Məhkəmə qərarları › İş №2(104)-110/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-110/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-110/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, eləcə də qarşılıqlı iddia üzrə iddiaçılar X9 etibarnamə üzrə nümayəndəsi (qardaşı) və mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar X16, eyni zamanda mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(076)-228/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0.4252 ha pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçılar X16, eləcə də X15 və X14 hüquq varisi Cavabdeh1 İddiaçı, cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşılıqlı iddia ərizəsi verərək, mərhum ataları X15 ilə Cavabdeh2 arasında Şəmkir 1 nömrəli dövlət notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-504 nömrə ilə qeyd edilmiş 10 oktyabr 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** nömrəli, xx.xx.2011-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Şəmkir 1 nömrəli notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-1854 nömrə ilə qeyd edilmiş 11 sentyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli 17 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ilkin iddia üzrə İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək, 400 (dörd yüz) manat ekspertiza xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(076)-228/2021 nömrəli (hakim Mustafa Mustafayev) qətnaməsi ilə ilk İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiasının əsassız olduğundan təmin edilməməsi; Qarşılıqlı iddiaçı X9, cavabdeh (qarşılıqlı iddiaçı), eyni zamanda mərhum X10 və X14 hüquqi varisi Cavabdeh1 ilk İddiaçı, cavabdehlər Cavabdeh2, Şəmkir rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı X15 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-504 reyestr nömrəsli, 10 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1854 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; Tərəflərdən müştərək qaydada 153.65 (bir yüz əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə və torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi; İlk İddiaçı tərəfindən X6 ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərcinin ilk İddiaçı aid edilməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmaması hissədə ləğv olunmasını və ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2(104)- 384/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti təmin olunaraq, Şəmkir Rayon Məhkəməsinin 2(076)-228/2021 saylı mülki iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi; Torpağa Mülkiyyət Hüququna Dair JN-704 KOD 50411018 saylı Dövlət Aktına əsasən, X19, X20 və X17 ümumi birgə mülkiyyətinə verilmiş 0.96 ha torpaq sahəsinin X19 tərəfindən Cavabdeh2 satılması barədə olan Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisi tərəfindən 10 oktyabr 2005-ci il tarixdə, 4Ə-504 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunsuz yolla əldə edilmiş sənəd olduğundan, həmin sənəd əsasında verilmiş, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınması barədə tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi; Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən İddiaçı satılması barədə olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması; Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı adına mülk kimi qeydə alınması barədə olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız əqd əsasında əldə edildiyindən ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli 2(102)-885/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-384/2022 nömrəli mülki iş üzrə 2 sentyabr 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, habelə ilkin iddianın rədd edilməsi hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin halları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 ilə həmkəndlidir. Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha pay torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Dəfələrlə ondan mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin sonuncu bundan imtina etmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 tələblərini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı ilə JN:704 KOD 50411018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Məmmədov (Mamedov) Telman Qafar oğlu, Məmmədova (Mamedova) Sevil Əli qızı və Məmmədov (Mamedov) İsmət Telman oğluna 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X5 03 oktyabr 2011-ci il tarixdə, anası X24 isə 14 aprel 2003-cü il tarixdə ölmüşdür. Mərhum valideynlərindən qalmış miras torpaq sahəsinə dair adına çıxarış verilməsi üçün Şəmkir rayon 1 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, notariat kontorunda reyestrdə 4Ə-504 nömrə ilə qeyd edilmiş, 10 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən Məmmədov (Mamedov) Telman Qafar oğlu JN:704 kod, 50411018 “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən ona məxsus olan Şəmkir rayonunun Keçili kəndində yerləşən 7000.63 kv.m torpaq sahəsini və 2618.00 kv.m meyvə bağından ibarət torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ona ünvanlanmış 05/01-M-57/13 nömrəli, 09 aprel 2019-cu il tarixli məktubunda qeyd edilir ki, Şəmkir rayon 1 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş qeyd olunan müqavilələrin arxiv nüsxəsinə və onun qeydə alındığı reyestr kitabına baxış keçirilərkən 504 reyestr nömrəli müqavilənin 22 oktyabr 2005-ci il tarixdə qeydiyyata alındığı və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Mərhum atası Məmmədov (Mamedov) Telman Qafar oğlu ilə Cavabdeh2 arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız olduğundan həmin müqavilə əsasında verilmiş sonrakı sənədlərin də hüquqi qüvvəsi yoxdur. Belə ki, mərhum atası tərəfindən həmin torpaq sahəsi Cavabdeh2 satılmamış və torpaq mülkiyyətçiləri olaraq, qardaşı İsmət Məmmədov və mərhum anası Sevil Məmmədova da həmin torpaq sahəsini ona satmamışlar və satılmasına da razılıq verməmişlər. İş materiallarında olan: JN-704 KOD 50411018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə X19, X20, X21 0.96 ha torpaq sahəsi verilmişdir; Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 iyul 2011-ci il tarixli ölüm haqqında arayışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X24 14 aprel 2003-cü ildə ölmüşdür; Şəmkir rayon Keçili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ 447665 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X15 03 oktyabr 2011-ci ildə ölmüşdür; xx.xx.2005-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X4 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə verilmiş 0.96 ha torpaq sahəsinin 7009.63 kv.m hissəsini və 2618.00 kv.m hissəsini Cavabdeh2 satmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx/xx- 1248/11 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisi tərəfindən 10 oktyabr 2005-ci il tarixdə, 4Ə-504 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi 22 oktyabr 2005-ci il tarixdə qeydiyyata alınmış və həmin müqavilə digər şəxslər barəsində rəsmiləşdirilmişdir; xx.xx.2019-cu il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu Keçili kəndində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus 0.4252 ha torpaq sahəsini 1000 manata X1; ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır; Hazırkı apellyasiya icraatı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/6297 nömrəli ekspert rəyindən görünür ki, 17 sentyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0,4252 ha torpaq sahəsinin sərhədləri (koordinatları) mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir; 17 sentyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0,4252 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən bütünlüklə istifadə edilir. Bundan başqa rəydə göstərilmişdir ki, 15 iyun 2020-ci il tarixdə verilmiş 10/186 nömrəli rəyin nəticəsi ilə təkrar ekspertiza rəyi arasında yaranmış fərqin səbəbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş rəylər olmuşdur; Şəmkir rayon notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli 11 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcılar İddiaçı, X25 və X26 birgə mülkiyyətlərində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 1.02 ha torpaq sahəsini alıcı X2. Apellyasiya şikayətlərinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi mərhum atası tərəfindən Cavabdeh2 satılarkən həmin torpaq sahəsinin digər birgə mülkiyyətçiləri İsmət Məmmədov və Sevil Məmmədova onlara məxsus paylarını satmamış, habelə buna razılıq verməmişlər. Bundan əlavə, qarşılıqlı iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində kəsici müddət keçdiyinə görə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Çünki 2005-ci ildə torpaq sahəsinə dair mərhum atası ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmamışdan xeyli müddət əvvəldən qarşılıqlı iddia üzrə iddiaçı X3 Federasiyasında yaşamışdır. Yəni qanunvericilikdə nəzərdə tutulmuş müqavilənin etibarsızlığı üçün bir illik kəsici müddət ötməmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəylərində uyğunsuzluq olmasına baxmayaraq, təkrar ekspertiza təyin edilməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə iki dəfə ekspert rəyi verilmişdir. X8 tərəfindən verilmiş rəydə göstərilir ki, həqiqətən də Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt edir. Digər ekspert rəyində isə göstərilmişdir ki, mübahisəli torpaq sahəsindən cavabdehin istifadə edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Halbuki mütəxəssis rəyində göstərilir ki, onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları təqdim edilmiş və faktiki istifadədə olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluqılar aşkar edilmişdir. Buna görə də iş üzrə əlavə eksperti təyin edilməli və müəyyən edilməlidir ki, koordinatlar arasndakı uyğunsuzluqlar nədən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti mübahisəli torpaq sahəsinə baxış keçirtməmişdir. Formal olaraq mütəxəssis rəyi əsasında öz rəyini tərtib etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qarşılılqı iddianı icraata qəbul etməkdə yanlışlığa yol vermişdir. Belə ki, qarşılıqlı iddia yalnız ilk iddiaçıya (ona) qarşı verilə bilərdi. Ancaq göründüyü kimi qarşılıqlı iddia onunla yanaşı başqa şəxslərə qarşı da verilmişdir. qarşılıqlı iddiaya ilkin iddia ilə eyni icraatda baxıla bilməzdi. Eyni zamanda, o, mübahisəli torpaq sahəsinin vicdanlı alıcısıdır və həmin əmlakı qanuni əsaslarla əldə etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: 20 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2019-cu ildə Cavabdeh2 almışdır. Bundan da əvvəl 2015- 2019-cu illərdə Cavabdeh2 razılığı ilə həmin torpaq sahəsində əkin işləri aparmışdır. O torpaq sahəsində əkin əkərkən Cavabdeh1 və digərləri hər hansı narazılıq bildirməmişlər. Həmin torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Torpaq sahəsi hazırda onun mülkiyyətindədir, buna baxmayaraq hazırda həmin torpaq sahəsindən Cavabdeh1 istifadə edir. 20 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, eləcə də qarşılıqlı iddia üzrə iddiaçılar X9 etibarnamə üzrə nümayəndəsi (qardaşı) və mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1998-ci ildən mübahisəli torpaq sahəsindən istifadə edir. Belə ki, torpaq sahəsi 0.26 ha və 0.70 ha-dan ibarətdir. 1998-ci ildən 0.70 ha torpaq sahəsini Cavabdeh2 vermiş və həmin torpaq sahəsindən sonuncu istifadə etmişdir, eləcə də həmin torpaq hazırda da onun adamlarının istifadəsindədir. O, mübahisəsi gedən 0.26 ha torpaq sahəsindən, yəni ilkin İddiaçı satılmış torpaq sahəsindən istifadə edir. Sənədlər kökündan qanunsuz olduğuna görə sonradan verilmiş sənədlər də etibarsızdır. İlkin İddiaçı məxsus 0.4252 ha torpaq sahəsinin 0.26 ha hissəsi ona məxsusdur. 19 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 0.4252 ha-dan ibarət mübahisəli torpaq sahəsini Cavabdeh2 almışdır. 2015-2018-ci illərdə Cavabdeh2 həmin torpaq sahəsini əvəzsiz olaraq onun istifadəsinə vermişdir. 2019-cu ildə isə alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini almışdır. Axırıncı dəfə 2018-ci ildə torpaq sahəsində əkin əkib məhsul götürmüşdür. Həmin torpaq sahəsini, o, aldıqdan sonra Cavabdeh1 torpaqdan istifadə etməyə başlamışdır. Mübahisəli torpaq sahəsininə dair Cavabdeh2 adına daşınmaz əmlakda qeydiyyat olduğuna görə torpağın sonuncuya məxsus olduğuna inanıb almışdır. 19 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, eləcə də qarşılıqlı iddia üzrə iddiaçılar X9 etibarnamə üzrə nümayəndəsi (qardaşı) və mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası ilə Cavabdeh2 arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Bu fakt məhkəmə araşdırması zamanı da öz təsdiqini tapıb. İddiaçı alqı-satqı müqaviləsi də Cavabdeh2 adına verilmiş qanunsuz çıxarış əsasında bağlanmışdır. Ona görə də həmin torpaq sahəsinə dair ilkin İddiaçı adına verilmiş çıxarış da ləğv olunmalıdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, vermiş olduğu izahatına əlavəsi yoxdur. İlkin iddia üzrə İddiaçı sonda məhkəmə kollegiyasından qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmaması hissədə ləğv olunmasını və ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, eləcə də qarşılıqlı iddia üzrə iddiaçılar X9 etibarnamə üzrə nümayəndəsi (qardaşı) və mərhum X15 və X14 hüquq varisi Cavabdeh1 vermiş olduğu izahatına əlavəsi olmadığını bildirmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, ilkin İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi İddiaçı satılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sonda məhkəmə kollegiyasından ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli 2(102)-885/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-384/2022 nömrəli mülki iş üzrə 2 sentyabr 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, habelə ilkin iddianın rədd edilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı ilkin iddiaya aid hissədə, habelə qarşılıqlı iddia tələbinin “Cavabdeh2 ilə İddiaçı arasında Şəmkir 1 nömrəli notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-1854 nömrə ilə qeyd edilmiş 11 sentyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli 17 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissələrdə yoxlanılmalıdır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “ilk İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiasının əsassız olduğundan təmin edilməməsi” hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********35 reyestr nömrəli ********** qeydiyyat nömrəli, 17 sentyabr 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsindən ilkin iddia üzrə Cavabdeh1 çıxarılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “Qarşılıqlı iddiaçı X9, cavabdeh (qarşılıqlı iddiaçı), eyni zamanda mərhum X10 və X14 hüquqi varisi Cavabdeh1 ilk İddiaçı, cavabdehlər Cavabdeh2, Şəmkir rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1854 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, JN-704 KOD 50411018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 51 saylı qərarı ilə X15, X16 və X18 Şəmkir rayonu Keçili kəndi ərazisində 0.96 ha torpaq sahəsi verilmişdir. X24 14 aprel 2003-cü il tarixdə, X15 3 oktyabr 2011-ci il tarixdə ölmüşlər. X10 adından bağlanmış 10 oktyabr 2005-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, torpaq sahəsinin 7009.63 kv.m. hissəsi və 2618.00 kv.m. hissəsi Cavabdeh2 satılmışdır. Həmin müqavilə əsasında Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 isə 11 sentyabr 2019-cu il tarixli AN-1 ******* saylı alğı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsini İddiaçı satmış, qeyd olunan alqı-satqı müqaviləsinə əsasən də İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. İlkin İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir, ona görə də sonuncu həmin torpaq sahəsindən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsi verərək iddia etmişdir ki, JN-704 KOD 50411018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X15, X16 və X18 verilmiş Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən 0.96 ha torpaq sahəsinin alqı satqıına dair torpağın mülkiyyətçiləri olmuş ailə üzvləri ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarış qanunsuz olmuşdur. Həmin çıxarış qanunsuz olduğundan bu çıxarış əsasında Cavabdeh2la İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə həmin müqavilə əsasında İddiaçı adına verilmiş çıxarış da qanunsuzdur. Bundan başqa müəyyən olunur ki, hazırkı iş üzrə əvvəlki apellyasiya icraatı zamanı qəbul olunmuş məhkəmə qətnaməsinə əsasən torpağa mülkiyyət hüququna dair JN-704 KOD 50411018 saylı Dövlət Aktına əsasən, X19, X20 və X17 ümumi birgə mülkiyyətinə verilmiş 0.96 ha torpaq sahəsinin X19 tərəfindən Cavabdeh2 satılması barədə olan Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisi tərəfindən 10 oktyabr 2005-ci il tarixdə, 4Ə-504 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi qanunsuz yolla əldə edilmiş sənəd olduğundan, həmin sənəd əsasında verilmiş, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınması barədə tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarış ləğv edilmişdir və həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə ilkin və qarşılıqlı iddia tələbləri mövcuddur. İlkin iddia cavabdehin torpaq sahəsindən çıxarılmasından ibarətdir və yuxarıda da göstərildiyi kimi ilkin iddiaya aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı bütövlükdə yoxlanılır. Qarşılıqlı iddiaya aid hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi olaraq yoxlanılır və yoxlanılan hissədə tələb – ilkin iddiaçıya məxsus torpaq sahəsinə dair sonuncu ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki qarşılıqlı iddiada ilkin iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın, habelə həmin sənədin verilməsinə əsas olan alqı-satqı müqaviləsinin qanuniliyi mübahisələndirilir ki, bu məsələnin həlli də bilavasitə ilkin iddianın aqibətinə təsir göstərir. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, daşınmaz əşyaya sərəncam verən şəxsin buna səlahiyyəti olmadığını, o cümlədən dövlət reyestrində onun mülkiyyətçi olaraq qeydiyyyatının əsassız olduğunu bilmədən həmin əşya üzərində hüquq əldə edən şəxslərin qorunması ilə bağlı mülki qanunvericilikdə qaydalar nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat əsassız olsa belə, MM-in 140-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bu qeydə güvənərək əşya hüquqları əldə edən vicdanlı şəxslərin qorunması qanunda nəzərdə tutulmuşdur. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyası” (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Baxılan işdə mübahisəli daşınmaz əşyanın mülkiyyətini dövlət reyestrindəki qeydə əsasən mülkiyyətçi Cavabdeh2 əldə edən Laləzar Alıyevanın vicdanlılığı ehtimal edildiyi üçün əksini (onun vicdanlı olmadığını) sübut etmək vəzifəsi qarşılıqlı iddiaçı Elsəvər Məmədovun üzərinə düşür. Çünki, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, daşınar əşyalarda sərəncam verən şəxsin buna səlahiyyətli olmadığını əldə edənin bilməsi ilə yanaşı, hal və şəraitə görə bilməli olması vicdanlılığı aradan qaldırdığı halda (MM, m.182.1), daşınmaz əşyalarda ikinci əlamət nəzərdə tutulmamışdır (MM, m.140). Başqa sözlə, əldə edən şəxsin reyestr qeydinin qeyri dəqiqliyini hal və şəraitə görə bilməli olmasına dair ehtimallarla vicdanlı olmadığı qənaətinə gəlinə bilməz. Qeydiyyatın əsassız olduğunu onun bildiyi konkret sübutlarla təsdiqlənmiş olmalıdır. Daşınmaz əşyalar üzərində sahibliyin və hüquqi vəziyyətin üçüncü şəxslərə açıqlanması daşınarlarda olduğu kimi əşyaya faktiki malik olmaqla deyil, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatla təmin olunur. Bu səbəbdən daşınmaz əşyanın hüquqi vəziyyəti ilə bağlı vicdanlılıq, faktiki vəziyyətə dair şübhə və ya ehtimallara görə yox, reyestrdəki qeydin əsassızlığına dair bilgi əsasında aradan qalxa bilər. Ona görə də daşınmaz əşyanın mülkiyyətini qazanmış şəxsin həmin əşyanı daha əvvəl başqasının istifadəsində olmasını görməsi faktı öz-özlüyündə vicdanlılığı istisna etmir. Bu ehtimal mövcud reyestr qeydiyyatının da əsaslı olmadığını əldə edənin bilməsinə dair sübutlarla təsdiqlənməlidir. Baxılan işdə isə İddiaçı torpaq sahəsini əldə edərkən satıcı Cavabdeh2 adına olan reyestr qeydiyyatının əsassız olduğunu bilməsi konkret sübutlarla əsaslandırılmamışdır. Belə olan halda, İddiaçı vicdanlı əldə edən olmaması, onun bağladığı alğı-satqı müqaviləsinin etibarsız sayılması və mülkiyyət hüququna dair reyestrdəki qeydiyyatın ləğv edilməsi, eləcə də ilkin iddianın rədd olunması barədə gəlinən nəticə yuxarıda şərh olunan maddi hüquq normalarına uyğun gəlmir. Kollegiyanın qənaətinə görə qarşılıqlı iddianın yoxlanılan hissəsinə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci madəsi). Qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir. Ona görə də əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Nəzərə alınmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu da 2018-ci il 18 iyul tarixli Qərarında eyni hüquqi mövqedən çıxış edərək göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Mülki Məcəllənin 182-ci maddəsində təsbit edilmişdir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Şəmkir rayon notariat ofisində ilkin İddiaçı ilə Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixdə AN-1 ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsini İddiaçı satmışdır. Bunun nəticəsi olaraq da ilkin İddiaçı adına sözügedən torpaq sahəsinə dair müvafiq çıxarış verilmişdir. Diqqət yetirilməli haldır ki, məhz İddiaçı Cavabdeh1 mübahisəli torpaq sahəsindən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etdikdən sonra məhkəməyə qarşılıqlı iddia ərizəsi verilərək həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş müvafiq çıxarışlar mübahisələndirilmişdir. Yəni, həmin vaxta qədər qarşılıqlı iddiaçılarla əvvəllər torpaq sahəsinin mülkiyyətçisi olmuş Cavabdeh2 arasında torpaqla bağlı hər hansı məhkəmə mübahisəsi olmamışdır ki, alıcı İddiaçı da mübahisədən, habelə satıcı Cavabdeh2 alqı-satqı predmeti olan daşınmaz əmlaka dair çıxarışı hansı formada əldə etməsindən xəbərdar olsun. İşin bu halı öz-özlüyündə göstərir ki, ilkin İddiaçı ilə Cavabdeh2 arasında 11 sentyabr 2019-cu il tarixdə AN-1 ******* saylı alqısatqı müqaviləsi bağlanarkən alıcıda əqdin legitimsizliyi barədə şübhə doğuracaq hal mövcud olmamışdır. Alıcı İddiaçı alqı-satqı predmeti olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına etimad göstərərək torpaq sahəsini əldə etmişdir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (MM maddə 148.2). İşin göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilkin İddiaçı mübahisəli torpaq sahəsini vicdanlı alıcı olaraq əldə etmişdir. Qeyd olunmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası işin sadalanan hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin İddiaçı Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsini vicdanlı alıcı olaraq əldə etdiyindən torpaq sahəsinə dair onunla Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2019-cu il tarixdə AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair ilkin İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpağa dair bağlanmış yuxarıda göstərilən alqı-satqı müqaviləsindən törəmişdir. Buna görə də, həmin torpağa dair qeyd olunan müqavilə etibarsız hesab edilmədiyindən, torpağa dair törəmə hüquq münasibəti olan ilkin iddiaçının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da etibarsız hesab olunması üçün əsaslar yoxdur. Qarşılıqlı iddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri bu qətnamənin əsaslandırma hissəsində göstərilənlərə görə kollegiya tərəfindən əsassız hesab edilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya dair yoxlanılan, yəni Cavabdeh2 ilə İddiaçı arasında Şəmkir 1 nömrəli notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-1854 nömrə ilə qeyd edilmiş 11 sentyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli 17 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissədə qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası ilkin iddiaya hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi qanuni əsaslara söykənir. Belə ki, hazırkı apellyasiya baxışı zamanı ilkin İddiaçı məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 tərəfindən istifadə edilib-edilməməsinin müəyyən olunması üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/6297 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 17 sentyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0,4252 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən bütünlüklə istifadə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi, ilkin iddia üzrə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan hazırda İddiaçı məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsindən istifadə edir. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsi sonuncunun mülkiyyət hüququna müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən ilkin iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin olunmaması hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, hazırkı apellyasiya baxışı zamanı aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın əvəzi ilkin iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar X16 və mərhum X15 və X14 hüquq varisi, eləcə də ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(076)-228/2021 nömrəli qətnaməsi “ilk İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiasının əsassız olduğundan təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********35 reyestr nömrəli ********** qeydiyyat nömrəli, 17 sentyabr 2019-cu il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 0.4252 ha torpaq sahəsindən çıxarılsın. Qətnamə “Qarşılıqlı iddiaçı X9, cavabdeh (qarşılıqlı iddiaçı), eyni zamanda mərhum X10 və X14 hüquqi varisi Cavabdeh1 ilk İddiaçı, cavabdehlər Cavabdeh2, Şəmkir rayon Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1854 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat ilkin iddia üzrə cavabdeh, Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar