Məhkəmə qərarları › İş №2(104)-111/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-111/2024

10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-111/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, X6 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və vəkili X2, cavabdehin vəkili Vəkil, üçüncü şəxs X3 iştirakları ilə, “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 12 aprel 2023-sü il tarixli, 2(013)-59/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu Qaradağlı kəndində 0,26 ha torpaq sahəsi və həmin sahədə yerləşən 110,6 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdi Ərazi İdarəsinin 15 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1215/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışa əsasən İddiaçı, X8 və X4 mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv metr hissəsində yerləşən metal konstruksiyadan ibarət obyektdən hal-hazırda Cavabdeh istifadə edir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2024-cü il tarixli, 3-16-16/2-10/3452 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, ekspert rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdi Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Vəli Soltanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-5356/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. İddiaçı, X7 və X4 ümumi mülkiyyətində olan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il çıxarış, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı və ailə üzvlərinə verilmiş 2600 kv.m həyətyanı torpaq sahəsinə, ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş A № 458136 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədindəki koordinatlara uyğun işlənməmişdir. Mübahisəli əraziyə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Qeydiyyat nömrəsi ********** tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən İddiaçı, X8 və X4 ümumi mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv.m hissəsində hal-hazırda Cavabdeh istifadə etdiyi müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə məxsus Ağdam rayonu Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 312 kv metr hissəsindən özbaşına tikilinin sökülməsi və çıxarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi müvafiq çıxarışa əsasən onun, arvadı X3 və qızı Natəvan Qasımovanın mülkiyyətindədir. Arvadı xəstə olduğu üçün müvəqqəti olaraq Bakı şəhərində yaşamışlar. Bakı şəhərində yaşadıqları vaxt Cavabdeh ona və ailəsinə məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri aparması barədə məlumat almışdır. Bundan sonra cavabdehlə görüşərək icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin Fikrət torpaq sahəsini yararlı vəziyyətə gətirdiyini deyərək icarə müqaviləsi bağlamaqdan imtina etmişdir. Cavabdeh ona 1300 manat və ya başqa məbləğdə pul verməmişdir. Cavabdeh ona və ailəsinə məxsus torpaq sahəsinin 26 metr x 12 metr ölçüdə olmaqla 312 kv.metr hissəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etsə də, Fikrət ərazini boşaltmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(013)-59/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 212 kvadrat metr hissəsindən Cavabdeh özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçının mülkiyyətinə verilmiş Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 212 kvadrat/metr hissəsində yerləşən metal konstruksiyadan ibarət obyektdən hal-hazırda Cavabdeh hər hansı bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 212 kvadrat/metr hissəsindən orada özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasınnı xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə ehtiyat fonduna aid torpaq sahəsidir. Habelə, bələdiyyə torpağı olsa da iddiaçıya 1300 manat pul verərək həmin yerə razılıq almışdır.

10. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbi rədd edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

17. İddia tələbindən məlum olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, onun mülkiyyətində olan Ağdam rayonu Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 312 kv metr hisssindən Cavabdeh çıxarılması və tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikililərin öz hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, tələb qismən- 212 kvadrat metr hissəsindən Cavabdeh özbaşına inşa etdiyi metal konstruksiyadan ibarət obyekt özünün hesabına sökülməklə çıxarılması hissəsində təmin edilmişdir.

18. Hazırki apellyasiya şikayətində cavabdeh məhkəmə tərəfindən nəzərə alınan mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilə bilməməsini, torpaq sahəsinin iddiaçıya məxsus olmamasını irəli sürmüşdür.

19. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, məhz o, cavabdehin çıxarılmasını və müvafiq tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsinin mülkiyyətində olduğunu, həmin sahənin hazırki cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

20. Baxılan işdə mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu Qaradağlı kəndində 0,26 ha torpaq sahəsi və həmin sahədə yerləşən 110,6 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdi Ərazi İdarəsinin 15 mart 2023-cü il tarixli, 3-21-3-46/2-1215/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışa əsasən İddiaçı, X8 və X4 mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv metr hissəsində yerləşən metal konstruksiyadan ibarət obyektdən hal-hazırda Cavabdeh istifadə edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2024-cü il tarixli, 3-16-16/2-10/3452 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, ekspert rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdi Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Vəli Soltanovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-5356/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. İddiaçı, X7 və X4 ümumi mülkiyyətində olan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il çıxarış, Ağdam rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı və ailə üzvlərinə verilmiş 2600 kv.m həyətyanı torpaq sahəsinə, ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş A № 458136 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədindəki koordinatlara uyğun işlənməmişdir. Mübahisəli əraziyə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Qeydiyyat nömrəsi ********** tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən İddiaçı, X8 və X4 ümumi mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv.m hissəsində hal-hazırda Cavabdeh istifadə etdiyi müəyyən edilir.

23. Göründüyü kimi İddiaçı, X8 və X4 ümumi mülkiyyətində olan 0,26 ha həyətyanı torpaq sahəsinin 212 kv.m hissəsindən hal-hazırda Cavabdeh qanunsuz zəbti ekspert rəyi ilə sübut olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilərək düzgün nəticəyə gəlinmişdir

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

25. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 12 aprel 2023-sü il tarixli, 2(013)-59/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. İş üzrə 100(yüz) manat ekspertiza xərci- Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova, X5, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar