Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1083/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (arvadı) X2 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı tikilinin sökülməsi və s. tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı tikilinin qanunsuz sökülməsi ilə əlaqədar ona dəymiş 50.000 manat zərər, 8 illik icarə haqqı ilə əlaqədar 42.000 manat zərər, 8.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 100.000 manat pulun cavabdehdən alınması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş “Şəmşirin” kafesinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın qismən təmin edilməsi, 30 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********50-12301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 hissəsindən Cavabdeh1 MMC-nin çıxarılması, həmin torpaq sahəsində Cavabdeh1 MMC tərəfindən tiklimiş “Şəmşirin” kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X3 həmin qətnamədən apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməsini bildirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştarak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, bu iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, həmin ərizə iddiaçının nümayəndəsi X5 tərəfindən imzalanmışdır. İş materiallarının 8-ci səhifəsində olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 X4 etibarnamə üzrə imza hüququ ilə dövlət idarə və təşkilatlarında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin müvafiq qurumlarında notariat ofislərində nümayəndə olmağı, adından daşınmaz əmlakın əldə olunmasına dair müqavilələri və digər sənədləri (ərizə, saziş, bölgü, eskiz və s.) imzalamağı, ərizə verməyi, imza etməyi, sənədlər təqdim etməyi, ona çatası sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirməyi etibar etmişdir. Azərbaycan Respublikasının MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 259.0, 259.0.3-ci maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 384.0, 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göründüyü kimi, iddia ərizəsi imzalanması təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməli olduğu halda işdə olan etibarnamədə bu səlahiyyət xüsusilə göstərilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmişdir. Yol verilmiş pozuntunu nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasnın MPM-in 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-375/2022 nömrəli qətnaməsi ləğv edilsin və ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1083/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1083/2023
26.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver