Məhkəmə qərarları › İş №2(104)-1100/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1100/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1100/2024 16.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada paylara ayrılması və evə köcürülmə tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən Ağstafa Rayon Məhkəməsinin işə baxan hakimi (məhkəmənin sədri) X1 verilmiş etiraza baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada paylara ayrılması və evə köcürülmə tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 mülki işə baxan məhkəmə tərkibinə (məhkəmə sədrinə) etiraz verərək göstərmişdir ki, İddiaçı fərdi yaşayış evindən müəyyən edilmiş 1\7 hissədən payın naturada ayrılması və evə köcürülmə tələbinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İşə baxan hakim məhkəmə iclas zalında İddiaçı sərbəstlik verməklə, sonuncunun onu şəxsən təhqir etməklə replika atmacaları, bundan başqa da kənddə ayrı-ayrı adamlar içərisində onsuz da işə baxan hakim Natiq müəllimə tapşırdırdığını və onun xeyrinə qətnamə çıxqaracağını bildirməklə özünü elə aparır kı guya ki məhkəmə sifarışlə işləyir. Bu səbədən hesab edirki işə baxan hakim Natiq Abbasov işin nəticəsindən maraqlıdır. Qeyd etdiklərinə əsasən işə baxan hakim Natiq Abbasovun hazırkı işə baxmasına və qətnamə çıxartmasına etiraz edir. Ağstafa Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(015)-128/2024 nömrəli qərardadı ilə (hakim Natiq Abbasov) İddiaçı cavabdehlər Cavabdeh1 (Salahova), Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən müəyyən edilmiş 1/7 hissədən payın naturada ayrılması və evə köçürülmə tələbinə dair iddiası üzrə Cavabdeh2 tərəfindən işə baxan məhkəmə tərkibinə (məhkəmə sədrinə) edilmiş etirazın baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək hesab edir ki, Cavabdeh2 tərəfindən Ağstafa Rayon Məhkəməsinin işə baxan hakimi (məhkəmənin sədri) X1 verilmiş etiraz təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələriüzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; O, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasəb, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki prosessual qanunvericilik mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılmasının təminatı kimi hakimlərin konkret işə baxmasını müxtəlif motivlərə görə istisna edən halları müəyyən etmişdir. Həmin hallar mövcud olduqda hakim ya özü-özünə etiraz edir, ya da işdə iştirak edən şəxslər ona etiraz edirlər. Etiraz institutu tərəflərdə və digər maraqlı şəxslərdə, habelə məhkəmə iclasında iştirak edən şəxslərdə işə qərəzsiz və obyektiv baxılıb həll edilməsi haqqında inam yaratmaq məqsədi daşıyır. MPM-in 19-cu maddəsində sadalanan hallar istənilən məhkəmə instansiyasında və istənilən icraat qaydasındahakimin işə baxılmasında iştirakını istisna edir. Nəzərə alınmalıdır ki, etiraz institutu prosessual qanunvericilikdə nəzərdə tutulmuş konkret əsasları da aşaraq hakimin və ya məhkəmənin qərəzsizliyi ilə bağlı bütün əsaslı şübhələri aradan qaldırmağa, həqiqi qərəzliliyin olmamasını təmin etməkdən əlavə, qərəzliliyin hər hansı təzahürlərinin aradan qaldırılmasına və bununla da cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə doğurduğu inamın artırılmasına xidmət edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsində mülki məhkəmə icraatının qanunçuluğun və ictimai qaydanın bərqarar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi kimi vəzifəsi öz əksini tapmışdır. Bu baxımdan məhkəmənin qərəzli olub-olmadığını və konkret olaraq ərizəçinin qərəzliliklə bağlı qorxularının obyektiv əsasının olub-olmadığını qiymətləndirərkən, işin konkret xüsusiyyətləri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı Cavabdeh2 tərəfindən mülki işə baxan hakim, eyni zamanda məhkəmənin sədri X1 verilmiş etirazda göstərilən hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan hakimin (məhkəmə sədrinin) tərəflərlə qeyri-prosessual hərəkətlərə yol verməsi, habelə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tərəflərin bərabərliyi prinsipini pozması aşkar edilmir. Beləliklə, hakim X3 tərəfindən hazırkı işə baxılmasına yol verilməyən və hakimə etiraz etmək üçün qanunvericiliklə müəyyən edilən əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, etiraz təmin edilməməli və iş baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 21-22, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada paylara ayrılması və evə köcürülmə tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən Ağstafa Rayon Məhkəməsinin işə baxan hakimi (məhkəmənin sədri) X1 verilmiş etiraz təmin edilməsin və iş baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar