir; Elektron məlumat bazasında mövcud TEKUİS-ə əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilməmişdir, digər şəxslər tərəfindən istifadə edilir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4353 nömrəli ekspert rəyindən görünür ki, elektron məlumat bazasında mövcud M.Əsədov adına Agrofirmanın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1.02 ha torpaq sahəsinin və ona tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA 548669 nömrəli torpaq sahəsinin planı ve ölçüsü sənədindəki koordinatlarla müqayisə edilmiş və məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsindən cavabdeh X13 0.35 ha hissəsindən X11 isə 0.09 ha hissəsindən istifadə edir. Həmçinin rəydə bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq, torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Odur ki TEKUİS-nə əsasən müqayisə etdikdə isə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1.02 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2, X13 tərəfindən istifadə edilmir, lakin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilir. TEKUİS məlumat bazasına əsasan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı və ailə üzvlərinin xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 0.96 ha torpaq sahəsi, xx.xx.2023-cu ii tarixli ********** qeydiyyat nömrəli çıxarışla X1 adına rəsmiləşdirimişdir və hal-hazırda da onun tərəfindən naturada istifadə edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017ci il tarixii, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.96 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 1.0576 ha torpaq sahəsinin koordinatları sənəd üzrə üst-üstə düşmür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 12200 manat və Cavabdeh1 10800 manat alınıb ona verilməsi, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 Bərdə rayonu Divanlı kəndində yerləşən ona məxsus 1,02 ha torpaq sahəsi üzərində və Cavabdeh1 0,96 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərin onun və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1,02 ha və 0,96 ha torpaq sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1996-cı ildə ona Bərdə rayon Divanlı kəndində 0.96 ha torpaq sahəsi və 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Divanlı kəndi ilə həmsərhəd Ərəblər kəndi ərazisində 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan müvafiq olaraq 1.02 ha və 0.96 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarını qeydə alınaraq 21 noyabr 2017-ci il tarixdə RX ******* və RX ******* saylı Çıxarışlar verilmişdir. Cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 Bərdə rayon Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsini, digər Cavabdeh1 isə Ərəblər kəndində yerləşən 0.96 ha torpaq sahəsini zəbt edib mülkiyyət hüquqlarını pozaraq uzun illərdir onlara məxsus torpağa sahiblik etməklə qazanc əldə etmişlər. Dəfələrlə cavabdehlərdən torpaqdan çıxmalarını tələb etsə də, lakin nəticə olmamışdır. Həmçinin qeyd etmişdir ki, cavabdehlər 10 il rəzində onların torpaq sahələrindən istifadə etməklə əsassız varlanmışlar.
10. Bərdə Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(021)-1391/2020 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) İddiaçı cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 Voraşil oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulma, torpaqdan çıxarılma və maddi ziyan” tələbinə dair iddia tələbinin təmin edilməməsi; Ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, həmçinin Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmişdir. Bundan əlavə, iddianın təmin edilməməsinin səbəbi kimi ona məxsus torpaq sahəsinin məkan göstəricilərini əks etdirən sənəd təqdim edilməməsi və buna görə də mütəxəssis rəyi alınmasının mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclasında iştirak edə bilmədiyindən torpaq sahəsinin plan və ölçü sənədini məhkəməyə təqdim edə bilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli 2(104)-214/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(021)-1391/2020 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi; İddia tələbinin qismən təmin edilməsi; Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin zəbt etdiyi 0.84 ha hissəsindən çıxarılması; İddianın qalan hissədə təmin edilməməsi; Ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
16. İddiaçı, həmçinin Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişlər və şikayətlər mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023cü il tarixli 2(102)-1003/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(104)- 214/2022 nömrəli qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
f) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, ona məxsus Bərdə rayonu Divanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsini Cavabdeh1 istifadə edir. Həmin kənddə yerləşən ona məxsus 1.02 ha torpaq sahəsini isə cavabdehlər Cavabdeh2 və X13 istifadə edirlər. Əvvəlki apellyasiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş, lakin qoyulmuş suallara düzgün cavab verilməmişdir. Belə ki, əvvəlki birinci apellyasiya icraatı zamanı iclasda da bildirmişdir ki, ona məxsus 0.96 ha torpaq sahəsini Cavabdeh1 qanunsuz istifadə edir. Buna uyğun olaraq da məhkəmə tərəfindən bu barədə sual qoyulmuşdur. Lakin buna baxmayaraq suala cavab olaraq rəydə göstərilmişdir ki, İddiaçı məxsus 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Bundan sonrada əvvəlki icraat zamanı işə baxan məhkəmə kollegiyası həmin rəyə uyğun qərar qəbul etmişdir. Lakin o, həmin rəylə razı deyi. Əsas cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9r. Digər cavabdehlərə qarşı hər hansı tələbi yoxdur. İş üzrə ekspertiza təyin edilməsinə etiraz etmir.
19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (oğlu) X10 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, atası Cavabdeh1 iddiaçıya məxsus Bərdə rayonu Divanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsinin yanında torpaq sahəsi vardır. İddiaçıya məxsus torpaq sahəsini onlar deyil, Bəxtiyar adlı şəxs tərəfindən istifadə edilir. İş üzrə ekspertiza təyin edilməsinə etiraz edir.
19. Hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
27. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
28. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
36. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(102)-1003/2023 nömrəli qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(104)-214/2022 nömrəli qətnaməsi iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir, qətnamənin qalan hissələri isə dəyişdirilmədən saxlanılmışdır.
40. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişini nəzərə alaraq hesab edir ki, hazırkı apellyasiya baxışının predmetini iddia tələbinin təmin edilməmiş hissəsi təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsindən çıxarılmalı, Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab edilməli, yoxlanılan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bərdə rayonu Divanlı kəndində kənd təsərrüfatı təyinatlı 1.02 ha torpaq sahəsi İddiaçı, onun ailə üzvləri X7, X6, X8 və X4 ümumi birgə mülkiyyətindədir; Həmçinin RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bərdə rayonu Divanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.96 ha torpaq sahəsi İddiaçı, onun ailə üzvləri X7, X6, X8 və X4 ümumi birgə mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bu qətnamənin 40-cı bəndində qeyd olunduğu kimi hazırkı apellyasiya baxışının predmetini iddia tələbinin təmin edilməmiş hissəsi təşkil edir.
43. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. İlk növbədə nəzərə almaq lazımdır ki, İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddia tələbi üzrə əsas cavabdehlərin Cavabdeh1, Cavabdeh2 və X13 olduğunu, digər cavabdehlərə qarşı hər hansı tələbi olmadığını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası iddia tələbinin əsaslığını məhz adları qeyd olunan cavabdehlərə aid hissədə araşdırmışdır. Kollegiya həmçinin göstərir ki, iddiaçı hazırkı məhkəmə iclasında iştirak etmədiyindən onun digər cavabdehlərə münasibətdə iddia tələbini müdafiə edibetməməsini aydınlaşdırmaq mümkün olmamışdır.
45. Qeyd edilməlidir ki, torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
46. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
47. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
48. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, hazırkı apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/4353 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, elektron məlumat bazasında mövcud M.Əsədov adına Agrofirmanın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1.02 ha torpaq sahəsinin və ona tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA 548669 nömrəli torpaq sahəsinin planı ve ölçüsü sənədindəki koordinatlarla müqayisə edilmiş və məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsindən cavabdeh X13 0.35 ha hissəsindən X11 isə 0.09 ha hissəsindən istifadə edir. Həmçinin rəydə bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq, torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir. Odur ki TEKUİS-nə əsasən müqayisə etdikdə isə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1.02 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2, X13 tərəfindən istifadə edilmir, lakin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilir. TEKUİS məlumat bazasına əsasan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı və ailə üzvlərinin xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 0.96 ha torpaq sahəsi, xx.xx.2023-cu ii tarixli ********** qeydiyyat nömrəli çıxarışla X1 adına rəsmiləşdirilmişdir və hal-hazırda da onun tərəfindən naturada istifadə edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixii, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.96 ha torpaq sahəsinin koordinatları ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 1.0576 ha torpaq sahəsinin koordinatları sənəd üzrə üst-üstə düşmür.
49. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
50. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
51. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
52. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 0.96 ha torpaq sahəsi xx.xx.2023-cu ii tarixli ********** qeydiyyat nömrəli çıxarışla X1 adına rəsmiləşdirilmişdir və hal-hazırda da onun tərəfindən naturada istifadə edilir. Həmçinin müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2 və X13 tərəfindən istifadə edilmir, həmin torpaq sahəsinin 0.84 ha hissəsi yalnız Cavabdeh1 tərəfindən istifadə edilir.
53. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1 tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilməklə iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.
54. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsindən çıxarılması, habelə Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsi hissələrdə təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə ləğv edilməli, göstərilən hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, Cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsindən çıxarılmalı, Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab edilməlidir.
55. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı göstərilən hissədə tələbinin əsası kimi istinad etdiyi mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
56. Bundan əlavə, işdən göründüyü kimi hazırkı apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(021)-1391/2020 nömrəli qətnaməsi “iddia tələbinin Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinin təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Divanlı kəndində yerləşən 1.02 ha torpaq sahəsinin 0.84 ha hissəsindən çıxarılsın. Cavabdeh1 mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.