Məhkəmə qərarları › İş №2(104)-1096/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1096/2025

21.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1096/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi kolleci X3nə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025-028 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdehi tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025 nömrəli, 10 fevral 2025-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025 nömrəli, 01 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması, göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxsin Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025 nömrəli, 01 aprel 2025-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 01 aprel 2025-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək göstərmişdir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əsasən əsaslandırılıb. Onlar tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Onlar şikayətlərindən maddi hüquq normalarını və məhkəmə tərəfindən pozulmuş prosessual hüquq normalarını qeyd etmiş və hətta apellyasiya şikayətində qeyd etmişlər ki, qətnaməni aldıqdan sonra alellyasiya şikayətinə əlavə də, verəcəklər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 nömrəli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025-028 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025 nömrəli, 01 aprel 2025-cü il tarixli qərardadından Cavabdehi tərəfindən verilmiş şikayət qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmuşdur. Şikayətin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025-028 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-171/2025-028 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar