Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1079/2024 02.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbi”nə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-27/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-27/2024 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11513.99 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 135.14 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi, dövlət rüsumunun qalan hissədə dövlət hesabına aid edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(061)-27/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11551.83 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər cavabdehlə bir yerdə işləmişlər. Cavabdeh "xxxx" ASC-nin Xətai filialından kredit götürməsi üçün ondan zamin durmasını xahiş etmişdir. Cavabdeh əldə edəcəyi krediti vaxtı-vaxtında ödəyəcəyini və ondan heç bir pul tutulmayacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Xətai filialından 60 ay müddətinə, illik faiz dərəcəsi 21 % olmaqla 10294.38 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin tərkib hissəsi kimi Bankla cavabdeh arasında ödəniş cədvəli tərtib edilmiş və cavabdeh həmin ödəniş cədvəlinə uyğun olaraq hər ay hissə-hissə həm əsas borcu, həm də hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin kreditin ödənilməsinin təminatı kimi onunla Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi cavabdehin öhdəliyi icra etmədiyi təqdirdə Bank qarşısında cavabdehlə birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə yaranmış borca görə zamin kimi onun əmək haqqından 7878.79 manat pul tutulmuş, 3673 manatı isə nəğd ödəmişdir. Beləliklə, onun tərəfindən cavabdehin yerinə kredit üzrə 11551.83 manat manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqavilədi üzrə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit müqaviləsi üzrə heç bir öhdəlik yoxdur. Bu barədə "xxxx" ASC tərəfindən ona 2024/104/4967 saylı, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Cavabdehin kredit öhdəliyinə görə ödəmiş olduğu pulu cavabdehdən geri tələb etsə də, cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianın əsassız, yalan və böhtan olmasını nəzərə alaraq rədd edilməsini, əgər İddiaçı kimə arxayın olaraq iddia ərizəsinin baxılmasını tələb edərsə, onda prokurorluq tərəfindən istintaq yolu ilə araşdıırılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları araşdırmadan iddia tələbini qismən təmin etmişdir. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Xətai filialından 60 ay müddətinə illik faiz dərəcəsi 21 % olmaqla 10294.38 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin kreditin ödənilməsinin təminatı kimi zamin durmuşdur. Ancaq həmin borcla bağlı Tərtər Rayon Məhkəməsi tərəfindən əsassız və qanunsuz qətnamə qəbul olunsa da, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin müqavilə üzrə borc restrukturizasiya olunmuş və icra işinə xitam verilmişdir. İddiaçı verdiyi izahat və məlumatlar yanlışdır. Belə ki, iddiaçı başqa şəxslərdən də müəyyən bir məbləğdə pul qarşılığında bank qarşısında zamin durmuşdur. Beləliklə də zamin duraraq kredit götürən şəxslərdən aldığı pullar sayəsində öz dolanışığını təmin edir. Bunu banklara sorğu verərək də aydınlaşdırmaq olar. Belə olan halda isə onun əmək haqqı kartından kredit borcuna görə pul tutulması qeyri mümkündür. Aparılmış tutulmalar iddiaçının zamin durduğu başqa şəxslərin kredit müqaviləsi üzrə olan tutulmalar olmuşdur. "xxxx" ASC xx.xx.2023- cü il tarixdə ona arayış vermişdir ki, banka olan 10294,38 manat kredit borcu xx.xx.2023-cü il tarixdə tam olaraq ödənilmişdir. Bankla aralarında olan müqavilə üzrə 60 ay müddətində ümumilikdə banka 16722,57 manat məbləğində pul ödəməli idi, həmin məbləğin 3673,04 manatı cənab Prezidentin məlum fərmanın təsir dairəsinə düşdüyündən qalan borcu 13049,53 manat təşkil edir. İddiaçı qaldırdığı iddiada isə ondan 11513,99 manat pul tələb edilir. A.Məhərin ödədikləri öz krediti üçün idi. Sözügedən kredit müqaviləsi üzrə onun tərəfindən "xxxx"ASC-yə ödənilən məbləği təyin etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilərək məbləğin təyin edilməsini xahiş edir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Şərh olunan səbəblərdən hesab edir ki, qətnamə əsassızdır və bu səbəbdən də birinci instansiya məhkəməsinin hazırki qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 21 % ödəmək şərti ilə, 60 ay müddətinə 10294.38 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Xətai filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Z-RGTK3251351A107 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı saylı kredit müqaviləsi üzrə zamin durmuş və onunla birlikdə Bank qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1015/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-in xeyrinə 10109.98 manat əsas, 484.85 manat faiz, cəmi 10594.83 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 10109.98 əsas borc, 376.78 manat faiz borcu, cəmi 10486.76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-in xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.МЕМ VÖEN **********, hesab АZ34ctre**********0002088501, X1, KOD 210005, VÖEN **********, m/h АZ41NABZO013601**********3944, SWİFT Bik: CTREAZЗ22 hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; Cavabdeh nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1015/2013 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Tərtər Rayon Məhkəməsinin 2(061)-91/2023 saylı mülki iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 10109.98 əsas borc, 376.78 manat faiz borcu, cəmi 10486.76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-in xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə irəli sürülən iddia rədd edilmişdir. Cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır; Həmin qətnamədə həmçinin göstərilir ki, işə apellyasiya instansiyasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədilə Cavabdeh kredit borcu ilə bağlı "xxxx" ASC-yə və Tərtər rayon İcra və Probasiya şöbəsinə sorğular göndərilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə zamin İddiaçı müraciəti əsasında Cavabdeh xx.xx.2020-ci il tarixli RGTK325135A107 saylı kredit müqaviləsi üzrə banka olan qalıq 3673.04 manat kredit borcu restruktruzasiya edilmişdir; Həmin qətnamədə daha sonra göstərilmişdir ki, irəli sürülən iddia cavabdeh tərəfin kredit borcunun olmaması əsası ilə deyil, cavabdeh tərəfin kredit borcunun restrukturizasiya edilməsi əsası ilə rədd edilir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə Çıxarışdan görünür ki, RGTK3251351A107 saylı saylı kredit müqaviləsi üzrə İddiaçı əmək haqqından xx.xx.2021ci il tarixdə 263,48 manat, xx.xx.2021-ci il tarixdə 185,50 manat, xx.xx.2021-ci il tarixdə 263,48 manat, xx.xx.2021-ci il tarixdə 167,20 manat, xx.xx.2021-ci il tarixdə 9,50 manat, xx.xx.2021-ci il tarixdə 177,85 manat, xx.xx.2021-ci il tarixdə 9,50 manat, xx.xx.2021-ci il tarixdə 75,20 manat, xx.xx.2021-ci il tarixdə 9,50 manat, xx.xx.2021-ci il tarixdə 259,36 manat, xx.xx.2021-ci il tarixdə 27,56 manat, xx.xx.2022-ci il tarixdə 319,86 manat, xx.xx.2022-ci il tarixdə 959,30 manat, xx.xx.2022-ci il tarixdə 125,26 manat, xx.xx.2022-ci il tarixdə 9,60 manat, xx.xx.2022-ci il tarixdə 395,56 manat, xx.xx.2022-ci il tarixdə 176,70 manat, xx.xx.2022-ci il tarixdə 390,31 manat, xx.xx.2022-ci il tarixdə 21,97 manat, xx.xx.2022-ci il tarixdə 158,22 manat, xx.xx.2022-ci il tarixdə 630,34 manat, xx.xx.2022-ci il tarixdə 310,39 manat, xx.xx.2022-ci il tarixdə 9,50 manat, xx.xx.2022-ci il tarixdə 630,34 manat, xx.xx.2022-ci il tarixdə 388,65 manat, xx.xx.2022-ci il tarixdə 150,30 manat, xx.xx.2022-ci il tarixdə 630,34 manat, xx.xx.2022-ci il tarixdə 314,33 manat, xx.xx.2022-ci il tarixdə 630,34 manat, xx.xx.2022-ci il tarixdə 111,51 manat - ümumilikdə 7810,95 manat tutulmalar aparılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı təqdim olunmuş 2024/104/4967 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 11513.99 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. Məhkəmə kollegiyasının qərardadı ilə "xxxx" ASC-dən götürülmüş "xxxx" ASC-nin Suraxanı filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9272771A119 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı illik 24,12 % ödəmək şərti ilə, 36 ay müddətinə 7834,04 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı RGTK3251351A107 nömrəli kredit müqaviləsinin tam ödənişi üçün 3673,04 manat "xxxx" ASC-yə ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdehla "xxxx" ASCnin Xətai filialı arasında xx.xx.2020-ci il tarixində RGTK3251351A107 saylı kredit müqaviləsi bağlanmış və cavabdeh həmin Bankdan 10294.38 manat krediti götürmüşdür. Həmin kredit öhdəliyinin təminatı kimi hazırkı İddiaçılə "xxxx" ASC-nin Xətai filialı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdeh öhdəliyinə əməl etmədiyi üçün zaminlik müqaviləsinə uyğun olaraq Bank tərəfindən iddiaçının əmək haqqından RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə tutulmalar həyata keçirilmiş və onun əmək haqqından ümumilikdə 7810,95 manat pul tutulmuş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə 3673,04 manat ödəniş edilərək kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit müqaviləsi üzrə heç bir öhdəlik yoxdur. İddiaçının əmək haqqından tutulmuş ümumilikdə 7810,95 manatla iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə banka ödənilmiş 3673,04 manatı topladıqda 11483,99 manat alınır. Bu barədə "xxxx" ASC tərəfindən iddiaçıya 2024/104/4967 saylı, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Cavabdehin nümayəndəsi cavabdehin xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə borcunun olmadığını göstərsə də, lakin məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdeh tərəfindən həmin müqavilə üzrə cəmi 3 dəfə ödəniş edildiyini bildirdi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASCnin Xətai filialı ilə hazırkı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə hazırkı İddiaçı tərəfindən zamin olaraq 11513.99 manat məbləğində ödənişin edildiyi sübuta yetirildiyindən iddia qismən təmin edilməli və həmin mənləğdə pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasındakı münasibət zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. İşdə olan İddiaçı əmək haqqı kartından çıxarışdan görünür onun əmək haqqından bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda cəmi 7810,95 manat tutulmalar edilmiş və onun tərəfindən RGTK3251351A107 saylı kredit müqaviləsinin bağlanması üçün banka xx.xx.2023-cü il tarixdə 3673,04 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda İddiaçı Cavabdeh əvəzinə banka 11483,99 manat (7810,95 manat + 3673,04 manat) ödəniş etdiyi iş materialları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı başqa şəxslər üçün də zamin duraraq kredit götürən şəxslərdən aldığı pullar sayəsində öz dolanışığını təmin edir. Ona görə də onun əmək haqqı kartından kredit borcuna görə pul tutulması qeyri mümkündür. Aparılmış tutulmalar iddiaçının zamin durduğu başqa şəxslərin kredit müqaviləsi üzrə olan tutulmalar olmuşdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Ona görə ki, işdən göründüyü kimi iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyə görə zamin durmuşdur. İddiaçının əmək haqqından 7810,95 manat tutulma xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə olmuş, həmçinin iddiaçı xx.xx.2023-cü il tarixdə 3673,04 manatı da həmin müqavilə üzrə olan öhdəliklə bağlı ödəmişdir. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixdə ona verdiyi arayışda banka olan 10294,38 manat kredit borcunun xx.xx.2023-cü il tarixdə tam olaraq ödənildiyini göstərməsi, bankla aralarında olan müqavilə üzrə 60 ay müddətində ümumilikdə banka 16722,57 manat məbləğində pul ödəməli olması, həmin məbləğin 3673,04 manatının Problemli kreditlərin restrukturizasiyası barədə məlum Fərmanın təsir dairəsinə düşdüyündən qalan borcunun 13049,53 manat təşkil etməsi, İddiaçı qaldırdığı iddiada isə ondan 11513,99 manat pul tələb edildiyi, İddiaçı ödədiklərinin öz krediti üçün olmasına dair dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, birincisi, İddiaçı əmək haqqından tutulmalar və xx.xx.2023-cü il tarixli ödəniş xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış borcla bağlı olmuşdur. İkincisi, xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış borc problemli kreditlərlə bağlı məlum fərmanın təsir dairəsinə düşmür. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının 8.6-cı bəndində göstərilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Cavabdehə isə həmin kredit xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi əsasında verildiyinə görə cavabdehin həmin müqavilə üzrə kredit borcu adı çəkilən Fərmanın təsir dairəsinə düşə bilməzdi. Həmin Fərmanın 8.7-ci bəndində göstərilir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi başa düşülür. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız və cavabdehin formal mülahizəsi hesab edir. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, cavabdeh borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də kollegiya cavabdehin şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-27/2024 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləği 11483,99 (on bir min dörd yüz səksən üç manat doxsan doqquz qəpik) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-27/2024 saylı qətnaməsi – Cavabdeh "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11513.99 manat pul tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11483,99 (on bir min dörd yüz səksən üç manat doxsan doqquz qəpik) manat pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1079/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1079/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver