Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-11/2024 16.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisinə, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Qazax Bələdiyyəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, xüsusi qərardadın çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X8 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisinə, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Qazax Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X21 və X7 meşəbəyliyinin 10-cu kvartalının 1-ci bölməsindən yeni meşələr salmaq və onları meşə ilə örtülü sahəyə çevirmək məqsədi ilə cari ildə və ya yaxın 2 ildə meşə mühafizəsi və bərpası tərəfindən meşə əkilməsi nəzərdə tutulmuş 0,04 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından İddiaçı (icarədara) 99 il müddətinə torpaq sahəsi ayrılmışdır.
2. X15 mülkiyyətinə torpaq sahəsinin satılmasına dair Qazax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarının, torpaqların alqı-satqısına dair aktın, torpaq sahəsinin yerquruluşu planı və xx.xx.2006-cı il tarixli 05 saylı kassa mədaxil orderinin qəbzinin surətlərindən görünür ki, Qazax şəhəri N.Tusi küçəsində verləşən, Qazax Bələdiyyəsinə məxsus torpaq sahəsindən 120 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 86,40 manat pula X3.
3. xx.xx.2017-ci il tarixli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi X14 adına qeydiyyata alınmışdır.
4. Bakı İstintaq Təcridxanasında xx.xx.2020-ci il tarixdə 38-532 reyestr nömrə ilə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Bakı İstintaq Təcridxanasında cəza çəkən məhkum X18 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, o cümlədən vərəsəlikdən irəli gələn bütün hüquqlarından istifadə etməyi, imtina etməyi və ya onları onun mülkiyyətinə qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 01 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək Cavabdeh4 etibar etmişdir.
5. Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 38-532 reyestr nömrəli etibarnamə əsasında X14 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini 2500 manat pula X1.
6. xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi X5 adına qeydiyyata alınmışdır.
7. Ağstafa rayon notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-214 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X10 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır.
8. xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/1098 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci və dördüncü sualı üzrə **********20 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.05 ha mübahisəli torpaq sahəsi 30 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə qədər X14 mülkiyyətində olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: mütəxəssis tərəfindən qərardadda ünvanlanmış sual cavablandırılmadığından, mübahisəli torpaq sahəsinin X21 və bərpası müəssisəsinə və ya Qazax bələdiyyəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: sözügedən torpaq sahəsində tikilinin mövcud olmadığı müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisinə, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Qazax Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 51 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin, həmin müqavilənin bağlanması üçün əsas olmuş bütün hüquqverici sənədlərin (bələdiyyənin alqı-satqı sənədləri və sonrakı digər hüquqverici sənədlər), qeyd olunan alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli **********20 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə, habelə Bakı şəhəri 51 saylı notariat ofisinin notariusunun, Cavabdeh4 və Cavabdeh3 barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh3 ona və qeyrilərinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, materialların öz hesabına çıxarılması, tikinti aparılmasına edilən qadağanın, maneənin götürülməsi və maneə törətməyin qadağan edilməsi” tələbinə dair mülki iş vardır. Cavabdeh3 həmin iddia tələbi üzrə mübahisələndirdiyi torpaq sahəsi onun arvadı X4 120 kv.m torpaq sahəsi, eyni zamanda yaşadıqları evin qarşısında yerləşməklə uzun müddət istifadəsində olan, həmçinin X21 və Bərpası Müəssisəsi ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqaviləyə əsasən 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsidir. Həmin torpaq sahəsinə sahiblik və iştifadə etdiyi vaxtdan öz şəxsi vəsaiti hesabına kol-kosdan, məişət və zibil tullantılarından təmizləyərək, ərazini kənd təsərrüfatı texnikası və yük maşınlarının köməkliyi ilə hamarlatmış, sözügedən torpaq sahəsində bağ sahəsi saldırmış və vaxtı-vaxtında torpaq sahəsinin icarə haqqını ödəmişdir. Buna baxmayaraq həmin torpaq sahəsi onun məlumatı və razılığı olmadan, xüsusən də həmin torpaq sahəsinə dair icarə müqaviləsinə istər həmin müqavilə tərəflərinin təşəbbüsü ilə, istərsə də, məhkəmə qərarı ilə xitam verilmədiyi halda qanunsuz olaraq başqa şəxsə satılmış, bununla da onun həmin torpaq sahəsi üzərindəki mülki qanunvericilikdə nəzərdə tutulmuş sahiblik və istifadə hüququ kobud şəkildə pozulmuşdur. Mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən satıldıqdan sonra Qazax şəhər sakini X11 adına rəsmiləşdirilmişdir. Nəriman Əhmədov 2020-ci ilin dekabr ayında vəfat etməsinə baxmayaraq, sağlığında oğlu Cavabdeh4 vermiş etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə, yəni Nəriman Əhmədovun ölümündən sonra Bakı şəhəri 51 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticədə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixli **********20 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməklə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.
12. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov), iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 146.3, 157.2, 157.4 və 158.4-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilkin olaraq mübahisəli torpaq sahəsinin kimə məxsus olması, hansı şəkildə cavabdehlərin adına sənədləşmənin aparılması, ümumiyyətlə bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olub-olmaması araşdırılmamışdır. Hətta həmin torpaq sahəsinin 30 ildən artıq müddətə mənim istifadəmdə olması, həmin torpaq sahəsi üçün torpaq vergisinin ödənilməsi və həmin torpaq sahəsindən onun səmərəli istifadə etməyi, həmin mübahisəli torpaq sahəsinin nə zaman hərraca çıxarılması, hansı şəkildə satılması araşdırılmadan qətnamə qəbul edilmişdir. Həmin iş üzrə “X21 və Bərpası Müəssiəsi” ilə aralarında bağlanmış olan icarə müqaviləsinin etibarlılığı yoxlanılmadan, ümumiyyətlə həmin idarəni maraqlı tərəf olaraq işə cəlb etmədən, onların fikirləri öyrənilmədən qərar qəbul edilmişdir. 30 ildən artıq olmuş olan torpaq sahəsi hansı ki, arada olan icarə müqaviləsi ləğv edilmədən, ilkin olaraq ona təklif edilmədən hərracın keçirilməsinin saxta olduğunu hakim nəzərə almamışdır. Həmçinin qanunvericiliyin tələbinə əsasən vəfat etmiş şəxsin vermiş olduğu etibarnamə onun vəfatı ilə xitam verilməsinə baxmayaraq, həmin alqı-satqı müqaviləsini vəfat etmiş şəxsin vermiş olduğu etibarnamə əsasında aparılmışdır. İş materiallarında olan meşə fondu torpaqlarının icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli müqavilədə göstərilmişdir ki, X21 və X9 meşəbəyiliyinin 10-cu kvartalının 1-ci bölməsindən yeni meşələr salmaq və onları meşə örtülü sahəyə çevirmək məqsədilə cari ildə və ya yaxın 2 ildə meşə mühafizəsi və bərpası tərəfindən meşə əkilməsi nəzərdə tutulmuş 0,04 ha meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından İddiaçı 99 il müddətinə torpaq sahəsi ayrılmışdır. Bəs onda həmin torpaq sahəsi üçün X21 və Bərpası Müəssiəsinin mənimlə müqavilə bağlamaqda məqsədi nə olmuş və ümumiyyətlə bələdiyyənin həmin torpaq sahəsini satmağa, icarəyə verməyə hüququnun olub-olmaması araşdırılmamışdır. Həmin yerə yerli baxış keçirilməmiş, Ümumiyyətlə həmin işin tam olaraq araşdırılmaması göz önündədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini atası X10 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X12 2500 manat pula almışdır. Bundan sonra atası həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əməkdaşı ölçmək istəyərkən, iddiaçı buna imkan verməmişdir. Sözügedən torpaq sahəsini qanunamüvafiq qaydada əldə etmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. İş üzrə Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisinin nümayəndəsi, DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi və Qazax Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
27. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı
33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı
34. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
36. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 4 ünvanında yerləşən 0,05 ha həyatyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 xüsusi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini Cavabdeh4 ona verilmiş xx.xx.2020-ci il tarixli, 38-532 reyestr nömrəli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 və Mehman Abdullayev həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli çıxarış əsasında öz adına rəsmiləşdirmişdir. Bundan sonra Mehman Abdullayev xüsusi mülkiyyətində olan sözügedən torpaq sahəsini xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X13 bağışlamış və Cavabdeh3 torpaq sahəsini xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə öz adına rəsmiləşdirərək çıxarış almışdır.
56. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia üzrə iddia verməkdə subyektiv hüquqa malik deyildir.
57. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
58. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
59. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
60. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
61. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
62. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı lbrahim oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 51 saylı notariat ofisi, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Qazax Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanması üçün əsas olmuş hüquqverici sənədlərin, çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və xüsusi qərardad çıxarılması” tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onların cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı isə hazırki tələri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
63. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
64. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, İddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur.
65. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur.
66. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
67. Belə ki, iş materiallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinin Qazax Bələdiyyəsinin müvafiq qərarına əsasən X4 120 kv.m torpaq sahəsi, eyni zamanda uzun müddət onun istifadəsində olan, X21 və Bərpası Müəssisəsinin xx.xx.2008-ci il tarixli icarə müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsi olduğunu qeyd edərək, həmin torpaq sahəsinə dair cavabdehin və digər şəxslərin adlarına qeydə alınmış sənədlərin etibarsız hesab edilməsini tələb etmişdir. Qazax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarının, torpaqların alqı-satqısına dair aktın, torpaq sahəsinin yerquruluşu planı və xx.xx.2006-cı il tarixli 05 saylı kassa mədaxil orderinin qəbzinin surətlərindən görünür ki, Qazax şəhəri N.Tusi küçəsində verləşən, Qazax Bələdiyyəsinə məxsus torpaq sahəsindən 120 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 86,40 manat pula X3.
68. Bu baxımdan məhkəmə kollegiyası iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
69. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli ərazinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını pozduğunu bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
71. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
72. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər
73. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
77. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-302/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.